Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu


Hər hansı bir şəxsin qeyri-qanuni və etik olmayan davranışı haqqında informasiyanın kompaniyanın idarəetmə orqanları və ya hökumət orqanlarına yönəldilməsi



Yüklə 244,17 Kb.
səhifə65/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   61   62   63   64   65   66   67   68   69
muhazirə toplusu Beynəlxalq menecment

Hər hansı bir şəxsin qeyri-qanuni və etik olmayan davranışı haqqında informasiyanın kompaniyanın idarəetmə orqanları və ya hökumət orqanlarına yönəldilməsi. Kompaniyanın etik kodekslərində hər hansı bir şəxsin qeyri-etik və qanunsuz kompaniyanın rəhbərliyinin ünvanına yönəlmiş davranışı haqqında informasiyanın yönəldilməsinin əsasları və qaydalarının təyin olunması tövsiyə olunur. Bu zaman müraciət edənlər üçün hər hansı neqativ nəticələrin meydana gəlməsi üçün belə müraciətlərə müstəqil və qərəzsiz (ədalətli) baxılmasına zəmanət verilməlidir.

  • Korrupsiyaya qarşı mübarizə. Dünya iqtisadi təcrübəsi göstərir ki, əgər hökumət rəqabət mübarizəsinin dəqiq qaydalarını təyin edirsə, bu zaman rəqabət obyektiv səbəblərə görə qanunilik çəreçivəsindən çıxır. Rəqabət mübarizəsində qeyri-innovasiya texnologiyalarının tətbiqi vasitəsilə qalib gəlmək cəhdləri meydana gəlir, xərclərin minimallaşdırılması və s. Korrupsiya yolu ilə isə kompaniya və şəxs qeyri-qanuni ödənişlərə əsasən səmərəli kontrakt əldə edir və beləliklə ədalətsiz yolla öz rəqibləri qarşısında üstünlük qazanır. Korrupsiyanın qarşısını almaq üçün təşkilat və şəxsi müəssisələrin “qara kassaları” ilə mübarizə zəruridir. Beləki, məhz həmin mənbədən (rəsmi hesabatlarda əks olunmayan pul vəsaitləri) korrupsiyalı alış-verişə pullar xərclənir.

    Bu sahədə ABŞ-ın təcrübəsi olduqaca müsbətdir. Beləki, bu ölkə korrupsiyaya qarşı mübarizə aparan aparıcı ölkələr siyahısındadır. 1934-cü ildə qəbul olunan, 1970-ci ildə dəyişiklik edilən Qiymətli Kağızlar Haqqında Qanun gizli qaydada həyata keçirilən (hesabatda əsk olunmayan) istənilən ödənişləri qadağan edir. Beləliklə, səhmdar və auditor firmalarında rüşvət və aldatmalar haqqında informasiyalar ört basdır edilir. Bu qanuna müvafiq olaraq firma fondlarının istənilən nəzarətsiz göstərişləri ciddi pozuntu sayılır və cinayət tədqiqatına gətirib çıxara bilər.
    Maraqlı şəxslər üçün korporativ mədəniyyətin prinsipləri.
    .2. Maraqlı şəxslər dedikdə, maraqları kompaniya fəaliyyətinə toxunan şəxslər qrupu başa düşülür (səhmdarlar, menecerlər, işgüzar portnyorlar, istehlakçılar və s.). Maraqlı şəxslər arasında 3 başlıca qrupu fərqləndirilər: səhmdarlar, direktorlar və menecerlər. Səhmdarlar öz növbəsində öz aralarında maraqları da fərqlənən 2 kateqoriyaya bölünür: majoritar və minoritar. Minoritar səhmdarlardan fərqli olaraq majoritar səhmdarlar kompaniyanın uzunmüddətli perspektiv inkişafı və az risklərə yönəlmişdir. Əgər onlar dividend ödənişi və gəlirin kapitallaşdırılmasıarasında seçim qarşısında qalsalar, 2-ci seçilər.
    Majoritar səhmdarlar üçün korporativ davranışın aşağıdakı prinsiplərini tövsiyə etmək olar:

      • minoritarların əmlak maraqlarına etinasızlıq etməmək və ölçülmüş dividend siyasəti həyata keçirmək;

      • menecerlərin fəaliyyəti üçün Direktorlar Şurası ilə birlikdə düşünülmüş motivasiya həyata keçirmək (bu öz növbəsində sonuncuların suiistifadə riskini azaldır);

      • direktorlar Şurasının fəaliyyətinin professionallığını və müstəqilliyini planlı olaraq yüksəltmək.

    Minoritarlar üçün korporativ mədəniyyət prinsipləri aşağıdakılardı:

      • kompaniya maraqlarına zərər verilməsinə yol verməmək (səhmdarların öz hüquqlarından suiistifadə etməklə);

      • kompaniyanın kommersiya sirrinə aid olaninformasiyanı yaymamaq;

      • kompaniyanın iri səhmdarları, direktorları və menecerlərindən qəbul olunmuş etik qaydalara əməl olunmasını tələb etmək.


    Yüklə 244,17 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   61   62   63   64   65   66   67   68   69




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə