Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu


MÖVZU 7-8 . “BEYNƏLXALQ MENECMENTDƏ KORPORATİV MƏDƏNİYYƏT VƏ KADRLARIN İDARƏ OLUNMASI



Yüklə 244,17 Kb.
səhifə61/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   57   58   59   60   61   62   63   64   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

MÖVZU 7-8 .BEYNƏLXALQ MENECMENTDƏ KORPORATİV MƏDƏNİYYƏT VƏ KADRLARIN İDARƏ OLUNMASI
Plan:
1. Korporativ mədəniyyət anlayışı və işgüzar etikanın başlıca prinsipləri.
2. Maraqlı şəxslər üçün korporativ mədəniyyətin prinsipləri.
.3. Korporativ mədəniyyət tipləri.
1. “Sahibkarlıq mədəniyyəti” anlayışının daha tam və aydın ifadəsini V.D. Kozlovun “Təşkilati mədəniyyətlə idarəetmə” işində tapmışdır. Burada göstərmişdir ki, “Bu fəaliyyətin formal və qeyri formal norma və qaydalarının, adət və ənənlərin, şəxsi və qrup maraqAlarının, verilən təşkilati strukturun işçilərinin davranış xüsusiyyətlərinin, rəhbərlik üslubunun, işçilərin əmək şərtləri ilə qane olma göstəricilərinin, qarşılıqlı əməkdaşlıq səviyyəsinin sistemidir”. Beləliklə, korporativ mədəniyyət - kompaniyanın dəyərlərini, qarşılıqlı əlaqələrinin üslubunu, iqlimini müəyyənləşdirir.
Korporativ davranış kodeksinin qəbul olunması ilə səhmdar cəmiyyətlərin təcrübəsinin ilk planına etik normalar və mənəvi prinsiplər büruzə verdi. Korporativ münasibətlərə tətbiq olunmaqla bu etik tələblər bəzi xüsusiyyətlərə malik olur. Bu onunla əlaqədardır ki, qeyd olunan sahədə müxtəlif tərəflərin maraqları toqquşur.
Kompaniyalarda korporativ mədəniyyət işgüzar etikanın təsiri ilə formalaşır və genişlənir (bu adamların əxlaq davranışlarının, onların bir-birinə və bütövlükdə cəmiyyətə qarşı vəzifələri sistemidir). Rusiyada hal-hazırda kompaniyaların 3 əsas qrupu fərqləndirilir:

  1. Bazar mühitində xüsusiləşmə (özəlləşdirmə) və post özəlləşdirmə prosesləri nəticəsində formalaşan kompaniyalar;

  2. Bazar iqtisadiyyatı şəraitində meydana gələn kompaniyalar;

  3. Təbii monopoliyalara daxil olan kompaniyalar.

Bu qrupların hər birində qeyd olunan biznesin əsas məsələlərinin təsiri altındaişgüzar etikanın xüsusiyyəti formalaşmışdır.
İşgüzar etika - sahibkarlıq fəaliyyətinin norma və mənəvi prinsiplərinin məcmusu, biznesin əsasını təşkil edən «oyun qaydaları»dır ki, bu qaydalarsız o problemli, riskli və ehtimal olunmayan hesab olunur. İşgüzar etika - səhmdarlar, direktorlar şurası, menecerlər, kompaniya əməkdaşları və kompaniyanın digər maraqlı üzvləri: malsatanlar və xidmət göstərənlər, distribyutorlar, satıcılar, son istehlakçılar, yerli əhali və hakimiyyət orqanları arasındakı mürəkkəb münasibətlər sisteminin tənzimlənməsinin mühüm (zəruri) amilidir.
Müasir korporativ mədəniyyətin əsasını təşkil edən işgüzar etikanın universal prinsipləri Amerika sosioloqu L. Xosmer tərəfindən formalaşdırılmış və dünya fəlsəfi aksiomlarına əsaslanmışdır.


  1. Yüklə 244,17 Kb.

    Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə