Tit-kim Documen qxd



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix26.05.2018
ölçüsü0,6 Mb.
#46025
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

Təlim üsulu: şərhetmə, praktik çalışmalar

İnteqrasiya: Riy. -V sinif: 1.2.1., 1.2.5., 1.3.1.

Resurs: dərslik, 1 mol maddələrin miqdarını göstərən şə killər

Dərsin gedişi: Əvvəlcə evə verilən tapşırıqların nəticələri qrup nüma yən -

dələrinin təqdimatında dinlənilir və yekunlaşdırılır. Sonra yeni dərs materialı

şərh olunur.

Məktəb təcrübəsi göstərir ki, «Maddə miqdarı» anlayışı şagirdlər tərə -

fin dən bir qədər çətin qavranılır. Buna görə də bu anlayışı tədris edərkən

mü rəkkəb hesablamalardan qaçmalı və şərhlər sadə, anlaşıqlı dildə apa -

rılmalıdır.

Riyazi hesablamalar göstərir ki, hər bir elementin nisbi atom kütləsinə bə -

rabər qramla miqdarında təqribən 6,02

⋅10


23

sayda atom olur. Belə hesablama

nümunələri dərslikdə mövzu 8-də verilmişdir (bu hesablamaları yadda saxla-

maq tələb olunmur). 6,02

⋅10

23

ədədi Avoqadro ədədi adlandırılmışdır. Avo -



qadro ədədi (N

A

) maddənin müəyyən miqdarındakı hissəciklərin sayını



göstərir. Maddə miqdarını (

ν) ifadə etmək üçün «mol» adlanan vahiddən is ti -

fadə edilir. «Mol» dedikdə 12 (və ya 0,012 kq

12

C izotopundakı atomların



sa yı qədər quruluş hissəciyi (atomu, molekulu və ya ionu) olan məddənin miq -

darı başa düşülür. Hesablanmışdır ki, hər hansı maddənin 1 mol miqdarında

6,02

⋅10


23 

say  da quruluş hissəciyi olur. Maddələrin 1 molundakı bu hissə cik -

lərin sayı Avoqadro sabiti adlanır. Avoqadro sabiti 1/mol, yaxud mol 

-1

vahidi



ilə ifadə olunur.

Maddə miqdarı və ona uyğun hissəciklərin sayı ara sın da Avoqadro sabiti

vasitəsilə əlaqə yaradılır. Bu aşağıdakı düsturlarla ifadə olunur:

Bu düsturlar əsasında müxtəlif hesablamalar aparmaq olar. Qruplar təşkil

olunur.

Tədqiqat sualı: Dərslikdəki 1, 2, 3 və 4-cü məsələ tiplərinə oxşar sizə

verilmiş mə sə lələri 5–6 dəqiqə müddətində həll edin. Nəticələr qrup nüma -

yəndələrinin təqdimatı ilə müzakirə edilir.

34

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Maddə miqdarı, onun vahidi mol anlayışları mənimsənildikdən sonra şa -

girdlər molyar kütlə anlayışı ilə tanış edilir:

Hesablanmışdır ki, hər hansı maddənin bir molunun kütlə vahidi (q, kq)

ilə ifadə olunmuş kütləsi ədədi qiymətcə onun nisbi molekul kütləsinə (maddə

molekullardan təşkil olunursa) və ya nisbi atom kütləsinə (maddə atomlardan

təşkil olunursa) bərabərdir. Məsələn, 1mol (O

2

) 32q, 1mol su (H



2

O) 18q, 1mol

dəmir (Fe) 56 qramdır. Maddələrin 1 molunun kütləsinə molyar kütlə (M) de -

yi lir və q/mol, kq/mol ilə ifadə olunur. Maddənin molyar kütləsi, maddə miq -

darı və onun kütləsi arasında əlaqə yaratmağa imkan verir:

Molyar kütlə anlayışına aid hesablama vərdişlərini möhkəmləndirmək

məqsədilə mətnin sonundakı məsələlərdən hər qrupa 2–3 məsələ həll etdirilir,

nəticələr lövhədə yoxlanır və qiymətləndirilir.



Formativ qiymətləndirmə aparmaq üçün meyarlar: maddə miqdarı və

Avoqadro ədədinin mahiyyətinin izahı, mol anlayışının izahı, maddə miq da -

rına aid hesablamalar, qrupda əməkdaşlıq, təqdimatın səviyyəsi.

Mövzu 12. Avoqadro qanunu. Qazların molyar həcmi

Аlt standart: 1.2.1., 1.3.1.

Məqsəd:

Şagird:

– Avoqadro qanununu ifadə edir, misallar göstərməklə onu aydınlaşdırır;

– «Qazların molyar həcmi» anlayışının mahiyyətini izah edir, düsturunu

yazır, bu düstur əsasında hesablamalar aparır;

– qazların molyar həcmindən istifadə edərək onların normal şəraitdə sıx -

lı ğını  hesablayır;

– qazların nisbi sıxlığı anlayışını izah edir, hidrogenə və havaya görə nisbi

sıxlıq düsturlarını çıxarır, onlar əsasında müxtəlif qazların nisbi sıxlığını

hesablayır.

Təlim forması: kollektivlə və qruplarla iş

Təlim üsulu: dialoji şərh, müstəqil işlər, müzakirə

İnteqrasiya: F.-VI sinif: 2.1.4.

35

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Resurs: dərslik, 1 mol qazların həcminə aid şəkillər, iş vərəqi

Dərsin gedişi:

Mövzunu şərh etmək üçün əvvəlcə keçmiş biliklər aşağıdakı suallarla ak -

tuallaşdırılır:

1. Hər hansı maddənin 1 molunda nə qədər hissəcik olur? Maddənin aqre-

qat halının dəyişməsi ilə hissəciklərin sayı dəyişilirmi?

2. Maddələrin molyar kütləsi ilə onların nisbi molekul və ya atom kütləsi

arasında hansı əlaqələr mövcuddur?

3. H


2

, O


2

, N


2

qazlarının nisbi molekul kütlələrini və molyar kütlələri nə

qə   dərdir? Onları eyni sırada yazın.

Cavablar alındıqdan sonra müəllim şagirdlərə belə bir problem ətrafında

düşünməyi təklif edir (motivasiya): təcrübədə müəyyən edilmişdir ki, 2q

hidrogen (H

2

), 32q oksigen (O



2

), 28 q azot (N

2

) qazlarının hər biri şərait (tem-



peratur və təzyiq) eyni olduqda bərabər həcm tuturlar. Yəni eyni şəraitdə müx -

tə lif qazların 1 mol miqdarı bərabər həcmə malikdir. Bu onunla izah oluna

bi  lər ki, hər bir qazın 1 molundakı molekulların sayı bərabərdir – 6,02

⋅10


23

-dür.


Buna əsasən Avoqadro qanunu formalaşdırılmışdır. Eyni şəraitdə müxtəlif

qazların bərabər həcmlərində eyni sayda molekul olur. Avoqadro qanunundan

çıxan nəticəyə görə istənilən qazın və ya qaz qarışığının bir molunun normal

şəraitdəki (0°C  temperatur, 101,3 KPa və ya 760 mm civə sütunu təzyiq)

həcmi təqribən 22,4 l-dir. Buna qazların molyar həcmi deyirlər. Molyar həcmin

riyazi ifadəsi V

m

=     , vahidi isə l/mol-dur. Düsturu necə oxumaq olar? Şa gird -

 lərin cavabları dinlənilir və dəqiqləşdirilir: Qazın molyar həcmi onun həcminin

maddə miqdarına olan nisbətidir. Düstura əsasən müxtəlif hesablamalar apa -

rı lır. Bunun üçün şagirdləri qruplara bölərək onlara dərslikdəki (mövzu 9-un

ça lış maları) məsələ tiplərini (1–7 №-li) həll etmək tapşırılır. Hər qrupa iki

məsələ təqdim olunur. Nəticələr müzakirə edilir və qiymətləndirilir.

Sonra Avoqadro qanununa əsaslanaraq qazların normal şəraitdəki sıx lı ğı -

nın və qazların nisbi sıxlığının hesablanması öyrənilir.

Qazların n.ş-dəki sıxlığının hesablanmasına keçid belə sualla başlanır:



Tədqiqat sualı: Maddələrin həcmi, kütləsi və sıxlığının əlaqəsinə aid hansı

düsturu  ta nı yırsınız?

Şagirdlər  sıxlıq  düsturunu                     və  ya                            olduğu nu

deyirlər.                                                                              

Bir nəfər fəal şagirdə CO

2

qazının  n



.ş.-də sıxlığı hesablatdırılır.

Müəllim qeyd edir ki, Avoqadro qanununa əsaslanaraq deyə bilərik: əgər

ey ni şəraitdə qazların bərabər həcmlərində eyni sayda molekul olursa, onda

36

  Çap üçün deyil

  Çap üçün deyil

  Çap üçün deyil




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə