Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu


Maraqların münaqişəsi halında fəaliyyət qaydaları



Yüklə 244,17 Kb.
səhifə64/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   61   62   63   64   65   66   67   68   69
muhazirə toplusu Beynəlxalq menecment

Maraqların münaqişəsi halında fəaliyyət qaydaları. Maraqların münaqişəsi direktorların, menecerlərin və ya işçinin kompaniyanın maliyyə və şəxsi maraqları toqquşanda meydana gəlir. Bununla əlaqədar rəhbərlik və bütün əməkdaşlarmaraqların potensial münaqişələri yarana biləcəksahələrdə ööz fəaliyyətləri haqqında mütəşəkkil təlimatlar almalıdırlar. Direktorlar, menecerlər və işçilər üçün maraqların münaqişəsi yarana biləcək aşağıdakı sahələri ayırırlar:

  1. maliyyə investisiyaları. Əməkdaşlar (işçilər) firma ilə rəqabətdə olan – işəgötürənlər və ya öz kompaniyalarının konturagentləri hesab olunan firmalarla rəqabətdə olan komapniyada investisiyalaşma həyata keçirməməlidirlər. Əgər söhbət birbaşa deyil, azəhəmiyyətli (portfel) investisiyalardan gedirsə - heç bir münaqişə (mübahisə) yarana bilməz. Ancaq, bu və ya digər dərəcədə investisiyaların “azəhəmiyyətliliyi” məsələsi qiymətləndirici kateqoriya sayılır. Buna görə də işçi bu haqda rəhbərliyə məlumat verməlidir.

  2. Digər kompaniyalarda xidməti olmayan sahibkarlıq və ya digər iqtisadi fəaliyyət. Əgər işçi, direktor və ya menecer digər biznes və ya işə malikdirsə bu komapniyanın inkişafına sərf edilə biləcək vaxt və güc məsrəfini obyektiv olaraq ixtisar edir (vəzifələrin xarakteri ranqından asılı olaraq məhdudiyyətlər müxtəlif ola bilər).

  3. Hədiyyələr. İşçilər, direktor və menecerlərin hər hansı qiymətli hədiyyələri qəbul etməsi yolverilməzdir. Əks halda hədiyyə verən hədiyyə qəbul edənin davranışını kompaniya tərəfindən müəyyən öhdəliklərin qəbulu kimi qiymətləndirə bilər.

  4. Qohumların işi və ya sahibkarlıq fəaliyyəti. İşçilərin, menecerlərin və ya direktorların qohumlarının sahikarlıq fəaliyyəti onların rəqib firmalarla və ya kompaniyanın konturagentləri ilə işlədikləri və ya biznesə malik olduqları halda münaqişələrin yaranmasına səbəb ola bilər.

  1. Korporasiyanın səhmlərinin mühafizəsi və gərəkli dərəcədə istifadəsi. Kompaniya səhmlərinin mühafizəsi korporativqalmaqallar seriyası (ABŞ-da Euron, Avropada Parmalat və s.) halında xüsusi aktuallıq kəsb edir.

Komapniya direktorları və top-menecerləri kompaniya aktivlərindən suiistifadə etməmək və onların gərəkli dərəcədə istifadəsi üçün bütün səyləri göstərəcəklərini yazılı şəkildə rəsmiləşdirilməsini öz üzərlərinə etik öhdəlik kimi ghötürməlidirlər. Rəhbərlik etikasına xüsusi tələblər iri sazişlərin və maraqlı sazişlərin imzalnması zamanı irəli sürülməlidir. Qeyd olunan sazişlərin direktorlar şurası və səhmdarların ümumi yığıncağı tərəfindən razılaşdırılması (təsdiq olunması) prosesi olmadan həyata keçirilməsi, kompaniya mülkiyyətçiləri üçün ciddi itkilərə səbəb ola bilər, korporasiya özü isə iflasa uğraya bilər.

  1. Həyata keçirilən fəaliyyətin qanunvericilik və digər hüquqi normaların tələblərinə uyğunluğu. “Riçard Dartın piramidası”na söykənsək, etikaya riayət olunması biznesin inkişaf piramidasının 2-ci səviyyəsi hesab olunur. O isə öz növbəsində 1-ci səviyyəyə (qanuna riayət olunması) əsaslanır. Qanunvericiliyin tələb və normalarına əməl etmədən etikaya riayət etmək olmaz.


  2. Yüklə 244,17 Kb.

    Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə