Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə212/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   208   209   210   211   212   213   214   215   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

919 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

danıĢılan söhbət və əhvalatlarda üzə çıxması və bir çox 



digər xüsusiyyətlər bu əsərdə də özünü göstərir. Xüsusilə, 

Qorqudun bir çox mətləblərin açılmasında yuxuda 

gördüklərinin əhəmiyyəti dediklərimizi bir daha sübut 

edir. Digər tərəfdən, Qorqudun bütün hadisələrdən 

xəbərdar olması, hamının inanaraq öz sirrini ona deməsi, 

onun qeyri-adi bir insan olması - müqəddəsləĢdirilməsi və 

s. məsələlər də bu qəbildəndir. 

ġah Ġsmayılla bağlı hissələr isə daha böyük maraq 

doğurur. Əvvəla, Azərbaycan tarixinin daha qədim 

dövrlərindən birdən-birə Səfəvilər hakimiyyəti illərinə 

düĢmək öncə oxucunu bir az çaĢdırır. Ancaq müəllif 

məharətlə çıxıĢ yolu tapır. Bütün hadisələrin 

yuxugörmələr, Nur daĢı ilə danıĢmalar vasitəsilə 

verilməsi, əsərdə gözəgörünməz sirli bir qüvvənin də 

varlığından xəbər verir. ġah Ġsmayıl hələ sağlığında 

özünəoxĢar bir insanı yerinə hazırlayır. DuruĢu, baxıĢı, 

boy-buxunu, ədaları, hətta Ģairliyilə ġah Ġsmayılın eyni 

olan bu insanı yerinə hazırlamaqda onun məqsədi nə idi? 

Görünür, ġah özündən sonra da onun qayda-qanunlarının 

yaĢamasını, xalqı idarə etmənin özünün varlığı zamanında 

olduğu kimi qalmasını arzulayır. Odur ki, ġahın həyatda 

olmadığı bir məqamda da onun xofu camaatın baĢı 

üzərindən əksik olmur. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

920 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Romanda maraq doğuran bir sıra qadın obrazları vardır. 



Müəllif bu obrazların hər birinin vasitəsilə müəyyən 

mətləbləri diqqətə çatdırmaq istəmiĢdir. 

Qazanın arvadı Burla xatun xanlar xanı Bayandır xanın 

qızı olduğu üçün ona aid olmayan iĢlərə baĢ qoĢur, bundan 

sui-istifadə edir. 

Boğazca Fatma ana olmaqla bərabər həm də çox hiyləgər 

bir insan kimi verilir. Digər tərəfdən, istər-istəməz 

düĢünürsən ki, eli, toplumu idarə edə bilən bu ər igidləri 

Boğazca qarı necə olur ki, aldada bilir? Oğlunu ölümdən 

qurtarmaq üçün Qazan xandan tutmuĢ digər bəylərin 

hamısını aldadaraq ayrı-ayrılıqda oğlunun onların övladı 

olduğunu deməklə tək övladını ölümdən qurtara bilir. 

Burada ikinci, digər bir cəhət də oxucunun gözündən 

yayınmır. Deməli, səlahiyyət sahibi olan bu insanlar heç 

də özlərinə arxayın deyillər. Boğazca Fatma onların bu 

zəif cəhətlərini bildiyindəndir ki, istəyinə asanlıqla nail 

olur. Nəhayət, digər bir cəhət isə onların tutduqları yüksək 

mənsəbdən dövlət maraqları üçün deyil, Ģəxsi maraqları 

üçün istifadə etmələri aĢkarlanır. 

Əsərin "Yarımçıq əlyazma" adlandırılması, əlyazmada 

yazıların pozulması və yarımçıq qalmıĢ bəzi məsələlər də 

diqqətdən yayınmır. Müəllifin qurduğu forma ilə əsərin 

məzmunu arasında eynilik mövcuddur. Göründüyü kimi, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

921 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

roman "Yarımçıq əlyazma" adlanır. Yəni əsər hələ 



tamamlanmayıb. Çox mətləblərə aydınlıq gətirilməyib. 

Kamal Abdulla həmin problemlərin bu gün də öz həllini 

gözlədiyini nəzərə çatdırır. Keçən bu əsrlər ərzində 

yarımçıq qalan ziddiyyətlər, problem və naqisliklər həll 

olunmayıb. Romanın Bayandır xanın "...Deyəcəyəm, 

həpsini deyəcəyəm. Dinlə məni, gərəkin olacaqdır. Babam 

Qamğan derdi ki,..." yarımçıq cümləsi ilə bitməsi də bir 

daha dediklərimizi sübut edir. 

Ruhumu titrədən, məni düĢündürən, qürurlandıran, həm 

də mütəəssir edən romanın təsiri altında qələmə alınmıĢ 

bu yazıda təbii ki, Ģəxsi fikir və düĢüncələr üstünlük təĢkil 

edir. Ancaq bütün müsbət keyfiyyətlərinə baxmayaraq 

Kitabi-Dədə Qorqud dastanlarından tanıdığımız Qazan 

xan, Beyrək və s. obrazların bu romanda qüsurlu, kobud 

səhvlər edən insanlar kimi təqdim edilməsi bir az qəribə 

görünür. Çünki oxucu qəhrəmanların çoxunu dastandan 

kifayət qədər tanıyır və sevir.  

Tövsiyə xarakterli digər iradımız isə əsərin əvvəlində 

dünyanın qədim xalqları sırasında müəllifin bədnam 

qonĢularımızın da adını çəkməsilə (səh.9) bağlıdır. Kamal 

Abdullanın bir alim-tədqiqatçı olaraq tarixi həqiqətlərə 

vicdanla yanaĢmasını qəbul edirik. Çox zaman həqiqətdən 

möhkəm-möhkəm yapıĢaraq bu naqis, paxıl, xüdbin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

922 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

millətin bir vaxt yazdıqlarımızı əsas gətirərək, bizi öz 



əlimizlə vurmağa çalıĢacaqlarını, həmən mənbədən bizə 

qarĢı istifadə edəcəklərini unuduruq. Müəllifin vətən və 

millət sevgisinə zərrə qədər Ģübhə etmədən bunları 

söyləməyi özümüzə borc bildik. 

Təbii ki, məzmununda böyük mətləb və ideya daĢıyan bir 

əsər üçün de-diklərimiz çox cüzi iradlardır. 

Əsərlə bağlı fikirlərimizi belə yekunlaĢdıra bilərik. Bu gün 

bütün dünyada mənəvi köklərə qayıdıĢ prosesi gedir. Artıq 

millətindən asılı olmayaraq hamı dərk edir ki, mənəvi 

əsaslara söykənməyən cəmiyyət gec-tez iflasa uğrayır. 

Bunu dərk etdikləri üçün hər kəs soy-kökünü öyrənmək, 

araĢdırmaq, həyata tətbiq etməklə mənəvi çürümənin, 

mənəvi tənəzzülün qarĢısını almağa çalıĢır. Biz də 

bəĢəriyyətin bir parçası olaraq bu mütərəqqi prosesdən 

kənarda qala bilmərik. Və qalmırıq. 

  

RÜSTƏM ĠBRAHĠMBƏYOVUN 70 YAġI 



    

  

  ĠNSANDA ĠNSANLIĞIN TƏRƏNNÜMÜ 



 

    


  


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə