Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

on ların bərabər həcmlərinin kütlə nisbətləri həmin qazların molekul küt lə lə ri -

nin nisbətinə və ya molyar kütlələrinin nisbətinə bərabər olacaqdır.  



Müəllim: – Aydındır ki, eyni həcmdə olan bir qazın kütləsinin (və ya mol-

yar kütləsinin) o biri qazın kütləsinə (molyar kütləsinə) nisbəti bir qazın o biri

qa za görə nisbi sıxlığı adlanır.  Nisbi sıxlığın  riyazi ifadəsi:

,  buradan M



1

=M

2

⋅ D

Qazların havaya və hidrogen qazına görə sıxlıqlarının təyin edilməsi

prakti kada daha çox işlənir. Onda həmin düsturları necə yazmaq olar? Fəal

şa gird lərdən ikisi bu düsturları lövhədə yazır:

Müəllim qeyd edir ki, qaz qarışığı olan hava üçün orta molyar kütlə təq -

ribən 29 q/mol hesablanmışdır.

Yenidən qruplara bilikləri möhkəmləndirmək üçün tapşırıqlar verilir. Bu

dəfə hər qrupa iki məsələni həll etmək tapşırılır. Məsələnin biri qazın normal

şəraitdəki sıxlığının, o biri nisbi sıxlığının hesablanmasına aid olur. Bu məq -

sədlə dərslikdəki çalışmalardan (məsələ № 1–9) da istifadə edilə bilər. Nə ti -

cələrin müzakirəsindən sonra dərsin məqsədlərinə uyğun müəyyənləş diril miş

me yarlar əsasında formativ qiymətləndirmə aparılır. 

Qiymətləndirmə meyarları: Avoqadro qanununun şərhi, qazların molyar

həcminin izahı, molyar həcmə aid hesablamalar, qazların nisbi sıxlığına aid

hesablamalar, qrupda əməkdaşlıq, təqdimat.

37

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




II FƏSİL. FİZİKİ VƏ KİMYƏVİ HADİSƏLƏR.

KİMYƏVİ  TƏNLİKLƏR

Mövzu 13. Kimyəvi reaksiyalar. Kimyəvi tənliklər 

Аlt standart: 2.1.1., 2.2.1.

Məqsəd:

Şagird:

– fiziki və kimyəvi hadisələri fərqləndirir, hər birinin mahiyyətini ayrıca

izah edir və onlara misallar göstərir;

– kimyəvi reaksiyaların başvermə səbəblərini və getməsi şərtlərini izah edir;

– fiziki və kimyəvi hadisələrin əhəmiyyətini həyatdan, istehsalatdan mi -

sallar göstərməklə şərh edir;

– «Kimyəvi tənlik» anlayışının mahiyyətini, onun tərtibi qaydalarını izah

edir;


– qazların iştirakı ilə gedən kimyəvi tənliklərdə maddələrin mol nisbətlə -

ri nin həcm nisbətləri kimi götürülməsini (həcmi nisbətlər qanununu) izah

edir;

Təlim forması: kollektivlə və qruplarla iş

Təlim üsulu: müsahibə, tədqiqatçılıq, müzakirə

İnteqrasiya: F.: 1.1.2.;  H.b.: 1.1.1.

Resurs:  dərslik, təcrübələri aparmaq üçün qablar və maddələr (şəkər,

Na

2



SO

4

, BaCl



2

, xlorid turşusu)



Dərsin gedişi:

Mövzunun adından göründüyü kimi dərs prosesində şagirdlər iki əsas prob-

lemi araşdırmalıdır:

Kimyəvi reaksiya (və ya hadisə) və kimyəvi tənlik.



Kimyəvi reaksiya anlayışının öyrənilməsinə başlamazdan əvvəl şagirdlərin

fiziki hadisələr barədə fizika və həyat bilgisi fənlərindən qazandığı biliklər

frontal sorğu ilə aktuallaşdırılır (motivasiya):

– Bir parça qəndi həvəngdə əzib sonra stəkandakı suya salıb qarışdırsaq,

nə baş verər?

38

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




– Çaydandakı suyu uzun müddət qızdırsaq, nə müşahidə edərsiniz, alınan

buxarın üzərində soyuq cisim (çini və ya metal qab) tutsaq nə görərsiniz?

– Suyun qışın şaxtasında donması, yazda buzların əriməsi hansı hadi sə -

lərdir?


– Fiziki hadisələrdə hansı dəyişikliklər baş verir, bu hadisələrdə yeni

maddə əmələ gəlirmi?

Cavablar alınıb ümumi nəticəyə gəlindikdən sonra təşkil edilmiş ayrı-ayrı

qrup lara əvvəlcədən hazırlanmış aşağıdakı tapşırıqlar verilir (tədqiqat tapşı -



rıqları):

1. Sizə verilmiş qənd parçasını dəmir qaşıqda (və ya dəmir maşa ilə tu-

taraq) spirt lampası alovunda qızdırın, müşahidələrinizi qeyd edin.

2. Kibrit çöpünü yandırın və baş verən dəyişiklikləri qeyd edin.

3. Verilmiş stəkanlardakı şəffaf məhlulların (Na

2

SO



4

və BaCl


2

məhlulu)


birini o birinin üzərinə əlavə edin. Nə gördüyünüzü qeyd edin.

4. Təbaşir (və ya mərmər) parçasının üzərinə xlorid turşusu (və ya sirkə)

adlanan şəffaf məhluldan azca əlavə edin, müşahidənizi yadda saxlayın.

5. Sizə verilmiş dəmir mıxı (və ya lövhəni) ehtiyatla stəkandakı mavi rəngli

məhlulun (CuSO

⋅ 5H



2

O) içərisinə salın, 1–2 dəqiqə gözləyin, sonra çıxarıb

də  mi rin səthində nə dəyişiklik olduğunu qeyd edin.

Təcrübələrin aparılmasına 3–4 dəqiqə vaxt sərf edilir. Sonra hər qrupun

nü mayəndəsi təcrübələrin nəticəsini bütün sinif şagirdlərinə göstərir. Müəllim

so 


ruşur: «Apardığınız təcrübələrdə yeni maddə əmələ gəldiyini demək

olarmı?»


Şagirdlərin cavabını dinlədikdən sonra müəllim aparılan təcrübələrin nə -

ti cəsində hansı maddələrin əmələ gəlməsi barədə qısa məlumat verir və qeyd

edir ki, yeni maddələrin əmələ gəlməsi ilə baş verən bu hadisələr kimyəvi ha -

di sələr və ya kimyəvi reaksiyalar adlanır.

Sonra şagirdlərdən soruşulur: «Bu reaksiyaların gedişində hansı xarici əla -

mət lər müşahidə olunur?»

Sizin apardığınız reaksiyaların  getməsi üçün hansı şərtlər tələb olundu?

Ca vabların nəticələri yekunlaşdırılır: təcrübələrin gedişində  rəngin dəyişməsi,

çö kün tünün alınması, qazın çıxması, iyin hiss olunması, işığın və istiliyin alın -

ması kimyəvi reaksiyaların getməsinin xarici əlamətləridir. Reaksiyaların

getməsi şərtləri kimi maddələrin toxundurulması, sürtünmə və qızdırılmanı

qeyd etmək olar. Əlbəttə, reaksiyaların baş verməsi üçün başqa şərtlər (işıqla

təsir etmə, təzyiqin artırılması və s.) da vardır.

39

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə