Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə201/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   197   198   199   200   201   202   203   204   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

875 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

edilmiĢdi. Ġ.S.ġahtaxtinskinin rəhbərliyi ilə Ģəhər idarəsi 



1880-cı il aprelin 1-nə qədər fəaliyyət göstərdi və 

qarĢısına qoyulmuĢ vəzifələrin öhdəsindən uğurla gəldi. 

Ġndi dilimizin daha çox öyrəndiyi "əmək kitabçası" 

anlayıĢını Rusiya imperiyası dövründə "formulyar siyahı" 

deyilən sənəd əvəz edirdi. Dövlət xidmətində çalıĢan 

məmurların formulyar siyahılarında onların tərcümeyi-hal 

faktları, iĢ yerləri, məzuniyyətə getdikləri və qayıtdıqları 

müddət, xəstəlikləri, ezamiyyələri, təltifləri, töhmətləri, 

ailə vəziyyəti, övladları və s. haqqında məlumatlar öz 

əksini tapırdı. 

Formulyar siyahıdakı sonuncu qeyd, adətən, məmurun 

tutduğu vəzifədən istefaya göndərilməsi, yaxud ölümü ilə 

bağlı olurdu və bundan sonra sənəd arxivə verilirdi. 

Arxivlərdə iĢləyərkən həm nazik, həm də qalın 

formulyarlara təsadüf etmiĢəm. Sənədin qalınlığı və 

buradakı qeydlərin çoxluğu onun sahibinin 

diribaĢlığından, vəzifə pillələri ilə sürətlə irəliləməsindən, 

səmərəli fəaliyyətindən, cəmiyyətdəki mövqe və 

əlaqələrindən xəbər verirdi. 

Ġsa Sultan ġahtaxtinskinin formulyar siyahısı ikinci qismə 

aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

876 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

1879-cu il yanvarın 1-dən etibarən o, Qars vilayəti hərbi 



qubernatorunun dəftərxanasında xüsusi tapĢırıqlar üzrə 

baĢ məmur vəzifəsinə keçirilir. 

Həmin ilin mart ayında qubernator dəftərxanasındakı 

iĢində saxlanmaqla Qafqaz ordusu və Qafqaz hərbi 

dairəsində baĢ məmur vəzifəsinə təyin edilir. 

1879-cu ilin dekabrında Rusiya dövləti ilə Osmanlı 

imperatorluğu arasında Qars və ətraf bölgələrlə bağlı bir 

sıra mübahisəli məsələləri nizama salmaq üçün bir neçə 

aylığa Ġstanbula ezam edilir. 

1880-1882-ci illərdə Qars hərbi qubernatorluğunun mülki 

iĢlər üzrə dəftərxanasının rəisi vəzifəsində çalıĢır. 

1880-cı ildə yenə də mübahisəli ərazi məsələlərin həlli ilə 

əlaqədar Ərzurum Ģəhərində ezamiyyətdə olur. 

1883-cü ilin aprelində Qars vilayəti hərbi qubernatorunun 

dəftərxana rəisi təyin olunur və həyatının sonuna kimi bu 

vəzifədə çalıĢır. 

Mülki rütbələrin də hərbi rütbələr kimi dəqiq 

müəyyənləĢdirilmiĢ zaman fasilələri ilə verildiyi köhnə 

Rusiya Ģəraitində cəmi beĢ illik xidmətdən sonra 

"dəftərxana rəisi" təyin olunmaq böyük uğur sayılırdı. Ġsa 

Sultan yalnız özü kimi kadrlara ehtiyac duyulduğuna görə 

deyil, həm də yüksək iĢgüzarlığına, bacarıq və istedadına 

görə tezliklə belə bir məsul vəzifəyə təyin olunmuĢdu. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

877 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

"Kavkaz" qəzeti "Bir ideal uğrunda" adlı nekroloqda onun 



mənsəb pillələri ilə sürətlə irəliləməsinin səbəblərini 

açıqlayaraq yazırdı: "Rəhbərlik mərhumun həqiqətən də 

hüdud bilməyən qabiliyyətini, geniĢ biliyini, Avropa və 

ġərq dillərinə hərtərəfli bələdliyini nəzərə alaraq tezliklə 

ona son dərəcə geniĢ və çoxcəhətli fəaliyyət sahəsinə 

malik dəftərxana rəisliyi vəzifəsini təklif etdi". 

Bürokratik idarəçilik sistemində həqiqətən də "geniĢ və 

çoxcəhətli fəaliyyət" tələb edən bu iĢin bütün vaxtını və 

enerjisini almasına baxmayaraq, Ġsa Sultan yenə də qəlbən 

bağlandığı jurnalistikadan və yaradıcılıq fəaliyyətindən 

uzaqlaĢmamıĢdı. 80-ci illərdə ara-sıra "Kavkaz" və 

"Novoe obozrenie" qəzetlərində onun Qarsdan göndərdiyi 

məqalə və korrespondensiyalar çap olunurdu. 

Artıq bir neçə dəfə istinad etdiyim nekroloqun naməlum 

müəllifi Ġsa Sultanın Rusiyanın bir sıra mərkəzi qəzetləri 

üçün də yazdığını, Moskvada çıxan "Nedelya" qəzetinin 

isə Qafqaz və Türkiyə üzrə müxbiri vəzifəsini yerinə 

yetirdiyini bildirir. 

Bu məlumat həqiqətə nə dərəcədə uyğundur? 

Fikrimizcə, nekroloq müəllifi Ġsa Sultanı eyni soyadı 

daĢıyan baĢqa bir həmvətəni və qohunu ilə - Məhəmməd 

ağa ġahtaxtinski (1846-1931) ilə qarıĢıq salmıĢdı. 

Sonuncu ötən əsrin 80-ci illərində "Moskovckie 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

878 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

vedomosti" (qaragüruhçu Katkovun redaktorluğu ilə çıxan 



bu nəĢr Rusiyanın "kiçik xalqlarına" və müsəlman əhaliyə 

münasibətdə qatı imperiyapərəst mövqe tuturdu və bir 

müddət həmin qəzetdə çalıĢması sonralar 

M.ġahtaxtinskiyə baĢqaxıncı olmuĢdu-V.Q.) əməkdaĢı və 

Ġstanbul müxbiri idi. 

Amma bir məsələ var ki, nekroloqda "Moskovskie 

vedomosti"nin deyil, "Nedelya"nın adı çəkilir. Burada 

əksini tapmıĢ digər məqamlardan da göründüyü kimi, 

nekroloq müəllifi Ġsa Sultanı kifayət qədər yaxından 

tanımıĢ, onun ömür yoluna və bioqrafiyasına yaxĢı bələd 

olmuĢdu. Deməli, ötəri xatırladılan bu faktın özü də 

diqqətlə araĢdırılmalıdır. 

Təbii ki, imperiyaya yeni qatılmıĢ ərazilər və rus silahının 

yeni zəfərləri barəsindəki yazılara mərkəzi qəzetlər öz 

səhifələrində həvəslə yer verirdilər. Bu mənada, rus dilini 

mükəmməl bilən və jurnalistika təcrübəsinə malik olan 

Ġ.S.ġahtaxtinski yalnız rusdilli Qafqaz mətbuatı üçün 

deyil, Moskva və Peterburq qəzetləri üçün də həqiqi 

mənada tapıntı ola bilərdi. Bir sözlə, bu istiqamətdə yeni, 

daha əhatəli araĢdırmalara ehtiyac vardır. 

Qarsda Ġ.S.ġahtaxtinski yalnız dövlət məmuru kimi deyil, 

həm də maarifçi, tədqiqatçı-alim və jurnalist kimi 

fəaliyyət göstərirdi. Formulyar siyahasındakı bir qeyddən 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə