TəRTİBÇİDƏN


AĞA MƏHƏMMƏD XANIN İKİNCİ DƏFƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   8   9   10   11   12   13   14   15   ...   91

AĞA MƏHƏMMƏD XANIN İKİNCİ DƏFƏ 
QARABAĞ ÜZƏRİNƏ HÜCUMU VƏ 
ONUN ORADA ÖLDÜRÜLMƏSİ 
 
Qızılayağın geri qayıtdığını  eşitdikdən sonra Ağa Məhəmməd xanın 
zəif ayaqları qüvvət tapdı,  əldən buraxdığı imkanı qaytarmaq məqsədilə 
Qarabağ vilayətini zəbt etmək fikrinə düşdü. 
1212 (1797)-ci ildə  Ağa Məhəmməd xan saysız-hesabsız qoşunla 
Azərbaycan torpağına tərəf hərəkət etdi. Qarabağda quraqlıq olduğundan 
üç il idi ki, təbii fəlakət nəticəsində taxd bitmirdi. Buna görə qəhətlik və 
çətinlik üz vermişdi.  Əhalinin çoxu bir tikə çörəkdən ötrü Şəki,  Şirvan, 
Qaradağ və başqa yerlərə dağılıb, pis vəziyyətə düşmüşdülər. 
Qarabağda o qədər adam qalmamışdı ki, Şuşa qalasını saxlaya bilsin. 
Ağa Məhəmməd xan öz qızılbaş qoşunu ilə Arazın kənarına yetişdiyi 
zaman  İbrahim xan çarəsiz qalıb arvad-uşağını, yaxın adamlarını, öz 
canını ona qurban etməyə hazır olan tərəfdarlarından bir neçəsini götürüb 
Car və Balakən tərəfə yollandı. 
Bəzi ayrı-ayrı xanlar da, o cümlədən  şahsevənli Nəsin xan, şəkili 
Səlim xan, mişkinli  Ətaülla xan və Qarabağın seçilmiş  və  məşhur 
bəylərindən bir neçəsi onunla səfər yoldaşı olub birgə dərə-təpəli yerlərlə 
yola düşdülər. 
Ağa Məhəmməd xan onların getməsi xəbərlərini eşidib öz qoşununun 
bir hissəsini onların dalınca göndərdi. 
Göndərilən  İran qoşunları  Tərtər çayında körpü yanında onlarla 
rastlaşıb vuruşdular, amma bir şeyə nail ola bilmədilər. 
Ibrahim xan öz adamlarını  və sursatını sağ  və salamat Kür çayından 
keçirib, Car və Balakənə daxil oldu. 
Ağa Məhəmməd xanın tapşırığı ilə  ləzgilərdən bir neçəsi yolda 
İbrahim xana hücum etməli, onu tutub Ağa Məhəmməd xanın yanına 
gətirməli idi. 
Hər iki tərəf vuruşa hazır oldu. İbrahim xanın arvadı, Ümmə xanın 
bacısı Bikə ağa işə qarışdı və xahiş etdi ki, adət-ənənələrinin əksinə çixıb 
vuruşmasınlar. Onlar bu çəkişmədə ikən Şuşa qalasından bir adam gəlib 
Ağa Məhəmməd xanın öldürüldüyünü xəbər verdi. 
 
  
 41


AĞA MƏHƏMMƏD XANIN 
ÖLDÜRÜLMƏSİ TƏFSİLATI 
 
İbrahim xanın Car və Balakənə qaçmaq xəbərini eşitdikdən sonra Ağa 
Məhəmməd xan böyük bir dəbdəbə  və  təmtəraqla özünü şöhrətli və 
ehtirama layiq bir adam kimi göstərərək,  Şuşa qalasına daxil olub, 
qalanın aşağı darvazasının yaxınlığında olan İbrahim xanın böyük oğlu 
Məhəmmədhəsən ağanın evində yerləşdi.  Şah,  İbrahim xanla birlikdə 
gedə bilməyən  əyanların və xanın qohumlarının, dostlarının axtarılıb 
tapılması və həbs edilməsi əmrini verdi. Həbsə alınanlar içərisində Məlik 
Şahnəzərin oğlu Məlik Cəmşid (Vərəndə məliki), Molla Pənah və bir çox 
əyanlar var idi. Ağa Məhəmməd xanın məqsədi bunların hər birisindən 
bir qədər pul və  cərimə almaq, sonradan onların hamısını öldürüb öz 
ürəyindəki köhnə  ədavəti soyutmaq idi. Bundan sonra Ağa Məhəmməd 
xan bir neçə gün kefə qurşandı. 
Ağa Məhəmməd xanın yaxın qulluqçularından olan Səfərəli bəy və 
Abbas bəy kiçik bir xəta etdiyi üçün şah onlara qəzəblənib deyir: “Sabah 
gün çıxan kimi həbs olunan Şuşa  əhalisinin başlarını  bədənlərindən 
ayırıb, onlardan minarələr düzəldəcəyəm, sizin də başınızı  kəsib həmin 
başların üstünə qoyacağam”. 
Belə nağıl edirlər: Ağa Məhəmməd xan şam namazı vaxtında adları 
qeyd olunan qulluqçuların birinə  əmr edir ki, get filan sərdarı  mənim 
yanıma çağır. Həmin qulluqçu fərmanı  eşitmədiyindən sərdarın yanına 
getmir. Məhəmməd xan namazı qurtarandan sonra qulluqçudan soruşur: 
“Sərdar nə üçün gəlməmişdir?” Qulluqçu üzr istəyib deyir ki, çün şam 
namazı idi, onun qulağı  şahın fərmanı  eşitməmişdir.  Şah o saat onun 
qulaqlarının kəsilməsinə  əmr etmiş  və demişdir: “Bir qulaq ki, şahın 
əmrini eşitməyə, kəsilməsi daha yaxşıdır”. O biri qulluqçu ilə də təqribən 
belə bir xəta baş vermişdi. Qulluqçular bir qədərdən sonra şahın 
təhdidlərini və olanların öldürülməsi vədlərini  şahdan eşitdikdən sonra 
artıq yatmadılar və yəqin etdilər ki, Ağa Məhəmməd şahın sözü sözdür, 
onun daş ürəyində heç bir rəhm yoxdur. Onların ölümündən 
keçməyəcəkdir. 
Həmin gecə Abbas bəy və  Səfərəli bəy sübhə yaxın hərəm-xanaya 
girib iti və üryan xəncər ilə onun bədənini Davudun zirehi kimi tikə-tikə 
doğradılar. 
 42


Şahın qolbağını, cavahir nişanlı  həmailini götürüb, böyük sərdarlardan biri 
olan Sadıq xan Şəqaqiyə verdilər və Ağa Məhəmməd xanın necə öldürülməsini 
ona danışdılar. Sadıq xan əvvəlcə onların sözünə inanmadı, çünki həmişə şahdan 
çox ehtiyat edirdi və bu xəbəri  şahın hiyləsi hesab etdi. Nəhayət, çox ciddi və 
möhkəm and içməklə onu inandırdılar. O çox dəhşət və qorxu ilə şahın yaşadığı 
Məhəmmədhəsən ağanın imarətinə gəldi. Səfərəli bəy qabaqcadan hərəmxanaya 
girib, yorğanın ucunu Ağa Məhəmməd xanın üstündən qaldırdı, ikinci dəfə 
xəncərini onun ürəyinə batırdı. Sadıq xan belə vəziyyətə davam gətirməyib, onun 
tacını, həmailini və qolbağını götürüb öz mənzilinə gəldi və hay-küy saldı ki, şah 
onu bir qulluğa təyin etmişdir, gərək gedə,  İbrahim xanı  və onun yoldaşlarını 
harada olsa tutub gətirə. Bu bəhanə ilə sərdar Şəqaqi qoşununu götürüb qaladan 
salamat çıxdı. Qatillərdən Abbas bəyi də özü ilə apardı. Səfərəli bəy isə  Şuşa 
qalasında qaldı. 
Sadıq xan Şuşa qalasından çıxandan sonra oranın camaatı günortaya kimi bu 
sirri başa düşə bilmədi. Günortaya yaxın  şahın ölüm xəbəri  şəhərə yayıldı, 
qızılbaş xanları bu hadisəni eşitdikdən sonra başlarını itirib, təşvişə düşdülər. Hər 
kəs öz adamlarını  və sursatını götürüb qaçmağa üz qoydu. Qoşun dəstə-dəstə 
qaladan çıxmağa başladı, hər kəs təşviş  və qorxu içərisində öz bildiyi kimi 
hərəkət edib, qaçırdı. Qarabağın əhli Məhəmməd şah olan imarətə hücum edərək, 
oraya daxil oldular. Şahın qızıl-gümüşünü, ləl-cavahirini və  şahlığa aid qab-
qacağını qarət etdilər. Tutulan qızdbaşları soyub, libaslarını çıxararaq lüt etdilər. 
İbrahim xanın qardaşı  oğlu Məhəmməd bəy imarətə daxil olub, şahın 
xəzinəsində qab-qacaq, qızıl, gümüş, qiymətli ləl-cavahirdən nə qalmışdısa, 
hamısını götürüb Məhəmmədhəsən xanın evindən öz evinə  gətirdi. O, xanlıq, 
hökmdarlıq işlərini ələ alıb, Qarabağda nizam-intizam bərpa etməyə başladı. 
Ağa Məhəmməd xan lovğa olduğundan başqalarının bədəninin üzərində 
başını  ağır görüb, boyunlarını vururdu. İndi isə  Ağa Məhəmməd xanın özünün 
tacsız başı körpə  uşaqlarını oyuncağı olmuşdu. Onun murdar meyiti isə 
meydanın ortasına atılmışdı: 
 
Gecə düşdükdə, ölü baş edildi tarac, 
     Nə bədəndə baş qaldı, nə də başda tac. 
 
  
 43


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə