TöVHİd kitabi 2 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ İ manin ə saslar I toplayan və TƏRTİb edəN



Yüklə 1,2 Mb.
səhifə5/15
tarix08.01.2018
ölçüsü1,2 Mb.
#20058
1   2   3   4   5   6   7   8   9   ...   15

PEYĞƏMBƏRİMİZ MƏHƏMMƏD


- sallallahu aleyhi və alihi vəs səlləm –

Muhəmməd sallallahu aleyhi və səlləm Peyğəmbərlərin (nəbilərin) və Rəsulların sonuncusudur. Bütün insanlara göndərilmiş rəsuldur. O, Allahın bir quludur, ona ibadət edilməz, o bütün yaradıl-mışların ən xeyirlisi, ən fəzilətlisidir. Allah dərgahında ən dəyərlidir, dərəcəsi ən yüksək və Allaha ən yaxın olandır. O, haqqla, hidayətlə insanlara və cinlərə göndərilmiş bir peyğəmbərdir. Ona kitabını endirmiş, dininin əmini etmiş, risalətini təbliğ etməkdə onu seçmişdi. Bu risaləti təbliğ etməkdə onu səhf etməkdən və xəta etməkdən qorumuşdur. Onun risalətinə iman gətirib, nübuvətinə şəhadət gətirməyincə heç bir qulun imanı səhih olmaz. Ona itaət edən Cənnətə, ona qarşı çıxan isə Cəhənnəmə girər.

Peyğəmbərimiz sallallahu aleyhi və səlləm i bilmək özündə bir neçə xüsusiyyətləri əhatə edir.

1. Peyğəmbərin nəsəbini bilmək.

Onun nəsəbi yer üzünün ən üstünüdür. Şərəf baxımından nəsəbi zirvədədir. Nəsəbi: Muhəmməd b. Abdullah b. AbdulMuttalib b. Haşim b. AbdiMənaf b. Kusay b. Kilab b. Murrə b. Kəb b. Luey b. Ğalib b. Fihr b. Məlik b. Nadr b. Kinanə b. Huzeymə b. Mudrikə b. İlyas b. Mudar b. Nizar b. Məad b. Adnan. Adnan Allahın Peyğəmbəri İbrahim əlehissəlam ın oğlu İsmail əlehissəlam ın nəslindəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, Allah İsmail oğullarını seçmişdir. İsmail oğullarından da Kinanəni, Kinanədən də Qureyşi, Qureyşdən də Haşim oğullarını, Haşim oğullarından da Məni seçmişdir»108.



2. Yaşını, doğulduğu yeri, hicrət etdiyi yeri bilmək.

Doğulduğu yer Məkkədir. Məkkədə hişam oğulları məhəlləsində Rəbiul-Əvvəl ayının 9-zu və ya 12-də birinci günü səhər, 571-ci ildə (Fil ilində) dünyaya gəlmişdir (Miladi tarixi ilə 22 Aprel). Məkkədə əlli üç il yaşadıqdan sonra Mədi-nəyə hicrət etmiş, orada da on il yaşamışdır. Hicrətin on birinci ilində, Rəbiul-Əvvəl ayının 12-i, birinci günü, əsr vaxtına yaxın altmış üç yaşında dünyasını dəyişmişdir. Ənəs b. Məlik - radıyallahu anhu deyir: «Peyğəmbər sallallahu aleyhi və səlləm altmış üç yaşında ikən dünyasını dəyişdi»109. İbn Abbas - radıyallahu anhu deyir: «Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkədə on üç il, Mədinədə isə on il qaldıqdan sonra altmış üç yaşında dünyasını dəyişdi»110.

Rəsulullahın atası AbdulMuttalib oğlu Abdullahdır. Məhəmmədin atası o, doğulmamışdan əvvəl, yoxsa sonra öldüyü haqqında bəzi rəylər vardır. Bu rəylərdən ən doğrusu: Peyğəmbər sallallahu aleyhi və səlləm in anasının bətnində ikən atasının öldüyüdür. İkinci rəyə görə, Rəsulullah sallallahu aleyhi və səlləm doğulduqdan yeddi ay sonra ölmüşdür. Abdullah ticarət məqsədi ilə Şama gedib qayıtdıqda Mədinədə vəfat edir. Darul-Nəbiyyatuz Zəhra deyilən yerdə dəfn edilir. Anası Kilabın oğlu Zuhrənin oğlu Abdimənafın oğlu Vəhbin qızı Əminədir. Mədinədəki qardaşlarını ziyarət etməkdən qayıdarkən Məkkə ilə Mədinə arasında olan «ƏBVA» adlanan yerdə dünyasını dəyişmişdir. Anası dünyasını dəyişəndə Rəsulullah yeddi yaşında idi. Anasının ölümündən sonra onu öz himayəsinə babası AbdulMuttalib götürür. Ölənə qədər ona baxır. Öldükdə o, səkkiz yaşında idi. On yaşında olduğu da söylənilir. Babasından sonra əmisi Əbu Talibin yanında yaşamağa başlayır. On iki yaşında əmisi ilə birlikdə Şama ticarət məqsədi ilə gedir. Doqquz yaşında olduğu da söylənilir. Bu səfərində rahib Bahira ilə qarşılaşır. Rahib, Yəhudilərdən ona bir zərər gələ bilməsindən qorxduğu üçün əmisinə onu Şama gətirməməsini söyləyir. Əmisi onu uşaqları ilə birlikdə Məkkəyə geri göndərir.

İyirmi beş yaşında ticarət məqsədi ilə Şama səfər edir. Qayıtdıqdan sonra Xuveylidin qızı Xədicə - radıyallahu anhə ilə evlənir111. Daha sonra Allah ona tək qalmağı və Rəbbinə ibadət etməyi sevdirir.



3. Onun iyirmi üç illik Peyğəmbərlik həyatını bilmək.

Hira mağarasına çəkilib orada bir neçə vaxt ibadət etdikdən sonra 610-cu ildə qırx yaşında ikən ona Peyğəmbərlik verilir112. Peyğəmbərlik ona birinci gün verilir. Əbu Qatadə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dən birinci gün oruc tutmaq haqqında soruşurlar. O, buyurur: «O, gün mən doğulmuşam, o gün mən insanlara göndərilmişəm və o, gün mənə ilk vəhy gəlib»113. Allah onu bütün yaratdıqlarına göndərdi. Quran Ramazan ayında Qədr gecəsində dünya səmasına nazil olmuş, oradan da iyirmi üç il ərzində hissə-hissə endirilmişdir. «Haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir». (əl-Bəqərə 185)114. Həmçinin Yəhya Sərrasi «Nuniyə» adlı qəsidəsində deyir: «Peyğəmbərlik ona qırx yaşında gəldi, Elçilik günəşi Ramazan ayında parladı»115.



4. Peyğəmbərliyin necə verildiyini və hansı buyuruqla ona risalətin verilməsini bilmək. «Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, insana qələmlə (yazmağı) öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi». (əl-Ələq 1-5). Bu buyuruqdan sonra ona Peyğəmbərlik verildi.

Vəhy Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir neçə şəkildə gəlirdi.



1) Həqiqi (doğru) yuxu - Ruyai Sadiqa – Bu Rəsullaha vəhyin ilk gəlməyə başladığı vaxdır. Bütün gördüyü yuxular sabah aydınlığı kimi həqiqət idi.

2) Mələyin vəhyi qəlbinə salması, üfləməsi ilə116.

3) Mələk Rəsulullah sallallahu aleyhi və səlləm ə insan şəkilində gəlirdi117.

4) Vəhy zınqırov (zil) səsinə bənzər bir səslə gəlirdi. Bu vəhyin ən ağır şəkli idi. Mələk vəhyi o, qədər qarışıq, başadüşülməsi ağır bir şəkildə endirirdi ki, ən soyuq havada belə Peyğəmbər sallallahu aleyhi və səlləm in alnından tər damla-damla axırdı118. Hətta səfər ərəfəsində miniyin üzərində olduqda belə bir vəhy gəlsəydi vəhyin ağırlığından heyvan yerə çökərdi119. Bir dəfə vəhy gələn vaxt Peyğəmbər sallallahu aleyhi və səlləm in dizi Zeyd b. Sabitin dizi üzərində idi. Zeydin ayağına o, qədər ağırlıq yuklənmişdir ki, az qala ayağı qırılacaqdır120.

5) Mələk yaradıldığı şəkildə Peyğəmbər sallallahu aleyhi və səlləm ə görünürdü. Vəhy iki dəfə bu şəkildə endirilib. Maraqlananlar Nəcm surəsinin 7-13-cü ayələrinə baxa bilərlər121.

6) Heç bir vasitə olmadan doğrudan-doğruya Allahın bildirdiyi vəhy. Merac gecəsində Allah namaz vaxtlarını bu şəkildə fərz qıldı122.

7) Üç Peyğəmbər var ki, Allah onlarla vasitəsiz danışmışdır. Adəm əlehissəlam ilə Cənnətdə, Musa əlehissəlam ilə yer üzündə və Məhəmməd sallallahu aleyhi və səlləm ilə Meracda. Bəziləri səkkizinci vəhy şəkilini də deyirlər. Bu heç bir pərdə olmadan Allah ilə üz-üzə danışmasıdır. Bu merac gecəsində Rəbbini gördü deyənlərin rəyidir. Sələf və sonradan gələn islam alimləri bu fikirdədilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz Rəbbini görməyib. Çünki səhabələr ondan soruşduqda ki, Allahı gördün o, buyurdu: «Bir nur gördüm»123.

5. Onunla nələrin göndərildiyini və nə üçün göndərildiyini bilmək.

Allahı tövhid etmək və əmr olunanları edib, qadağan olunanları tərk etməyi əmr edən şəriətlə göndərmişdir. Allah onu aləmlərə rəhmət olaraq, onları şirkin, küfrün və cəhalətin qaranlıqlarından elm, iman və tövhidin aydınlığına çıxartmaq üçün göndərmişdir. Bu yolla Allahın məğfirət və rizasına nail ola bilsinlər, onun əzab və qəzəbindən qurtara bilsinlər. Allah insanları şirkdən qorxudub əzabı vasitəsilə ayıltmaq, Rububiyyət, Uluhiyyət, Isim və Sifətlərində də tövhidə dəvət etmək üçün göndər-mişdir. Bunlara dəlil: «Ey (libasına) örtünüb bürünmüş Peyğəmbər! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə. Əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş. (Etdiyin yaxşı-lığı) çox bilib başa qalxma. Rabbinin rizasını qazanmaq üçün səbr et». (əl-Muddəssir 1-7). Allahın «Qalx və qorxut» buyurduğunun mənası, şirkdən qorxudub çəkindirmək və tövhidə dəvət etmək deməkdir. «Öz Rəbbini üca tut» tövhid ilə onu təzim et. «Libasını təmizlə» yəni əməllərini şirkdən təmizlə. «Pis şeylərdən uzaqlaş» yəni bütlərdən uzaq dur. Onlardan uzaq durmaq isə bütləri və bütpərəstləri tərk edib, onlardan uzaq durmaq deməkdir. Bütün bu buyuruqlardan sonra ona risalət verilmiş oldu. O, da qalxıb dəvət etdi və Allahın əmrini yerinə yetirdi.



6. Peyğəmbərimizin vəfatı.

Peyğəmbər sallallahu aleyhi və səlləm bu şəkildə hicrətdən sonra on il dəvət etdi. Allah onunla dini və möminlər üzərinə nemətini tamamladıqdan sonra, öz yanına və peyğəmbərlərin, siddiqlərin, şəhidlərin, salehlərin yaşadığı ən uca dostlar arasına qatılmaq üçün seçdi. Peyğəmbər sallallahu aleyhi və səlləm Səfər ayının sonları ilə Rəbiul-Əvvəl ayının əvvəlləri xəstələndi. Başını bağlamış halda müsəlmanların yanına, minbərə çıxdı. Şəhadət gətirdikdən sonra Uhudda öldürülən şəhidlərə məğfirət dilədi və buyurdu: «Allah qullarından bir qulunu dünya ilə nəznində olanlar arasında sərbəst buraxdı, o da Allahın nəzdində olanları seçdi». Əbu Bəkr - radıyallahu anhu bu sözlərin nə məna ifadə etdiyini başa düşdüyündən ağlamağa başladı və: «Anam, atam sənə fəda olsun». Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Yavaş ol, ey Əbu Bəkr! Şübhəsiz ki, dostluq və mal baxımından insanlar arasında mənə ən yaxın olanı sənsən. Rəbbimdən başqasını dost seçməli olsaydım, şübhəsiz ki, səni seçərdim, lakin İslamın dostluğu və sevgisi (bizi bir-birimizə) bağlamışdır. Əbu Bəkr - radıyallahu anhu nu insanlara namaz qıldırmasını əmr etdi. Hicri on birinci ilin Rəbiul əvvəl ayının on iki ya da on üçüncü günündə ölüm halları onda görünməyə başladıqda, əlini suya salır, üzünə sürtür və buyururdu: «Lə İləhə İlləllah. Şübhəsiz ki, ölümün istirabları çox ağırdır». Daha sonra gözləri səmaya doğru dikildi və: «Allahım o, (ər-Rafiqul-Ələ) ən uca dostlar arasında olmaq istəyirəm» dedi. O, gün vəfat etdi.




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə