Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə198/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   194   195   196   197   198   199   200   201   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

863 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

çağırıb xahiĢinin yerinə yetirilməsinin mümkün 



olmadığını onun diqqətinə çatdırsınlar.  

Ġmtinanın motivi diqqəti çəkir və ən dəqiq tərcümənin 

belə orijinalın ruhunu tam əks etdirmədiyini nəzərə alaraq, 

məmur "otpiskasının" mətnini olduğu kimi vermək 

istəyirəm: "...prosba eqo ne mojet bıt udovletvorena, tak 

kak v oznaçennıx ġaxtaxtinskim otçetax pomeĢayutsya 

otzıvı i mneniya po takim voprosam, kotorıe ne podlejat 

qlasnosti". 

Qorbaçovun beynəlxalq miqyaslı demaqoqiyası 

nəticəsində bir çox dünya dillərinə daxil olan "qlasnost" 

sözünü bir tərəfə buraxsaq, burada XX əsrin 70-ci illəri ilə 

səsləĢən baĢqa bir məqamın mövcudluğu da diqqəti çəkir. 

Təsəvvür edək ki, 1976-cı ildə Ġ.S.ġahtaxtinskinin yaĢıdı 

olan bir azərbaycanlı gənc ölkə iqtisadiyyatı ilə bağlı real 

rəqəmləri açıqlamaq istəyir. Və bundan ötəri həmin 

məlumatların saxlandığı müvafiq orqanlara müraciət edir. 

Təbii ki, müraciətin yüz il sonra edilməsinə baxmayaraq

o da oxĢar, hətta bəlkə də eyni bir məmur "otpiskası" 

alacaqdı... 

 

 



 

Ġmperiyalar dəyiĢir, imperiya təfəkkürü isə dəyiĢilmir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

864 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Amma imperiyalar da tədricən köhnəlir, laxlayır, kökdən 



düĢür. Qüdrətli dövrlərində saat mexanizmi kimi dəqiq, 

ahəngdar iĢləyən imperiya maĢını sonradan zamandan 

dala qalır, həmiĢə və hər yerə gecikir və günlərin birində 

məhvə məhkumluğun labüdlüyü ilə üzləĢir. 

1877-ci ildə Rusiyanın imperiya maĢını hələ kifayət qədər 

dəqiq və ahəngdar iĢləyirdi. Ona görə də xüsusi 

operativliklə toplanmıĢ materialla Ġ.S.ġahtaxtinskini tanıĢ 

etmək üçün onu dərhal baĢ polismeysterin yanına 

çağırmıĢ, rəsmi cavabı elan etmiĢ, hətta məlumatla tanıĢ 

olması barəsində, necə deyərlər, "dilindən kağız da 

almıĢdılar".  

Məmur düĢüncəsinin və əxlaqının meyarları ilə yanaĢılsa, 

proses əvvəldən axıra kimi qanun çərçivəsində aparılmıĢdı 

- xahiĢ diqqətlə öyrənilmiĢ, onun yerinə yetirilməsinin 

mümkünsüzlüyü barəsində ərizəçiyə əsaslandırılmıĢ 

Ģəkildə məlumat verilmiĢdi. 

Təbii ki, Ġsa Sultan bu qərarla, bütünlükdə isə həmin 

baxıĢlar sisteminin özü ilə barıĢmaq istəmirdi. Ona görə 

də ərizəsinə "yerli-yataqlı" rədd cavabı almasına 

baxmayaraq, "Kavkazski almanax"ı hazırlayıb nəĢr etmək 

fikrindən daĢınmamıĢdı. 

Onun inadkarlığı sonda nəticəsini verdi. Doğrudur, 

arxivlərdən əldə etmək istədiyi materialların hamısını 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

865 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

toplaya bilməsə də, 1877-ci il martın 11-də məcmuənin 



nəĢri üçün lazımi icazəni ala bildi. 

"Gürcüstanın rus dövri mətbuatının biblioqrafiyası" 

əsərinin müəllifi kitabĢünas V.Q.Zertsalov "Kavkazski 

almanax"ı təqvim xarakterli nəĢr sayır və qeyd edirdi ki

burada "müxtəlif məlumatlarla birlikdə qafqazĢünaslıq və 

Qafqazın iqtisadiyyatına dair məqalələr toplanmıĢdır". 

Əslində, Ġ.S.ġahtaxtinski Tiflis, ümumən Qafqaz 

mühitində hamı üçün maraqlı, faydalı və gərəkli olan 

dövri bir nəĢr meydana qoymaq istəyirdi və yalnız ilk 

kitabını çapdan buraxdığı "Kavkazski almanax"la öz 

istəyinə müəyyən dərəcədə nail ola bilmiĢdi. Hər ilin 

sonunda məcmuənin bir kitabını çap etmək nəzərdə 

tutulurdu. Ġlk vaxtlar almanax məhdud sayda - iki min 

nüsxə tirajla çap olunacaqdı. Tələbat artdıqca tiraj da buna 

uyğun Ģəkildə tənzimlənəcəkdi. 

"Kavkazski almanax" sıravi oxucudan tutmuĢ dövlət 

məmurlarına və qafqazĢünas alimlərə qədər hər kəsi 

maraqlandıra bilən nəĢr idi. Ən əsası isə, burada toplanmıĢ 

materiallar əməli cəhətdən faydalılığı və gərəkliliyi ilə 

seçilirdi və bu mənada almanax istər Tiflis sakinlərinin, 

istərsə də Qafqazın digər yerlərində yaĢayanların "əl 

kitabına", əsas soraq mənbəyinə çevrilə bilərdi. NəĢr iki 

hissədən ibarət idi. Birinci hissəyə, sadəcə, müxtəlif 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

866 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

mənbələrdən alınan infopmativ materiallar toplanmıĢdı. 



Ġkinci hissə isə daha çox elmi-nəzəri xarakteri ilə diqqəti 

çəkirdi. 

Birinci hissəyə "Astronomiya", "Meterologiya", "Poçt", 

"Teleqraf", "Tədris hissəsi", "Qafqazın yol bələdçisi" kimi 

bölmələr daxil edilmiĢdi. Buradakı materialların, demək 

olar ki, hamısı Ġ.S.ġahtaxtinski tərəfindən hazırlanmıĢdı. 

Çoxsaylı diaqramlar, sxemlər, statistik göstəricilər onun 

həm də idarəçilik və dəqiq elmlər sahəsində əsaslı 

biliklərə malik olduğunu göstərir. Astronomiya ilə bağlı 

izah və Ģərhlər, metereoloji proqnozların kənd 

təsərrüfatına tətbiqi və s. barəsindəki materiallar sırf 

praktiki əhəmiyyəti və gündəlik iĢə yararlılığı ilə diqqəti 

cəlb edirdi. 

Almanaxın birinci hissəsindəki "Təqvimlər" bölməsində 

Qafqazdakı bütün dini konfessiyaların tarixi nə cür 

hesablamaları öz əksini tapmıĢdı. Tərtibçi müsəlman, 

pravoslav, qriqorian, katolik, protestant, yəhudi 

təqvimlərini həmin bölməyə daxil etmiĢdi. 

Qafqaz caniĢinliyinin mərkəzi sayılan Tiflisin inzibati 

həyatı ilə bağlı materiallar da maraq doğurur. 

Ġ.S.ġahtaxtinski almanaxa Tiflis Ģəhər Duması, Ģəhər 

idarəsi, Dumanın əsas komissiyaları, onların fəaliyyət 

sahələri, Ģəhər büdcəsi, büdcənin mədaxil hissəsini təĢkil 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə