Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə199/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   195   196   197   198   199   200   201   202   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

867 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

edən gəlirlər və xərclər barəsində geniĢ məlumatlar daxil 



etmiĢdi. "Kavkazski almanax"dakı bu tipli məlumatlar 

Tiflisin 1877-ci ildəki inzibati-təsərrüfat və maliyyə 

həyatının bütün istiqamətləri barəsində dolğun təsəvvür 

yaradırdı. 

Ġkinci hissə isə, artıq qeyd edildiyi kimi, əsasən analitik 

materialları ehtiva edirdi. Burada tanınmıĢ gürcü publisisti 

D.Eristavinin "Ötən ilin yekunları", K.Bebutovun "Tiflis 

teatrı", N.Nikoladzenin "Bizim bir ilimiz" və Ġsa Sultanın 

özünün "ġərq böhranı" adlı məqalələri toplanmıĢdı. 

Mündəricatdan da göründüyü kimi, "Kavkazski 

almanax"ın əsas yaradıcı heyəti də "Tiflisski vestnik"in 

əməkdaĢlarından təĢkil olunmuĢdu.Sadəcə, bu dəfə onlar 

artıq Ġ.S.ġahtaxtinskinin rəhbərliyi altında fəaliyyət 

göstərirdilər. Hər iki nəĢrdə əlbir çalıĢan bu dördlük 

Tiflisin elmi-mədəni həyatına müəyyən bir yenilik 

gətirmək, onu heç olmazsa informasiya təminatı və 

mənəvi baxımdan bir qədər azad görmək istəyirdilər. 

Ġ.S.ġahtaxtinskinin özünün almanaxdakı 44 səhifəlik 

"ġərq böhranı" məqaləsi onun indi Yaxın ġərq 

adlandırdığımız regionda, ilk növbədə, Ġran və Türkiyədə 

gedən ictimai-siyasi və mədəni-mənəvi prosesləri diqqətlə 

müĢahidə və təhlil etdiyini göstərir. Məqalədə Rusiya ilə 

yeni hərbi qarĢıdurma ərəfəsində olan Osmanlı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

868 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

imperiyasının daxili və xarici siyasəti xüsusi ilə ətraflı 



təhlil olunurdu. 

Bir neçə ay sonra baĢlanan və Osmanlı imperatorluğu 

üçün yeni ərazi itkiləri ilə nəticələnən növbəti rus-türk 

hərbi qarĢıdurması Ġsa Sultanın bir çox proqnozlarının 

həqiqətə nə qədər yaxın olduğunu göstərdi. 

ġərq böhranından yazan Ġ.S.ġahtaxtinski öz həyatının və 

həmfikirləri ilə birgə baĢladıqları iĢin də böhranlı 

mərhələyə daxil olduğunu görməyə bilməzdi. "Kavkazski 

almanax"ın ikinci kitabı üçün hazırlıq iĢlərinə baĢlayarkən 

o, yenə də süni maneə və əngəllərlə üzləĢmiĢdi. Növbəti 

cilddə Ġsa Sultan yalnız soraq kitabçaları üçün səciyyəvi 

olan materiallarla kifayətlənmək fikrində deyildi. 

Qafqazın mövcud durumu və tarixi haqqında, habelə 

regionun iqtisadi həyatı və təbii resursları barəsində daha 

əhatəli bilgilər vermək istəyirdi. 

"Tiflisski vestnik"də isə, iĢlər arzu olunan səviyyədə 

getmirdi. Ġndi daha çox almanaxla məĢğul olan Ġsa Sultan 

qəzetə kifayət qədər vaxt ayıra bilmirdi. O biri tərəfdən 

də, nəĢrin üzərinə olan hücumlar səngimirdi. Köhnə Tiflis 

mühiti ənənəvi sakitliyi pozmaq, ağılları və ürəkləri 

hərəkətə gətirmək istəyən gənclərin fəaliyyətini sakit 

nəzərlərlə seyr etmək istəmirdi. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

869 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

1877-ci ilin aprelində baĢlanan növbəti rus-türk 



müharibəsi sakitliyi pozanlara qarĢı təsirli tədbirlər 

görmək üçün Qafqaz administrasiyasına yaxĢı imkan 

yaratdı. Tezliklə N.Nikoladze səfərbərliyə alındı və hərbi 

jurnalist kimi döyüĢən orduya göndərildi. Əslində, macəra 

arayan gürcü publisisti üçün bu yeni təyinat əyalət 

Ģəhərində daimi polis nəzarəti altında yaĢamaqdan daha 

xoĢ idi. Qafqaz Senzura komitəsi ilə ardı-arası kəsilməyən 

münaqiĢələrdən yorulmuĢ K.Bebutov "Tiflisski vestnik"i 

taleyin ümidinə buraxaraq paytaxta - Peterburqa köçdü. 

Rəhbərsiz, maddi vəsaitsiz qalan qəzetin nəĢri müvəqqəti 

dayandırıldı. 

Rus ordusunun Qafqaz cəbhəsindəki uğurları, xüsusən də 

1877-ci il oktyabrın 15-də Qarsın iĢğalı Ġsa Sultanı da 

gələcək həyatının əsas məĢğuliyyəti kimi gördüyü və 

ürəkdən bağlandığı mətbuatdan həmiĢəlik ayırdı. 

Onun üçün yeni, narahat günlər, daldabucaq əyalət 

Ģəhərində darıxdırıcı məmurluq, sevdiyi iĢlərdən və 

dostlardan uzaq, sıxıntısı və kədəri sevincindən qat-qat 

çox olan bir həyat baĢlandı... 

 

*** 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

870 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Türkiyə Cümhuriyyətinin Ərzurum Ģəhərindəki Atatürk 



Universitetində çalıĢdığım narahat və səksəkəli 1993-cü 

ilin bir sentyabr günü adı mənə bayatılarımızdan, 

dastanlarımızdan yaxĢı tanıĢ olan Qarsa yollandım. 

Əlbəttə, desəm ki, səfərimin əsas məqsədi Ġsa Sultanın bu 

Ģəhərdəki izlərini axtarmaq idi - bu, səmimi səslənməzdi.  

Sadəcə, bir zamanlar və elə indinin özündə də Azərbaycan 

türklərinin sıx yaĢadıqları, hətta 1918-1919-cu illərin 

dəhĢətli erməni soyqırımı ilə müĢayiət olunan dövründə 

öz dövlətlərini - Cənub-Qərbi Qafqaz Cümhuriyyəti 

qurduqları yerləri-Qarsı, Ərdəhanı, SarıqamıĢı, Kağızmanı 

görmək istəyirdim. 

Bu Cümhuriyyətin qurucusu Ġbrahimbəy Cahangirov 

haqqında Azərbaycan mənĢəli məĢhur türk yazıçısı və 

siyasi xadim Səməd Ağaoğlunun "Məchul qəhrəman" 

memuarlarını yeni oxumuĢdum və yaxın tariximizin çox 

həyəcanlı səhifələrinin yazıldığı o yerləri görmək arzumda 

bu əsərin də müəyyən təsiri olmuĢdu.  

Nəhayət, Qars yaxınlığında yerləĢən və orta əsrlər 

müsəlman və xristian memarlığının nadir nümunələrini 

yaĢadan məĢhur Ani Ģəhərinin xarabalıqlarına da baxmaq 

istəyirdim. 

Bu yaxınlarda məĢhur türk yazıçısı, Nobel mükafatı 

laureatı Orxan Pamukun böyük ustalıqla qələmə alınmıĢ 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə