Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


– Geyim, Söz Və S. Kimi (Zahiri) Şeylərdə Kafirlərə Bənzəmək



Yüklə 5,74 Mb.
səhifə42/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

1 – Geyim, Söz Və S. Kimi (Zahiri) Şeylərdə Kafirlərə Bənzəmək


Çünki geyim, söz və s. buna bənzər şeylərdə kafirlərə bənzəmək (onlara oxşamaq), bənzənilən kimsəni sevməyi göstərir. Bu səbəblə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurmuşdu: «Kim bir qövmə bənzəmək istəyərsə o, da onlardandır»1527.

Kafirlərə xas olan adət-ənənələrdə və onların ibadətlərindən sayılan şeylərdə onlara bənzəmək, misal olaraq saqqalı qırxıb, bığları uzatmaq1528 və ehtiyac olmadığı halda onların dilləri ilə danışmaq, onların izlədikləri yol və əxlaq olan şeylərdə onlara bənzəmək (onların əxlaqı ilə əxlaqlanmaya çalışmaq), geyimdə, yeməkdə, içməkdə və s. şeylərdə onlara bənzəmək haramdır.



2 – Kafirlərin Diyarında Yaşamaq Və Dinini Qorumaq Üçün Onların Diyarından Müsəlman Diyarlarına Hicrət1529 (Köç) Eməkdən İmtina Etmək

Hicrət (köç) sözünün İslam dinində mənası: Əgər bir müsəlmana öz dinini qoruması (yaşaması) çətin olarsa ona hicrət etmək fərzdir. Əgər bu halda müsəlman kafirlərin diyarında yaşamağa davam edərsə bu da onlara dostluq bəsləməyə dəlalət edər. Bu səbəblə də Allah hicrətə gücü çatdığı halda kafirlərin arasında yaşamağı müsəlmana haram etmişdir. «Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən deyəcəklər: Siz (hicrət zamanı) nə vəziyyətdə idiniz? Onlar söyləyəcəklər: Biz yer üzündə zəif (aciz) kəslər idik! (Mələklər də onlara): Allahın torpağı geniş deyilmidi ki, siz də hicrət edəydiniz? – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O, necə də pis yerdir. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır». (ən-Nisa 97-98). Allah hicrət etməyə gücü çatmayan kimsələrdən (müsəlmanlardan) başqasını kafirlərin diyarında qalmasına görə bağışlamaz (üzürlü görülməz). Eyni şəkildə insanları Allahın dininə dəvət edən və İslam dinini yaymaq kimi dini bir mənfəət güdən (savab ummaq) məqsədilə kafirlərin diyarında yaşayan kimsə də bağışlanmışdır (üzürlü görülmüşdür).



3 – Dincəlmək, Əylənmək Və Zövq Almaq Məqsədilə Kafirlərin Diyarına Səfərlər (Səyahət) Etmək1530

Kafirlərin diyarlarına səfərlər etmək haramdır, əgər bu kimi zəruriyyətlər yoxdursa: Müalicə olunmaq, ticarət etmək və ya qeyri yerdə öyrənilməsi mümkün olmayan lakin müsəlmanlar üçün faydalı olan elməri öyrənmək məqsədilə onların (kafirlərin) diyarlarına səfərlər etmək olar1531. Bu diyarlara səfərlər yalnız ehtiyac halında edilir. Kafirlərin diyarında ehtiyac ödəniləcək qədər qalmaq icazəlidir. Lakin bu ehtiyac ödənildikdən sonra müsəlmanın öz diyarına qayıtması vacibdir. İcazəli səfərlərdən biri də müsəlman bir kimsənin öz dini ilə kafirləri tanış etməsi, dinilə iftixar duyması, lakin bununla yanaşı şər və fitnə olan yerlərdən uzaq olması və düşmənlərin hiyləsinə qarşı diqqətli olması lazımdır. Eyni zamanda Allahın yoluna dəvət etmək və İslam dinini yaymaq məqsədilə kafirlərin diyarına getmək bəzən caiz (icazə verilən), bəzən də fərz olur.



4 – Müsəlmanlara Qarşı Kafirlərə Yardım Etmək, Onları Dəstəkləmək, Onları Tərif Etmək Və Qorumaq

Bu davranış insanı dindən çıxardan və dindən dönməsinə səbəb olan şeylərdəndir ki, bundan da Allaha sığınırıq.



5 – Kafirlərdən Kömək İstəmək, Onlara Etibar Etmək (Arxalanmaq), Müsəlmanların Sirlərini Öyrənəcək Vəzifələrə Onları Təyin Etmək, Onları Sirdaş Və Məsləhətçi Seçmək

«Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zərərə və əziyyətə düşməyinizi istərlər. Həqiqətən onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə ayələri artıq sizə izah etdik. Bəli siz o, kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz Kitabın hamısına inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: Biz də inandıq – deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Məhəmməd!) De ki: Acığınızdan ölün! Əlbəttə Allah ürəklərdə olanları biləndir». (Ali İmran 118-119). Bu ayələr kafirlərin müsəlmanlara qarşı qəlblərində gizlətdikləri kin-küdurəti, nifrəti, müsəlmanların əleyhinə hər cür hiylə və tələ qurmalarını, istənilən yolla onlara əziyyət və zərər verə bilmək niyyətində olduqlarını göstərir. Bununla onlar (kafirlər) müsəlmanların onlara olan inamından istifadə edərək onlara zərər vermək, onlara qələbə çalmaq və bu yolla məqsədlərinə çatmaq üçün planlar qurduqlarını ortaya çıxarmışdır. Əbu Musa əl-Əşari – radıyallahu anhu dan rəvayət etdiyinə görə o, demişdir: «Bir gün Ömər – radıyallahu anhu ya dedim: Mənim bir Xristian katibim var. Mənə: Vay sənin halına. Kimi sən yanında saxlayırsan. Məgər sən Allahın bu ayəsini eşitməmisən: «Ey iman gətirənlər! Yəhudi və Xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar…». (əl-Maidə 51). Hənif1532 olan birisini tapsaydın nə olardı? dedi. Mən: Ey möminlərin əmiri! O, mənə yalnız yazmaq üçün lazımdır. Yazması mənə, dini isə özünə aiddir. Ömər: Allah onlara nifrət etmişkən mən onlara ikram etmərəm, Allah onları zəlil etmişkən mən onları necə ucaldım, Allah onları özündən uzaqlaşdırmışkən mən onları necə (özümə) yaxınlaşdırım!». Əhməd, Beyhəqi, əl-Albani “İrva” 2630.

İmam Əhməd və İmam Müslimin ravayət etdikləri hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – Bədr döyüşünə çıxdığı zaman müşriklərdən biri onları təqib edərək Harra adlanan yerdə onlara çatdı və: «Səni təqib etmək və səninlə müvəffəqiyyət qazan-maq istəyirəm (döyüşdə əldə edəcəyin qənimətdən mən də almaq istədim)» dedi. Peyğəmbər: «Allaha və Onun Rəsuluna iman edirsənmi?» deyə buyurdu. O: «Xeyr» deyə cavab verdi. Peyğəmbər: «Onda geri dön! Çünki mən müşrik birisindən əsla kömək istəmərəm» deyə buyurdu.

Yuxarıda qeyd olunan ayə və hədislərdən göründüyü kimi müsəlmanların hallarını öyrənib onların sirlərini əldə etmək və hiylə işlədərək müsəlmanlara zərər verməyə imkan verən işləri kafirlərə əta etmək və bu vəzifələrə təyin etmək haramdır. Günümüzdə bir çox müsəlman diyar-larında o, cümlədən Hərameyin diyarına (Məkkə və Mədinəyə) kafirlər cəlb edilərək evlərdə işçi, sürücü, xidmətçi, dayə olaraq müsəlman ailələrilə iç-içə yaşamalarına və müsəlmanlarla qaynayıb-qarışmaları-na səbəb olmuşdur.

6 – Kafirlərin Dini Mərasimləriylə, (Yeni İl) Bayramlarını Göstərən Miladi Təqvimi Kimi Tarixləri İstifadə Etmək

Miladi təqvimi İsa – əleyhissəlam – ın doğum gününü xatırladan bir təqvimdir. Bunu Xristianlar özləri uydurmuşlar. İsa – əleyhissəlam – ın dinində belə bir şey yoxdur. Miladi tarixini (say hesabı olaraq) istifadə etmək onların simvol və bayramlarında iştirak etmək deməkdir.



Səhabələr – Allah onlardan razı olsun bundan çəkinmək üçün bir tarix qoyulmasını istədikdə ikinci xəlifə Ömər – radıyallahu anhu – nun zamanında kafirlərin tarixini istifadə etməkdən çəkinmiş və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Məkkədən Mədinəyə hicrət etdiyi vaxtı tarix olaraq qoymuşlar. Bu və buna bənzər şeylərdə kafirlərə müxalif olmaq (hər bir müsəlmana) vacibdir.

7 - Kafirlərin Bayramlarında İştirak Etmək, Bu Bayramların Keçrilməsində İştirak Etmək, Bu Bayramların Qurulmasında Yardımçı Olmaq Və Onları Bu Münasibətlə Təbrik Etmək

«O, kəslər ki, yalan yerə şahidlik etməzlər…». (əl-Furqan 72). Təfsirçilər bu ayəni: «Rəhmanın qulları o, kəslərdir ki, onlar kafirlərin bayramlarında iştirak etməzlər» deyə təfsir etmişlər1533.

8 – Kafirləri İnkişaf Və Mədəniyyətlərinə, Əxlaqlarına Görə Tərif Etmək, Batil İnanc Və Dinlərinə Baxmayaraq Əxlaq Və Məharətlərini Bəyənmək

«Kafirlərin bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinnəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (gözünü dikmə)». (Ta ha 131). Bu o, demək deyildir ki, müsəlmanlar onları gücləndirəcək vasitələrdən, iqtisadi inkişafdan, təsərüfatdan və hərbin sirlərini öyrənməkdən çəkinməlidirlər. Əksinə bu dinimizin əmr etdiyi bir şeydir. «…Kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin…». (əl-Ənfal 60). Bütün bu faydalı və kainatda gizli olan şeylərin hər birisi həqiqətdə müsəlmanlar üçün yaradılmışdır. «(Ya Peyğəmbərim!) De ki: Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur? De ki: Bunlar dünyada iman gətirənlər üçündür, Qiyamət günündə isə yalnız möminlərə məxsusdur. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik». (əl-Əraf 32). «Göylərdə və yerdə nə varsa hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən bunda düşünən bir qövm üçün ibrətlər vardır». (əl-Casiyə 13). «Yer üzündə nə varsa hamısını sizin üçün yaradan…Odur (Allahdır)». (əl-Bəqərə 29). Bu potensial imkanları dəyərlən-dirməkdən ötrü müsəlmanlar hər kəsdən əvvəl hərəkət etməli və bunlara sahib olmaları üçün kafirlərdən nə isə ummamalıdırlar. Müsəlmanların fabrik və müasir texnikaya sahib olmaları lazımdır.

9 – (Oğlan Və Qız) Uşaqlarına Kafir Adlarını Vermək

Belə ki, bəzi müsəlman ailələri ana-atalarını, baba və nənələrinin, daha doğrusu müsəlman aləmində qəbul edilmiş adlardan imtina edərək öz övladlarına yad adlar qoyurlar. Belə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu haqda buyurmuşdu: «Allahın ən çox sevdiyi adlar Abdullah (Allahın qulu) və AbdurRahmandır (Rahmənin qulu)»1534. Adları dəyişdirmək yeni bir nəslin qərib adlar daşımalarına səbəb ola bilir. Bu isə indiki nəsillərlə əvvəlki nəsillər arasında bir ayrılığa və özlərinə aid adları istifadə edən ailələr arasındakı bir-birilərini tanıma imkanını aradan qaldırmağa səbəb ola bilir.



10 – Kafirlər Üçün Allahdan Bağışlanma Diləmək Və Onlara Rəhmət Oxumaq

Allah kafirlər üçün bağışlanma diləməyi və onlar üçün rəhmət oxumağı möminlərə haram etmişdir. «Müşriklərin Cəhənnəmlik olduqları (müsəlman-lara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113). Çünki bu davranış onları sevməyi və tabe olduqları dinin doğru olduğunu göstərir1535.



11 – Dövlət Vəzifələrində, Döyüşdə Və Ya Buna Bənzər Yerlərdə Kafirlərdən Kömək İstəməyin Hökmü

1) Dövlər vəzifələrində kafirlərdən kömək istəməyin hökmü barəsində Allah buyurur: «Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zərərə və əziyyətə düşməyinizi istərlər. Həqiqətən onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür…». (Ali İmran 118). İmam Bəğavi – rahmətullahi aleyhi – ayədə keçən: «Sizin dinizdən olmayanları dost və yaxın sirdaş etməyin. Çünki kişinin dostu ona ən yaxın olanıdır» şəkilində təfsir etmişdir. Sonra isə Allah kafirləri dost tutmağın haram edilməsini açıqlayaraq: «Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zərərə və əziyyətə düşməyinizi istərlər».

İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Zimmə əhli olan Yəhudi, Xristian və münafiqlər müsəlmanların hal və sirləriylə bağlı şeylərdə öz dinlərində olan insanları xəbərdar etdiklərini təcrübə sahibi olan hər kəs bilir. Məşhur beytlərdən olan bu beyt buna ən gözəl dəlildir: «Hər düşmənlik (düşmənlikdən sonra) – sevgi və məhəbbətə dönə bilər. Yalnız sənə dində düşmən olanın düşmənliyi sevgi və məhəbbətə dönə bilməz». Buna görə də onlar dövlət işlərində müsəlmanlara vəzifələr verməyi qadağan etmişlər.

Buna görə də müsəlmanların müsəlmanları öz işlərində işlətməklə kifayətlənmələri özləri üçün dini və dünyavi tərəfdən faydalıdır. Az da olsa halal yolla qazanılan qazancı Allah bərəkətləndirir. Lakin haram yolla qazanılan qazanc çox da olsa bərəkəti olmaz1536. İbn Teymiyyə – rahmətullahi aleyhi – yuxarıda keçən ayədən bir çox hökmlər çıxarmışdır: 1. «Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zərərə və əziyyətə düşməyinizi istərlər». Kafirləri müsəlmanların üzərində güc və əmr sahibi edəcək vəzifələrə nazir və nəsihətçi təyin etməklə müsəlmanların sirlərini öyrənə biləcək mühüm yerlərə kafirləri gətirmək və ya İslam dövlətində onlara vəzifələr vermək əsla caiz deyildir. 2. Müsəlmanlardan bu vəzifəni yerinə yetirə biləcək hər hansı bir kimsənin olmaması şərtilə, yol göstərmək, bina inşa etmək, yollar çəkmək kimi İslam dövləti üçün təhlükəli olmayan bəzi aşağı işlərdə maaş qarşılığında kafirləri işlətmək caizdir. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – və Əbu Bəkr – radıyallahu anhu Mədinəyə hicrət edərkən onlara yol göstərməsi üçün müşrik olduğu halda Abdullah b. Uraykit əl-Leysini pul qarşılığında tutmuşdular1537.



2) Döyüşdə kafirlərdən kömək istəmək barəsində hökmə gəlincə bu haqda alimlər arasında görüş ayrılığı vardır. Doğru olan odur ki, cihadda kömək itənilən kimsə əmin bir kimsədirsə, ehtiyac və zərurət halında bu caizdir. Bu məsələ ilə bağlı İbn Qeyyim – rahmətullahi aleyhi – Hudeybiyyə sülhündə olan faydalar haqqında deyir: “Bu sülh müqaviləsinin faydalarından biri də ehtiyac halında cihadda əmin olunan müşrik bir kimsədən kömək istəməyin caiz olmasıdır. Bunun hikmətinə gəldikdə isə bu kimsə düşmənə qarışaraq onların xəbərlərini almağa daha yaxın olduğundan bu hal müsəlmanların xeyirinədir. Zərurət halında kafirlərdən kömək istəmək də caizdir. Zuhri rahmətullahi aleyhi - Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hicrətin 7-ci ilində Xeybər döyüşündə bəzi Yəhudilərdən kömək istədiyini rəvayət etmişdir. Yenə Əbu Cəhlin oğlu Safvan müşrik olduğu halda Hüneyn döyüşündə iştirak etmişdi. Zərurət halı döyüşdə kafirlərin sayının çox olması və onlardan qorxu hissi olmasıdır. Lakin ehtiyac olmadığı zaman kafirlərdən kömək istəmək caiz deyildir. Çünki kafirin hiyləsindən əmin olmaq olmaz. Onun içində gizlətdiyi niyyəti şərdir”1538.

MÖMİNLƏRƏ DOSTLUQ BƏSLƏMƏYİN ZAHİRİ ƏLAMƏTLƏRİ
1 – Kafirlərin Diyarlarını Tərk Edib, Müsəlmanların Diyarlarına Hicrət Etmək

Hicrət – dinini saxlamaq (qorumaq) üçün kafirlərin diyarından müsəlmanların diyarına köç etmək deməkdir. Bu məqsədə və qaydaya əsaslanaraq hicrət etmək fərzdir və bu hökm günəşin batdığı yerdən doğacağı Qiyamət gününə qədər davam etməkdədir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – müşriklərin arasında yaşayan hər bir müsəlmandan uzaq olduğunu bildirmişdir1539. Buna görə də müsəlmanın kafirlərin diyarında yaşaması haramdır. Yalnız hicrət etməyə gücü çatmayan və ya insanları Allahın yoluna dəvət etmək və İslamı yaymaq kimi dini bir mənfəət üçün orada yaşayan bundan müstəsnadır. «Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən deyəcəklər: Siz (hicrət zamanı) nə vəziyyətdə idiniz? Onlar söyləyəcəklər: Biz yer üzündə zəif (aciz) kəslər idik! (Mələklər də onlara): Allahın torpağı geniş deyilmidi ki, siz də hicrət edəydiniz? – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O, necə də pis yerdir. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır». (ən-Nisa 97-98).

2 – Müsəlmanlara Dini Və Dünyavi Məsələrdə Ehtiyac Duyduqları Şeylərdə Onlara Can, Mal Və Sözlə Dəstək Olmaq Və Onlara Kömək Etmək

«Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, həyandırlar». (ət-Tövbə 71). «Əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr aranızda saziş olan bir tayfa əleyhinə yardım istis-na olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir». (əl-Ənfal 72).

3 – Müsəlmanların Kədər Və Acılarına Üzülmək, Sevinc Və Fərəhlərinə Sevinmək

Numan b. Bəşir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sən görürsən necə müsəlmanlar bir-birilərinə olan mərhəmətlərinə, məhəbbətlərinə və şəfqətlərinə görə bir vücuda (bədənə) bənzəyirlər. O, vücuddan bir üzv xəstələnərsə bütün vücudda bu xəstəlikdən yuxusuz və hərarətdə olar»1540. Əbu Musa – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin digər bir möminə olan bağlılığı dayaqları bir-birinə keçrilmiş bir bina kimidir. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – əllərinin barmaqlarını bir-birinə keçirdi»1541.



4 – Müsəlmanlara Nəsihət Etmək, Onların Yaxşılığını İstəmək Və Onları Aldatmamaq

Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər biriniz özünə arzu etdiyini (sevdiyini), qardaşı üçün arzu etmədikcə (kamil) iman etmiş olmaz»1542. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu rəzil (köməksiz) buraxmaz, onu alçaltmaz. İnsanın şər olaraq müsəlman qardaşına xor baxması ona kifayət edər. Hər bir müsəlmanın qanı, malı və namusu digər bir müsəlmana haramdır»1543. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizə həsəd aparmayın, hərracda almaya-cağınız malın qiymətini qaldırmayın, bir-birinizə nifrət etməyin, bir-birinizin ticarətinə müdaxilə etməyin. Allahın qardaş qulları olun»1544.



5 – Müsəlmanlara Hörmət Etmək, Onlara Ehtiram Göstərmək Və Onları Söyməkdən Və Alçaltmaqdan Çəkinmək

«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan (Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birilərini rişxənd eləməsinlər. Bəlkə rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin, eyb tutmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir! Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul edəndir, rəhmlidir». (əl-Hucurat 11-12).

6 – Çətinlikdə Də, Asantlıqda Da, Bolluqda Və Qıtlıqda Da Müsəlmanlarla Birlikdə Olmaq

Möminlərlə bolluq və asantlıq zamanında bərabər olub, çətinlik və qıtlıq zamanında onları tərk edərək gedən münafiqlərdən fərqli olaraq müsəlman çətinlikdə də, asantlıqda da, bolluqda və qıtlıqda da müsəlmanlarla birlikdə olmalıdır. «(Ey müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz verdikdə: Məgər biz də sizinlə deyildikmi? Deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: Məgər (möminlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz möminlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmı? Söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz». (ən-Nisa 141).



7 – Müsəlmanları Ziyarət Etmək, Onları Görməkdən Və Onlarla Görüşməkdən Xoş Olmaq

Qütsi hədislərin birində Allah – sunhənəhu və təalə – buyurur: «Mənim rizam üçün bir-birilərini ziyarət edənlərə məhəbbətim (onları sevməyim) vacib olmuşdur»1545. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kişi (başqa) bir kəndə olan qardaşını ziyarət edir. Allah onun keçəcəyi yolun üstünə bir mələyi gözətçi göndərir. Mələk: «Hara getmək istəyirsən?». O: «Bu kənddə olan qardaşımı ziyarət etmək istəyirəm». Mələk: «Onun sənə verəcəyi bir mənfəət varmı?». O: «Xeyr, mən onu (mənfəətə görə deyil) Allah xatirinə sevirəm». Mələk: «Mən Allahın sənə göndərdiyi elçisiyəm. Sən onu sevdiyin kimi Allah da səni sevdi»1546.



8 – Müsəlmanların Haqlarını Qorumaq

Müsəlman, müsəlmanın ticarətini vurmaz (müdaxilə etməz), qiymət (danışıldıqdan) təyin olunduqdan sonra öz qiymətini təklif etməz, nigahlandığı qadını ilə nigahlanmaz, Allahın qardaşına halal etdiyi bir şeyi əldə etdikdən sonra onu əldə etməyə çalışmaz. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizin ticarətini vurmayın, qardaşınızın nigahlandığı qadına nigahlanma-yın…»1547. Ukbə b. Amir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «…Başqası tərəfindən qiymət təyin olunduqdan sonra öz qiymətini təklif etməz»1548.



9 – Zəif Və Gücsüz Müsəlmanlarla Yumşaq Davranmaq Və Onlarla Gözəl Rəftar Etmək

Abdullah b. Amr b.As – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kiçiyimizə rəhm etməyən, böyüyümüzün hörmətini saxlamayan bizdən deyildir»1549. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Aranızda olan zəif və gücsüz olanlarınıza görə Allah sizə ruzi və yardım edir»1550. «Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə». (əl-Kəhf 28).



10 – Müsəlmanlara Dua Etmək Və Onlar Üçün İstiğfar Diləmək

«(Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların günahlarının bağışlanmasını dilə». (Muhəmməd 19). «Onlardan sonra gələnlər belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz! Sən həqiqətən şəfqətli və mərhəmətlisən». (əl-Həşr 10). «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxart-mayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!». (əl-Mumtəhinə 8). Bu əmrə gəlincə: “Müsəlmanlara əziyyət verməyən, onları yurdlarından çıxartmayan və onlarla vuruşmayan kafirlərə gəlincə belə bir kimsələrlə müsəlmanlar ədalətlə və yaxşılıqla davranmalıdırlar. Lakin bu o, demək deyildir ki, müsəlmanlar onlara qəlbən sevgi bəsləməlidirlər. «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz». (əl-Mumtəhinə 8). Allah: «Onlara sevgi və dostluq bəsləməyi qadağan etməz» deyə bir şey buyurmamışdır. Bunun bir bənzərini Allah valideyinlər haqqında da buyurmuşdu: «Əgər ata-ana bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra Mənim hüzuruma qayıdacaqsınız. Mən də nə etdiklərinizi sizə xəbər verəcəyəm!». (Loğman 15). Əsmə b. Əbu Bəkr – radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in (Hudeybiyyə) müqaviləsi zamanında anam (ona qayğı və ehsan) edim deyə bizə gəldi. Mən də Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən bu haqda soruşdum: «Ona yaxşılıq edimmi?». O: «Bəli» deyə buyurdu1551. «Allaha və Axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar da belə – dostluq etdiyini görməzsən». (əl-Mucadələ 22).

Kafir (müşrik) bir kimsə ilə qohumluq əlaqələrini saxlamaq və dünyavi işılərdə onlarla ədalətli olmaq onlara bəslənilən sevigən çox fərqli bir şeydir. Çünki əlaqələr saxlamaq və onlarla gözəl rəftarda olmaq kafir olan kimsəyə İslamı sevdirmək vardır və bu da dəvət yollarındandır. Lakin dostluq və sevgi bəsləmək isə tam bunun əksidir. Çünki kafirə sevgi və dostluq bəsləmək onun öz halından razı qalmasına gətirib çıxardır ki, bu da onu İslama dəvət edilməməsinə səbəb ola bilər. Eyni şəkildə kafirlərə dostluq bəsləməyin haram olması onlarla mübah olan ticarətin, mal idxalının, onların təcrübələrindən və icad etdikləri şeylərdən faydalanmağın haram olduğu mənasına gəlməz. Necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə hicrət edərkən müşrik olduğu halda Abdullah b. Uraykit əl-Leysini pul qarşılığı olaraq bələdçi tutmuşdur. Yenə Peyğəmbər – sallallahu aleyhi və səlləm – bəzi Yəhudilərdən borc götürərdi.

Günümüzdə də müsəlmanlar kafirlərdən bir çox (kənd və sənaye) təsərüfatı malları idxal edirlər. Bu da onlardan pul qarşılığında bir şey almaq qəbilindəndir yoxsa ki, onların bizə lütf və ehsanlarına görə deyildir. Bu kimi şeylərin onlardan pul qarşılığında alınması onlara sevgi və dostluq bəsləmək mənasına gəlməz. Çünki Allah bizlərə möminlərə sevgi və dostluq, kafirlərə isə nifrət və düşmənçilik bəsləməyimizi fərz etmişdir. «İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə, mühacirlərə) sığınacaq verib kömək göstərənlər (ənsar) məhz onlar bir-birinə dost və varisdirlər. İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur. Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir. Kafirlər də bir-birinin dostları, köməkçiləridirlər. Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar». (əl-Ənfal 72-73). İbn Kəsir – rahmətullahi aleyhi - bu ayə ilə bağlı deyir ki: «Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar» - Əgər siz kafirlərdən uzaqlaşmasanız və möminlərə dostluq bəsləməsəniz möminlərlə kafirlər bir-birilərinə qarışaraq insanlar arasında fitnə-fəsad meydana gələr. Haqların düşməsi baş verər. Mən də deyirəm ki: «Bu hal-halzırda günümüzdə də bilinməkdədir. Bu hala görə Allahdan kömək diləyirik»1552.

VƏLA VƏ BƏRA MÖVZUSUNDA İNSANLARIN QİSİMLƏRİ
Birinci Qrup: Nifrət Edilməkdən Uzaq Olaraq Yalnız Və Yalnız Sevilməyə Layiq Olan Kimsələrdir

Bu kimsələr Peyğəmbərlər, sıddıqlar (doğrular) şəhidlər və salehlərdən olan səmimi müsəlmanlardır. Bunların başında da Peyğəmbər – sallallahu aleyhi və səlləm – durur. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – insana öz nəfsindən də, övladından da, valideyinlərindən də və bütün insanlardan da çox sevilməsi lazımdır1553. Bunun ardından sevilməyə ən layiq olan Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zövcələri (möminlərin anaları), Əhli Beyti və səhabələridir. Xüsusi olaraq Rəşidi Xəlifələr olan (Əbu Bəkr, Ömər, Osman, Əli – Allah onlardan razı olsun -), Cənnətlə müjdələnən on səhabə, Muhacirləri və Ənsarları, Bədr döyüşündə iştirak edənləri, Ridvan beyətində iştirak edənləri və s. səhabələri sevməyi özündə əhatə edir. Bunlardan sonra Tabiinləri və ən fəzilətli dönəmlərdə yaşayanları, bu ümmətin ilk müsəlmanları ilə dörd imamı olan (Əbu Hənifə, İmam Məlik, İmam Şafii, İmam Əhməd – Allah onlardan razı olsun - və s. bu ümmətin imamlarını sevməyi özündə əhatə edir. «Onlardan sonra gələnlər belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz! Sən həqiqətən şəfqətli və mərhəmətlisən». (əl-Həşr 10).

Qəlbində iman olan hər bir kəs səhabə və bu ümmətin ilk müsəlmanlarına heç vaxt nifrət etməz. Onlara yalnız qəlbində xəstəlik və nifaq olan Rafizilər və Xəvariclər kimi İslam düşmənləri nifrət edə bilərlər. Onların şərlərindən Allaha sığınırıq.

İkinci Qrup: Allah Üçün Sevilməyib, Dostluq Edilməyib, Yalnız Və Yalnız Nifrət Və Düşmənçilik Edilməyə Layiq Kimsələrdir

Bunlar da kafirlər, müşriklər, münafiqlər, dindən dönənlər və hər bir inkarçılardır1554. «Allaha və Axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar da belə – dostluq etdiyini görməzsən». (əl-Mucadələ 22). Allah İsrail övladlarını pisləyərək: «Onların (Kitab əhlinin) bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey (küfr) necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır. Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, kafirləri özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqlərdir». (əl-Maidə 80-81).



Üçüncü Qrup: Bir Tərəfdən Sevilməsi Və Bir Tərəfdən Də Nifrət Edilməsi Lazım Olan Kimsələrdir

Həm seviləsi, həm də nifrət ediləsi müsəlman-ların günahkarlarıdır. Bu kimsələr onlarda olan imana görə sevilirlər lakin etdikləri günahlarına görə isə nifrət edilirlər. Əgər bu günahlar şirk və küfr deyilsə. Onları sevmək onlara nəsihət etməyi və onları qınamağı tələb edir. Etdikləri günahlara görə susmaq caiz deyildir. Əksinə onlara şəriətə uyğun olaraq həd və təzir cəzalarını təyin etmək, onlara nəsihət etmək, yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək, etdikləri günahlardan uzaqlaşmağı və bu günahlardan tövbə etməyi bəyan etmək lazımdır.

Bu kimsələrlə Xəvariclərin: «Şirkdən başqa böyük günah sahiblərinə nifrət edilərək onlardan uzaq durmaq lazımdır» dedikləri kimi onlara yalnız nifrət edilib onlardan uzaq durulmaz. Yenə də Murciyənin: «Bu kimsələrə dostluq və sevgi bəslənilir» dedikləri kimi onlara yalnız dostluq və sevgi bəslənilməz. Əksinə daha əvvəl qeyd etdiyimiz kimi belə kimsələrə Əhli Sünnə Vəl Cəmaatın bəyan etdiyi şəkildə orta yolu izləyərək yaxınlaşmaq lazımdır. Hədisdə buyrulduğu kimi: «Allah üçün sevmək və Allah üçün nifrət etmək imanın ən sağlam qulpudur. Qiyamət günü də insan sevdiyi ilə birlikdə olacaqdır».

Günümüzdə vəziyyət artıq dəyişilmişdir. İnsanlar dostluq və düşmənçiliyi Allah üçün deyil, dünyalıq bir (şey) üçün edirlər. Kim dünya nemətlərinə sahibdirsə o, kimsə Allaha və Rəsuluna və İslam dininə düşmən olsa da belə ona sevgi və dostluq göstərilir. Kim də dünya nemətlərinə sahib deyilsə o, kimsə Allah və Rəsulunun dostu olsa da belə kiçik bir səbəbə görə ona nifrət və düşmənçilik edilir. İbn Abbas – radıyallahu anhu – deyir ki: «Allah üçün sevən, Allah üçün nifrət edən, Allah üçün dostluq edən və Allah üçün düşmənçilik edən kimsə yalnız bu şəkildə Allahın dostluğuna nail olur. Lakin insanların çoxunun dostluğu dünyalıq şeylərdə olmuşdur. Bu isə sahibinə heç bir fayda verməyəcəkdir»1555. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah – subhənəhu və təalə – buyurdu: «Kim mənim dostumla düşmənçilik edərsə, Mən ona müharibə elan edərəm…»1556.

İnsanlar içərisində Allaha savaş elan edənlərin ən şiddətlisi, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrinə düşmənçilik edən, onlara nifrət və kin bəsləyən kimsələrdir. Abdullah b. Muğəffəl – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Səhabələrim haqqında Allahdan qorxun. Məndən sonra onları hədəf etməyin. Onlara məhəbbət bəsləyənlərə mənim məhəbbətim çatar. Onlara nifrət edənlərə mənim nifrətim çatar. Onları incidən məni incitmişdir. Məni incidən isə Allahı incitmişdir. Allahı incidən isə tezliklə öz cəzasına çatacaqdır»1557.

Səhabələri söymək və onlara nifrət etmək bəzi sapıq firqələrin din və əqidələrinin əsasına çevrilmiş-dir. Allahın qəzəbindən və əzabından Allaha sığınırıq. Allahdan bağışlanma və şərdən bizi qorumasını diləyirik.



Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə, əshabına Allahın salavatı və salamı olsun!
KİŞİ ÖZ DOSTUNUN DİNİNDƏDİR!
İbn Məsud - radıyallahu anhu – deyir ki: “İnsanları onların dostlarına görə mühakimə edin. Çünki insan xoşladığı kəslərlə oturub durar dostluq edər”. Bu nəsihətlər Quran və Sünnədən götrülmüşdür. Öz başından deyilməmişdir. Çünki sən elə bir kəslə oturub durusan ki, onun fikirləri, onun söhbəti sənin xoşuna gəlir. Belə bir kəsləri də görəndə artıq aydın olur ki, insan dostu kimdir. Onunla dostuq edirsə, deməli sevir onu, ondan razıdır, onun dediklərindən razıdır. Günahkar insanla gəzən dostluq edən deməli onun günahlarından razıdır ki, onunla gəzir. Müsəlmanların namusu, izzəti ilə oynayan bir kimsə hansı ki, nə ona qadağan edir, nə onu çəkindirir deməli onunla razıdır. Bəs elm əhli, alimlərə dil uzadan bir kimsə ilə necə oturub durmaq olar? Əgər onu çəkindirmirsə, ona nsihət vermirsə deməli onunla razıdır. Əgər bir kimsə Sünnə əhli ilə oturub durursa deməli bu kimsə sünnəni sevən bir kimsədir. Kimisi isə bidət əhli ilə birlikdədir. Kişi öz dostunun dinindədir. İbn Məsudun - radıyallahu anhu – bu sözləri onun üçün deyilib ki, insan kiminlə oturub durduğuna nəzər salsın. Diqqətli olsun! Kimlərlə otururuq, Sünnəti sevən yaxşılığı əmr edib pislikdən çəkindirənlərlə yoxsa? İnsan zahirən saleh görsənə bilər? Lakin günahkar kimsələrlə oturur deməli zahiran saleh olsada onun qəlbində günaha meyl vardır. Əksi necə özü elm əhli olmasa da lakin elm əhli ilə oturub durur və onları sevir.

Bir çox müsəlman qardaşlar onlarla əlaqələri Allah rizası üçün kəsdiklərinə baxmayaraq, görürsən ki, bəzi qardaşlar: Onlar da bizim qardaşlarımızdır, onların da düz sözləri vardır və s. deyərək onlarla əlaqələri kəsmir, oturub-durur və dostluq edirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi öz döstunun dinindədir. Buna görə də kiminlə dostluq etdiyinizə baxın»1558. İbn Məsud – radıyallahu anhu - deyir ki: «İnsanlara dostlarına görə qiymət verin. Müsəlman müsəlmana tabe olur, facir isə facirə tabe olur. Kişi onun kimisi ilə və sevdiyi kimsə ilə gəzər». Suleyman – əleyhissəlam - demişdir ki: «Siz bir kəsə hökm vermək üçün onun dostuna baxın. İnsan yalnız özü kimisi ilə yoldaşlıq edir. Sizlər saleh insanlarla yoldaşlıq edin ki, onlarla birlikdə və onlar kimi olasınız». Əvzai – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə bizdən bidətini gizlədərsə onun dostluğu bizə gizli qalmaz». Əyyub Saxtiyani – rahmətullahi aleyhi – bir ölünü yumağa dəvət edirlər. Onun üzünü açdıqda onu tanıyır və deyir ki: «Yoldaşınızı qəbul edin, mən onu yuyan deyiləm. Çünki onu bidət əhli ilə gəzən görmüşəm». Bidət əhli hər bir şeyi gizlədə bilərlər, yoldaşlıq və dostluqdan başqa. İbni Aun – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə bidət əhli ilə yoldaşlıq edərsə o, bizim üçün bidət əhlindən də şiddətlidir». Sufyan əs-Sovri – rahmətullahi aleyhi – Bəsrəyə gəldikdə Rabi b. Subeyhin haqqında düşünür və onun insanlar haqqında dərəcəsindən soruşur: «Məzhəbi nədir?». Sünnədir. «Yaxın dostu kimdir?». Qədəri. «O, qədəridir». «Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə dost tutmayın». (Ali İmran 118). Əbu Davud əs-Sicistani – rahmətullahi aleyhi – deyir ki, İmam Əhməd– rahmətullahi aleyhi – dən soruşdum ki: «Bir nəfər Əhli Sünnədir, lakin bidət əhli olan kimsə ilə gəzir. Onunla danışmağı tərk edimmi?». İmam: «Xeyr, ona nəsihət ver ki, sənin gəzdiyin kimsə bidət əhlidir. Əgər ondan ayrılsa nə gözəl, ayrılmasa onda onu da ona qat». İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Əgər bir insan bidət əhlinə qarşı özünün yaxşı zənndə olduğunu bildirərsə (o, belə deyil, yaxşı insandır), ona bu məsələ başa salınmalıdırır. Əgər onlardan ayrılmazsa, bidət əhlinə qarşı inkarı izhar etməzsə, onlara qoşular və onlardan sayılar»1559. Həmməd b. Zeyd – rahmətullahi aleyhi – deyir ki, Yunus mənə dedi ki: «Mən hansısa bir cavanı xoşagəlməz hal üzərə görsəm də onun xeyrindən ümid üzmürəm, hətta o bidət əhli ilə yoldaşlıq edənə qədər. Əgər onu bidət əhli ilə görərəmsə, artıq bilərəm ki, o həlak oldu». Saleh əl-Fovzan – Allah onu qorusun – Təkfir məsələsindən danışdıqdan sonra deyir ki: «Bu məsələ çox təhlükəli məsələdir. Ona görə də elmsiz, bəsirətsiz müsəlmanları və onların rəhbərlərini təkfir edən, müsəlmanların qanlarını, mallarını halal hesab edən, bu azğın firqə ilə oturub-durmaq, dostluq və ya yoldaşlıq etmək insana yaraşmaz. Biz belələrindən uzaq olmalı, onların sözlərini dinləməməli, onlara arxa çevirməli, onlardan uzaq olmalı, onlarla yoldaşlıq etməməliyik». Təkfir və qaydaları.

NƏFSİ-İSTƏYİNİN QULU OLMA!
İbn Məsud – radıyallahu anhu - deyir ki: “İnsanlar bir şeyi xəbər verdiyin zaman onlaın başa düşdükləri tərxdə etməsən bu mütləq onlardan bəziləri üçün fitnə olacaqdır”1560. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: “Səndən öncə heç bir elm əhlinin söyləmədiyi bir şeyi heç vaxt söyləmə”1561. Nəfsi-istəklərin ardıyca getmək insan üçün bir çox bəlaların və müsibətlərin həm dünyada həm də axirətdə gəlməsinə səbəbdir. Bunun nə qədər təhlükəli olduğunu anlamaq üçün Allahın ayəsi kifayət edər: “Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?”. (əl-Furqan 43). “Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar...”. (əs-Sad 26). “Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yönəltməz”. (əl-Qəsəs 50). Nəfsi istəyinin ardınca gedən nə inki özünün, digər insanları da azdırır. “Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub insanları doğru yoldan azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır”. (əl-Ənam 119). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Üç şey vardır ki, ölümdür: İtaət olunan Paxıllıq, ardınca gedilən nəfsi istək və insanın özü-özüylə fəxr etməsi”1562. Nəfsi istəklərə tabe olmaq ümmət arasında fitnələrin, parçlanmaların səbəbidir. Abul Aliyə – rahmətullahi aleyhi – deyir ki: “İnsanlar arasında düşmənçilik və nifrət yaradan nəfsi istəklərdən çəkinin”1563. İbn Məsud – radıyallahu anhu - dedi: “Siz elə bir zamandasiniz ki, bu za­manda alimlər çox, xətiblər isə azdır; dilənçilər az, (malını Allah yolunda) xərcləyənlər isə çoxdur. Bu zamanda əməllər nəfsin istəyini idarə edir. Sizdən sonra elə bir zaman gələcək ki, o zamanda alimlər az, xətiblər isə çox olacaq; dilənçilər çox, (malını Allah yolunda) xərcləyənlər isə az olacaq. O zamanda nəfsin is­təyi əməlləri idarə edəcək. Bilin ki, axır zamanda gözəl görünüşlü (əxlaqlı) olmaq, bir çox əməl­lərdən xeyirli olacaq”1564. İbn AbdulBərr – rahmətullahi aleyhi – deyir ki: “İbn Məsudun – radıyallahu anhu - bu sözləri həqiqətən də baş vermişdir”1565. Artıq Peyğəmbərimiz – sallallahu aleyhi və səlləm – bu nəfsi istəklərdən Allaha sığınardı. Allah öz Kitabında nəfsi-istəklərinə qalib gələnlərə mükafat olaraq Cənnəti vəd etmişdir. Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq”. (ən-Nəziət 40-41). Nəfsi istəyinə tabe olmaq daha geniş mənadadır. İnsanın nəfsinin sevdiyi, xoşladığı şeylərə tabe olması, Özünü Dini məsələlərdə rəhbər təyin etməsi və şeydə bir çox alimlərin sözlərinə belə zidd getmək və s. İbn Rəcəb – rahmətullahi aleyhi – deyir ki: “Günahların edilməsinə səbəb nəfsi-istəklərin Allah və Rəsulunun sevgisindən daha çox üstünlük verdiyindən edilir, Bidətlərin edilməsinə səbəb isə nəfsi istəklərə Şəriətdən üstün tutulduğu üçündür. Buna görə də bidət əhli nəfslərinə uyanlar adlanmışlar”1566. Hər bir müsəlman bilməlidir ki, iki cür rəhbərlik vardır: Elm və Nəfsi istək. “Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yönəltməz”. (əl-Qəsəs 50). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Emlə (elm ardınca) getməyən kimsə nəfsinin ardınca gedər”1567. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: “Allah əməlləri iki qismə bölmüşdür, üçüncü isə yoxdur. Ya Allah və Rəsulundan gələnin ardınca getmək ya da nəfsi istəklərin ardınca getmək. Allah Rəsulunun gətirmədiyi istənilən bir şey nəfsi istəkdir”1568. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Dində nəfsi istəklərə tabe olmaq, günahlarda nəfsi istəklərə tabe olmaqdan şiddətlidir. Kitab əhlinin və müşriklərin küfrə düşmələrinə səbəb birinci nəfsi istək olmuşdur”1569. Əbu Hureyra – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Həqiqətən din asandır. Kimsə onu çətinləşdirməyə çalışarsa Dini onu (qalib gələr) üstələməsin...”1570. Ömər İbn AbdulƏziz – rahmətullahi aleyhi – deyir ki: “Allaha elm üzərində ibadə etməyən bir kimsə xeyirdən çox zərər gətirər”1571.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə