Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə211/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   207   208   209   210   211   212   213   214   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

915 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Əsərdə elə hissələr var ki, onları təsirlənmədən, daxili 



sarsıntı keçirmədən oxumaq olmur. Ġstintaqın baĢa 

çatması məqamında məlum olur ki, xanlar xanı Bayandır 

xana hər Ģey əvvəldən aydınmıĢ. Onun məqsədi Qalın 

Oğuzu içəridən gəmirən canavarı tapmaqdır. Bu isə kimə 

aydın olmasa da Bayandır xana məlumdur. Ən sonda 

xanlar xanı içini dağıdan mətləbləri heç kimə yox, yalnız 

Oğuza söyləyir. "Bilirəm bir zaman gələcək, gərəyin 

olacaq. Qorqud, oğul, ava gedən qonaq bütün ordunu özü 

ilə apararmı?... Qazan ava çıxınca Aruz ona doğru getdi 

sordu: Uzağa, çox uzağa qorxulu səfərə gedirsən, yurdda 

ordun üstünə kimi qorsan? Qazan nə etdi? Aruzu ordusu 

üzərinə qoymadı, ağzından süd qoxusu gələn oğlançığını 

qoydu. Aruzu küsdürdü. Aruz Qazandan sonra birinci 

olmaq dilər. Qoymadı, olmaz dedi, mən səni saymanam, 

dedi. Sonuc? DüĢmən yurdu daradı, ulu savaĢ oldu... 

Bəkilin yediyini burnundan tökdü, hünərinə sənin hünərin 

deyil, atın hünəridir dedi. Bəkili dəxi küsdürdü. Bəkil geri 

evinə gedər oldu, Oğuza asi olmaq istədi, qoymadılar, ava 

çıxdı, dərdini dağıtsın deyin, atdan yıxıldı, sındı, düĢmən 

Qoca Təkur Oğuzun sınırına qondu. Sonuc? Yenə savaĢ! 

Bunları Qazan yapdı, Qorqud, Qazan... düĢünürmüsən? 

Bu yana, qavat oğlu qavat evini yağmalatdı. Ġç Oğuzu 

çağırdı, bu dəfə DıĢ Oğuzu çağırmadı. Səbəb nə idi?... Bir 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

916 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

səbəb yox ki. Bəylərbəyinin kefi belə istədi, demi? 



Olurmu? Olurmu soruram, Qorqud? Sənə soruram. 

Olmaz! Olmaz, Qorqud, oğul, olmaz. Heç olmaz."  

Göründüyü kimi, düĢmənçilik ədalətsizlikdən törəyir. 

Hakimiyyət isə hər Ģeydən əvvəl ədalət tələb edir. Qazan 

xan isə təcrübəsinə, yaĢına baxmayaraq uzaq səfərə 

gedərkən ordunun baĢında Aruzu deyil, öz oğlunu 

qoymaqla sonrakı bəlaların özülünü qoyur. Ədalətin 

pozulmasıyla dövlətin əsasları laxlayır. DıĢ və Ġç Oğuz 

arasında olan mübarizə, narazılıq bunun üstündə rəvac 

tapır. Oğuzun parça-parça olmasının təməli qoyulur, daxili 

çəkiĢmələrə gətirib çıxarır. 

Bəlkə də əsərdən gətirdiyimiz sitat həcminə görə çoxdur. 

Ancaq Bayandır xanın dediklərindən bir sözü belə 

çıxarmaq günahdır. Çünki xanlar xanının dedikləri 

ibrətamizdir. Elin, ulusun baĢında duran Qazan 

ədalətsizlik etdiyi üçün digər ədalətsizliklərin baĢ alıb 

getməsinə özü rəvac verir, zəhməti olanlara deyil, heç bir 

iĢ görməyərək hazıra nazir olanlara meydan verilir. 

Deməli, məhĢər günü yaxınlaĢır. Bayandır xan isə ağıllı, 

tədbirli, uzaqgörən bir baĢçı kimi bunları görür, 

yaxınlaĢan fəlakətin qarĢısını almaq üçün yollar axtarır. 

Qurulan istintaq da məhz bu səbəbdən reallaĢır, nəticədə 

isə bir çox qaranlıq mətləblərə aydınlıq gəlir. Əsər irili-



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

917 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

xırdalı bir çox problemləri özündə ehtiva edir. Romanın 



baĢ xətti vətən, onun tarixi və bütövlüyüdür. Təbii ki, 

fikirlərimizi yenə də romandan gətirdiyimiz parçalarla 

təsbit etməyə çalıĢacağıq. 

"Bir dəxi onlara adam salalım əhvalatı necə var eləcə də 

söyləyəlim! Xanlar xanı bir tədbir töksün. Bu gün DıĢ 

Oğuzun baĢı dərdli isə, sabah Ġç Oğuz, sonra baxarsan 

Qalın Oğuzun baĢı dərdə girər". 

Güman edirik ki, romandan gətirdiyimiz bu sitatın heç bir 

izaha ehtiyacı yoxdur. Dövlət yaratmaq, onu qorumaq, 

ədalətlə idarə etmək qədim türklərin ən böyük tanrı 

vergisi, onları baĢqalarından fərqləndirən xüsusiyyətlər 

idi. Təsadüfi deyildir ki, bəzi Avropa mənbələrinin və 

alimlərinin yazdığı kimi, Avropa xalqları dövlət qurmağı 

və döyüĢməyi türklərdən öyrəndilər. Ancaq sonrakı tarixi 

inkiĢaf göstərdi ki, daxili çəkiĢmələr, ədalətsiz idarəçilik, 

mənəmlik iddiaları onların ən zəif cəhətləri kimi, 

məğlubiyyət və süqutlarının əsasını qoydu. 

"Yarımçıq əlyazma" əsərində bir çox problemlərlə yanaĢı, 

insanı düĢündürən, böyük idraki əhəmiyyət kəsb edən 

məsələlər də var. Bu günümüz üçün son dərəcə aktual 

olan fikir və mülahizələr insanı bir daha dönüb keçmiĢinə 

baxmağa, bu günümüzün özündə belə amansız zamanın 

silə bilmədiyi izləri görməyə imkan yaradır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

918 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Doğrudan da dastanda olan bəzi fikir, mülahizə və atalar 



sözlərinə çevrilmiĢ deyimlərin yaranma Ģəraiti və səbəbi 

aydınlaĢır. DüĢünürük ki, dastanı tədqiq edən tədqiqatçılar 

diqqətlə əsəri oxusalar, oradan yeni məlumatlar əldə edə 

bilərlər. Tariximizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə, 

bütünlükdə söykökümüzlə bağlı olan nəinki, yarımçıq 

əlyazmaların, hətta kiçik bir yazının, hətta səhifənin də 

böyük qiyməti var. BaĢqa xalqlar tarixlərinin daha zəngin, 

daha qədim olduğunu göstərmək üçün dəridən-qabıqdan 

çıxdıqları bir zamanda biz daha diqqətli, daha ayıq 

olmalıyıq. 

"Yarımçıq əlyazma"da ədalətin istintaq Ģəklində üzə 

çıxması məsələsi ilə millətin, dövlətin bütövlük məsələsi 

önə çıxır. DanıĢılanlar, yuxugörmələr, Nur daĢı ilə 

söhbətlər, bəzi insanların sirlərini Qorquda danıĢması bir 

xəttə - Ġç və DıĢ Oğuzun bütövlüyünü qorumağa, 

həmçinin ikitirəliyin, bölücülüyün əsasının qoyulmasına 

"yardımçı" olanların üzə çıxmasına səbəb olur. Əslində 

casusun kimlər tərəfindən qaçırılması ətrafında baĢlanmıĢ 

istintaq daha böyük məsələləri aydınlaĢdırır. 

Qorqudun yuxu adı altında bildiklərini Bayandır Xana 

çatdırması bütün bu əhvalata yeni bir ahəng, yeni bir çalar 

verir. Azərbaycan nağıllarından gələn - haqq aĢiqlərinə 

yuxuda buta verilməsi, hadisələrin bəzi məqamlarda 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə