TöVHİd kitabi 2 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ İ manin ə saslar I toplayan və TƏRTİb edəN



Yüklə 1,2 Mb.
səhifə12/15
tarix08.01.2018
ölçüsü1,2 Mb.
#20058
1   ...   7   8   9   10   11   12   13   14   15

6. Cəhənnəmə girmələri əmr olunmuş bir qurup insanların Cəhənnəmə girməmələri üçün ediləcək şəfaət. Əbu Səid əl-Xudri – radıyallahu anhu rəvayət etdi ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurur: «…Nəhayət möminlər atəşdən qurtulduqları zaman, nəfsim əlində olana and içirəm ki, sizdən heç kimsənin haqqı təmamilə bərqərar etmək xüsusunda Allaha yalvarıb yaxarması, qiyamət günündə möminlərdən atəşdə olan qardaşları üçün Allaha yalvarmaları qədər şiddətli olmaz». Onlar: «Ey Rəbbimiz! Bu (Cəhənnəmdə) qalanlar bizimlə bərabər oruc tutar və həcc edərdilər!» deyirlər. Onlara: «Tanıdığınız kimsələri oradan çıxarın! Onların üzləri Cəhənnəmə haram edildi!» deyilir. Atəş onlardan kimisinin topuqlarına qədər, kimisinin diz qapaqlarına qədər yandırır. Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra: «Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsə qalmadı!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində bir dinar ağırlığında iman və yəqin olan hər kimi tanıyıyırsınızsa onu da oradan çıxarın!». Onlar yenə də bir çoxlarını oradan çıxarırlar. Sonra yenə: «Ey Rəbbimiz! Cəhənnəm içərsində əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində yarım dinar ağırlığında xeyr olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!». Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində zərrə ağırlığında xeyr olan hər kimi tapırsınızsa onu oradan çıxarın!». Yenə bir çox insanları oradan çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Orada xeyr sahibi olan heç bir kimsəni buraxmadıq!» deyirlər. Əbu Səid əl-Xudri – radıyallahu anhu deyir ki, əgər bu hədisə inanmırsınızsa bu ayəni oxuyun: «Həqiqətən Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə onu iki qat artırar və öz tərəfindən də böyük mükafat verər». (ən-Nisa 40). Başqa rəvayətdə Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Nəhayət Allahın rəhmətindən olaraq, qulları arasında Cəhənnəm əhlindən dilədiklərini Cəhənnəmdən çıxartmağı əmr edərək mələklərə: «Lə İləhə İlləllah» – deyənlərdən, Allahın mərhəmət buyurduğu kimsələrdən, Allaha bir şeyi şərik (ortaq) qoşmamış olanları Cəhənnəmdən çıxarsınlar!» deyə əmr edir. Mələklər: «Onları Cəhənnəmdə səcdə yerlərindən tanıyırlar. Atəş Adəm oğullarının səcdə yeri müstəsna, hər yerini yeyir. Allah səcdə yerinə toxunmağı atəşə haram etmişdir». Bundan sonra Allah buyurur: «Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. Şəfaət etməyən bir Ərhamur-Rahimin qaldı. Bundan sonra atəşdən bir camaatı toplayır və dünyada ikən heç bir xeyr işləməyib cəhənnəmdə kömürə dönmüş bir çox kimsələri çıxarır. Cənnətin yolları üzərində olan «Həyat Çayı» adı verilən bir çaya salınırlar. Onlar selin gətirdiyi yabanı reyhan toxumları kimi çıxırlar. Görmürsünüz ki, yabanı reyhan bəzən bir daş və ya bir ağac dibində (kölgədə bitdiyi kimi) necə olur. Günəşə doğru olanı sarı, yaşıl olur. Kölgədə olan hissəsi isə açıq olur. (Başqa rəvayətdə «Ey Cənnət əhalisi! Bunların üzərinə bol su, Cənnət sularından tökün!» deyiləcəkdir). Cənnət əhalisi onları tanıyır. Heç bir yaxşılıq etməmiş, xeyr əməllər işləməmiş halda Allahın Cənnətə saldığı kəslər bunlardır. Allah buyurur: «Cənnətə girin! Gözünüzün görə bildiyi hər nə varsa sizindir». Onlar: «Ey Rəbbimiz! Sən aləmlərdə heç kəsə vermədiyin yaxşılığı bizə verdin!» Onlara: «Sizə bundan gözəl bir şey vardır!» Onlar: «Ey Rəbbimiz! Bundan da gözəl?!» Allah buyurur: «Mənim rizam! Artıq bundan sonra sizə əbədiyyən qəzəb etməyəcəyəm»267.

7. Peyğəmbər - səllallahu aleyhi və səlləm Cənnətə girən bir qrup insanların əməllərinin mükafatı olaraq Cənnətdə dərəcələrinin artırılması üçün ediləcək şəfaət. Ənəs b. Məlik – radıyallahu anhu rəvayət etdi ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Şəfaətim ümmətim arasında böyük günah etmiş kimsələrə olacaqdır»268.

Bütün bu şəfaətlərdən başqa Qiyamət günü qulun tutduğu oruc, oxuduğu Quran da şəfaət edəcəkdir. Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Oruc və Quran Qiyamət günü qula şəfaət edəcəkdir»269. Əbu Umamə – radıyallahu anhu rəvayət etdi ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Quranı öyrənin, çünki o, qiyamət günü əhli üçün şəfaətçi olacaqdır»270. ən-Nəvvas b. Səman – radıyallahu anhu rəvayət etdi ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü Quran və ona əməl edənlər gətiriləcək. İrəlidə əl-Bəqərə və Ali-İmran surələri gedəcəklər. Oxuyub əməl edənlərə şəfaət edəcəklər»271.

Qiyamət günü baş verəcək hadisələrdən sonra Cənnətliklər Cənnətdə, Cəhənnəmliklər də Cəhənnəmdə qərar tutduqdan sonra: Əbu Səid – radıyallahu anhu rəvayət etdi ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü (Cənnət əhli Cənnətə, Cəhənnəmliklər də Cəhənnəmə ayrıldıqdan sonra) ölüm, qara bir qoyun surətində gətirilir. Cənnət ilə Cəhənnəm arasında dayandırılır və: «Ey Cənnət əhli! Sizlər bunu tanıyırsınızmı?» deyilir. Cənnətliklər dərhal boyunlarını uzadıb başlarını ona doğru qaldırırlar və ona (qoyuna) baxırlar; «Bəli, tanıyırıq! Bu ölümdür» deyirlər. Sonra: «Ey Cəhənnəm əhli! Sizlər bunu tanıyırsınız?» deyilir. Onlar da başlarını qaldıraraq baxırlar və: «Bəli, tanıyırıq! Bu ölümdür» deyirlər. Bundan sonra qoyunun kəsilməsini əmr edirlər və dərhal qoyun kəsilir. Sonra: «Ey Cənnət əhli! Cənnətdə əbədi yaşayacaqsınız, artıq sizə ölüm yoxdur! və ey Cəhənnəm əhli! Sizlər də Cəhənnəmdə əbədisiniz, artıq ölüm yoxdur!» deyilir. Bundan sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm bu ayəni oxudu: (Ya Muhəmməd!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut! (O, gün bütün) yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz varis olacağıq. Onlar bizim hüzurumuza qaytarılacaqlar». (Məryəm 39-40)272.
QƏZA VƏ QƏDƏRƏ İMAN

Əhli Sünnə vəl Cəmaat hər xeyr və şərrin Allahın Qəza və Qədəri ilə meydana gəldiyinə, Allahın dilədiyi hər şeyi etdiyinə kəsin olaraq inanırlar. Hər şey onun iradəsi ilədir. Heç bir şey onun istəməsindən kənara çıxa bilməz. O, olmuş və olacaq hər şeyi olmazdan əvvəl əzəldən bəri bilir. Onun elmi külli və cüzi olan hər bir şeyi əhatə edir. «(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə onu əhatə edib qavraya bilməz». (Ta ha 110). «Göylərdə və yerdə zərrə qədər bir şey ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın». (Səba 3). «Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) ilə yaratdıq». (əl-Qəmər 49). «Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa doğru yönəldər və o, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər. Allah hər şeyi biləndir». (ət-Təğabun 11).

Xeyr və Şərrin hər iksi də qədərdədir. Hər şey bir qədər, ölçü, zaman ilə yaradılmışdır. Hər yaradılan şeyin bir qədəri vardır. «O, Allah ki, göylərin və yerin hökmü onundur. O (özünə) heç bir övlad götürməmiş-dir. Mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun üçün nə olacağını) əvvəlcədən müəyyən etmişdir». (əl-Furqan 2).

Əhli Sünnə vəl Cəmaat deyirlər ki, qədərə iman ancaq dörd xüsus ilə tamamlanır. Bunlara da qədərin mərtəbələri və ya əsasları adı verilir. Bu xüsuslar qədər məsələsini başa düşməyin yoludur. Qədərə iman isə, bütün bu əsasları geçəkləşdirmədikcə tamam olmaz. Çünki bunların bir qismi digərinə bağlıdır. Bunların hamısını qəbul edən bir kimsənin qədərə imanı tamamlanır. Bunların birinə və ya digərinə inanmayan bir kimsənin imanında sarsıntılar meydana gəlir. «(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa, hamsını bilir? Həqiqətən bu (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu Allah üçün asandır». (əl-Həcc 70).



1. Uca Allah olmuş, olacaq hər bir şeyi təfsilatı ilə və incəliyinə qədər bildiyinə iman etmək. O, qullarının nələr etdiyini onları yaratmamışdan əvvəl bildiyi kimi, onların ruzilərini, əcəllərini, sözlərini, əməllərini, bütün hərəkətlərini, gizlətdiklərini, üzə vurduqlarını, kimilərin Cənnət əhli, kimilərinin də Cəhənnəm əhli olduğunu, kimilərinin xoşbəxt və ya bədbəxt olduğunu da əzəldən bəri bilir. İmran b. Hüseyn - radıyallahu anhu rəvayət edir ki: «Bir nəfər Ya Rəsulullah! Cənnət əhli atəş əhlindən (ayırd edilib) bilindi mi?» deyə soruşdu. Peyğəmbər: «Bəli, (ayırd edilib bilinmişdir) deyə buyurdu. Həmən şəxs: «Elə isə (yəni Cənnətlik, Cəhənnəmlik əzəldən bəri bəlli olduğu halda) çalışıb əməl edənlər nəyə əməl edirlər?» dedi. Peyğəmbər: «Hər kəs nə üçün yaradılmışsa onun yolları onun üçün asantlaşdırılacaqdır» deyə buyurdu273. Hər bir kəs onun təyin etdiyi əcəl ilə dünyasını dəyişəcəkdir. Allahın təyin etdiyi əcəli isə keçə bilən və ya ondan geri qala bilən heç bir şey yoxdur. «Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanır, nə də tələsərlər». (əl-Əraf 34).

Allah hər bir şeyi yaratmazdan əvvəl bildiyi kimi, hal-hazırda da hər şeyi bilməkdədir. «Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir şey yoxdur ki, məhz açıq-aydın kitabda olmasın». (əl-Ənam 59). «O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhimli və mərhəmətlidir». (əl-Həşr 22).

O, iman əhlini, şirk və küfr əhlini, salehləri, talihləri (saleh olmayanları) hər şeyi yaratmazdan əvvəl bilirdi. «Həqiqətən sənin Rəbbin öz yolundan çıxanları da, doğru yolda olanları da ən gözəl tanıyandır». (Nun 7).

Hansı gün, vaxt və harada onların başına nə gələcəyini də bilir. Yaratdıqlarından heç bir şey ondan gizli qalmaz. «Heç kəs səhər nə əldə edəcəyini (savab və ya günah qazanacağını), heç kəs harda öləcəyini bilməz. Allah isə şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır». (Loğman 34).

Əli - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən heç bir kimsə və yaradılmışlardan heç bir nəfs müstəsna olmaq üzərə şübhəsiz ki, Cənnətdəki və Cəhənnəmdəki yerini Allah yazmış (təqdir və təyin) etmişdir. Hər kəsin xoşbəxt və ya bədbəxt olduğu şübhəsiz ki, yazılmışdır». Səhabələrdən biri: «Ya Rəsulallah! O, halda nə üçün əməl edib çalışırıq? Hər şey bilindiyi halda (əməlin faydası nədir?) dedi. Peyğəmbər: «Xoşbəxt olanlardan olan kimsə, xoşbəxt kimsələrin əməli ilə əməl edəcəkdir. Bədbəxt olanlar da, bədbəxt olan kimsələrin əməli ilə əməl edəcəkdir. Xeyr, siz o bilinmiş olan yazıya görə dayanmayın, əməl edib çalışın. Çünki hər kəs nə üçün yaradılıbsa o da onun üçün asantlaşdırılacaqdır. Xoşbəxt olan kimsələrə, xoşbəxt kimsələrin əməllərini etmək asantlaşdırılacaqdır. Bədbəxt olan kimsələrə də, bədbəxt olan kimsələrin əməlini etmək asantlaşdırılacaqdır». Sonra bu ayəni oxudu: «Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü təsdiq etsə biz ona Cənnəti müyəssər edəcəyik. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü yalan saysa biz onu Cəhənnəm üçün hazırlaycağıq». (əl-Leyl 5-10)274.

2. Bu da Uca Allahın məxluqatın qədəri ilə əlaqədər olaraq əzəldən bildiyini Lövhi-Məhfuzda yazmış olduğuna iman etməkdir. Lövhi-Məhfuz isə hər bir şeyin qədəri yazılmış kitabdır. Meydana gəlmiş, gələcək və qiyamət gününə qədər olacaq hər şey uca Allahın dərgahında Ummul Kitabda yazılmışdır. Buna həmçinin əz-Zikr, əl-Kitabul Mubin adları da verilmişdir. «Biz hər şeyi hesaba alıb İmami Mubində yazmışıq». (Yəsin 12). «Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O, bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda (Lövhi-Məhfuzda) yazılmışdır. Həqiqətən bu Allah üçün çox asandır». (Fatir 11).

Bu mərtəbə bir neçə yerə bölünür.



1) Əzəli qədər.

«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfuzda) yazılmış olmasın. Bu Allah üçün çox asandır». (əl-Hədid 22). Abdullah b. Amr b. əl-As - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Allah məxluqatın (qəza və qədərini) göyləri və yeri yaratmamışdan əlli min il əvvəl yazmışdır və onun ərşi suyun üzərindədir»275. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Heç şübhəsiz ki, Allahın yaratdığı ilk qələmdir». Ona: «Yaz» deyə buyurdu. Qələm: «Ya Rəbbim! Nə yazım» dedi. Allah: «Qiyamətin qopacağı vaxta qədər hər bir şeyin qədərini yaz» deyə buyurdu276.

2) Ömürlük qədər.

«(Ey Peyğəmbər!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellə-rindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?» soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!» deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) Qiyamət günü: «Biz bundan qafil idik». (əl-Əraf 172). İshaq b. Rahuyenin rəvayət etdiyinə görə bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm dən Qəza və Qədər haqqında soruşur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Uca Allah Adəmin belindən zurruyətini çıxardıb onları özlərinə qarşı şahit tutduqdan sonra ovcu ilə onları götürdü. Bunlar Cənnətlik, bunlar Cəhənnəmlikdir deyə buyurdu. Cənnət əhli olanlara Cənnət əhlinin əməli asantlaşdırıldı, Cəhənnəm əhli olanlara da Cəhənnəm əhlinin əməlləri asantlaşdırıldı»277. İbn Abas - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Allah Adəmin belindən Numanda (Ərafətdə) əhd almışdır. Onun belindən yaradacağı bütün zurriyyətini çıxardaraq qarşısına qoymuşdur. Sonra onlarla danışaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?» deyə buyurmişdu. Onlar da: «Bəli, şahidlik edirik» demişlər278. Aişə - radıyallahu anhə rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm Ənsarlardan balaca bir uşağın cənazəsinə çağrıldı. Mən: «Ya Rəsulullah! O, nə xoşbəxdir! O, Cənnət sərçələrindən bir sərçə quğudur. Pislik etmədi və pislik etmək yaşına da çatmadı» dedim. Peyğəmbər: «Sən bilmirsənki Allah Cənnət üçün bir əhali yaratdı ki, onlar atalarının bellərində ikən Allah onları Cənnət üçün yaratmışdır. Allah Cəhənnəm üçün elə bir əhali yaratmışdır ki, onlar atalarının bellərində ikən Allah onları Cəhənnəm üçün yaratmışdır» deyə buyurdu279. Ömər - radıyallahu anhu deyir ki, Qiyamət günü: «Bizim bundan xəbərimiz yoxdur deməyəsiniz deyə Allah Adəm oğullarının belindən zurriyətini çıxardıb və onları özlərinə şahid tutmuşdur». «Mən sizin Rəbbiniz deyiləmmi?» soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!» deyə cavab vermişdilər». (əl-Əraf 172)280.

3) Qədr gecəsində yazılan illik qədər.

«Hər bir hikmətli (yaxud dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur. Dərgəhımızdan bir buyuruq olaraq! (İl ərzində birinin başına gələcək bütün işlər, dünyada baş verəcək bütün hadisələr, xeyr, şər, əcəl, ruzi, xoşbəxtlik, bədbəxtlik və s. Lövhi-Məhfuzda həmən ilin məhz qədir gecəsi yazılır və müvəkkil mələklərə bildirilir. Bu yazıya pozu yoxdur) Həqiqətən Peyğəmbərləri biz göndəririk». (əd-Duxan 4). İbn Abbas - radıyallahu anhu deyir ki, Qədr gecəsində ana kitabdan bir il boyunca meydana gələcək ölüm, həyat, ruzi, yağış və hətta həcc edilən belə yazılır. Filan kişi həcc etdi, filan kişi həcc etdi.

4) Günlük qədər.

«Göylərdə və yerdə kim varsa, hamısı ondan (ruzi, mərhəmət və mədəd) diləyir. O, hər gün (hər an) bir işdədir. (Birini öldürər, birini dirildər, zalimə zülm edər, acizə kömək, birinin duasını qəbul edər, birinə mərhəmət əta edər, digərinə cəza verər. Bir işlə məşğul olmaq onu digərindən yayındırmaz). (ər-Rəhman 29). İbn Abbas - radıyallahu anhu deyir ki, şübhəsiz Allahın yaratdıqları içərisində ağ incidən Lövhi-Məhfuz da vardır. Onun hər iki qapağı qırmızı bir yaqutdandır. Qələmi nurdur, yazısı da nurdur. Hər gün ona üç yüz altımış dəfə baxar. Bu baxışların hər birində yaradır, ruzi verir, həyat verir, öldürür, rəhm edər, zəlil edər və hər nə diləyərsə onu da edər və bu ayəni oxudu: «O, hər gün (hər an) bir işdədir». (ər-Rəhman 29)281.

3. Yəni bu kainatda meydana gələn hər bir şey rəhmət və hikmətlə Allahın iradəsi və qüdrəti ilə meydana gəlir. Kainatda Allahın diləməsi olmadan heç bir şey vücuda gəlməz. O, dilədiyini rəhməti ilə hidayətə yönəldir, dilədiyini hikməti ilə sapdırır. «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (şəhadətlə) sabitqədəm edər. Allah zalimləri (haqq yoldan) sapdırar. Allah istədiyini edəndir». (İbrahim 27). «Əgər Allah istəsəydi sizi (eyni dində olan) tək bir ümmət edərdi. Allah dilədiyini yoldan çıxardar, dilədiyini isə doğru yola salar. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız». (ən-Nəhl 93). «Rəbbin istədiyini yaradar və seçər. Onların heç bir ixtiyarı yoxdur». (əl-Qəsəs 68). «Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər». (əl-Ənam 39). «(Ya Məhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı o, bilir». (əl-Qəsəs 56).

Dilədiyi hər bir şey qaçınılmaz olaraq onun qüdrəti ilə olur. Olmaması mümkün deyildir. Olmasını diləmədiyi isə olmaz. «Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyurduğu ona ancaq: «Ol!» deməkdir. O, da dərhal olar». (Yasin 82).



O, qulları üçün nəyi dilərsə o, da olur. Nəyi də diləməzsə, insanların hamsı bunun olmasını diləsələr də belə onun olması mümkün deyildir. «Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyr diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayan və rəhm edəndir». (Yunus 107). «(Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. Həqiqətən Allah (hər şeyi) biləndir, hikmət sahibidir». (Dəhr 30). «Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz». (ət-Təkvir 28-29). İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm mənə bir neçə nəsihət verərək buyurdu: «...Bunu da bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əğər sənə zərər vermək üçün bir yerə yığışsalar yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələr (in mürəkkəbi) qurumuşdur»282. «Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də özündən başqa heç kəs göndərə bilməz. O, yenilməz qüvvət və hikmət sahibidir». (Fatir 2). «O, istədiyini edəndir». (əl-Buruc 16). Abdullah b. Amr b. əl-As - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Adəm oğullarını qəlbləri Rəhmanın barmaqlarından iki barmağı arasında bir tək qəlb kimidir. Rəhman onları dilədiyi (istədiyi) yerə çevirib döndərir»283. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Uca Allah istədiyi vaxt ruhlarmızı aldı və istədiyi vaxt onları geri qaytardı»284. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «...Allah istəsə və filan kişi istəsə deməyin. Yalnız Allah istəsə deyin»285. O, etdiyi heç bir şeydən soruşulmaz, yaratdıqları isə soruşulurlar. Heç bir şey onun istədiyindən kənara çıxa bilməz. «Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz. Onlar (bütün bəndələr) isə sorğu-sual ediləcəklər». (əl-Ənbiya 23). «Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət (bununla belə yenə də) ixtilafa düşdülər. Onlardan bəziləri Allaha iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-birləri ilə vuruşmazdılar. Lakin Allah öz istədiyini edəndir». (əl-Bəqərə 253). «Anaların bətnində sizə istədiyi surəti verən odur. O, qüdrət və hikmət sahibindən başqa heç bir ilah yoxdur». (Ali İmran 6). «Beləcə biz hər bir Peyğəmbər üçün insan və cin şeytanlardan düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtərqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla boşla getsin». (əl-Ənam 112).

4. Uca Allah hər şeyin yaradıcısı olduğuna, göylərdə və yerdə onlar arasında olan hər şeyi onun yaratdığına inanmaqdır. Ondan başqa bir yaradıcı, ondan başqa Rəbb yoxdur. Ondan başqa hər nə varsa yaradılmışdır. O, əməldə olan hər kəsi və onun əməlini, hərəkət edən hər bir varlığı və hərəkətini yaradandır. «Halbuki sizi də, sizin düzəltdik-lərinizi də Allah yaratmışdır». (əs-Saffat 96). «And olsun nəfsi (insanı və ya insan nəfsini) yaradana». (əş-Şəms 7). «Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət günü) dirildən məhz Allahdır». (ər-Rum 40). «Bu (gördükləriniz) Allahın yarat-dıqlarıdır. İndi siz də mənə Allahdan başqalarının nə yaratdığını göstərin. Xeyr, zalimlər açıq-aşkar əyri yoldadırlar». (Loğman 11). «Lakin Allah imanı sizə sevdirmiş, onu ürəklərnizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır...». (əl-Hucurat 7). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz Allah bir işi edəni və onun etdiyi işi yaradandır»286.

Açıqladığımız şəkildə qədərə iman etmək, qulun ixtiyar sahibi olmasına (yəni pis və yaxşını seçməsinə) və bu əməlləri etməsinə yetəcək qədər güc və qüvvəti olmasına zidd deyildir. «Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun». (ət-Təğabun 16). «Qadınlar sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin. Özünüz üçün qabaqcadan yaxşı əməllər hazırlayın». (əl-Bəqərə 223). «Allah heç kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir». (əl-Bəqərə 286).

Buna görə də qulun fərzləri tərk edib, pis işləri görməklə qədəri dəlil gətirməsi doğru deyildir.

1) Allah əzəli elmi ilə Adəm oğullarının Cənnətə və Cəhənnəmə girəcək olanların hamsını bilir. Bunların saylarında artma və əskilmədə olmaz. Allah hər insanın ana bətnində ikən iman əhli mi, yoxsa küfr əhlimi olduğunu bilir. Bu Lövhi Məhfuzda da yazılmışdır. Allahın bu haqda elmi əsla dəyişməz.

Yenə də quların əməlləri onlar o, əməlləri etməzdən əvvəl də bəllidir. Bu Allahın əzəli bir elmidir. Hər insan nə üçün yaradılmışsa ona uyğun əməl edər. Cənnət əhli Cənnət əhlinin əməlləri ilə əməl edər, Cəhənnəm əhli Cəhənnəm əhlinin əməlini işləyənlərdir. Bir kimsə pis əməldən sonra saleh əməl etmək yazılmışsa o, etdiyi pis əməldən sonra Cənnətə girər. Bəzi kimsələr də vardır ki, daha əvvəl saleh əməl işlədiyi halda həyatı Cəhənnəm əhlinin əməli ilə bitər və Cəhənnəm əhli olaraq yazılar. Mühüm olan insanın son anda etdiyi əməldir. Mömin ancaq Allahın dilməsi ilə mömindir, kafir də uca Allahın diləməsi ilə kafirdir. Səhl b. Sad - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlar arasında elə kimsələr də vardır ki, insanlara görnüşünə (əməllərinə) görə Cənnət əhlinə yaraşan xeyrli əməllər edər. Halbuki o, Cəhənnəmlikdir. Yenə insanlardan elələri də vardır ki, insanlara görnüşünə (əməllərinə) görə Cəhənnəmliklərə aid pis əməllər edər. Halbuki o, Cənnətlikdir»287. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Həqiqətən elə bir kimsə vardır ki, uzun zaman Cənnət əhlinin əməlini edər. Lakin sonra onun bu əməli Cəhənnəm əhlinin əməli ilə son olub möhürlənər. Kimisi də uzun zaman Cəhənnəm əhlinin əməlini edər. Lakin sonra onun bu əməli Cənnət əhlinin əməli ilə son olub möhürlənər»288.



Müşriklər belə deyəcəklər: «Əgər Allah istəsəydı, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişlər. Nəhayət əzabımızı daddılar». Onlara de ki: «Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz». (əl-Ənam 148). Əgər qədər onların leyhinə dəlil təşkil etsəydı, Allah onlara əzabını daddırmazdı.

2) Allahın sapdırdığı kimsənin irəli sürəcək hər hansı bir dəlili və ya bir iddiası yoxdur. Çünki uca Allah irəli sürüləcək bir bəhanə qalmasın deyə Peyğəmbərlər göndərmiş və qulun əməlini ona başa salaraq bunu qulun qazandığı olaraq təqdir etmişdir. «Biz Peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 165). Əgər Peyğəmbərlərə itaət etməyənlərin leyhinə qədər dəlil təşkil etsəydi, peyğəmbərlərin göndərilməsi ilə bu dəlil ortadan qaldırılmamalıydı. Lakin əksinə Allah Peyğəmbərlər göndərməklə onlara pisi və yaxşını (halal və haramı) açıqlamışdır. Haqq və batil bəyan edilmişdir. Onların isə qədəri dəlil göstərməkdə heç bir əsası yoxdur.

3) Uca Allah əmr və qadağalar vermiş və ancaq gücü çata bilən şeylərlə onu sorumlu etmişdi. «Allahdan (Allahın əzabından) bacar-dığınız qədər qorxun». (ət-Təğabun 16). «Allah heç kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir». (əl-Bəqərə 286). Əgər qul əməllərini etməyə məcbur olsaydı, o halda gücü çatmayan və edilməsi mümkün olmayan şeylərlə sorumlu olmuş olardı. Belə bir şey isə batildir. Çünki qul bilmədən, unutqanlıqdan və ya məcburiyyət qarşısında qalaraq etdiyi günah-lardan ötrü sorumlu olmayacaqdır. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Allah mənə görə ümmətimin səhvən, unutqanlıqdan və məcburiyyət qarşısında qalaraq etdiyi günahlardan keçib»289.

4) Uca Allahın qədəri gizli bir sirdir. Qulun onu bilməsi ancaq etdiyi əməlin meydana gəlməsindən sonra mümkün ola bilir. Qul həqiqi mənada faildir. Allah da onların feillərini (əməllərini) yaradandır. Qul mömin, kafir, yaxşı, günahkar, namaz qılan, oruc tutandır. O, halda iman və əməlləri yaradan da Allahdır. Qula öz əməllərini edə bilməsi üçün qüdrəti, iradəni və seçmi də vermişdir. Onların qüdrətini və iradəsini yaradan da Allahdır. Sonra da xeyr və şərri bir-birindən ayırd etmək üçün ağıl da vermişdir. «Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz». (ət-Təkvir 28-29).

5) Bizlər insanların dünya işlərində özlərinə uyğun olan işlərə yönəl-diklərini, onları əldə etməyə çalışdıqlarını, (xeyrli işləri) kənara qoyaraq uyğun olmayan (xeyri olmayan) işlərə yönəlmədiklərini, uyğun işlərə yönəldiklərinə görə də qədəri dəlil göstərmədiklərini görürük. Yaxşı, bəs nə üçün insan dini ilə əlaqəli xüsuslarda ona fayda verən şeyləri (halalı) buraxaraq zərərli (haram) şeylərə yönələrək qədəri dəlil göstərərək, mənim üçün belə yazılmışdır? Deyir. Hər iki işin durumu eyni deyildirmi? Bu məsələ ilə bağlı açıqlama verək. Bir kimsənin qarşısına iki yol çıxır. Bunlardan biri çətinliklərlə, əzab-əziyyətlərlə (ölüm, talan) qorxu və aclığın hökm sürdüyü bir ölkəyə aparır. Digər yol isə rahatlıq, əzab-əziyyət olmayan ədalətli bir ölkəyə aparır. İnsan bu iki yoldan hansını seçər? Əlbətdəki rahatlıq və ədalətl olan ölkəyə aparan yolu seçər. Heç vaxt ağlı başında olan adam birinci yolu seçib bununlada qədəri dəlil gətirməz. O, halda axirət ilə əlaqədar xüsuslarda nə üçün Cənnətə deyil məhz Cəhənnəmə götürən yolu izləməklə qədəri dəlil göstərməkdədir.

6) Fərzləri tərk etməklə, qadağaları etməklə qədəri dəlil göstərən bir kimsənin malını haqsızlıqla əlindən alsalar və ya ona qarşı haqsızlıq edilib və qədəri dəlil göstərən kimsəyə: «Məni qınama, çünki mənim sənə olan bu haqsızlığım Allahın qədəri ilədir». Onun belə bir iddiası qəbul edilməz. Yaxşı, bəs nə üçün başqasının ona qarşı etdiyi haqsızlıqlara qarşı qədərin dəlil göstərilməsini qəbul etmirsə, uca Allahın haqlarını tapdalayaraq qədəri öz leyhinə dəlil göstərməsi necə düzdür? Möminlərin əmri Ömər b. əl-Xəttab - radıyallahu anhu nun dövründə oğurluq üçün əlinin kəsilməsi hökmü verilmiş birisini gətirirlər. O, da əlinin kəsilməsi qərarını verdikdə oğru: «Ağır ol Ey Möminlərin Əmri. Mən Allahın qədəri ilə oğurluq etdim» dedi. Ömər: «Bizlərdə ancaq Allahın qədəri ilə sənin əlini kəsirik» deyə cavab verdi.

Qədərin əsli Allahın sirridir. O, haqda biliyə nə bir mələk, nə bir peyğəmbər, nə də onlardan aşağı olan hər hansı bir insan sahib deyildir. Bu haqda dərinliyə dalmaq, düşünmək və cürbəcür fikirlər yürütmək doğru deyildir. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Qədərdən danışanda susun»290. Kim qədərin dərinliyinə dalmaq istərsə gedəcəyi yol xüsran və məhrumiyyətdir. Bu yolda xeyr əldə etməyib hidayətdən məhrum olar. Şişirdər və həddi aşar. Çünki qədərin həqiqətini Allahdan başqa heç kəs bilməz. İnsanlar nə qədər düşünürlərsə düşünsünlər, qədərin həqiqətinə vara bilməzlər. Ancaq biz, Əhli Sünnə vəl Cəmaat Allah subhənəhu və təalə nin hər şeyi bildiyinə, yazdığına iman edirik. Elmdə qüvvətli olanlar isə: «Biz onlara inandıq, onların hamsı Rəbbimiz tərəfindəndir» deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. (Ali İmran 7). Bu da qədərin başa düşülməsi üçün yuxarıda qeyd etdiyimiz dörd məsəlidir. Əksi təqdirdə insan qədərə inanmamış olur.


QƏZA VƏ QƏDƏRƏ İMANIN FAYDALARI

1. Razılıq, yəqinlik və əvəz.

«Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər və o, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilir. Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir. (ət-Təğabun 11). İbn Abbas - radıyallahu anhu deyir ki, səbrli adamın qəlbini yəqinliyə yönəldir. O, bilir ki, məruz qaldığı müsibət təsadüfi deyildir. Bu Allahın qəza və qədəridir.

2. Günahların təmizlənməsi.

Əbu Səid əl-Xudri və əbu Hureyrə - radıyallahu anhum rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mömini nə xəstəliyə, nə əzab-əziyyətə, nə rahatsızlığa, nə də kədərə məruz qalmaq maraqlandırır. Onu maraqlandıran Allahın bunlara səbr etdiyinə görə günahlarını təmizləməidir»291. «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır». (əş-Şura 30).



3. Böyük əcr (mükafatın) verilməsi.

«Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Muhəmməd! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver. O, kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: «Biz Allahın bəndələriyik və (öləndən sonra) ona tərəf (onun dərgahına) qayıdacağıq» deyirlər. (əl-Bəqərə 155-156).

4. Sevinməmək və kədərlənməmək.

«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfuzda) yazılmış olmasın. Bu Allah üçün çox asandır. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz». (əl-Hədid 22-23). İbn Kəsir rahmətullahi aleyhi deyir ki, Allahın sizə bəxş etdiyi nemətlərlə qürrələnib insanlar arasında fəxr etməyin. Bu sizin əməyinizin nəticəsi olmayıb, Allahın qəza və qədəri ilə sizə bəxş edilən ruzisidir. Allahın nemətləri ilə təkəbbür və lovğalığ etməyin. Sevincinizi şükrə, kədərinizi isə səbrə çevirin292.

5. İnsanlardan qorxmamaq.

De ki: «Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz onun zərərini aradan qaldıra bilərlərmi?» Yaxud: «Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar onun mərhəmətinə mane ola bilərlərmi?» De ki: «Mənə təkcə Allah kifayət edər». (əz-Zumər 38). «Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz». (Yunus 107). İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm mənə bir neçə nəsihət verərək buyurdu: «...Bunu da bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əğər sənə zərər vermək üçün bir yerə yığışsalar yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələr (in mürəkkəbi) qurumuşdur»293.

5. Ölümdən qorxmamaq.

«Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır». (Ali-İmran 145).

6. Olub keçənlərə peşman olmamaq.

«(Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: «Əgər onlar sçzümüzə qulaq assaydılar, öldürülməzdilər» deyənlərə (Ya Muhəmməd!) söylə ki: «Əgər doğru deyirsinizsə, onda (bacarıb) ölmü özünüzdən uzaqlaşdırın». (Ali-İmran 168). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah güclü mömini zəif mömindən daha çox sevir. Hər bir işdə özünə faydalı olanı götürməyə səy göstər. Allahdan kömək dilə aciz olma. Başına bir müsibət gələrsə demə: «Əgər belə etsəydim belə olmazdı» De ki: «Allahın qəza və qədəri bu imiş. Əgər sözü şeytana yol açır»294.

7. Allahın məsləhət bildiyində xeyr vardır.

«Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyrli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz». (əl-Bəqərə 216).
İSLAM VƏ İMAN

Şəri mənaları ilə islam və iman bir-birindən ayrılmazdırlar. Biri digəri olmadan işlənməzlər. Əksinə harada səhih və mötəbər bir iman varsa onunla birlikdə islam da vardır və ya harada islam varsa onunla birlikdə iman da vardır. Onlardan hər hansı biri tək başına işlədiləcək olarsa, digəri də onun içərisinə girər və tək başına işlədilən bu isim yenə digər ismin tək başına işlədilməsi halında dəlalət etdiyi şeylərə dəlalət edər. Məs: «Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (və ya dirsəkləriniz də daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız da daxil olmaqla) yuyun». (əl-Maidə 6) - ayəsindəki xitab həm mömin, həm də müsəlmanları əhatə edir. Yoxsa ki, namaz üçün dəstəmaz almaq təkcə möminlər üçün deyildir. Müsəlmanların da dəstəmazsız namaz qılmaları mümkün deyildir. İman islamı əhatə etdiyi kimi, islam da imanı əhatə edir. Həmçinin: «Məni müsəlman olaraq öldür». (Yusif 101) ayəsindəki «Məni müsəlman olaraq öldür!» - eyni zamanda - «Məni mömin olaraq öldür!» deməkdir. Yoxsa - məni müsəlman olaraq öldür, mömin olaraq öldürmə - mənasında deyildir. Çünki Allah bütün möminlərin ancaq müsəlman olaraq can vermələrini «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102) istər295.

Lakin ikisi bir yerdə zikr olunarlarsa (islam və iman) aralarında fərq olur. Bu vəziyyətdə iman qəlbin təsdiqi, iqrarı və bilib tanıması mənasına gəlir, islam da Uca Allaha əməl ilə təslimiyyət göstərmək, boyun əymək və ona itaətlə bağlanmaq mənalarına gəlir. Elm adamları buna belə deyirlər: «Hər mömin müsəlmandır, lakin hər müsəlman isə mömin deyildir». Məs: Allah buyurur: «Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: «Biz İslamı qəbul etdik!» deyin». (əl-Hucurat 14). İbn Abbas – radıyallahu anhu deyir ki, onların bütünlüklə münafiq olmadığını, imanları zəif kimsələr olduğunu açıqlamışdır. İbn Cərir ət-Təbəri - rahmətullahi aleyhi bu ayənin təfsirində deyir ki, Allah Rəsulu - səllallahu aleyhi və səlləm bədəvi ərəblərin yalnız İslam (təslim) olduqlarını söyləməsini əmr etmişdi. Onlar yalnız dilləri ilə təsdiq etmiş, lakin qəlbləri ilə təsdiq etməmişlər. Buna görə də onlara yalnız İslam olduqları demələri əmr edildi. Çünki İslam (təslim) olmaq üçün söz yetərli olarkən, iman etmək üçün həm söz, həm də əməl gərəkdir. «Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər. Kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər». (əl-Ənam 125).
İMANDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN MÖMİNƏM» DEMƏK

Əhli Sünnə vəl Cəmaat imanda istisna etmək – yəni «İnşəallah, mən möminəm» deməyin və özləri haqqında yəqin olaraq «mən möminəm» deməyin əleyhinədir. Bu isə onların Allahdan qorxmaları və qədərə iman etmələrinə görədir. Çünki heç kəs yəqin olaraq deyə bilməz ki, «mən möminəm». Mütləq iman bütün itaətləri etməyi və bütün qadağaları tərk etməyi əhatə edir. İnsan bütün bunları etdikdə də yəqin olaraq bu kəlməni söyləməz. Əgər belə etsə onda özünü tərif etmiş, təmizə çıxarmış və özünü Allahdan haqqıyla qorxan, yaxın kimsələrdən olduğunu irəli sürmüş olur. Beləliklə də özünə yəqin olaraq mömin deyən kimsə özünün Cənnət əhlindən olduğunu da irəli sürməlidir. Bu isə mümkün deyildir. «Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu daha gözəl bilir». (ən-Nəcm 32).

İstisna etmək – «İnşəallah, mən möminəm» demək haqqında üç rəy vardır. Kimisi bunun vacib olduğunu, kimisi bunun haram olduğunu, kimisi də bu məsələdə orta yolu tuturlar.

Müxaliflərin qeyd etdiyinə görə iman tək bir şey olub əməl və sözdən ibarət deyildir. İman qəlbdəki təsdiqdir. Əgər qəlb təsdiq edirsə o, özünün mömin olduğunda da heç bir şəkk-şübhə etməməlidir. Onlara görə şahadət kəlməsini söylədiyimi bildiyim kimi, mömin olduğumu da bilirəm. Onların «Mən möminəm» deməyi, «Mən müsəlmanam» deməyi kimidir və bu məsələdə «İnşəallah, mən möminəm» deyənlərə də ŞƏKKAK şübhəçi adını verirlər.

İmam Əbu Hənifə rahmətullahi aleyhi də imanda inşəallah, mən möminəm deməyin haram olduğu fikrindədir. O, deyir: «Mömin yəni inanan kimsə həqiqətən mömindir, kafir də həqiqətən kafirdir. Küfrdə şübhə olmadığı kimi imanda da şübhə yoxdur». Allah buyurur: «Onlar həqiqi möminlərdir». (əl-Ənfal 4). «Bütün bunlar həqiqətən kafirdilər». (ən-Nisa 151). Muhəmməd - səllallahu aleyhi və səlləm in ümmətinin günahkar olan kimsələrinin hamısı həqiqətən mömin olub, kafir deyillər»296. İmam Əbu Hənifə rahmətullahi aleyhi , Harisi və Haskəfinin rəvayətinə görə belə demişdir: «Alkamə ilə birlikdə Ata b. Əbi Rəbahın yanında idik». Əlqamə ona: «Ey Əbu Muhəmməd! Ölkəmizdə imanlarını özlərinə nisbət etməyə və mən möminəm deməyi xoş qarşılamayan bir qrup vardır» dedi. Ata b. Əbi Rəbah: «Onlara nə olur ki, bunu söyləmirlər?» deyə qarşılıqlı sual verdi. Alkamə sözünə davam edərək: «Deyirlər ki, mömin olduğumuzu söylədikdə özümüzü Cənnət əhlindən olduğumuzu da qeyd edirik». Ata onlara: «Allah! Allah! Bu şeytanın hiylələrindən biridir. Şeytan onları Allahın onlara verdiyi ən böyük nemət olan İslamı tərk etməyə və bu xüsuslarda Peyğəmbər - səllallahu aleyhi və səlləm ə müxalif olmalarını vəsvəsə edir. Mən səhabələrin və eyni zamanda da Peyğəmbər - səllallahu aleyhi və səlləm in də bunu etdiyinin şahidi olmuşam»297.

Digər bir qrup isə hər bir şeydə istisna etməyə başladılar və bu məsələdə həddi aşmışlar. Məs: Onlar etdikləri bütün saleh əməllərdə də istisna etməyə başladılar. «İnşəallah mən namaz qıldım, inşəallah oruc tutdum» və s. sözlər söyləməyə başladılar. Yenə onlardan bir çoxu hər şeydə istisna etməyə başladılar. «İnşəallah bu paltardır, inşəallah bu ayaqqabıdır» və s.



Lakin ən gözəl mövqe isə Sələfin mövqeyidir. Allah subhənəhu və təalə Qurani Kərimdə yəqin olaraq baş verən bəzi işləri Allahın diləməsinə bağlayaraq ifadə edildiyini açıq göstərən bir sıra ayələr vardır. Məs: «And olsun ki, Allah öz peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşəallah əmin-amanlıq içində, (bəziniz) başınızı qırxdırmış, (bəziniz) saçınızı qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidul hərama daxil olacaq-sınız». (əl-Fəth 27). O, yürüyüb-qaçmaq və atasına kömək edə bilmək çağına (on üç yaşında) çatdıqda (İbrahim) dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! O, dedi: «Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşəallah mənim səbrlilərdən olduğumu görəcəksən». (əs-Saffat 102). Və heç bir şey barəsində: «Mən onu sabah edəcəyəm! demə. Ancaq: «İnşəallah edəcəyəm» de. (əl-Kəhf 23-24). (Yəqub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına basıb: «İnşəallah əmin-amanlıqla Misirə daxil olun» dedi. (Yusif 99). Aişə – radıyallahu anhə rəvayət etdi ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm gecənin sonunda Bəqi qəbrsanlığına girər və deyərdi: «Ey möminlər topluluğunun yurdu! Salam üzərinizə olsun. Sizə vəd olunmuş (ölüm) gəlmişdir. İnşəallah biz də sizə qovuşacağıq. Allahım! Bəqi qəbrsanlığında yatanları bağışla!». Başqa rəvayətdə Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Ey möminlərin və müsəlmanların yatdığı yurdun sakinləri! Salam üzərinizə olsun! İnşəallah biz də sizə qovuşacağıq!» 298. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Hər peyğəmbərin qəbul edilmiş duası vardır. Hər peyğəmbər bu duasını etmişdir. Lakin mən duamı qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəallah bu şəfaətə nail olacaqlar»299. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Süleyman b. Davud (Allahın salamı iksinin də üzərinə olsun): «Şübhəsiz bu gecə yetmiş (bəzi rəvayətlərdə 90, bəzilərində 99, bəzilərində 100) zövcəmi (xanımlarımı) dolaşacağam. Zövcələrimdən hər biri Allah yolunda vuruşacaq bir süvari doğacaq» dedi. Bu an yoldaşı (olan mələk) Ona: «İnşəallah de!» dedi. Lakin o, inşəallah deməyi unutdu. Bunundan sonra o, qadınlardan biri xaric, heç biri hamilə olmadı. O, da xəstə olan bir uşaq doğdu». Sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər inşəallah demiş olsaydı hər biri Allah yolunda vuruşacaq süvarilər doğardılar»300.

Səhabələrdən gələn rəvayətlərdə: Əbul-Vahterinin (Səid b. Feyruz) rəva-yətinə görə Əli – radıyallahu anhu demişdir: «Bir kimsənin mən möminən deməsi bidətdir»301. İbn Məsud – radiyallahu anhu deyir: «Hər kim mömin olduğuna dair şahitlik edərsə, özünün Cənnətdə olduğuna da şahidlik etsin»302. Bir nəfər İbn Məsud – radıyallahu anhu nun yanında şübhəsiz ki, mən möminəm dedikdə İbn Məsud: «Onda mən Cənnətliyəm də de!» dedi. Sonra İbn Məsud – radıyallahu anhu o, adama: «Lakin biz Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə inanırıq»303. Bir nəfər İbn Məsud – radıyallahu anhu nun yanında şübhəsiz ki, mən möminəm deyir: «Ey Əbu AbdurRahmən! Bu adam mömin olduğunu iddia edir». İbn Məsud onların bu sözlərinə: «Ondan bir soruşun görün o, Cənnətlikdir yoxsa Cəhənnəmlik?» Onlar həmin şəxsdən bunu soruşurlar. Adam da onlara: «Allah ən doğrusunu bilir». Adamın bu cavabından sonra İbn Məsud ona: «İkincisini (yəni Cənnətlik və ya Cəhənnəmlik olduğunu) Allaha həvalə etdiyin kimi birincisini də Allaha həvalə etsəydin?» dedi»304. İmam Əhməd rahmətullahi aleyhi ə imana dair sual verildikdə o: «İman söz, əməl və niyyətdir!» deyə cavab vermişdir. Bu dəfə ona: «Adam sən möminsən?» deyə soruşarsa, o: «Bu bir bidətdir!» deyə cavab vermişdir. Bu səfər ona: «Yaxşı, beləsinə necə cavab verilir?» deyilincə, «İnşəallah, möminəm!» deyilir, deyə cavab vermişdir. Peyğəmbər - səllallahu aleyhi və səlləm qəbr əhlini ziyarət etdikdə buyurdu: «İnşəallah, biz də sizə qovuşacağıq!». O, burda istisna etdi. O, isə yəqin olaraq öləcəyini bildiyi halda istisna etdi»305. Vəlid b. Müslim: «Əvzai, Məlik b. Ənəs və Səid b. AbdulƏzizin kişinin mən möminəm deməsini inkar etdiklərini, inşəallah mən möminəm deməsinə isə izn verdiklərini eşitdim»306. İbn Teymiyyə rahmətullahi aleyhi deyir: «İbn Məsud və səhabələr, Sevri, İbn Uyeynə, Kufə alimlərindən bir çoxu, İmam Əhməd və sünnə imamları kimi hədis alimləri də imanda istisna edərdilər. Bu onlardan mütəvatir olaraq gəlmişdir»307. Həmçinin səhabələrdən: «Ömər, İbn Məsud, Əli – radıyallahu anhumə , tabiinlərdən - İbn Əbi Muleykə, Tavus, Həsənul-Basri, Məhəmməd b. Sirin, İbrahim ən-Nəhai, Səid b. Feyruz, Dəhhak b. Məşriki, İsmail b. Əbu Xalid, Muğirə b. Miksəm, fikhçilərdən Abdullah b. Şübrümə, Mamər b. Rəşid, Sufyan əs-Səvri, Sufyan b. Uyeynə, Abdullah b. Mubərək, İmam Məlik, İmam Əhməd və s. rəyləridir»308.



EHSAN

İslam dininin üçüncü mərtəbəsi - Ehsandır. Bu da tək bir rükndur. Peyğəmbər - səllallahu aleyhi və səlləm -, onların yanına dinlərini onlara öyrətmək və Ehsan haqqında sual vermək üçün gələn Cəbrail – əleyhissəlam a belə cavab vermişdi: «Ehsan, Uca Allahı sən Onu görür kimi ibadət etməkdir, lakin sən Onu görməsən də şübhəsiz ki, O səni görür». «O, Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində olanda da. Həqiqətən (hər şeyi) eşidən və bilən odur!». (əş-Şuəra 218-219).

Ehsan pislik etməyin ziddidir. «Həqiqətən Allah ondan qorxub pis əməl-lərdən çəkinənlər və yaxşı işlər görənlərlədir». (ən-Nəhl 128). «Yaxşılığın əvəzi ancaq yaxşılığdır». (ər-Rəhman 60). «Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafatlar gözləyir. Onların üzlərinə nə bir toz, nə də bir zillət qonar». (Yunus 26). «Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri sevər». (əl-Bəqərə 195).

Ehsanın içinə Peyğəmbər sallallahu aleyhi və səlləm in buyurduğu kimi; bir adamı miniyinə mindirmək, əşyalarını qaldırmaq və ya daşımaq üçün kömək etmək, ona yol göstərmək və s. buna bənzər xüsusiyyətlərin hamısı daxildir. Bunlar Allahın qullarına edilən yaxşılıqdır. Hətta bir kəsin Allahın qullarına bildiklərini öyrətməsi, dərs keçməsi və ya məclislərdə elmi söhbətlər etməsi xeyr və ehsandandır. Əbu Yə’la Şəddad b. Əus - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, Allah hər şeydə ehsanı yazmışdır. Buna görə də öldürdüyünüz zaman gözəl şəkildə öldürün. Kəstiyiniz zaman gözəl bir şəkildə kəsin. Sizdən (heyvan kəsən şəxs) bıçağını yaxşıca itiləsin və kəsəcəyi heyvanı rahatlasın»309. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «İnsanların hər bir bədən üzvü üçün günəşin doğduğu hər bir gündə sədəqə vardır. İki nəfər arasında ədalətlə hökm vermək bir sədəqədir. Kişini miniyinə mindirmək üçün kömək etmək və yaxut da onun əşyalarını miniyə yükləmək üçün kömək etmək bir sədəqədir. Gözəl bir söz söyləmək bir sədəqədir. Namaz qılmaq üçün (məscidə) addımladığın hər bir addım bir sədəqədir. Yolda əziyyət verən bir şeyi götürmək də bir sədəqədir»310.

Peyğəmbər sallallahu aleyhi və səlləm Ehsanın bir-birindən fərqli iki mərtəbədən ibarət olduğunu açıqlamaqdadır.

1. Uca Allaha sən Onu görür kimi ibadət etmək.

İbadətə gəlincə isə O, Allaha Onu görür kimi ibadət etmək deməkdir. Bələ bir ibadət yəni insanın Rəbbinə Onu görür kimi ibadət etməsi istəklə və sevgi ilə edilir. Bu yolla insan sevdiyi və arzuladığı bir şeyi əldə etməyə çalışır. Çünki o, Rəbbinə Onu görür kimi ibadət edər. Beləliklə ona yönələr, Ona dönər və Ona yaxınlaşmağa çalışar.



2. Lakin sən Onu görməsən də, şübhəsiz ki, O səni görür.

Əgər sən Allaha onu görür kimi ibadət edə bilmirsənsə, onda Ona O, səni görür kimi ibadət et. Beləliklə Ondan qorxan, əzab və cəzasından qaçan kim-sənin ibadəti kimi Ona ibadət etmiş olursan. İnsan Uca Allaha bu şəkildə ibadət etmiş olarsa Uca Allaha qarşı ixlaslı olar. İbadətini riyakarlıq və başqalarının eşitməsi üçün etməz, insanların onu tərifləməsini düşünməz. İnsanlar onun ibadətini istər bilsinlər, istər bilməsinlər onun üçün fərq etməz. Hətta ixlasın tamamlayıcı ünsürü də budur: «İnsan etdiyi ibadətini insanların görməməsinə və Rəbbinə qarşı etdiyi ibadətinin bir sir olaraq qalmasına diqqət edər».




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə