Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu



Yüklə 244,17 Kb.
səhifə59/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   55   56   57   58   59   60   61   62   ...   69
muhazirə toplusu Beynəlxalq menecment

Antidenpinq rüsumları –idxal olunan malların qiyməti ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu olkədəki real qiymətindən aşağı olduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya istehsalının təşkilinə və ya genişlənməsinə təsir göstərdikdə tətbiq olunur.Dempinq-malların digər ölkələrə öz ölkəsindəki qiymətindən (dəyərindən) aşağı qiymətə satışıdır. Dempinq mal, valyuta formasında olmaqla, xarici bazarda rəqabətdə firmaların əsas mübarizə vasitəsidir. Dempinq ixracat firmalarının vəsaiti və dövlət büdcəsi tərəfindən alınmış vəsait hesabına dövlətin köməyi ilə ixracat köndərişlərini biləvasitə subsidiyalaşdırmaqla həyata keçirilə bilər..Valyuta dempini əmtəə dempinqi ilə eyni məzmunu ifadə edir. Bu məcəllədə dempinqin aşkar və təsdiq olunması, habelə onun tətbiqi nəticəsində dəyən zərərin kompensasiya qaydaları şərh olunmuşdur.Valyuta məzənnəsi yüksəldikdə daxili qiymətlərin rəqabət gücü azalır, ixracın səmərəliliyi azalır. Bunlar isə ixrac sahələri və milli istehsalın bütövlükdə azalmasına gətirib çıxara bilər. Idxal isə əksinə, genişlənir. Ölkəyə xarici və milli kapitalın axını təşviq edilir, xarici investisiyalar üzrə mənfəətin xaricə aparılması artır. Xarici valyuta ilə ifadə olunmuş xarici borcların real məbləği azalır.Valyutanın xarici və daxili ucuzlaşması, yəni onun məzənnəsi ilə alıcılıq qabiliyyəti arasında fərq beynəlxalq iqtisadi münasibətlər üçün mühüm əhəmiyyətə malikdir. Əgər pulun daxili inflyasiya xarakterli qiymətdən düşməsi valyuta məzənnəsinin azalmasından sürətlidirsə, digər eyni şərtlər daxilində mal idxalı təşviq edilir. Əgər inflyasiya nəticəsində valyutanın xarici alıcılıq qabiliyyəti onun daxili alıcılıq qabiliyyətindən sürətlə aşağı düşürsə, xarici rəqiblərin bazardan sıxışdırılıb çıxarılması məqsədilə valyuta dempinqi, yəni malların orta dünya qiymətlərindən ucuz qiymətlərlə kütləvi ixracı üçün şərait yaranır. Valyuta dempinqi üçün aşağıdakılar xarakterikdir:
1. İxracatçı malları inflyasiyanın təsiri ilə daxili bazarda yüksəlmiş qiymətlərlə satın alaraq onu xarici bazarda daha sabit valyuta ilə orta dünya qiymətlərindən aşağı qiymətlərlə satır.
2. İxrac qiymətlərinin azalma mənbəyi əldə edilmiş daha sabit xarici valyutanın ucuzlaşmış milli valyutaya çevrilməsi zamanı meydana çıxan fərqdir.
3. Malların kütləvi ixracı ixracatçılar üçün ifrat mənfəət təmin edir.
Dempinq qiyməti istehsal qiymətindən və ya maya dəyərindən aşağı da ola bilər. Lakin ixracatçılar üçün həddən artıq azaldılmış qiymət əlverişli deyildir, çünki malların xarici rəqiblərə təkrar ixracı nəticəsində milli mallara rəqabət çoxala bilər.
4. Məlumdur ki, valyuta dempinqi ölkələr arasında ziddiyyətləri artırır, onların ənənəvi əlaqələrinə xələl gətirir, rəqabət mübarizəsini kəskinləşdirir. Valyuta dempinqini həyata keçirən ölkədə ixracatçıların mənfəəti artır. Lakin daxili qiymətlərin artması nəticəsində əhalinin rifah səviyyəsi pisləşir. Dempinq obyekti olan ölkədə isə ucuz xarici malların rəqabət gətirməyən iqtisadiyyat sahələrində inkişaf zəifləyir, işsizlik çoxalır. Iri ixracatçı firmalar valyuta dempinqindən xarici rəqiblərini boğmaq üçün geniş istifadə etməyə çalışırlar. Ona görə də Tarif və Ticarət üzrə Baş Saziş (QATT) konfransı 1967-ci ildə dempinq əleyhinə məcəllə qəbul etdi. Məcəllə dempinq həyata keçirilərkən xüsusi cəza tədbirləri nəzərdə tutmuşdur.QATT məcəlləsində nəzərdə tutulur ki,dempinqdən zərər çəkən dövlət müvafiq mal üzrə dempinq əleyhinə xüsusi idxal rüsumu tətbiq etsin. Ümumiyyətlə, valyuta məzənnələrinin hərəkətini sözlə izah etmək və proqnozlaşdırmaq çətindir. Təəcüblü deyil ki, mərkəzi bank valyuta məzənnələrinin hərəkətini modelləşdirmək üçün uyğun işlər aparır. Bu modellərə açıq % pariteti, uzun müddətli tədiyyə pariteti, daxili və xarici balansı özündə birləşdirən balanslı valyuta məzənnələri, qısa müddətli valyuta məzənnə siyasəti, milli makroiqtisadi modellər (portfel balans modelləri və monetar model), əmtəə qiymətləri ilə bağlı olan modellər, ümumi açıq balanslı makroiqtisadi modeli misal göstərmək olar.

Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə