Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə197/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   193   194   195   196   197   198   199   200   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

859 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

etmək məqsədi ilə caniĢinlik arxivlərindəki sənədlərlə 



tanıĢ olmaq lazım idi. 

Bu məqsədlə də "kənd təsərrüfatı və meĢəçilik namizədi 

Ġsa Sultan ġahtaxtinski" 1876-cı il noyabr ayının 2-də 

Qafqaz caniĢinliyinin BaĢ idarə rəisinə "yazılı məruzə" ilə 

müraciət edir. Tiflisin Çavçavadze küçəsindəki 5 saylı 

evdı yaĢayan "Qafqaz sakini Ġ.S.ġahtaxtinski" yazır: 

"Kavkazski almanax" məcmuəsini çapa hazırlayarkən 

Qafqaz caniĢinliyinin hüdudlarında torpaq sahibkarlığının, 

əkinçiliyin, meĢəçiliyin, heyvandarlığın, sənayenin və 

ticarətin vəziyyəti ilə bağlı məlumat və rəqəmlərə ehtiyac 

duyduğumdan, eyni zamanda, yerli elmi cəmiyyətlərin 

əsərlərində, yerli qəzetlərdə, Statistika komitəsinin 

materiallarında tam və dəqiq bilgilərə təsadüf 

etmədiyimdən, Zati-alilərinizdən mənə yerli 

qubernatorların və qəza rəislərinin son on il ərzində 

hökumət üçün hazırladıqları hesabatlardan və onların 

əlavələrindən, habelə kəndli məsələsi ilə məĢğul olan 

komitənin və gömrük idarəsinin hesabatlarından istifadə 

etməyə icazə verməyinizi xahiĢ edirəm". 

(Və burada yenə də Cəlil Məmmədquluzadəni 

xatırlayıram: "Və qələm götürdüm, ərzi-hal yazıb Tiflis 

qubernatoruna verdim və "Novruz" qəzetini nəĢr etməyə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

860 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

icazə istədim. Bilmirdim, veriləcəkmi bu icazə, ya yox. 



Və lakin ürəyimin dərdi çox idi") 

DüĢünmək olardı ki, Ġsa Sultanın xahiĢinin yerinə 

yetirilməsi ilə bağlı heç bir maneə ortaya çıxmayacaq. 

Çünki, o, dövlət sirri sayıla biləcək hər hansı material əldə 

etməyi qarĢısına məqsəd qoymamıĢdı. O, Qafqazda torpaq 

sahibkarlığı ilə bağlı məsələləri öyrənərkən əvvəllər də 

müəyyən arxiv sənədləri və rəsmi yazıĢmalarla tanıĢ 

olmuĢdu. Lakin, görünür, gənc azərbaycanlı publisistin 

"Tiflisski vestnik"də çalıĢması, N.Nikoladze ilə yaxınlığı 

yerli hakimiyyət dairələrinin nəzərində artıq onun 

Ģəxsiyyəti və fəaliyyəti ilə bağlı Ģübhəli fikirlərə düĢməyə 

rəvac vermiĢdi. 

Qafqaz caniĢinliyi BaĢ idarəsinin rəisi noyabrın 17-də 

Tiflis qubernatoruna bildirirdi ki, "kənd təsərrüfatı və 

meĢəçilik namizədi Ġsay ġahtaxtinski " idarəyə 

"Kavkazski almanax" məcmuəsinin hazırlanması ilə 

əlaqədar qubernatorların, kəndli məsələsi ilə məĢğul olan 

komitənin və gömrük idarəsinin hesabatlarından istifadə 

etmək xahiĢi ilə müraciət etmiĢdir. Ona görə də 

qubernatora tapĢırılırdı ki, ərizə sahibinin Ģəxsiyyəti, 

vəzifəsi, fəaliyyəti, mənəvi-əxlaqi keyfiyyətləri, tanıĢlıq 

və dostluq əlaqələri, düĢüncə tərzi haqqında tez bir 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

861 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

zamanda məlumatlar toplayıb, BaĢ idarəyə çatdırılmasını 



təmin etsin. 

XIX əsr rus ədəbiyyatı klassiklərinin birinin obrazlı 

ifadəsi ilə desək, " i poĢla quberniya pisat..." 

Tiflis qubernatoru 1876-cı il dekabrın 4-də BaĢ idarə 

rəisinə ünvanladığı "tam məxfi" yazılı məruzədə Ģəhərin 

baĢ polismeystrinin topladığı məlumatlara əsaslanaraq 

göstərirdi ki, "Ġsay ġahtaxtinski" Ġrəvan quberniyasının 

Naxçıvan qəzasının ġahtaxtı kəndindəndir, atası və digər 

qohum-əqrəbaları indi də bu kənddə yaĢayırlar. Ġlk 

təhsilini Naxçıvan qəza məktəbində alıb. Daha sonra Tiflis 

real gimnaziyasında oxuyub. Seçdiyi ixtisas üzrə Sankt-

Peterburq Əkinçilik Ġnstitutunda elmlərin tam kursunu 

baĢa vurduqdan sonra xarici ölkələrə səyahətə yollanıb. 

Tiflisə qayıtdığı vaxtdan "Tiflisski vestnik" qəzetində 

iĢləyir. Burada siyasət Ģöbəsinə rəhbərlik edir. 

Çavçavadze küçəsində vəkil Zveniqorodskinin mənzilində 

yaĢayır. Yaxın dostları "Tiflisski vestnik"in əməkdaĢları 

olan N.Nikoladze və knyaz D. Eristavidir. "Kavkazski 

almanax" məcmuəsini də onlarla birlikdə nəĢr etmək 

istəyir. Tiflisə qayıtdığı bir ildən artıq müddət ərzində 

davranıĢında və hərəkətlərində onu nədəsə 

günahlandırmağa əsas verə biləcək heç bir Ģey müĢahidə 

edilməmiĢdir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

862 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Qubernator bütün bu məlumatların tam məxfilik Ģəraitində 



toplandığını qeyd etməyi də yaddan çıxarmırdı. 

Daha sonra o, mülahizələrini BaĢ idarə rəisi ilə bölüĢərək 

yazırdı: "Bütün bu məlumatları Zati-alinizə çatdıraraq onu 

da əlavə etməyi lazım bilirəm ki, ġahtaxtinskinin 

xaricdəki həyatı barəsində əlimizdə heç bir məlumat 

olmadığından, habelə onun siyasi etibarsızlığına görə 

polis nəzarəti altında yaĢayan Niko Nukoladze ilə 

yaxınlığını nəzərə alaraq, dövlət xidmətində olmayan bir 

Ģəxs kimi, qubernatorların hesabatlarından "Kavkazski 

almanax" üçün materiallar toplamağa icazə verməməyi 

təklif edərdim. Çünki bu hesabatlarda ictimaiyyətə elan 

edilməsi məqbul sayılmayan fikir və rəylər öz əksini 

tapmıĢdır". 

Görünür, Tiflis qubernatoru Sürixdə təhsil alan tələbələrin 

geri çağrılması haqqında 1873-cü il tarixli sərəncamın 

mövcudluğunu yaddan çıxarmamıĢdı. Və Ġsa Sultanın da 

vaxtı ilə bu Ģəhərdə olması artıq onun keçmiĢi ilə bağlı 

müəyyən Ģübhəli fikirlərə düĢməyə əsas verirdi. 

Rəsmi dairələrin "Sürix xofu" həyatının sonuna kimi qara 

bir kabus kimi Ġsa Sultanı təqib edəcəkdi... 

Bürokratiya maĢını isə öz iĢini davam etdirirdi. 1877-ci il 

yanvarın 4-də BaĢ idarə dəftərxanasından Tiflis 

polismeysterinə tapĢırılırdı ki, ġahtaxtinskini idarəyə 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə