Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə200/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   196   197   198   199   200   201   202   203   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

871 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

və hadisələri əvvəldən axıra kimi Qarsda cərəyan edən 



"Qar" romanını oxuyarkən, on beĢ il əvvəl gördüyüm 

mənzərələr bütün təfərrüatı ilə yenidən nəzərimdə 

canlandı... 

Qarsa gəldim və birdən-birə özümü onilliklər boyu qardaĢ 

Türkiyədə yaĢamalarına baxmayaraq, danıĢdığımız 

Azərbaycan türkcəsinin bütün özəlliklərini, bütün Ģirinlik 

və lətafətini, insanlarımızın xarakterindəki 

özünəməxsusluqları, mətbəximizin təkrarsız dad-tamını 

mühafizə etmiĢ soydaĢlarımızın arasında gördüm. Küçədə, 

meydanda, bazarda söz-söhbətlərini dinlədiyim adamların 

danıĢıq tərzindən və ləhcələrindən onların bir zamanlar 

Azərbaycanın hansı guĢəsindən köçüb gəldiklərini çətinlik 

çəkmədən müəyyən etmək olurdu. Məhrumiyyət bölgəsi 

sayılmasına və sakinlərinin müəyyən qisminin Ģəhəri tərk 

etməsinə baxmayaraq, Qarsda yenə də bir Azərbaycan 

ruhu hakim idi. 

Qarsı Türkiyənin digər Ģəhərlərindən fərqləndirən baĢqa 

bir özəllik də buradakı sayı o qədər də çox olmayan 

tamamilə fərqli memarlıq üslubuna malik binaların 

mövcudluğu idi. XIX əsrin sonu, XX əsrin əvvəllərində 

rus, polyak, yaxud alman memarlarının layihəsi əsasında 

tikilmiĢ bu tipli binalara Bakıda, Gəncədə, Lənkəranda da 

təsadüf etmək mümkündür. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

872 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Qarsın yerli əhalisinin "urus yapıları" adlandırdıqları 



həmin binalar 1877-ci ildən 1914-cü ilə qədər davam 

etmiĢ ikinci rus ağalığı dövründə tikilmiĢdi. Həmin dövrdə 

Qarsda, SarıqamıĢda və Qars çevrəsindəki bir sıra 

kəndlərdə Rusiyanın mərkəzi quberniyalarından 

köçürülmüĢ müəyyən sayda rus əhalisi 

məskunlaĢdırılmıĢdı.  

Ruslar yeni iĢğal olunmuĢ ərazilərdə əhalinin etnik 

tərkibini imperiyanın xeyrinə dəyiĢdirmək üçün buraya 

gətirilmiĢdi. Sonralar Birinci Dünya müharibəsində 

məğlubiyyətə uğrayan Rusiya Qars bölgəsindən çıxsa da, 

rus əhalisinin bir qismi artıq isiniĢdikləri, özlərinə ikinci 

vətən saydıqları bu yerləri tərk etməmiĢdilər. Ərzurum 

universitetində birlikdə çalıĢdığım qarslı Çingiz 

Alyılmazın uĢaqlıq illəri ruslarla Azərbaycan türklərinin 

qarıĢıq yaĢadıqları Qars ətrafındakı kəndlərin birində 

keçmiĢdi və arabir söhbət əsnasında o, yaddaĢının 

dərinliklərində iliĢib qalmıĢ tək-tük rus sözlərini və rus 

adlarını çox Ģirin bir tələffüzlə xatırlayırdı. 

ġəhərdəki "urus yapıları" yadıma həyatının böyük bir 

dönəmi bu Ģəhərlə bağlı olmuĢ Ġsa Sultanı saldı. 

SoraqlaĢıb vaxtı ilə Qarsda rus hərbi qubernatorluğunun 

yerləĢdiyi binanı tapdım. Qarsda çəkdiyim onlarla 

fotoĢəkil indi də durur. Amma nədənsə, iki-üç mərtəbəli 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

873 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

köhnə evlərdən ibarət türk məhəllələrinin fonunda daha 



əzəmətli görünən həmin binanın Ģəklini kağızlarımın 

arasında tapa bilmirəm. Ümid edirəm ki, nə vaxtsa yenə 

də yolum Qarsa düĢəcək və bu dəfə həmin binaya 

tamamilə baĢqa nəzərlərlə baxacağam. 

Ġsa Sultan ġahtaxtinskinin həyatının son on altı ili bu 

Ģəhərdə və Qarsdakı həmin binada keçib... 

 

*** 


 

XIX yüzillikdə Qars-Ərzurum bölgəsini iki dəfə ələ 

keçirən Rusiya 1877-1878-ci illər savaĢında Balkanlarda 

və Qafqazda qazandığı qələbələrdən sonra, üç əsr aramsız 

müharibələr apardığı Osmanlı imperatorluğunu həm 

Ģimaldan, həm də cənubdan sıxıĢdırmaq siyasəti 

yürüdürdü. Ona görə də Qarsın iĢğalından az sonra, tələsik 

Ģəkildə Ģəhərdə rus idarəçiliyinin yaradılmasına baĢlandı.  

Rus və türk dillərini bilən hərbçilərə və məmurlara tələbat 

böyük idi. Belə Ģəraitdə hələ də Tiflisdə "azad sənətkar" 

kimi yaĢayan və özünü yaradıcılıq iĢlərinə həsr etməyi 

daha üstün tutan Ġ.S.ġahtaxtinski də səfərbərliyə alındı və 

1877-ci ilin sonlarında Qarsa göndərildi. 

Ömrünün 27-ci ilini o, özü də istəmədiyi və gözləmədiyi 

halda dövləti vəzifədə qarĢıladı - 1878-ci il yanvarın 1-dən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

874 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Qars vilayəti rəisi yanında xüsusi tapĢırıqlar üzrə məmur 



vəzifəsinə təyin olundu. 

Bütün bunlara səfərbərliklə bağlı fövqəladə və müvəqqəti 

hal kimi baxan Ġsa Sultan Qarsda həyat öz axarına 

düĢəndən sonra yenidən Tiflisə qayıtmaq və "Kavkazski 

almanax"ın nəĢrini davam etdirmək istəyirdi. 

Lakin tale elə gətirdi ki, aradan illər keçəndən sonra o, 

Tiflisə bir də həyatla əbədi vidalaĢmaq üçün dönə bildi. 

Cavan məmurun iĢgüzarlığı, bilik və bacarığı tezliklə 

onun üzərinə yeni-yeni vəzifələrin qoyulması ilə 

nəticələndi. 1878-ci ildə Ġsa Sultan əvvəlki iĢində 

saxlanılmaqla, həm də Qars əhalisinin Osmanlı 

hakimiyyəti dövründəki mülkiyyət hüquqlarını və 

mükəlləfiyyətlərini müəyyənləĢdirən komissiyanın sədri 

vəzifəsinə təyin olundu. Bu çox mürəkkəb, və necə 

deyərlər, cəncəl bir iĢ idi. Rusiya hakimiyyətinin 

müvəqqətililiyinə ümid edən qarslılar yeni ağaların 

qoyduqları qayda-qanunlarla yaĢamaq istəmirdilər. 

Həmin ilin oktyabr ayında ona baĢqa, bu dəfə daha ciddi 

və məsuliyyətli bir vəzifə də tapĢırıldı - Ġsa Sultan yeni 

təsis edilən Qars Ģəhər idarəsinin rəisi təyin olundu. 

DağılmıĢ Ģəhər təsərrüfatının bərpası və idarəçiliyin 

yenidən, bu dəfə artıq Rusiya imperiyasının qayda-

qanunları əsasında qurulması həmin idarəyə həvalə 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə