TöVHİd kitabi 2 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ İ manin ə saslar I toplayan və TƏRTİb edəN



Yüklə 1,2 Mb.
səhifə10/15
tarix08.01.2018
ölçüsü1,2 Mb.
#20058
1   ...   7   8   9   10   11   12   13   14   15

HAQQ-HESAB

Əhli Sünnə vəl Cəmaat insanların dirildikdən sonra əməllərinin qarşılığının veriləcəyinə və əməllərinin hesaba çəkiləcəyinə inanırlar. Əməl səhifələri açılacaqdır. Kitabı sağ tərəfdən veriləcək olanlar yüngül haqq-hesab olunacaqlar və onlar yaxınlarının yanına sevinclə dönəcəkdir. Kitabı sol tərəfdən və ya arxa tərəfdən verilən kimsə isə həlak olmasını təmənna edərək Cəhənnəmə atılacaqdır. O: «Kaş ki, mənə kitabım verilməyərdi! Kaş ki, hesabımın nə olduğunu bilməzdim!» deyəcəkdir. «Peyğəmbər göndərilən ümmətləri sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də sorğu-sual edəcəyik». (əl-Əraf 6). «Əməl dəftərləri açılacağı zaman». (ət-Təkvir 10). «Kimin əməl dəftəri sağ əlinə veril-mişsə onunla yüngül haqq-hesab çəkiləcək və o, ailəsinin, yaxınlarının yanına sevinclə qayıdacaqdır. Kimin əməl dəftəri arxa tərəfdən verilmişsə o: «Ay öldüm!» deyə şivən qopardacaq və Cəhənnəmə varid olacaqdır». (əl-İnşiqaq 7-10). «Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: «Alın, əməl dəftərimi oxuyun. Mən öz hesabıma yetişəcəyimə möhkəm inanmışdım!» Bundan belə o, xoş güzaran içində yüksək bir Cənnətdə olacaqdır. Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: «Kaş əməl dəftərim mənə verilməyəydi, hesabımın nə olduğunu bilməyəydim!». (əl-Haqqə 19-27). «Əməl dəftəri qarşısına qoyulacaq. (Ya Muhəmməd!) günahkarların orada yazılmış pis əməllərindən qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: «Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahlarımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır». (əl-Kəhf 49). «Biz hər bir insanın əməlini öz boynundan asar və Qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. Oxu kitabını. Bu gün sən özün-özünə haqq-hesab çəkməyə kifayətsən». (əl-İsra 13-14).

Qiyamət günü tərəzilər qurulacaq və bununla qulların əməlləri çəkiləcəkdir. Qulun əməllərinin əvəzi hesaba çəkiləcəkdir və etdiklərinin qarşılığı onlara veriləcəkdir. «O, gün əməllərin çəkilməsi haqdır. Tərəziləri ağır gələnlər nicat tapanlardır. Tərəziləri yüngül gələnlər isə ayələrmizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir». (əl-Əraf 8-9). «Biz Qiyamət günü ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, hər hansı bir əməli nəzərə alarıq. Haqq-hesab çəkməyə biz kifayətik». (əl-Ənbiya 47). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim incədən-incəyə (yüngül) hesaba çəkilərsə o, əzaba uğramış olacaqdır». Aişə - radıyallahu anhə dedi: Allah: «Onunla yüngül haqq-hesab çəkiləcək». (əl-İnşiqaq 8) deyə buyurmadımı?» Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «O, əməllərin ərzi haqqındadır»224. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Heç şübhəsiz ki, qiyamət günü iri cüssəli, yekə bədənli birini gətirirlər. Lakin Allah yanında ağcaqanadın qanadı ağırlığında (bir savabı) da olmaz. Bu ayəni oxuyun: «Onlar o, kəslərdir ki, Rəbbinin ayələrini və onun hüzurunda duracaqlarını inkar etdilər. Onların bütün əməlləri puça çıxmışdı. Buna görə də biz onlar üçün heç bir daş-tərəzi qurmayacağıq». (əl-Kəhf 105)225. İbn Məsud - radıyallahu anhu bir dəfə Ərak ağacından bir misvaq qırdıqda ayaqlarının olduqca incə olduğundan onu görənlər gülməyə başladılar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nəyə gülürsünüz?» «Ey Allahın Rəsulu! Ayaqlarının incəliyinə gülürük!» O, buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, onlar mizanda (tərəzidə) Uhuddan da ağır gələcəklər»226.

Bütün bu əməllərdən başqa insanın etdiyi zikrlər də tərəzilərdə çəkiləcəkdir. Əbu Məlik əl-Əşari - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Təharət imanın yarsıdır, Əlhəmdulilləh də mizanı doldurur»227. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Rəhmanın sevdiyi, mizanda ağır gələn və dildə yüngül iki kəlmə vardır: «Subhənəllahi və Bihəmdihi və Subhənəllahil Azim»228.

Qulun etdiyi bütün əməllər çəkiləcəkdir. Əgər xeyr işləmişsə xeyr görəcəkdir, əgər pislik etmişsə pisliklə qarşılaşacaqdır. «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir, kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir». (əz-Zilzal 7-8). «Rəbbinə and olsun ki, biz onların hamısını sorğu-suala çəkəcəyik». (əl-Hicr 92).

Buna görə də yaxşılıq on qatdan yeddi yüz qata və Allahın qullara olan lütfü, qullarına bir ehsan olmaq üçün daha çox qatlarla da mükafatlandırılacaqdır. Pis əmələ gəldikdə isə pisliyin də əvəzi onun bir bənzəri olacaqdır. İnsan işlətdiyi pislikdən başqası ilə cəzalandırıl-mayacaqdır. «Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz». (əl-Ənam 160). İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm də Uca və Böyük Allahdan etdiyi rəvayətdə buyurur: «Allah bütün yaxşı və pis əməlləri yazmışdır». Sonra bunu açıqladı: «Hər kim bir yaxşılıq etməyi niyyət edib, lakin onu yerinə yetirməzsə Allah onu öz dərgahında tam bir həsənət (savab) olaraq yazar. Hər kim də bir yaxşıliq etməyi niyyət edib və onu yerinə yetirərsə, Allah onu öz dərgahında on həsənətdən, yeddi yüz həsənətə qədər yazar. Hər kim bir pis əməl etməyi niyyət edib, lakin onu yerinə yetirməzsə, Allah onu öz dərgahında bir həsənət olaraq yazar. Hər kim bir pis əməl etməyi niyyət edib və onu yerinə yetirərsə, Allah onu öz dərgahında tam bir pis əməl olaraq yazar»229.

Qiyamət günü haqq-hesab iki cür olacaqdır.

1. HİSƏBUL-ƏRZ təqdim etmək deməkdir. Onlara əməlləri təqdim olunacaqdır. Məs: Əbu Abdurrahman ən-Nubulli deyir ki, mən Abdullah b. Amr - radıyallahu anhu nun belə dediyini eşitdim: Rəsulullah - səllallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü mənim ümmətimdən bir nəfəri bütün insanların qarşısında çağıracaqlar. Onun qarşısına günahlarla dolu doxsan doqquz kitab qoyulacaq. Hər birinin uzunluğu gözün son görmə həddi qədər olacaqdır». Sonra ondan soruşacaqlar. «Sən bunlardan hansınısa inkar edirsən?» O: «Yox, ya Rəbbim!» deyəcəkdir. Allah buyuracaq: «Səndə bunlara qarşı bir yaxşı əməl varmı?» Həmin şəxs qorxudan özünü itirərək: «Yox, ya Rəbbim!» deyəcəkdir. Ona deyiləcək: «Sənin bir yaxşı əməlin var. Bu əməlinə görə sənə bu gün ədalətsizlik olunmayacaqdır». Onun qarşısına: «Lə İləhə İlləllah» kəlməsi yazılmış vərəqə çıxarılacaq. Həmin insan deyəcək: «Ya Rəbbim! Bu vərəq bu qədər günahların qarşısında nə gücə malikdir». Günahları tərəzinin bir gözünə, həmin kəlməni isə tərəzinin o, biri gözünə qoyacaqlar. «Lə İləhə İlləllah» olan tərəzi ağır gələcəkdir. Rahmən və Rahim olan Allahın adı qarşısında heç bir şey ağır gəlməz»230.

2. HİSƏBUN-NİQAŞ münaqişə etmək deməkdir. Onlarla etdikləri əməllərə görə münaqişə ediləcəkdir. Məs: İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah mömini yaxınlaşdırar. Onun üzərinə örtüyünü qoyar və onu örtər. Ona buyurar: «Filan günahını bilirsənmi? Filan günahını bilirsənmi?» Qul da: «Bəli, ya Rəbbim!» deyər. Bütün günahlarını tək-tək ona söyləyərlər. Qul artıq həlak olduğunu zənn etdiyi təqdirdə Allah ona buyuracaq: «Dünyada ikən səni bu günahlardan saxladım. Bu gün də bu günahlarını sənə bağışlayıram». Sonra ona etdiyi yaxşılıqların yazıldığı kitabı verərlər.

Kafir və münafiqə gəlincə: «Bütün insanların eşitdiyi bir şəkildə onlara deyiləcək. Bunlar Rəbbinə qarşı yalan söyləyən kimsələrdir. Bunu da bilin ki, Allahın lənəti zalimlərin üzərinədir» deyiləcəkdir. «Allaha iftira yaxandan daha zalim kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər belə deyərlər: «Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!» Bilin ki, zalimlər Allahın lənətinə gələcəklər. (Hud 18)231. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü kafir gətrilir və ona: «Nə deyirsən? Əgər yer dolusu qədər qızılın olsaydı onu (qurtarmaq üçün) fidyə verərdin?» deyə soruşulacaq. O: «Bəli» deyə cavab verəcəkdir. Bu dəfə ona deyiləcək: «Səndən daha yüngül və asandı istənilmişdi». Bir rəvayətdə: «Mənə heç bir şeyi şərik qoşmamağın (istənilmişdi). Lakin sən şərik qoşmaqdan başqa bir şey qəbul etmədin!»232.

Kafirlərin yaxşı və pis əməlləri tərəzidə çəkiləcək kimsələrin əməlləri kimi hesaba çəkilməyəcəkdir. Çünki onların yaxşı əməlləri yoxdur. Ancaq əməlləri sayılıb və əməllərindən xəbərdar olunacaqlar. Onlara etdikləri söyləniləcək və bununla da rəzil ediləcəklər. «Biz onların etdikləri əməlləri qəsdən dağınıq zərrələrə döndərərik». (əl-Furqan 23). «Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllrdən heç bir fayda əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq». (İbrahim 18). «O, gün nə bir insan, nə də bir cinn günahı barəsində sorğu-sual olunmayacaq-dır. Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar». (ər-Rahmən 39). Çünki kafirin etdiyi yaxşı əməllərinin əvəzi dünyada veriləcəkdir. Qiyamət günü gələcəyi vaxt savabların yazıldığı səhifələrin bom-boş olduğunu görəcəkdir. Ənəs b. Məlik - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kafir yaxşı bir iş gördüyü zaman onun müqabilində dünyada ikən əvəzi verilir. Möminə gəlincə şübhəsiz Allah onun həsənətlərini axirəti üçün onun lehinə saxlayır. Dünyadakı itaətinə görə isə onun ruzisini verir». 233

Buna görə də əziz və hörmətli qardaş və bacılarım gününüzü və vaxtınızı nəyə sərf etdiyinizi fikirləşin. Çünki o, günü bu haqda fikirləşmək sizə heç bir fayda verməyəcəkdir. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü hər bir qul beş şey haqqında: ömrünü nəyə sərf etdiyini, cavanlığını necə keçirdiyini, var-dövləti necə qazanıb hara xərclədiyini və öyrəndiyi elmə necə əməl etdiyi barəsində soruşulmadıqca ayağını Rəbbinin hüzurundan çəkməyəcəkdir»234.


SIRAT

Əhli Sünnə vəl Cəmaat Qiyamət günü insanların keçəcəkləri sırat körpüsünə də inanırlar. Sırat məna etibarı ilə geniş yol, izlənilən yol deməkdir. «Şübhəsiz bu mənim sıratımdır (yolumdur). O, halda ona uyun». (əl-Ənam 153). Allahın haqq dini olan bu sıratın üzərində doğru yeriyən bir kimsə axirətdə də o, sıratın üzərində doğru yeriyə biləcəkdir.

Sırat Cəhənnəm üzərində qurulmuşdur. Tükdən incə və qılıncdan itidir235. Cənnət ilə Cəhənnəm arasındakı körpüdür. İnsanlar əməllərinə görə sıratın üzərindən keçəcəklər. Kimisi bir göz qırpımında, kimisi ildırım kimi, kimisi rahat əsən külək kimi, kimisi yürüyən at kimi, kimisi dəvə kimi, kimisi yeriyərək, kimisi qaçaraq, kimisi sürünərək, kimiləri də zəncirlərlə tutulub Cəhənnəmə salınacaqdır. Hər kəs əməlinə görə oradan keçəcəkdir. Ta ki, günahlarından və kirlərindən təmizlənənə qədər. Sıratı keçən kimsə isə Cənnətə girməyə hazır olacaqdır. «O, gün mömin kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəfindən axıb şölə saçdığını (sırat körpüsündə onlara yol göstərdiyini) görə-cəksən». (əl-Hədid 12). Aişə - radıyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dən: «(Yadda saxla! Qiyamət günü) Elə bir gündür ki, yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq!». (İbrahim 48) - ayəsi haqqında: «O, gün insanlar harada olacaqlar, ya Rəsulallah?» deyə soruşdum. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sırat üzərində»236. Sıratı keçdikdən sonra Cənnət ilə Cəhənnəm arasındaki bir körpüdə dayandırılırlar və birinin o biri üzərindəki haqqı qisas yolu ilə alınır. Nəhayət tərtəmiz edildikdən sonra Cənnətə girmək üçün onlara izn verilir.
HOVUZ

Əhli Sünnə vəl Cəmaat Qiyamət günü Peyğəmbər sallallahu aleyhi və səlləm in hovuzunun (əl-Havdul-Məvrudun) olduğuna da inanırlar. Bu hovuzun suyu süddən daha ağ, baldan daha şirindir. İyi miskdən gözəldir, ətrafındakı qədəhlərin sayı göydəki ulduzlar qədərdir. Eni bir aylıq, uzunluğu da bir aylıq gedilən məsafa qədərdir. Ondan bir dəfə içən bir daha əbədiyyən susamaz. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mənim hovuzum bir aylıq məsafə qədərdir. Suyu süddən ağdır, iyi miskdən gözəldir. Qədəhlərinin sayı göydəki ulduzlar qədərdir. Ondan bir dəfə içən bir daha əbədiyyən susamaz»237.

Lakin dində yeniliklər etmişlər o, dəhşətli istidə bundan məhrum olacaqlar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən hovuza ilk gələn mən olacağam. Mənim yanıma gələcək olan oradan içəcək, oradan bir dəfə içən əbədiyyən susamayacaqdır. Mənim yanıma mənim tanıdıqlarım, onların da məni tanıdıqları bir qism insanlar gələcəklər. Mənimlə onların arasında əngəl qoyulacaqdır». Başqa rəvayətdə: «Onlar məndəndirlər» deyəcəyəm. Mənə: «Sən onların səndən sonra nələr uydurub ortaya çıxartığını bilmirsən». Bu dəfə mən də: «Məndən sonra dəyişiliklər ortaya çıxaranlar məndən uzaq olsunlar, məndən uzaq olsunlar». 238

Hovuzun Xüsusiyətləri

1. Uzunluğu bir ay gedilən məsafə qədərdir. 2. Eni bir ay gedilən məsafə qədərdir. 3. Dördbucaqlı şəklindədir. 4. Suyu baldan şirindir. 5. Süddən ağdır. 6. Buzdan soyuqdur. 7. Bir dəfə içən əbədiyyən susamaz. 8. Qədəhlərin sayı ulduzların sayı qədərdir. 9. İyi misqdən gözəldir. 10. Ona axan su Cənnətdəki Kövsər bulağından iki qızıl və gümüş boru ilə axır.

Bəzi rəvayətlərdə hər bir Peyğəmbərin öz hovuzu olduğu da qeyd edilir. Peyğəmbər sallallahu aleyhi və səlləm ə onlardan fərqli olaraq Cənnətdə Kövsər bulağı da veriləcəkdir. Kövsər – bol nemətlər deməkdir.



Hovuz Ilə Kövsərin Fərqi

1. Hovuz məşhərdə olacaq, Kövsər isə Cənnətdə. 2. Hovuzun ləfzi Quranda varid olmayıb, Kövsər haqqında isə Quranda surə vardır. 3. Kövsər hovuzdan böyükdür. 4. Kövsər əslidir, hovuz isə qoludur. 5. Kövsər yalnız Peyğəmbər sallallahu aleyhi və səlləm ə verilib, hovuz isə bütün peyğəmbərlərə: «Həqiqətən biz sənə Kövsəri bəxş etdik». (əl-Kövsər 1). Səmura - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər bir Peyğəmbərin hovuzu vardır. Onlar hansının hovuzundan daha çox insan su içmək üçün gəldiyi barədə bir-birləri ilə iftixar edərlər. Su içmək üçün insanların saylarının ən çox olduğu hovuzun mənim olacağına ümüd edirəm»239. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm in hovuzu ən böyük, ən şirin və su içmək üçün insanların saylarının ən çox olduğu hovuzdur. Allah bizi də onlardan etsin. Amin!

CƏNNƏT VƏ CƏHƏNNƏM

Əhli Sünnə vəl Cəmaat Cənnət və Cəhənnəmin insanların əbədiyyən qalmaq üçün girəcəkləri yer olduqlarına inanırlar. Cənnət və Cəhənnəm yaradılmışdır. İndi də vardır. Əbədiyyən yox olmazlar.

Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazına qaxdıqda bu duanı deyərdi: «Həmd yalnız sənədir. Haqq olan sənsən. Sənin vədin də haqdır. Sənə qovuşmaq da haqdır. Sözün də haqdır. Cənnət də haqdır. Cəhənnəm atəşi də haqdır. Bütün peyğəmbərlər də haqdır. Məhəmməd də haqdır. Qiyamət də haqdır»240. Ubadə b. Samit – radıyallahu anhu rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Kim şəhadət etsə ki, Allahdan başqa haqq ilah yoxdur, Muhəmməd onun qulu və Rəsuludur, İsa əleyhissəlam - onun qulu və Rəsuludur, Məryəmə dediyi söz və Ondan gəlmə bir ruhdur, Cənnət haqq, Cəhənnəm haqqdır, Allah o insanı əməlindən asılı olmayaraq Cənnətə salar». Başqa rəvayətdə Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurur: «Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar!» 241

Cənnət əbədi nemətlər yurdudur. Allah oranı iman edilməsi fərz olan şeylərə iman edən, Allah və Rəsuluna itaət edən, bunu da Allaha ixlas ilə və Rəsuluna tabe olaraq gerçəkləşdirən təqva sahibi olan möminlər üçün hazırlamışdır. Oradaki nemətləri nə bir göz görmüş, nə də bir qulaq eşitmiş, nə də bir insanın xatirindən keçmişdir. «İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn Cənnətləridir. Onlar orada əbədi qalacaqlar». (əl-Bəyyinə 7-8). «Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz». (əs-Səcdə 17). Ənəs b. Məlik – radıyallahu anhu rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü Cənnət əhlindən olub dünyada ən çətin və məşəqqətli həyat sürən birisi gətirilir və Cənnətə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən dünyada ikən heç çətinlik və sıxıntı gördünmü?» O, da: «Xeyr, ya Rəbbim! Mən heç bir həyat çətinliyi və sıxıntısı görmədim!»242.

Cəhənnəm isə Allahı inkar edib, Rəsuluna baş qaldıran kafirlər, münafiqlər, müşriklər, günahkarlar və zalımlər üçün hazırlanmışdır. Günahkarların atəşi əbədi deyildir. Kafirlərin atəşi isə əbədi olaraq sönməz. Orada ağıla gəlməyən cəzalar və əzablar vardır. De ki: «Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalimlər üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o Cəhənnəm necə də pis məskəndir». (əl-Kəhf 29). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Cəhənnəm əhli, Cəhənnəmliklərə gəlincə isə onlar orada nə ölürlər, nə də həyat tapırlar»243. Ənəs b. Məlik – radıyallahu anhu rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü Cəhənnəm əhlindən olub dünyada ən nemətli və gözəl yaşayan birisi gətirilib Cəhənnəmə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən heç dünyada ikən bir xeyir gördünmü?» O, da: «Xeyr, ya Rəbbim! Heç bir xeyir görmədim»244. Ənəs b. Məlik – radıyallahu anhu rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü Uca və Böyük olan Allah Cəhənnəmiklərdən ən yüngül əzab olunana: «Dünya və dünyadakı hər şey sənin olsaydı bu əzabdan qurtarmaq üçün onu sədəqə verərdinmi?» O, da: «Bəli, sədəqə verərdim» deyəcəkdir. Allah ona: «Mən səni atəşə atmayacaqdım. Dünyada ikən səndən bundan da yüngülünü istəmişdim. Mənə şərik qoşmamağını. Lakin sən dünyaya gəldikdə (Allaha ibadət etməkdən) imtina etdin və şirkdən uzaq olmadın»245.

Əhli Sünnə Muhəmməd sallallahu aleyhi və səlləm in Cənnətə ilk girəcəyinə, həmçinin onun ümmətinin ilk hesaba çəkiləcəyinə və Cənnətliklərin yarısından çoxunun onun ümmətinin təşkil edəcəyinə iman edirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günündə Cənnətin qapısına gələcəyəm və o qapının açılmasını istəyəcəyəm». «Sən kimsən?» deyə soruşacaqlar. Mən də: «Muhəmməd!» deyəcəyəm. O, da: «Mənə sənin adın verildi. Səndən əvvəl heç kəs üçün qapını açmamaqla əmr olundum»246. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə yüz dərəcə vardır. Allah oranı yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər məsafə vardır. Allahdan dilədikdə Firdovsu diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun üzərində Allahın ərşi vardır. Cənnətin çayları oradan qaynayır»247. Bureydə – radıyallahu anhu rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Cənnət əhli yüz iyirmi səffdir. Bu səfflərdən səksənı bu ümmətdən, qırxı isə digər ümmətlərdən olacaqdır»248.

Əhli Sünnə Cənnət və Cəhənnəmin yaradılmış olduqlarına və indi də var olduqlarına inanırlar. «Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin». (Ali-İmran 133). «(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, Allaha və onun peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın. Bu Allahın dilədiyi kimsəyə əta et-diyi lütf, mərhəmətidir. Allah çox böyük mərhəmət, kərəm sahibidir». (əl-Hədid 21).

Həmçinin Adəm əleyhissəlam və zövcəsinə qadağan olunmuş ağacdan yeməkləri, Peyğəmbər sallallahu aleyhi və səlləm in Merac səfərində Cənnəti və Cəhənnəmi görməsi onların olduğuna dəlalət edir. Cəhənnəm haqqında: «Kafirlər üçün hazırlanmış oddan həzər edin». (Ali-İmran 131). «Həqiqətən Cəhənnəm pusqudur. O, azğınların məskənidir». (ən-Nəbə 21-22). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mənə Cənnət göstərildi və oranın əhalisinin çox hissəsini fəqirlərin olduğunu gördüm. Mənə Cəhənnəm göstərildi və oranın əhalisinin çoxunun qadınlar olduğunu gördüm»249. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İsti vaxtı namazı sərin vaxta qədər buraxın. Çünki havanın bərk isti olması Cəhənnəmin nəfəs almasından ötrüdür»250. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Cəhənnəm Uca Allaha şikayət edərək dedi: «Rəbbim mənim bir hissəm digər hissəmi yeyir». Buna görə də ona iki dəfə nəfəs almaq üçün izn verildi. Biri qış mövsümündə, biri də yaz mövsümündə. Hiss etdiyiniz ən soyuq havada və ən isti hava da bundan ötrüdür»251. İbn Ömər– radıyallahu anhu rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Sizdən hər hansı bir kimsə öldükdən sonra səhər-axşam ona qalacağı yer göstərilir. Cənnət əhlindəndirsə Cənnət, Cəhənnəm əhlindəndirsə Cəhənnəm əhli arasındakı yeri göstərilir»252. Ənəs b. Məlik – radıyallahu anhu rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, mənim gördüklərimi görmüş olsaydınız az gülüb çox ağlayardınız». Səhbələr: «Nələr gördün, ey Allahın Rəsulu?» deyə soruşdular. O, buyurdu: «Cənnət və Cəhənnəmi»253. Kəb b. Məlik – radıyallahu anhu rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Möminin canı Cənnət ağaclarına qonan bir quşdur. Ta ki, Uca Allah qiyamət günündə onu təkrar cəsədinə geri göndərincəyə qədər»254. İbn Məsud – radıyallahu anhu rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «İsraya getdiyim gecə İbrahim əlehissəlam ilə görüşdüm. Mənə: «Ey Muhəmməd! Ümmətinə məndən salam söylə və onlara xəbər ver ki, Cənnətin torpağı xoş, suyu gözəl və ora dümdüz bir ərazidir. Orada əkiləcək ağaclar isə: «Subhənəllai və Bihəmdihi, və Lə İləhə İlləllahu, Vallahu Əkbər» sözləridir»255. Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Kim Subhənəllahil Azimi və Bihəmdihi» deyərsə onun üçün Cənnətdə bir xurma ağacı əkilər»256.

Əhli Sünnə Cənnət və Cəhənnəmin əbədiyyən yox olmayacaqlarına da inanırlar. Allah Cənnəti və Cəhənnəmi, yaratdıqlarını yaratmadan əvvəl var etmişdir. Hər iksinə girəcək insanları da, cinləri də O, yaratmışdır. Cənnət əhli, Cənnət əhlinin əməllərini edərək ölürlər. Cəhənnəm əhli isə Cəhənnəm əhlinin əməlləri ilə əməl edərək ölürlər. Cənnət əhli Allahın lütfü ilə Cənnətə, Cəhənnəm əhli isə Allahın ədaləti ilə Cəhənnəmə girərlər. «(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqlar, altından çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100). «Xoşbəxt olanlar isə, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca Cənnətdə əbədi qalacaqlar». (Hud 108). «Onlara Cənnətdə heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər». (əl-Hicr 48). Bu əlbətdə bizim ruzimizdir. O, bitməz-tükənməzdir». (Sad 54) və s. ayələrdə Allah həm Cənnətin əbədiliyini, həm də oradakıların həyatının əbədi olduq-larını, həyatlarının əsla bitməyəcəklərini və oradan çıxarılmayacaqlarını bildirir. «Onlar orada ilk ölümdən başqa bir ölüm dadmayacaqlar». (əd-Duxan 56).

Cəhənnəm haqqında isə: «Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara Cəhənnəm yolundan başqa bir yol göstərən deyildir. Onlar orada əbədi qalacaqlar. Bu isə Allah üçün çox asandır!». (ən-Nisa 169). «Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm əzabı gözləyir. O, Cəhənnəmdə nə ölər, nə də yaşayar». (Ta ha 74). «Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, nə bir hami, nə də bir mədədkar tapa biləcəklər». (əl-Əhzab 64-65). «Kafir olanları Cəhənnəm odu gözləyir. (Orada) nə onların ölmünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq». (Fatir 36). «Onların bu əzabı yüngülləş-dirilməyəcəkdir. Onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!». (əz-Zuxruf 75) və s. ayələrdə Cəhənnəmin, cəhənnəm əhli üçün yaradıldığını, onların orada əbədi qalacaqları bildirilir.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə