Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə196/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   192   193   194   195   196   197   198   199   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

855 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

tanıĢlıq və dostluq münasibətlərinə əsaslanırdı; o biri 



tərəfdən isə, N.Nikoladzenin həmin iĢi öhdəsinə götürəcək 

baĢqa bir azərbaycanlı ziyalı tanımamasından irəli gəlirdi. 

Ġsa Sultanın H.Zərdabiyə məktubu anadilli mətbuata 

göstərilən böyük marağın əyani sübutudur. Onun 

"Əkinçi"də sıravi müəllif kimi iĢtirak arzusu da baĢa 

düĢüləndir. Ġsa Sultan yazmaq istəyirdi, həm də potensial 

oxucuları ilə onların baĢa düĢdükləri dildə danıĢmağa can 

atırdı. Lakin necə yazmağı, harada yazmağı və səsini, 

sözünü üz tutmaq istədiyi həmvətənlərinə necə yetirməyi 

bilmirdi. 

Bəlkə də onun dilə gətirmədiyi fikirləri aradan otuz il 

keçəndən sonra Mirzə Cəlil səmimi bir tərzdə ifadə 

edəcəkdi: "Yazmaq istəyirdim. Çox istəyirdim yazmaq! 

Amma bilmirdim niyə yazım və kimdən ötrü yazım?" 

Yəqin ki, "Tiflisski vestnik"in ən fəal müəllifi olan Ġsa 

Sultan yalnız rusdilli auditoriya üçün yazmaqla 

kifayətlənmir, gec-tez həqiqi oxucularını və öz 

mövzularını tapmaq haqda düĢünürdü. 

Lakin artıq yuxarıda da qeyd edildiyi kimi, rus dilinin 

incəliklərinə yiyələnmiĢ azərbaycanlı gənc doğma dilində 

yazmağa çətinlik çəkirdi. Bu heç də onun ana dilini 

bilməməsi kimi dəyərləndirməməlidir. Həmin dövrün 

ədəbi dili ərəb, fars və türk dillərinin qarıĢığından ibarət 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

856 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

qəribə bir simbioz idi. Ġsa Sultan belə bir dildə yazmağı 



bacarmırdı. Digər tərəfdən isə, onun hər hansı fayda 

gətirəcəyinə inanmırdı. 

 

Xalq danıĢıq dilini ədəbiyyata gətirmək, ötən əsrin 30-cu 



illərindəki Azərbaycan tənqidçilərinin birinin obrazlı 

Ģəkildə dediyi kimi, ədəbiyyat Məkkəsinə Novruzəlinin 

çarıqları ilə daxil olmaq böyük cəsarət və novatorluq tələb 

edirdi. XIX əsr Azərbaycan ədəbi-ictimai fikrinin bir sıra 

nümayəndələri - H.Zərdabi, N.Vəzirov, F.Köçərli, 

Ə.Haqverdiyev, N.Nərimanov və baĢqaları orta, yaxud ali 

təhsillərini rus dilində almıĢdılar. Cəlil Məmmədquluzadə 

də rus dilində savad verən Qori müəllimlər seminariyasını 

bitirmiĢdi. XoĢbəxtlikdən, bu böyük Ģəxsiyyətlərin 

vətəndaĢlıq cəsarətləri və milliyyətçilik duyğuları eyni 

dərəcədə yaxĢı bildikləri rus, yaxud fars dilindən imtina 

etmələrinə, həmvətənləri ilə "türkün ana dilində" 

danıĢmalarına təkan vermiĢdi. 

Ġ.S.ġahtaxtinski müəyyən səbəblər üzündən belə cəsarətli 

addım atmağı bacarmamıĢdı. Təbii ki, bu onun 

Azərbaycan ictimai fikri tarixindəki bəlkə o qədər də 

böyük olmayan xidmətlərinin üzərindən bütünlüklə xətt 

çəkməyə əsas verməməlidir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

857 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

O, Azərbaycan dilində qəzet nəĢr edə bilməsə də, XIX 



əsrin 70-ci illərində Tiflis ədəbi mühitinə azərbaycanlı 

müəllif tərəfindən rus dilində çap olunan ilk dövri nəĢrin 

yaradıcısı və redaktoru kimi daxil ola bildi. 

Bu, 1876-cı ilin noyabr ayında olmuĢdu. Ġsa Sultan artıq 

bir il idi ki, Tiflisə qayıtmıĢdı və bir il ərzində özünü 

bacarıqlı publisist və müasir ifadə ilə desək, həm də 

nüfuzlu politoloq kimi tanıda bilmiĢdi. 

"Əkinçi" həmin 1876-cı il noyabr ayında çıxan sayında 

H.Zərdabi yazırdı ki, "insan üçün zindəganlıq etmək 

günü-gündən düĢvar olur... Amma oturub ah çəkməkdən 

fayda yoxdur". 

Müsəlman mühitini bir hörümçək toru kimi sarmıĢ gerilik 

və ətalətdən acı-acı Ģikayətlənən qəzet daha sonra ana 

dilində təhsilin vəziyyəti, kitab çapı və dərsliklər kimi 

mühüm mövzulara toxunaraq qeyd edirdi ki, məktəblərdə 

"Məcnunun elədiyi qələti oxudunca, elmi-coğrafiya kitabı 

oxusaq həm yazıb-oxumağı öyrənnik, həmi də dünya 

üzərində olan vilayətlərdən xəbərdar olarıq". 

Bu sətirləri Ġsa Sultanın oxuyub-oxumadığını söyləmək 

çətindir. Amma onun məhz həmin ilin noyabr ayında 

qəbul etdiyi qərar və baĢladığı iĢlə "Əkinçi" nin yazdıqları 

arasında ən azı mənəvi bağlılıq vardı. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

858 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Ġsa Sultan Tiflisdə "Kavkazski almanax" adlı dövri nəĢr 



təsis etmək qərarına gəlmiĢdi. Məqsədi Qafqazı, eləcə də 

həmsərhəd bölgələri siyasi, tarixi, coğrafi, statistik, 

etnoqrafik, etnik və s. baxımdan daha yaxĢı tanıtmaq idi. 

Bəlkə bu yolla o da, Həsənbəy kimi istəyirdi ki, 

həmvətənləri, "dünya üzərində olan vilayətlər" bir yana 

qalsın, öz doğma vətənlərindən az-çox xəbər tutsunlar

"Məcnunun elədiyi qələtləri" bir tərəfə buraxaraq, "elmi-

coğrafiyadan" xəbərdar olsunlar?! 

"Kavkazski almanax" məcmuəsini nəĢr etmək istəyən 25 

yaĢlı Ġsa Sultan artıq müəyyən fikir ayrılıqlarının və ruh 

düĢkünlüyünün özünə yer tapdığı "Tiflisski vestnik" 

redaksiyasını tərk etmək və tam müstəqil fəaliyyət 

göstərmək istəyirdi. 

(Bu yerdə yadıma "ġərqi-rus"la əməkdaĢlığından ümidləri 

doğrulmayaraq, o dövrdəki baĢqa bir ġahtaxtinskinin - 

Məhəmməd ağanın baĢ redaktor olduğu qəzeti tərk edən 

və "öz mətbuatını" yaratmaq istəyən Mirzə Cəlilin 

ürəyinin dərinliklərindən gələn sözləri düĢür: "Ax, necə 

arzu edirdim ki, mən də sahibi-ixtiyar olub ürəyimin 

dərdlərini meydana qoyaraq intiĢar edə bilim...") 

Nəzərdə tutduğu dövri nəĢrin hər sayını hazırlamaq üçün 

Ġsa Sultana mütləq Qafqazın iqtisadi həyatı, statistikası, 

idarəçilik fəaliyyəti və s. bağlı müvafiq məlumatlar əldə 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə