Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu


Heç vaxt sənin və ya kompaniyanın uzunmüddətli maraqlarına daxil olmayan bir şeyi etmə



Yüklə 244,17 Kb.
səhifə62/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   58   59   60   61   62   63   64   65   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

Heç vaxt sənin və ya kompaniyanın uzunmüddətli maraqlarına daxil olmayan bir şeyi etmə. Bu prinsip digər adamların maraqları ilə uyğunlaşan şəxsi maraqların və uzunmüddətli və qısamüddətli maraqların fərqlərinin araşdırılması üzrə qədim yunan fəlsəfəsinə (Protoqor) əsaslanmışdır.

  • Vicdanlı, aydın və səmimi olduğuna əmin olmadığın bir davranışı etmə. Bu prinsip Aristotel və Platonun şəxsi ləyaqət haqqında baxışlarına əsaslanır.

  • Heç vaxt yaxşı olmayan, birlik hissinin formalaşmasına mane olan və ümumi bir məqsədə çatmağa səbəb olmayan bir davranışı etmə. Prinsip xeyirxahlığa, qarşılıqlı yardım və qarşılıqlı asılılığa ümumdünya dinlərinin ehkamlarına əsaslanır.

  • Heç vaxt qanunu və ya qanunda qeyd olunan minimal mənəvi cəmiyyət normalarını pozan davranışlar etmə. Prinsip Qobbs və Lokkun dövlətin xoşbəxtliyi (rifahı) üçün insanlar arasındakı rəqabətdə münsif rolunu qeyd etdikləri baxışlara əsaslanır.

  • Böyük xeyirxahlığa aparmayan, sənin də yaşadığın cəmiyyətə zərər verən davranışlar etmə. Prinsip Utilitarizm etikasına - İ. Bentamon Con S. Mill tərəfindən işlənib hazırlanmışəxlaq davranışlarının təcrübi əhəmiyyətinə əsaslanır.

  • Bənzər vəziyyətdə olan insanlara arzu etmədiyin (tövsiyə etməyəcəyin) davranışlar etmə. Kant nəzəriyyələrindən birinə əsaslanır.

  • Digərlərinin hüquqlarını məhdudlaşdıran davranışlar etmə. Bu prinsip Russo və Cefersonun şəxsiyyətin hüquqları haqqında baxışlarına əsaslanır.

  • Elə hərəkıt et ki, qanunvericilik çərçivəsində bazar tələblərini və mənfəəti maksimallaşdır, bu zaman bütün xərcləri nəzərə al. Bu şərtlər maksimal mənfəət, istehsalın daha səmərəli olmasına dəlalət edir. Prinsip A. Smitin iqtisadi teoriyaları və V. Paretonun optimal saziş haqqında baxışlarına əsaslanır.

  • Cəmiyyətdəki zəif insanlara zərər verə biləcək davranışlar etmə. Prinsip Rolsun bölüşdürücü ədalət qaydasına əsaslanır.


  • Yüklə 244,17 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   58   59   60   61   62   63   64   65   ...   69




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə