Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu



Yüklə 244,17 Kb.
səhifə67/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   61   62   63   64   65   66   67   68   69
muhazirə toplusu Beynəlxalq menecment

Korporativ mədəniyyət tipləri.
3. “Korporativ mədəniyyət” anlayışını öyrənmək üçün yanaşmaları 2 qrupa bölmək olar: idealistik və praqmatik. Birincinin tərəfdarları müəssisənin inkişaf məqsədilə korporativ mədəniyyəti onun fəaliyyətinin ən yüksək fazası ilə eyniləşdirirlər. İkinci yanaşmanın tərəfdarları isə mədəniyyətə müəssisənin müəyyən olunmuş xüsusiyyətlərə - norma, qayda və ənənələr yığımı kimi yanaşırlar. Bu zaman nəzərə alınmalıdır ki, korporativ mədəniyyətin əksər normaları gizli xarakter daşıyır. İnsanlar müəyyən olunmuş qaydalara əməl edir, ancaq bu qaydaları sonadək başa düşmürlər. Onlar verilən halda necə davranış göstərmək lazım olduğunu bilir, ancaq niyə? Sualına cavab verməyə çətinlik çəkirlər.
Mədəniyyətin başlıca tipləri.
I tip: “paternalizm” - rəhbərliyin etiraz qəbul etməyən avtoritetinə əsaslanan korporativ mədəniyyət. Əmək, funksiya və vəzifə bölgüsü mövcud olsa da, absolyut olmayan xarakter daşıyır.Rəhbər öz qərarı ilə vəzifə bölgüsünü, qarşılıqlı fəaliyyət qaydalarını və mükafatlandırma səviyyəsini dəyişdirə bilər. İş bölgüsü tapşırıq verilməsi formasında həyata keçirilir. Qərar qəbulu və hər şeyə görə çəsuliyyət rəhbərliyin səlahiyyətindədir.
Bu tip mədəniyyət əsas göstəriciləri aşağı olan əksər kiçik və orta müəssisələr üçün xarakterikdir:

  1. Xarizmatik (cəlbedici) liderin mövcudluğu.

  2. İş və mükafatların bölüşdürülməsi səbəbi üzrətorq münasibətlərinin mövcud olmaması. Ən böyük mükafat etibardır (reputasiya).

  3. İdarəetmənin orta səviyyəsi minimuma uyğundur.

II tip: «artel» - bölüşdürülməmiş əmək, bölünməz funksiya və məsuliyyətlərə əsaslanan korporativ mədəniyyət. Hər bir işçi bütövlükdə hər şeyə görə məsuliyyət daşıyır və öz müəssisəsi üçün əlidən gələni hər şeyi edir.
Bir qayda olaraq, qeyd olunan rejimdə tədqiqat və təkmilləşdirmə şöbələri, xidmət məntəqələri, təmir-tikinti briqadaları işləyir. Bundan başqa, korporativ mədəniyyətinartel tipi böyük olmayan müəssisələrə məxsusdur. Bu müəssisələrin ölçüsü müştəri dairəsinə, onların şəxsi tələbat və seçimlərinə yönəlmiş istehsal üstünlükləri əsasında müəyyənləşir.

Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə