Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə195/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   191   192   193   194   195   196   197   198   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

851 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

dağıdıcı təsirlərin qarĢısını almaq barəsində düĢünürdü. 



Amma təbii ki, bir tərəfdən gəncliyi və təcrübəsizliyi, o 

biri tərəfdən isə, milli mövcudluğa kifayət qədər bələd 

olmaması ona Mirzə Cəlil kimi dərin və ümumiləĢdirici 

nəticələr çıxarmaq imkanı verməmiĢdi. 

Lakin istənilən halda o, millət üçün öz "anasının 

kitabının" vacibliyi ideyasını anlamıĢdı. 

 

*** 


 

Gürcü tədqiqatçısı Leyla Çikovani 1964-cü ildə 

"Literaturnaya Qruziya" jurnalında çap olunan 

"Gürcüstanda ilk demokratik rus qəzeti" adlı məqaləsində 

azərbaycanlı Ġ.S.ġahtaxtinskinin XIX əsrin 70-ci illərində 

Tiflisdə müstəqil mətbuat orqanı yaratmaq təĢəbbüsünə 

toxunaraq yazırdı: "Görkəmli gürcü inqilabçı-

demokratları ilə yaxın dostluq əlaqələri saxlayan, 

"terqdaleylilərin" ideya rəhbəri Ġ.Çavçavadzenin ən 

sədaqətli əməkdaĢları- N.Nikoladze, A.Sereteli, 

K.Bebutov, D.Eristavi ilə daimi ünsiyyətdə olan, yerli 

ədəbi gəncliyin sıralarında özünə layiqli yer tutan Ġsay 

ġahtaxtinski jurnalistika ilə heç bir əlaqəsinin olmamasına 

(müəllif səhv edir, sonradan "Tiflisski vestnik" qəzetini 

daha diqqətlə təhlil edib araĢdırdıqdan sonra o, özü 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

852 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

səhvini etiraf etmiĢdi- V.Q.) Azərbaycan mətbuatı 



tarixində ilk dəfə Tiflisdə qəzet, yaxud jurnal nəĢr etmək 

cəsarətini və qətiyyətini öz üzərinə götürdü". 

Bu dövri nəĢr hansı dildə çap olunacaqdı? 

N.Nikoladze gənc azərbaycanlı dostuna ana dilində qəzet 

nəĢrinə baĢlamağı məsləhət görmüĢdü. Əldə edilən 

razılığa əsasən, naĢir N.Nikoladze, redaktor isə 

Ġ.S.ġahtaxtinski olacaqdı. Lakin Ġsa Sultan ana dilini qəzet 

redaktorluğu səviyyəsində bilmədiyindən, ilk vaxtlar 

Tiflisdə yaĢayan azərbaycanlı ziyalıların yardımından 

istifadə olunacaqdı. 

L.Çikovani sonradan bu ideyanın həyata keçməməsini 

prozaik bir amillə - gənc entuziastların qəzet təsisi və 

nəĢri üçün tələb olunan maddi vəsaiti tapa bilməmələri ilə 

izah edir. 

BaĢqa bir ehtimal da mümkündür - bəlkə də Ġsa Sultan, 

N.Nikoladze ilə bütün yaxın və səmimi dostluq 

münasibətlərinə baxmayaraq, bir gürcü ziyalısının 

naĢırlıyı ilə çap ediləcək Azərbaycan qəzeti ideyası ilə 

sona qədər razılaĢa bilməmiĢdi?! 

Ġndi bu suala cavab vermək çətindir. Daha doğrusu, 

mümkün deyil. 

Yeri gəlmiĢkən, 1871-ci ildə gürcü ədəbiyyatının baĢqa 

bir nümayəndəsi, Tiflisdə gürcü dilində çıxan "Saspalo 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

853 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

qazeti"nin ("Kənd qəzeti") redaktoru G.Sereteli də 



Azərbaycan türkcəsində qəzet nəĢr etmək fikrinə 

düĢmüĢdü. Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi 

üzvü olan G.Sereteli "Kənd qəzetəsi" adı ilə gürcü dilində 

eyni mənanı ifadə edən "Saspalo qazeti"nin azərbaycanca 

dublikatını buraxmaq istəyirdi. 

Lakin ideyasını həyata keçirmək üçün G.Sereteli ya 

Qafqaz caniĢinliyinin, ya da imkanlı azərbaycanlıların ona 

900 manat maddi yardım göstərməsini əsas Ģərt kimi irəli 

sürürdü. Qəzetin redaktorluğuna isə Tiflisdə, yaxud 

Qafqazın digər yerində yaĢayan azərbaycanlı ziyalının 

deyil, əvvəlcə müsəlman olmuĢ, sonra isə xristianlığı 

qəbul etmiĢ acar Ġvan Asatianinin (o,Azərbaycan dilini 

mükəmməl bilirdi) gətirilməsi nəzərdə tutulurdu. 

Niyyətin nəcibliyindən asılı olmayaraq, bu ideyanın 

həqiqi azərbaycanlı ziyalıları sevindirəcəyini düĢünmək 

sadəlövhlük olardı. 

Maraqlıdır ki, Kənd Təsərrüfatı Cəmiyyətinin milliyyətcə 

erməni olan üzvü Q.Kələntərov da bu məsələdə xüsusi 

canfəĢanlıq göstərirdi. Sənədlərdən aydın olur ki, 

G.Seretelinin "Kənd qəzetəsi" orijinal materiallar çap 

etməyəcəkdi. Burada gürcücə yazılmıĢ məqalələrin 

tərcümələrinin verilməsi nəzərdə tutulurdu. Təbii ki, belə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

854 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bir nəĢri Azərbaycan qəzeti adlandırmaq o qədər də 



həqiqətə uyğun səslənmirdi. 

Əslində, G.Sereteli redaktoru olduğu gürcü nəĢrinin ağır 

maliyyə vəziyyətini düzəltmək üçün ilk baxıĢdan cəlbedici 

görünən belə bir avantüraya əl atmıĢdı. O, yalnız 

Həsənbəy Zərdabinin kənd təsərrüfatı yönlü qəzet nəĢri 

üçün Bakı qubernatoru Staroselskidən razılıq aldığını 

öyrənəndən sonra, təĢəbbüsündən əl çəkməli olmuĢdu. 

N.Nikoladzenin Ġsa Sultanla birlikdə qəzet nəĢr etmək 

planlarının arxasında hər hansı maliyyə marağının 

dayanması fikri inandırıcı görünmür. Səbəb baĢqa idi. 

Həmin dövrdə Qafqaz gəncliyinin qabaqcıl nümayəndələri 

xalqçılıq ideyalarının təsiri altında milli və sinfi zülmə 

qarĢı mübarizəni həyat idealı sayırdılar. Belə Ģəraitdə 

N.Nikoladzenin Azərbaycan dilində qəzetin naĢiri olmaq 

istəməsində qeyri-adi heç bir Ģey yox idi.  

Dolayısı yolla "öz nəĢrinin" maliyyə problemlərini həll 

etmək istəyən G.Seretelidən fərqli olaraq, N.Nikoladze 

yaxĢı baĢa düĢürdü ki, azərbaycanlı müəlliflərin aparıcı rol 

oynamadığı, milli reallıqla bağlı mövzuların əsas yer 

tutmadığı hər hansı bir mətbu nəĢr Azərbaycan ziyalıları 

və oxucular tərəfindən inamsızlıqla qarĢılanacaq, qarĢısına 

qoyduğu məqsədlərə çata bilməyəcək. Bu məsələ ilə bağlı 

məhz Ġ.S.ġahtaxtinskiyə müraciət isə, bir tərəfdən, yaxın 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə