Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə190/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   186   187   188   189   190   191   192   193   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

831 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

etdirməsi belə bir yersiz sarkazm üçün əsas vermiĢdi-



V.Q.) ağıl öyrətmək qərarına gəlmiĢdi. 

Görünür, azərbaycanlı publisist "Kavkaz" redaksiyasını 

daha çox hiddətləndirmiĢdi. Ona görə də arxasında Qafqaz 

caniĢinliyinin dayandığı qəzet hətta jurnalistikanın adi 

etika qaydalarını unudaraq, öz həmkarını açıq-aĢkar 

hədələməkdən də çəkinmirdi: "Deyin görək, sizə qarĢı nə 

tədbir görməli və sizinlə necə rəftar etməli, cənab 

ġahtaxtinski?" - deyə ona meydan oxuyurdu. 

"Kavkaz"dakı anonim müəllifin öz yazısına yekun kimi 

gətirdiyi aĢağıdakı Ģeir parçasına da diqqət yetirmək 

yerinə düĢərdi: 

“Ved na vas qlyadet bez smexa 

Nevozmojno... stıd kakoy! 

Vı sroslis kak dva orexa 

Pod odnoyu skorluroy...” 

Müəllifin bu yersiz ironiyası, əslində, yalnız onun özünün 

yox, bütünlükdə Qafqaz administrasiyasının Ġsa Sultana 

münasibəti haqqında təsəvvür yaradır. Buradan onun 

"Tiflisski vestnik"dəki rol və mövqeyinin, təbii ki, həm də 

məsuliyyətinin naĢir-redaktorla eyniliyi qənaəti hasil 

olunur. AydınlaĢır ki, Qafqaz rəsmilərinin nəzərində 

Ġ.S.ġahtaxtinski təsadüfən, yaxud təcrübəsizliyi 

ucbatından yanlıĢ yola düĢmüĢ "yerli müsəlman" ziyalısı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

832 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

deyil, bu yanlıĢlığın baĢında dayanan və ona rəvac verən 



iki əsas ideya müəllifindən biridir. 

Rəsmi çar ofisiozunda qələm dostlarına - 

Ġ.S.ġahtaxtinskiyə və knyaz K.Bebutova qarĢı yönələn 

haqsız hücumlar Niko Nikoladzenin diqqətindən 

yayınmamıĢdı. O, həmin məsələ ilə əlaqədar "Tiflisski 

vestnik"in 22 iyun 1876-cı il tarixli sayında "Kavkaz"ın 

baĢ redaktoru Ġ.Stalinskiyə kəskin kinayə və sarkazmla 

dolu cavab vermiĢdi. 

N.Nikoladze özündən qat-qat yüksək səviyyəyə malik 

istedadlı gənclərə ağıl öyrətmək fikrinə düĢən cənab 

Stalinskinin intellektinin, ümumiyyətlə, ortadan aĢağı 

olduğuna diqqəti cəlb edir, düĢünülməmiĢ addımlar 

atdığına, lovğalıq və ədalılığına görə onu qədim yunan 

təmsilçisi Ezopun dənizi içmək iddiasına düĢən qəhrəmanı 

Ksanfa müqayisə edirdi. 

O, Stalinskinin özü də daxil olmaqla, "Kavkaz"ın ətrafına 

topladığı ədəbi qüvvələrin həqiqi peĢəkarlıq və polemika 

mədəniyyətindən uzaq olduğunu vurğulayır və göstərirdi 

ki, "belə qüvvələrə arxalanan qəzetin vəziyyəti həqiqətən 

də dramatikdir. Bu qəzet həqiqətən də cənab Bebutova 

qarĢı nə tədbir görməyi, cənab ġahtaxtinski ilə necə rəftar 

etməyi bilməyəcəkdir". 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

833 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Ġ.S.ġahtaxtinski və K.Bebutovun kifayət qədər 



əsaslandırılmıĢ obyektiv mövqeyinin müdafiəsinə qalxan 

N.Nikoladze daha sonra yazırdı: "Cənab Stalinskinin 

Sultan Əbdül Əzizə (intiharı ilə iki qəzet arasında kəskin 

polemika yaradan türk sultanı-V.Q.) müəyyən bənzəyiĢi 

var. Lakin onun redaktoru olduğu "Kavkaz" qəzeti bu 

zavallı sultana daha çox oxĢayır. Qəribə deyilmi ki, 

onların ikisi də intihar üçün eyni alət - qayçı seçmiĢlər?! 

Amma aralarında bir balaca fərq də var - təbəələrinin 

xoĢbəxtliyindən, sultan özünü bir gecənin içində öldürdü, 

cənab Stalinski isə, abunəçilərinin bədbəxtliyindən bu 

əzabı illərdir ki, uzadır..." 

Azərbaycanlı publisist ara-sıra öz məqalələrini 

"ġahtaxtinski" soyadı, bəzən isə "Ġ", "Ġ.ġ.", "ġ" inisialları 

ilə imzalasa da, onun "Tiflisski vestnik"dəki yazıları bir 

redaksiya adından, imzasız çap olunmuĢdur. Müasir 

tədqiqatçı bu yazıları daha çox tematikasına və üslubi 

xüsusiyyətlərinə görə müəyyənləĢdirə bilər. 

Ġsa Sultanın "Kavkaz" redaksiyası ətrafında birləĢən 

əleyhdarları isə, onun üslubunu və yazı manerasını o 

dərəcədə mənimsəmiĢdilər ki, hətta imzasız çap olunan 

məqalələrinin müəllifliyini də çətinlik çəkmədən 

müəyyənləĢdirə bilirdilər. Niko Nikoladze bu cəhətə 

diqqət yetirərək yazırdı ki, "Nə "Tiflisski vestnik", nə də 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

834 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

cənab ġahtaxtinski qaldırılan məsələlərə öz 



münasibətlərini gizlətmək fikrində deyillər. Lakin bununla 

belə, ġahtaxtinskinin hətta altında imzasını qoymadığı 

məqalələrinin də cənab Stalinski tərəfindən aĢkara 

çıxarılması bu centlmenin xəfiyyəçilik fəaliyyətinə meylli 

olmasından xəbər verir". 

Tam hədəfə dəyən bu yazıdan sonra "Kavkaz" özü üçün 

uğursuzluqla sona çatan polemikanı dayandırmalı oldu. 

"Tiflisski vestnik"də tez-tez siyasi məsələlərlə bağlı 

analitik yazılarla çıxıĢ edən Ġsa Sultan özünün ixtisasca 

kənd təsərrüfatı mütəxəssisi, Qafqazın isə aqrar ölkə 

olduğunu da heç zaman unutmurdu. Bəlkə də çox güman 

ki, ilk növbədə, məhz onun sayəsində qəzetdə aqrar 

məsələ, o biri tərəfdən isə, 1861-ci il islahatından sonra 

tamamilə yeni səpkidə üzə çıxan kəndli məsələsi həmiĢə 

diqqət mərkəzində dayanmıĢdı. 

Ġ.S.ġahtaxtinski baĢqa bir həqiqəti də unutmurdu - o, 

caniĢinliyin mərkəzi Tiflisdə yaĢasa da, rus dilində nəĢr 

edilən qəzetin əməkdaĢı sayılsa da, Azərbaycan türkü 

olduğunu heç zaman yadından çıxarmırdı. Odur ki, 

Qafqazdakı digər qonĢularla müqayisədə, daha çətin və 

acınacaqlı durumda olan həmvətənlərinə imkan daxilində 

yardım göstərmək, onların səsinə və sözünə çevrilmək 

istəyirdi. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə