Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə194/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   190   191   192   193   194   195   196   197   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

847 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

mövcud qanunlardan baĢ çıxara və öz haqlarını lazımi 



Ģəkildə qoruya bilərdilər. 

 

Məqalənin bu məsələlərə həsr olunmuĢ hissəsində 



deyilirdi: "Onu da yadda saxlamaq lazımdır ki, bizim 

müsəlman həyatının əqli və mənəvi tərəfi hələ də son 

illərdə baĢ verən dəyiĢikliklərin təsirini öz üzərində hiss 

etməmiĢdir. Cəmiyyətimizdə belə bir yanlıĢ təsəvvür 

mövcuddur ki, müsəlmanların əqli inkiĢafına nə qədər az 

diqqət yetirilsə, onlar Rusiya ilə daha tez qaynayıb-

qarıĢacaqlar. Ġndiyə qədər cəhalət içərisində qalmıĢ 

müsəlman əhali üçün bircə məktəbin açılmaması da məhz 

bu yanlıĢ təsəvvürlə izah edilir. Müsəlman əyalətlərində 

xalq maarifinin inkiĢafı məsələlərinə yersiz dəbdəbə kimi 

baxılır, uĢaqların təhsili yalnız müsəlman ruhanilərinin 

öhdəsinə buraxılır. Sübut etməyə ehtiyac vardırmı ki, bu 

səhv addımdır? Sübut etməyə ehtiyac vardırmı ki, 

hökumət özü müsəlman əhalinin az-çox normal və düzgün 

təhsil almasında maraqlı olmalıdır? Çünki məhz belə bir 

təhsil müsəlmanlar arasında mövcud olan dini və tayfa 

nifaqlarını aradan qaldıra bilər". 

 

Qafqazın müsəlman əhalisi arasında mütərəqqi baxıĢların, 



maarifin və mədəniyyətin yayılması iĢində, məqalə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

848 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

müəllifinin fikrincə, mətbuat, həm də məhz ana dilində 



mətbuat əvəzsiz rol oynaya bilərdi. Bu cəhətdən 

Qafqazdakı rus administrasiyasının müsəlman əhalinin 

ana dilində mətbuat və kitablar çap etməsi məsələsinə 

laqeyd münasibəti, görünür, hələ müəyyən illüziyalardan 

xilas olmayan Ġ.S.ġahtaxtinskini heyrətləndirirdi: 

 

"Doğrudan da qəribə deyildirmi ki, əhalisinin üçdə bir 



hissəsi müsəlmanlardan ibarət olan ölkədə yalnız tatar 

(Azərbaycan-V.Q.) dilində bir qəzet, özü də sırf kənd 

təsərrüfatı istiqamətli "Əkinçi" çap olunur? Qəribə 

deyildirmi ki, bu qəzet də yalnız 1875-ci ilin payızından 

(müəllif səhv edir, "Əkinçi"nin ilk sayı 1875-ci il iyulun 

22-də çıxmıĢdı-V.Q.) çıxır və onun nəĢri Bakı 

qubernatoruna qəzetin senzuradan Tiflisdə deyil, Bakıda 

keçirilməsi üçün necə çətinliklərlə icazə alması bahasına 

baĢa gəlib? Rəsmi mənbələr "Əkinçi"nin yalnız 500 nüsxə 

tirajla çıxdığını göstərir. Qafqaz caniĢinliyinin hüdudları 

daxilində bu qəzetdən baĢqa heç bir dövri, yaxud qeyri-

ardıcıl müsəlman nəĢri mövcud deyil". 

 

O da diqqətəlayiqdir ki, Ġ.S.ġahtaxtinski "müsəlman dövri 



nəĢrlərinin" olmamasını əhalinin mətbuata, mədəniyyətə 

laqeyd yanaĢması ilə deyil, çar məmurlarının imperiyanın 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

849 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

qeyri-xristian əhalisinin inkiĢafına barmaqarası münasibəti 



ilə izah edirdi. Müəllif bu fərqli yanaĢma tərzi ilə bağlı 

fikirlərini konkret fakt və müĢahidələrlə əsaslandıraraq 

yazırdı: 

 

"Qafqazın bir milyonluq əhalisinin dövri nəĢrlərə 



ehtiyacını hər Ģeydən daha aydın Ģəkildə belə bir rəqəm 

aydın ifadə edir ki, xarici ölkələrdən abunə yolu ilə 

mətbuat orqanları gətirməyin bütün çətinliklərinə, 

bahalığına və s. baxmayaraq, ötən 1875-ci ildə bura ərəb, 

fars, türk, tatar dillərində 14 min nüsxədən çox qəzet

jurnal, kitab və broĢüra gətirilmiĢdir. ġübhə yoxdur ki, 

yerli dillərdəki nəĢrlər bundan üç-dörd qat artıq tirajla 

yayıla bilərdi. Lakin nədənsə, bu məsələyə əhəmiyyət 

verən yoxdur". 

Ana dilində yerli mətbuatın və kitab nəĢrinin olmaması, 

Ġsa Sultanın fikrincə, "müsəlman ziyalılarının" fars, yaxud 

Osmanlı mədəniyyətinin təsiri altına düĢməsi üçün münbit 

zəmin yaradırdı. Bu isə, öz növbəsində, Bakını, yaxud 

Tiflisi deyil, Tehran və Ġstanbulu azərbaycanlı ziyalı üçün 

əsas cazibə mərkəzinə çevirirdi.  

Publisistin fikrincə, əgər hökumət müsəlman əhalini 

özündən uzaqlaĢdırmaq, kənar təsirlər altına salmaq 

istəmirdisə, milli mətbuat və maarif Ģəbəkəsini 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

850 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

geniĢləndirməklə belə cazibə mərkəzlərini Rusiya 



müsəlmanlarının toplu halda yaĢadığı ərazilərdə yaratmalı 

idi. Xüsusən, ġərq məsələsinin daha böyük aktuallıq kəsb 

etdiyi və yeni Rusiya-Osmanlı müharibəsinin baĢlandığı 

XIX əsrin 70-ci illərində bu məsələnin ağıllı və 

məqsədyönlü həlli, müəllifin fikrincə, zəruri idi. 

Amma, görünür, imperiya ideoloqları üçün azərbaycanlı 

əhalinin bir hissəsinin rus, baĢqa bir hissəsinin fars, 

üçüncü bir qisminin Osmanlı yönümlü olması və müxtəlif 

etnik-mədəni təsirlər altına düĢməsi daha sərfəli idi. Çünki 

belə olduqda, millətin ayrı-ayrı təbəqələrini bir-biri ilə üz-

üzə qoymaq, imperiyanın mövcudluğunu təmin edən 

"parçala və hökm sür!" siyasətini həyata keçirmək daha 

asan idi. 

Məhz azərbaycanlıların ana dilində təhsili məsələsinə belə 

münasibətin nəticəsində Azərbaycan cəmiyyətində Cəlil 

Məmmədquluzadənin "Anamın kitabı" pyesində böyük 

ürək ağrısı ilə təsvir etdiyi sindrom yaranmıĢdı - eyni ata-

ananın övladları fərqli dillərdə danıĢır, fərqli düĢüncələri 

paylaĢır, doğma ana dillərinə və milli mədəniyyətlərinə isə 

xor baxırdılar.  

Ġ. S. ġahtaxtinski Qafqaz müsəlmanları arasında maarif və 

mətbuatın geniĢ yayılmasının zəruriliyi ideyasını 

əsaslandırarkən, ilk növbədə, bu cür yad, bölücü və 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə