Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə189/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   185   186   187   188   189   190   191   192   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

827 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

amalı sayan qabaqcıl və demokratik ruhlu Qafqaz 



gəncliyinin ön sıralarına çıxarmıĢdı.  

Digər tərəfdən, Tiflisin mətbuat aləminə daxil olması Ġsa 

Sultan gürcü "terqdaleuli"ləri (hərfi tərcüməsi "Terek 

çayından su içənlər", XIX əsrin 50-ci illərində Qafqazın 

hüdudlarını tərk edərək ali təhsil almaq üçün Rusiya 

universitetlərinə yollanan və burada qabaqcıl, demokratik 

ideyalara yiyələnən gürcü ictimai-siyasi xadimlərinə və 

ziyalılarına verilmiĢ simvolik addır-V.Q.) ilə xüsusilə 

yaxınlaĢdırdı. O, Niko Nikoladzenin vasitəsilə gürcü 

mədəniyyətinin A.Sereteli, Y.QoqebaĢvili, G.Sereteli, 

M.MamasaĢvili, D.Eristavi kimi görkəmli nümayəndələri 

ilə tanıĢ oldu. 

Ġ.S.ġahtaxtinski qəzetin fəaliyyətə baĢladığı ilk günlərdən 

onun siyasət Ģöbəsinə rəhbərlik edirdi. Bu, simptomatik 

faktdır. Çünki aradan illər keçəndən sonra rus senzurası, 

xüsusi ilə də qərəzli məqsədlər güdən və nəyin bahasına 

olursa, olsun, Azərbaycan mətbuatının qarĢısına sədd 

çəkmək istəyən erməni senzorları elə bir dözülməzlik 

mühiti yaradacaqdılar ki, Cəlil Məmmədquluzadənin 

obrazlı ifadəsi ilə desək, Azərbaycan ziyalıları siyasətə 

qurĢanmaqda ittiham ediləcəklərindən ehtiyatlanaraq hətta 

"s" hərfini yazmaqdan çəkinəcəkdilər. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

828 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Təbii ki, bu böyük satirikin acı sarkazm dolu istehzası idi 



və əslində, Azərbaycanda həqiqi siyasi mühit və əsl 

siyasətçi düĢüncəsi yaradanların ön sıralarında bütün 

təqiblərə və senzura sıxıntılarına baxmayaraq, elə "Molla 

Nəsrəddin"inin özü gedirdi. 

Lakin mühitin və zəmanənin yaratdığı "Molla 

Nəsrəddin"in ilk sayının iĢıq üzü görməsindən düz otuz il 

əvvəl Mirzə Cəlilin sələflərindən biri sayılan 

Ġ.S.ġahtaxtinskinin Tiflisin aparıcı qəzetlərindən birinin 

siyasət Ģöbəsinə rəhbərlik etməsi də, Ģübhəsiz, diqqəti 

çəkən hadisədir.  

Liberal istiqamətli "Tiflisski vestnik" Qafqazda, hətta 

Rusiyada çap olunan bir sıra qəzetlərlə, xüsusən də 

caniĢinliyin ofisiozu sayılan "Kafkaz"la daimi polemika 

aparırdı. Yəqin ki, bu polemikanın ara-sıra daha da 

qızıĢmasında Ġsa Sultanın kəskin ruhlu məqalələri də az 

rol oynamırdı. 

Bəlkə elə bu səbəbdən də "Kafkaz"ın 16 iyun 1876-cı il 

tarixli sayında dərc olunmuĢ "Əyalətdə siyasət" adlı 

məqalədə Ġ.S.ġahtaxtinskinin üzərinə xüsusi kəskinliklə 

hücum edilirdi. 

Məqalə müəllifi Ġsa Sultan ġahtaxtinskini və knyaz 

K.Bebutovu "əyalət siyasətçiləri" adlandırır və onları 

qonĢu Osmanlı imperatorluğunda baĢ verən hadisələrin əsl 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

829 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

mahiyyətini dərk etməməkdə günahlandırardı. Bununla 



kifayətlənməyərək həm də iddialı bir tərzdə gənc 

yazarlara əxlaq dərsi verməyə və ağıl öyrətməyə can 

atırdı. 

Əslində isə, bu məsələdə "Kafkaz"ın özünün 

maariflənməsinə daha ciddi lüzum vardı. Qəzet 1876-cı il 

may-iyun saylarında "Konstantinopolun astar üzü" adlı 

silsilə yazılar dərc etmiĢ və bu yolla da Ġstanbulda baĢ 

verən son siyasi proseslərə, xüsusən də yenicə taxta 

çıxmıĢ Sultan Əbdül Əzizin qeyri-adi intihar cəhdinə 

aydınlıq gətirməyə çalıĢmıĢdı.  

1876-cı il Osmanlı imperatorluğu üçün həqiqətən də ciddi 

dəyiĢikliklər dönəmi idi. Hər halda, özlərini türklərin 

dostu sayanlar belə düĢünürdülər və ehtimal ki, daha çox 

Ġsa Sultanın təsiri altında "Tiflisski vestnik" qəzeti də 

qonĢu dövlətdə gedən siyasi prosesləri diqqər mərkəzində 

saxlamaqla eyni mövqeni paylaĢırdı. 

Həmin il imperiyanın dövlətçilik həyatında və idarəçilik 

prinsiplərində əsaslı dönüĢ gözlənilirdi. "Yeni osmanlılar" 

hərəkatının ideoloqlarından biri olan sədri-əzəm (baĢ 

vəzir-V.Q.) Midhət PaĢa ilk türk konstitusiyasının 

layihəsini hazırlamıĢdı. Osmanlı imperatorluğunun 

mütləqiyyət üsuli-idarəsindən konstitusiyalı monarxiyaya 

keçidi, hər yerdə olduğu kimi Rusiyada, eləcə də Anadolu 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

830 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ilə daha sıx əlaqələrə malik Qafqazda da maraqla 



izlənirdi. Ġ.S.ġahtaxtinski və K.Bebutovun "Tiflisski 

vestnik"də çap edilən bir neçə siyasi təhlil və proqnoz 

xarakteri məqaləsi də bu məsələlərə həsr olunmuĢdu. 

Məqalə müəllifləri konstitusiyalı monarxiya üsul-

idarəsinin üstünlüklərindən söz açırdılar (bəlkə də bu 

zaman onlar vətəndaĢı olduqları Rusiya imperiyasında da 

eyni xarakterli dəyiĢikliklərin həyata keçməsinin 

arzusunda idilər?!), hətta yeni taxta çıxmıĢ sultan V 

Muradın dinlə dövləti ayıracağı, özünün dünyəvi 

hakimiyyətini daha da möhkəmləndirərək, bütün 

müsəlman dünyasının xəlifəsi titulundan imtina edəcəyi 

barəsində cəsarətli proqnozlar verirdilər. 

Və bu zaman çar üsul-idarəsinin keĢiyində dayanan 

"Kavkaz" qəzetinin mühafizəkar mövqeyi ilə 

razılaĢmırdılar. 

Ġki qəzet arasında mübahisə və qarĢıdurma da məhz belə 

bir fikir ayrılığı zəminində baĢlamıĢdı. "Kavkaz" 

redaksiyası "kavalerist-yazıçılar" (bu, təbii ki, 

K.Bebutovun istefaya çıxmıĢ süvari zabiti olmasına iĢarə 

idi-V.Q.) deyə ironiya hədəfinə çevirdiyi "Tiflis 

siyasətçilərinə" - cənab K.Bebutova və "adı olmayan 

cənab ġahtaxtinskiyə" (çox güman ki, Ġsa Sultanın bir sıra 

məqalələrini sadəcə soyadı, yaxud inisialları ilə çap 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə