Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə193/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   189   190   191   192   193   194   195   196   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

843 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Belə bir Ģəraitdə əgər Həsənbəy Zərdabi Ġ.S.ġahtaxtinski 



ilə əməkdaĢlıq etmək, onun yazdığı siyasi məzmunlu 

məqalələrə qəzetin səhifələrində yer versəydi, o zaman 

yeganə mətbu tribuna olan "Əkinçi"nin bağlanması daha 

da sürətlənərdi.  

Çox güman ki, məhz bu mülahizəyə görə milli mətbuatda, 

ana dilində ciddi siyasi xarakterli yazılarla çıxıĢ etmək 

istəyən Ġsa Sultanın arzusu baĢ tutmamıĢdı. "Əkinçi"ni 

yaĢatmaq üçün, Həsənbəy istəməsə də bir sıra məsələlərdə 

güzəĢtə getməli olurdu. 

O, inanırdı ki, milli mətbuatın böyük missiyasını 

"Əkinçi"dən sonra gələn nəĢrlər yerinə yetirəcəklər. Nəyin 

bahasına olursa olsun, "Əkinçi"nin nümunəsini qoruyub 

saxlamaq lazım idi ki, millət qəzet oxumağı öyrənsin və 

yeni mətbuat üçün zəmin hazırlansın. 

 

Hələlik isə vəziyyət acınacaqlı idi - nə xalq mətbuata 



xüsusi maraq göstərir, nə də hakim dairələr yeni, maarifçi 

ruhlu milli mətbuatın yaranmasına və yayılmasına imkan 

verirdi. 

Ġyirmi beĢ yaĢlı Ġsa Sultan "Zaqafqaziya 

müsəlmanlarının", təbii ki, ilk növbədə azərbaycanlıların 

əqli tələbatlarının düĢünülmüĢ Ģəkildə ödənilməsini 

onların gələcək iqtisadi, mədəni və mənəvi inkiĢaflarının 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

844 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

guĢə daĢı sayırdı. Onun fikrincə, azərbaycanlılar Cənubi 



Qafqazın bütün ərazisində yaĢadıqları halda, Bakıda, iki 

həftədə bir dəfə 500 nüsxə tirajla kiçik formatda və sərt 

senzura tələbləri altında çıxan "Əkinçi" qəzetinin bu 

tələbatı ödəməsi qeyri-mümkün idi. 

Həsənbəy Zərdabiyə ünvanlanmıĢ məktubla eyni günlərdə 

yazılmıĢ "Zaqafqaziya müsəlmanlarının intellektual 

tələbatı" məqaləsində Ġsa Sultan regionun müsəlman 

əhalisi arasında maarifin, kitab və qəzet nəĢrinin 

acınacaqlı vəziyyəti ilə bağlı fikirlərini bölüĢürdü. 

Onun məqaləsində Cənubi Qafqazda sakin olan əsas 

millətlər arasında kitabların və digər mətbu nəĢrlərin 

yayılması ilə bağlı maraqlı rəqəmlər açıqlanmıĢdı. 

Tədqiqatçının araĢdırmalarına görə, 1875-ci ildə regionda 

rus dilində 15 (ümumi tiraj 7016 nüsxə; bundan sonra tiraj 

mötərizə içərisində göstəriləcəkdir-V.Q.), gürcü dilində 3 

(1150), erməni dilində 5 (4780), Azərbaycan türkcəsində 

isə vur-tut 1 (500) dövri mətbuat orqanı nəĢr edilmiĢdi. 

Eyni ildə rus dilində 42 (26 610), gürcü dilində 26 (46 

400), erməni dilində 23 adda (29 540) kitab çap 

olunmuĢdu. Azərbaycan türkcəsində isə heç bir kitab iĢıq 

üzü görməmiĢdi. 

Xalqın maariflənməsində və intellektual-mədəni tələbatın 

ödənilməsində yaranmıĢ bu qeyri-bərabərliyin Qafqazın 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

845 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

azərbaycanlı əhalisinin həm öz günahı, həm də 



imperiyanın onlara ögey münasibətinin nəticəsi kimi 

dəyərləndirən Ġsa Sultan yazırdı: "CaniĢinliyimizin 

ərazisində tatar (Azərbaycan-V.Q.) əhalisinin sayı artıq bir 

milyona çatmıĢdır (1862-ci il siyahıyaalmasının 

nəticələrinə görə 977 191 nəfər). Bunların üzərinə əksər 

hissəsi müsəlmanlardan ibarət olan 897 945 nəfər dağlı 

əhalisini də gəlmək lazımdır. Ən mötədil hesablamalara 

görə müsəlmanlar caniĢinlik əhalisinin ən azı üçdə bir 

hissəsini təĢkil edirlər. Bu üçdə bir hissə təĢkil edən 

əhalininin əhəmiyyəti bir də ona görə artır ki, onların 

əksəriyyəti imperiyanın Türkiyə və Ġranla həmsərhəd 

bölgələrində yaĢayırlar. Müsəlman əhalisinin həmin 

ölkələrə yalnız tarixi xatirələr deyil, dil və din birliyi də 

bağlayır. Bütün bu mülahizələri nəzərə alaraq, cəmiyyət 

Ġrandan və Türkiyədən ayrılıb Rusiyaya birləĢdirilən 

müsəlman əhalisinə münasibətdə diqqətli olmalı idi". 

 

Həmin diqqətin təzahürləri Ġ.S.ġahtaxtinskinin fikrincə, 



müsəlman əhalisinin maddi vəziyyətinin 

yaxĢılaĢdırılmasında, onların arasında maarifin və 

mədəniyyətin yayılmasında, yerli sənayenin və ticarətin 

inkiĢaf etdirilməsində, iri torpaq sahiblərindən köləcəsinə 

asılılığa son qoyulmasında görürdü. Onun fikrincə, həmin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

846 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

tədbirlərin ardıcıllıqla və planlı Ģəkildə həyata keçirilməsi 



Qafqazın müsəlman əhalisinin Rusiya ilə daha da 

yaxınlaĢması, mənəvi əlaqələrin yaranması və vətəndaĢlıq 

hissinin daha aydın təzahürü yolunda mühüm addım idi. 

 

Qafqaz caniĢinliyində torpaq üzərində mülkiyyətlə bağlı 



məsələləri, ümumilikdə aqrar məsələni kifayət qədər yaxĢı 

bilən müəllif bu sahədə müsəlmanların hökumətdən daha 

çox incik salındıqlarını da ayrıca qeyd edir və özünün 

"Tuflisski vestnik" də çap olunmuĢ "Ağrılı yer", "Quba 

xanlığında torpaq sahibkarlığı" məqalələrinə istinad 

edirdi. Ġ.S.ġahtaxtinski burada bir qədər üstüörtülü Ģəkildə 

Qafqaz müsəlmanlarının-azərbaycanlıların ata-baba 

torpaqlarının Ġrandan və Osmanlı imperatorluğundan 

köçüb gələn ermənilərə verilməsi məsələsinə də 

toxunurdu. 

 

Lakin "Zaqafqaziya müsəlmanlarının intellektual tələbatı" 



məqaləsində müəllifi maraqlandıran yalnız torpaq 

məsələsi deyildi. Onun fikrincə, hətta torpaq məsələsinin 

özünün də düzgün və ədalətli həlli üçün müsəlman 

əhalisinin savadlandırılmasına ciddi ehtiyac vardı. Yalnız 

bu yolla onlar ölkənin həqiqi vətəndaĢları ola bilərdilər, 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə