Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə213/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   209   210   211   212   213   214   215   216   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

923 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

 



  

  

 Əsərləri dünyanın onlarca dilində iĢıq üzü görmüĢ 



Rüstəm Ġbrahimbəyovun Azərbaycan dilində ilk və son iri 

kitabı, yanılmıramsa hələ keçən əsrdə, 1987-ci ildə nəĢr 

olunmuĢdu. Yazıçının doğma dılimizdə cap olunan yeni 

kitabina onun povestləri, hekayələri daxil edilib. 

Rüstəm rus dilində yazır, bu bəzən mübahisələr doğurur: 

BaĢqa dildə yazıb-yaradan müəllifi nə dərəcədə milli 

sənətkar saymaq olar? Ən radikal mövqedə duranlar 

ümumən yalnız doğma dildə yaradan yazıçını öz xalqının 

sənətkarı sayır. Məncə bu, kökündən yanlıĢ mövqedır. 

Əlbəttə, bunu mən də dəfələrlə demiĢəm, yazmıĢam, hər 

bir ədəbiyyat ilk növbədə dogma dildə yaranır, nəsrin, 

Ģeirin əsas magistral yolu ana dilindən keçir. Amma 

müəyyən tarixi, ictimai, hətta, ailə, Ģəxsi tale 

səbəblərindən baĢqa dildə təhsil almıĢ, baĢqa dili 

mənimsəmiĢ adamları milli ədəbiyyatımızdan ayırsaq, çox 

böyük itkilərimiz olar. Onda gərək bütün əsərlərini fars 

dilində yazmıĢ Nizamini, Xaqanini, Məhsətini ədəbiyyat 

tariximizdən çıxaraq. Füzuli necə? Türkcə yazdığı Ģah 

əsərlərində Azərbaycan Ģairi, ərəbcə yazdıqlarında ərəb, 

farsca divanında fars sənətçisidir? Mirzə Fətəli 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

924 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Axundzadə PuĢkinin ölümünə yazdığı "ġərq poeması"yla 



fars Ģairi, "Hacı Qara"sıyla Azər türk dramaturqudur? 

Ġyirminci əsrdə yetiĢmiĢ, rus dilində təhsil almıĢ və rus 

dilində yazan neçə istedadlı Ģairi, nasiri ədəbiyyatımızdan 

xaric etməliyikmi? Yaxud kim rus dilində yazdıqları üçün 

Çingiz Aytmatovun qırğız yazıçısı, Oljas Süleymenovun 

qazax Ģairi olmadığını iddia edə bilər? Yenə də təkrar 

edirəm, dil ünsürü ədəbiyyatda ən mühüm, ən vacib, ən 

əsas ünsürdür, amma yeganə ünsür deyil. Müəllifin milli 

mənsubiyyəti, əsərlərinin məzmunu, mövzusu, ruhu, 

qaldırdığı milli problemlər, yaratdığı milli xarakterlər 

onun hansı ədəbiyyata mənsub olduğunun dəqiq 

göstəricisidir. 

Hər hansı bir ədəbiyyatın fəxri sayıla biləcək Rüstəm 

Ġbrahimbəyovun beynəlmiləl mövzularda pyesləri, 

ssenariləri də var, bu və baĢqa əsərlərinə görə o keçmiĢ 

SSRĠ-nin, indiki Rusiya Federasiyasının, bir çox Avropa 

ölkələrinin və ABġ-ın ən yüksək mükafatlarını, o 

cümlədən "Oskar" ödülünü qazanıb. Amma Azərbaycan 

Xalq yazıçısı, Azərbaycanın Dövlət mükafatı laureatı 

Rüstəmin Azərbaycan həyatından yazdığı povestləri, 

hekayələri sırf milli və hətta məhəlli koloriti ilə, dedikləri 

rus kəlmələriylə ifadə olunmuĢ personajların dilindəki 

Azərbaycan özəllikləri hər xarakterin milli səciyyəsi, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

925 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

əsərlərin ümumi ovqatı, ab-havası bu dəyərli sənət 



örnəklərini milli ədəbiyyatımızın qızıl fonduna daxil 

etmiĢdir. "9-cu Xrebtovıda", "UnudulmuĢ avqust", "Park", 

"Ad günü", "Nəğmə dərsi", "Ezamiyyətdə" mənim 

fıkrimcə, çağdaĢ nəsrimizin Ģah əsərlərındəndir. 

Hələ çox illər bundan əvvəl Rüstəmin "9-cu Xrebtovıda" 

povestini oxuyarkən müəllifin ilk iri əsəri olan bu yazı 

məni heyran etmiĢdi: ən ağrılı ictimai və milli məsələlərə 

toxunan gənj nasirin cəsarəti, məiĢət səhnələrini bu qədər 

müfəssəl və yerli-yataqlı təsvir etmək məharəti, insan 

xarakterlərini bunca ustalıqla açmaq bacarığı qibtəyə layiq 

idi. Ġlk yazılarından özünü ciddi qələm sahibi kimi tanıdan 

müəllif ömrü boyu sadiq qaldığı mənəvi mövqeyi elə ilk 

əsərlərindən bəyan etmiĢdi. Mən bu mövqeyi insanda 

insanlıq axtarıĢı kimi müəyyənləĢdirərdim. Gördüyü, 

tanıdığı, müĢahidə etdiyi hər bir insanda Rüstəm ilk 

növbədə onun insani cəhətlərini, bəzən ilk baxıĢda 

sezilməyən, çox dərin qatlarda gizlənən insanlığını axtarır 

və üzə çıxarmağa çalıĢır. 

Eyni zamanda o bu insanlığa qənim kəsilən cəhətləri: 

qəddarlığı, əzazilliyi, zoru nəzərə çatdıra bılir. Adi bir 

Ģəhər həyətində, yaxud Ģəhər kənarında çöllükdə 

yeniyetmələr arasında baĢ verən qarĢıdurma ("UnudulmuĢ 

avqust" povesti), təmənnasız fədakarlıqla zülmün 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

926 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

toqquĢması ("YaĢıl qapı arxasındakı qadın" pyesi) daha 



qlobal problemlərin, insanlıqla tutalım elə faĢizmin üz-üzə 

gəlməsinin modelidir. 

"Ezamiyyətdə" hekayəsində bəhs olunan hadisələr "9-cu 

Xrebtovı"da cərəyan edən olaylardan çox uzaqdır. 

Məkanlar da fərqlidir. Hekayənin qəhrəmanı elmi iĢçi 

Mərdanov Moskvada ezamiyyətdədir, "9-cu Xrebtovı"nın 

sakinləri öz məhəllələrindən kənara çıxmır. Beləliklə, 

müxtəlif məkanlar, müxtəlif mühit, müxtəlif maraqlar və 

müxtəlif davranıĢ qaydaları. Amma buna rəğmən hekayə 

də, povest də dəruni mənəvi bağlarla bir-birinə bağlıdır, 

bir-birinə calanır, bir-bırini tamamlayır. Onların ümumi 

cəhəti müəllifin insanda insanlıq axtarıĢlarının inikasıdır. 

Yəni mətləb eynidir: insanın həqiqi mahiyyəti, ona təlqin 

olunan yalançı əxlaq və rəftar ülgülərinə qarĢı Ģəxsiyyətin 

təbii özlüyü, saxta xətt-hərəkətlərlə pərdələnmiĢ, zahiri 

əlamətlərin altında ya arxasında insanın üzvi varlığı, əsl 

mahiyyəti... 

"Ezamiyyətdə" hekayəsinin sadə süjetini açıqlamayacam, 

hekayəni oxuyub orada nədən bəhs edildiyini bilmək olar. 

Yalnız ilk oxunuĢda da, sonralar yenə bu hekayəyə 

qayıdarkən də məni həyəcanlandıran sonluqdan danıĢmaq 

istəyirəm. Mərdanovun Ģaxtalı Moskva küçələrində, qarlı 

qıĢ gecəsində balaca oğlanı çağırması: 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə