Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə210/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   206   207   208   209   210   211   212   213   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

911 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

məqamlarına müraciət etməklə əsəri istintaq səpkisində 



yazmaq görəsən yazıçıya hansı mətləbləri açmağa kömək 

edib? Kiçik bir məqalədə bütün bu suallara cavab 

verməyin müĢkül bir məsələ olduğunu nəzərə alıb, bizi 

daha çox düĢündürən mətləblər ətrafında fikirlərimizi 

cəmləĢdirməyi lazım bildik. 

Əvvəla, yazıçının böyük tarixi keçmiĢimizi, igid 

babalarımızın yaĢam, du-yum və qəhrəmanlıqlarla dolu 

həyatını əks etdirən Dədə Qorqud dastanının 

qəhrəmanlarına müraciət etməsi təqdirəlayiq bir haldır. 

Maraqlısı budur ki, tarixi qəhrəmanlıq dastanından müəllif 

onu düĢündürən sorğularına cavab almaq üçün məharətlə 

faydalana bilmiĢdir. 

Təkzibedilməz faktdır ki, düĢmənlərimizin həmiĢə türk 

torpaqlarında gözü olmuĢ, türklərin yaĢadıqları əraziləri 

mənimsəmək üçün yollar axtarmıĢ, bəzən öz içimizdən 

zəif iradəliləri, təkəbbür və mənəmlik xəstəliyinə 

tutulmuĢları, bizə qarĢı çevirməyi bacarmıĢlar. Bu isə çox 

zaman türk dünyasının daxildən zəifləməsi, qardaĢın 

qardaĢa qarĢı qoyulması ilə nəticələnmiĢdir. HəmiĢə içimi 

yeyən bir sual əsəri oxuyandan sonra məni daha çox 

düĢündürdü. Doğrudanmı, biz bu qədər sadəlövh olmuĢuq 

ki, bütün olub-keçənlərdən nəticə çıxara bilməmiĢik?! 

Bunu isə tarix heç zaman bağıĢlamır. Təəssüf ki, biz bu 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

912 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

gün də babalarımızın səhvlərini təkrar etməkdə davam 



edirik. Səhvlərimizin kökü isə tarixin daha dərin qatlarına 

gedib çıxır. 

Romanda Bayandır xanın casusu qaçırdanları və Oğuzda 

daxili düĢmənləri üzə çıxarmaq üçün çalıĢdığını görürük. 

Əsərin sonrakı hissələrilə tanıĢ olan oxucu tədricən 

Oğuzda baĢ verənlərdən məlumatlanır, çox mətləblərdən 

hali olur. Məlum olur ki, Qazan xan Oğuzun bölünməsinin 

əsasını qoyur. Hadisələri qələmə alan gənc Qorqud həmin 

mənzərəni belə ifadə edir. "Ölüm, bir tək ölüm, ancaq 

ölümdü onun mükafatı, Ģaqqalamaq, ikiyə bölmək, asmaq, 

kəsmək, yox olmaq, məhv eləmək, tək onu yox, hələ 

Ģübhəli bir çox adam var Oğuzda. Dəli Dondar var, Alp 

Rüstəm var, Bəkil var... Aruz var, Xanım. DıĢ oğuz 

baĢdan-baĢa düĢmən ocağıdı, ağızlarına gələni danıĢırlar, 

nə istirlər edirlər. Onlar bizi Ġç oğuzu yox etmək dilərlər, 

amma heç vədə! Olmayacaq. Biz onları məhv edəcəyik. 

Hamısını, bircəciyinə qədər hamısını...". 

Ġstintaqı xatırladan bu hadisələri qələmə alan gənc Qorqud 

ürəyində öz-özünə deyir: "Qadir Tanrı, xeyrə cala. Qadir 

Tanrı, sən böyüksən. BağıĢla, bağıĢla bizi. Mən Qazanı 

heç düz-əməlli tanımamıĢam. Qadir Tanrı, bağıĢla, bağıĢla 

onu, özü də duymadı nələr söylədi, beləcəsinə Oğuzu 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

913 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bölmək istədi. Ayrı-seçkilik salmaq dilədi. BağıĢla onu. 



Qadir Tanrı, sən bağıĢla". 

Daha sonra oxuyuruq: "Qazan düĢündüyünü bir qədər 

sonra həyata keçirəcək idi. Bayandır xan barıĢ üçün ona 

"...evini Ġç oğuz, DıĢ Oğuz bəylərinə yağmalat" 

buyruğunu verəcək idi. ...Əməl eləməyəcəkdi. Evini 

yağmaladacaqdı. Amma DıĢ Oğuz bəylərini 

çağırmayacaqdı. Bu səbəbdən də düĢmənçilik get-gedə 

artmağa baĢlayacaqdı". 

DüĢməni kənarda deyil, öz içimizdə aramaq, var-dövlət

mənsəb və hakimiyyət üçün toplumu parçalamaq, ən 

böyük səhvimiz və qəbahətimiz deyildimi? Tariximizdən, 

babalarımızın yaĢadıqlarından nəticə çıxara 

bilməməyimiz, səhv üstündən səhvlər buraxmağımız ən 

böyük bəlamız deyildimi? 

Bəlkə Bayandır xanın gənc Qorquda dediyi: "Oğul, bir 

gün gələcək, bütün bu əhvalatlar, qəziyyələr, vaqeələr, 

duĢlar sənə gərək olacaq, lazım olacaq. Odur ki, diqqətin 

olsun. Diqqətin olsun, amma ondan da öncə ədalətin 

olsun. Ədalətli olmaq asan bir iĢ deyildir - biləsən". 

Bayandır xanın dediyi "bir gün gələcək bütün bu 

əhvalatlar, qəziyyələr, vaqeələr, duĢlar sənə gərək olacaq, 

lazım olacaq" sözlər dediklərimizi bir daha təsdiq edir. 

Göründüyü kimi, Bayandır xanın tövsiyələrindən biri də 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

914 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ədalətli olmaqdır. Ədalətli olmaq mənəvi-əxlaqi 



keyfiyyətdir. Bayandır xan üçün ədalət həm də dövlətin 

dayağıdır. Ədalət olmadan çağdaĢ və gələcək nəsil heç bir 

nailiyyət və yükĢəliĢ yoluna çıxa bilməz. 

Qorqudun əsil dedikləri əlyazmada xarici təsir nəticəsində 

pozulub ya da oxunmur. Müəllif bunu kiminsə etdiyini 

düĢünür, sonra isə buna inanmadığını söyləyir. 

Biz isə hesab edirik ki, yazıçı nəticə çıxarmağı oxucunun 

öhdəsinə buraxır. Müəllif çox uğurlu bədii gediĢlə daha 

qlobal məsələlərə toxunur, demədiklərini oxucunun 

özünün dərk etməsinə səy edir. "Yarımçıq əlyazma" 

deyərkən, həm də orada qoyulan problemlərin əsərin özü 

kimi yarımçıq qaldığını, onların davamının bu günümüzə 

qədər gəlib çıxdığını göstərir. Əvvəl oxucu doğrudan da 

müəllifin yarımçıq bir əlyazma ilə rastlaĢdığına, 

əlyazmalar fondunda çalıĢan qızın son dərəcə həvəssiz bir 

Ģəkildə onunla (müəlliflə) soyuq davranıĢına az qala 

inanır. Sanki oxucu bədii bir əsər deyil, əlyazmalar 

fondunda çalıĢan bir alim-tədqiqatçının gündəliyini 

oxuyur. Həmin əlyazmanı çox illər əvvəl kimlərsə 

oxuyub, sovet dönəmində bir çox hadisələr və əlyazmalar 

kimi, həmin hissələr də əbədi olaraq tarixdən silinib. Nə 

üçün? Ona görə ki, DıĢ Oğuzla Ġç Oğuzda baĢ verənləri 

türk olaraq dərk edəcək, ayılacaq, nəticə çıxaracaqdıq. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə