Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə192/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   188   189   190   191   192   193   194   195   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

839 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Müəllif məqaləsinin sonunda artıq müstəqilliyinə son 



qoyulmuĢ və Rusiya imperiyasının tərkibinə daxil edilmiĢ 

Quba xanlığında torpaq sahibkarlığı məsələlərini 

araĢdıracağını vəd edirdi. O, öz vədini 1876-cı ilin 

payızında yerinə yetirdi. "Tiflisski vestnik"in beĢ sayında 

(211-212, 231-232,237) çap olunan "Quba qəzasında 

torpaq sahibkarlığı" araĢdırmasında artıq Rusiya 

imperiyasının bir ərazi vahidi olan keçmiĢ xanlığın 

iqtisadi vəziyyəti və aqrar problemləri öz əksini tapmıĢdı. 

Burada Qubanın iri torpaq sahiblərindən olan 

Bakıxanovlar ailəsi, onların mülkləri, gəlirləri və s. 

barəsində verilmiĢ məlumatlar diqqəti cəlb edir. Həmin 

dövrdə Bakıxanovlar nəslinin bir sıra nümayəndələrinin 

Tiflisdə yaĢadıqlarını nəzərə alsaq, Ġsa Sultanın bu 

məlumatların çoxunu necə deyərlər, ilk mənbədən əldə 

etdiyini düĢünmək olar. 

 

*** 



 

1876-cı il may ayının 22-də "Tiflisski vestnik" qəzetində 

Ġsa Sultanın "Zaqafqaziya müsəlmanlarının intellektual 

tələbatı" adlı maarifçilik və doğma xalqa məhəbbət ruhu 

ilə aĢılanmıĢ çox aktual səslənən məqaləsi çap olunmuĢdu. 

Bu tarixi nə üçün belə dəqiqliyi ilə diqqətə çatdırıram? 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

840 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Həmin il mayın 5-də Ġ.S.ġahtaxtinski Azərbaycan 



mətbuatının banisi, "Əkinçi"nin naĢiri və redaktoru 

Həsənbəy Zərdabiyə günümüzə gəlib çatan ilk (həm də 

son olduğuna inanmıram) məktubunu yazmıĢdı. 

Bu məktubla yuxarıda adını çəkdiyim məqalənin eyni 

vaxtda yazılması təsadüfi sayılmamalıdır. Çox güman ki, 

məhz bu yazıların qələmə alındığı günlərdə Ġsa Sultan 

xalqa xidmətin ən yaxĢı yolunun mətbuat olduğu 

həqiqətinə bir daha dərindən inanmıĢdı. 

Bir qədər aĢağıda üzərində daha geniĢ dayanacağım 

məqalə onu Azərbaycan türklərinin sözünü deyə biləcək 

azsaylı qələm adamlarının bir araya gəlməsi qənaətinin 

möhkəmlənməsinə təkan vermiĢdi. Və bu hisslərin təsiri 

altında milli mətbuat uğrundakı təkbaĢına mübarizəsini 

böyük heyranlıqla izlədiyi Həsən bəyə rus dilində 

aĢağıdakı sətirləri yazmıĢdı: 

"9 may 1876- cı il 

Tiflis 

Mərhəmətli cənab Həsən bəy! 



Artıq çoxdandır ki, Sizin baĢladığınız və mənin qəlbim 

üçün də əziz olan ədəbi fəaliyyətlə bağlı ən səmimi 

hisslərimi və hərarətli arzularımı ifadə etməyə 

hazırlaĢıram. Bu sətirləri Sizə yazan Cənubi Qafqaz 

sakinidir, Naxçıvan Ģəhərinin müsəlmanlarındandır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

841 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Peterburqda ali təhsil alıb, Parisdə və Ġsveçrədə xarici 



ədəbiyyatı öyrənməklə məĢğul olub. Keçən ilin payızında 

Qafqaza qayıtdıqdan sonra "Tiflisski vestnik" qəzetinin 

siyasət Ģöbəsinin müdirliyi vəzifəsini öz öhdəsinə götürüb. 

Təəssüf ki, hələ öz dilimizi o dərəcədə bilmirəm ki, Sizə 

bu dildə yazım. Lakin əgər Sizin rus dilindən tərcümə 

üçün vaxtınız və həvəsiniz varsa, o zaman məmnuniyyətlə 

redaktoru olduğunuz qəzetin iĢində iĢtirak etməyə 

hazıram. Belə bir imkan varsa, qəzetdə xarici siyasət 

Ģöbəsi açmaq olardı və mən iki həftədən bir Sizə siyasi 

icmallar göndərərdim. 

Sizə bəslədiyim rəğbəti sözlə deyil, iĢlə sübuta yetirmək 

istədiyimdən, bu məktubun predmeti haqqında söhbəti 

bitmiĢ saymaq olar. 

Cavabınızı gözləyirəm. Sizinlə Ģəxsən tanıĢlıq səadətinə 

nail olmasam da, icazə verin, əlinizi dostcasına və 

qardaĢcasına sıxım". 

Gələcək məktublaĢmalar üçün Tiflis Ģəhəri, "Tiflisski 

vestnik" qəzeti redaksiyasının ünvanı göstərilmiĢdi. 

Məktubun Ģərhini bir tərəfə buraxaq. Onsuz da burada hər 

Ģey öz-özlüyündə aydındır. Millətinə mətbuat vasitəsi ilə 

xidmət etmək istəyən, lakin onun dilini yetərincə 

bilməyən Ġsa Sultanın milli ziyalı faciəsi, həyəcan və 

əndiĢələri də baĢa düĢüləndir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

842 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Amma bir məsələyə münasibət bildirməyə ehtiyac var. 



Ġlk baxıĢdan Ġsa Sultanın "Əkinçi" də xarici siyasət Ģöbəsi 

açmaq haqqındakı təklifi ağıllı və səmərəli fikir təsiri 

bağıĢlayırdı. Lakin digər tərəfdən, elə bu təklifin özü 

Tiflisdə yaĢayan və millətinə fayda gətirmək istəyən gənc 

publisistin, bir tərəfdən "Əkinçi"nin mətbəxinə, o biri 

tərəfdən isə, təəssüf ki, hələlik yalnız bir qəzetdən ibarət 

milli mətbuatın acınacaqlı vəziyyətinə kifayət qədər bələd 

olmadığından xəbər verir. 

Bir neçə il davam edən üzücü yazıĢmalardan və süni 

bürokratik əngəllərdən sonra H.Zərdabi ilk Azərbaycan 

qəzetinin nəĢrinə istər daxili, istərsə də xarici siyasətdən 

yerli-dibli yazmamaq Ģərti ilə icazə ala bilmiĢdi. Moskva 

universitetini namizəd diplomu ilə bitirən, siyasi 

məsələlərdən kifayət qədər yaxĢı baĢ çıxaran intellekt 

sahibinə naĢiri və redaktoru olduğu qəzetdə yalnız kənd 

təsərrüfatından, əkin-biçindən, bir sözlə, müasirlərindən 

birinin çox gözəl ifadə etdiyi kimi "süddən yağ qayırmaq" 

məsələlərindən söz açmaq səlahiyyəti vermiĢdilər. 

Bakı quberniya mətbəəsinin mürəttibi erməni Minasov 

"Əkinçi"nin siyasi məsələləri, xüsusən də 1877-1878-ci il 

Osmanlı-Rusiya müharibəsinini iĢaqlandırması haqqında 

Ģeytançılıq edən kimi Qafqaz hakim dairələri qəzetin 

nəĢrini dayandırmıĢdılar.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə