Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə209/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   205   206   207   208   209   210   211   212   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

907 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

növbədə isə, cəmiyyətin hüquqsuz üzvləri sayılan qızlara 



necə bir nümunə olacağını təsəvvürümə gətirməyə 

çalıĢıram. 

Hətta düĢünürəm ki, amansız əcəl Leylabəyimi gənc 

yaĢlarında haqlamasaydı, bacısı Adilə xanım kimi, 

ġahtaxtinskilər soyunun bir sıra digər nümayəndələri 

kimi, o da "böyük terrorun" tüğyan etdiyi 1937-ci ildə 

həbs oluna bilərdi. Ġttiham üçün uzağa getməyə də ehtiyac 

yox idi - zadəgan ailəsində doğulmuĢdu, xaricdə təhsil 

almıĢdı. Deməli, bir-birindən absurd ittihamların baĢ alıb 

getdiyi həmin o dəhĢətli dövrdə L.ġahtaxtinskaya da ən 

azı Ġsveçrə casusu kimi həbs oluna bilərdi... Ömrünün 

qısalığına, həyatda bir meteor kimi yanıb-sönməsinə 

baxmayaraq, Leylabəyim, məncə, bir insan kimi üzərinə 

düĢən vəzifəni-vətəndaĢlıq borcunu yerinə yetirə 

bilmiĢdi... 

Təəssüf ki, Leylabəyimin ölümündən yazan qəzetlər bir 

məsələyə aydınlıq gətirmirlər - görəsən, o, qürbətdə dəfn 

olunmuĢdu, yoxsa atası ilə yan-yana, uĢaqlıq və ilk 

gənclik illərinin keçdiyi, özünə ikinci vətən saydığı Tiflis 

Ģəhərində torpağa tapĢırılmıĢdı? 

 

*** 


 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

908 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Ġsa Sultan ġahtaxtinski Tiflisin sonralar Botanika bağı 



kimi məĢhurlaĢan müsəlman qəbiristanlığında dəfn 

edilmiĢdi. Ondan əvvəl bu məzarlıq XIX əsr Azərbaycan 

ədəbiyyatının digər tanınmıĢ simalarını - Mirzə ġəfi 

Vazehi, Mirzə Fətəli Axundovu öz qoynuna almıĢdı.  

Ġsa Sultandan sonra da burada həyatlarını Azərbaycana 

həsr etmiĢ, millətinin mövcudluq haqqı uğrunda mübarizə 

aparmıĢ həqiqi vətən oğulları - XX yüzillikdəki ilk 

müstəqil Azərbaycan dövlətinin qurucularından olan 

Fətəli Xan-Xoyski, Həsənbəy Ağayev əbədi rahatlıq 

tapmıĢdılar. 

Bilmirəm, məzar qonĢuluğundan danıĢmaq 

mümkündürmü? 

Hər halda, dilimizdə bir "gor qonĢusu" ifadəsi mövcuddur. 

Azərbaycanın siyasi və mədəni tarixində mühüm 

xidmətləri olan böyük Ģəxsiyyətlərlə yan-yana uyuyan 

"sahibi-mənsəblərimizdən məĢhur Ġsa Sultan ġahtaxtinski" 

(Cəlil Məmmədquluzadə) taleyinə yazılmıĢ bu Ģərəfli 

məzar qonĢuluğuna hər cəhətdən layiq idi. 

O, həmin Ģərəfli qonĢuluğu qısa, lakin mənalı həyatı ilə 

qazanmıĢdı. 

Çox təəssüf ki, bu gün onun məzarı da qalmayıb. 

Amma adı yaĢayır və yaĢamalıdır.  

ġahtaxtinskilər soyu bu adla fəxr edə bilər. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

909 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

  



 

 

Almaz ƏLIQIZI 



"YARIMÇIQ ƏLYAZMA" 

VƏ YAXUD TARIXIMIZIN IBRƏT DƏRSLƏRI 

 

    


  

 

  



  

 Universitetdə oxuyarkən bir dəfə dərsdə Bəxtiyar 

Vahabzadə (bizə müasir Azərbaycan ədəbiyyatından dərs 

deyirdi) rus dilini bilənlərə bir bolqar yazıçısının "Baryer" 

adlı əsərini oxumağı tövsiyə etmiĢdi. Səhv etmirəmsə, 

həmin yazı "Ġnostrannaya literatura" jurnalında dərc 

edilmiĢdi. DüĢünərsiniz ki, Kamal Abdullanın "Yarımçıq 

əlyazma"sı ilə bu hadisənin nə əlaqəsi? ĠĢ bundadır ki, 

gənclik illərində o əsəri oxuyub bitirəndən sonra baĢqa bir 

dövrə, zamana düĢdüyümü zənn etmiĢdim. Bəlkə də 

yazıçı insan düĢüncəsi və psixologiyası ilə bağlı 

məsələləri gözəl bildiyindən, təsvirləri inandırıcı 

olduğundan əhvalım dəyiĢmiĢdi. Qəribədir, üstündən nə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

910 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

qədər illər keçib, birdən-birə o anları, o hissləri yenidən 



yaĢadım. Mən bu hissləri izah etməkdə acizəm. Hadisələr, 

zaman baxımından yanaĢmalar da tamamilə bir-birinin 

əksidir. Bajenovun əsəri fantastik əsərdir. Zaman 

baxımından da, hadisə və insanlar da fərqlidir, daha çox 

sonrakı əsrlər təsvir olunur. Məkan da baĢqadır. DüĢüncə 

və əxlaq da həmçinin... Tələbəlik illərində keçirdiyim o 

hissi çox-çox sonralar "Yarımçıq əlyazma"nı oxuyandan 

sonra ikinci dəfə yaĢadım. Odur ki, "Yarımçıq əlyazma"nı 

oxuyandan sonra düĢündüklərimi yazmaq qərarına gəldim. 

Ġlk növbədə romanda tariximizin müxtəlif dövrlərinin 

sintezi diqqətimi çəkdi. 

Məlumdur ki, yazıçı hər hansı bir əsər üzərində o vaxt 

çalıĢmağa baĢlayır ki, təsvir edilən hadisə və problem 

yazıçını həddindən artıq düĢündürür, onu rahatsız edən hər 

hansı bir ideyanı təlqin etmək istəyir. Kamal Abdullanı 

uzaq keçmiĢimizlə bağlı hansı problem maraqlandırır? 

Kitabi-Dədə Qorqud dastanının qəhrəmanları ilə səfəvilər 

hakimiyyətinin əsasını qoyan ġah Ġsmayıl Xətai dövrünün 

bəzi məqamlarının əsərə daxil edilməsində yazıçının 

məqsədi nədir? Müəllifin bir dilçi-alim olaraq "Dədə 

Qorqud" boyları ilə əlaqədar ciddi tədqiqatları olduğu elm 

aləminə məlumdur. Ancaq həmin qəhrəmanların bədii 

obrazlarını yaratmaq, ġah Ġsmayıl dövrünün bəzi 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə