Vaqif bəHMƏNLİ artirma poeziya toplusu proloq bir cüMLƏ



Yüklə 4,92 Mb.
səhifə21/23
tarix04.02.2018
ölçüsü4,92 Mb.
#23924
1   ...   15   16   17   18   19   20   21   22   23

YANĞIN

Ñÿíèíëÿéÿì, äèëñèç äèâàð,

Ñÿíèíëÿéÿì, óôóëäàéàí äþøÿìÿ,

Ìÿäÿä âåðèí èøèìÿ...

Óúàäàêû ùèñëè òàâàí,

Òàâàíäàí ñàëëàíàí ëàìïà ,

Ñèçäÿí äÿ íÿ èñÿ

óìóðàì àììà...

Åé, äèðñÿéèìèí àëòûíäàêû ìàñà,

èíñàôûí âàðñà,

è÷èìè ãóúàãëà,

öçöíö ãîé öçöìÿ –

ýåäèì ÷àòûì ñþçöìÿ!..


Åé ïÿíúÿðÿäÿí äöøÿí èøûã –

Âàðàüûìûí àüëûüûíà éàðàøûã,

×ûðàã òóò è÷èìèí ãàðàíëûüûíà,

Ýåäèì ÷àòûì ñþçöìÿ...


Áèð êþñþé ýþòöðöì þç îúàüûìäàí,

Êÿëìÿ îúàüûìäàí, ñþç îúàüûìäàí;

ßëèì éàíà-éàíà ýÿòèðèì áóðà,

Äèëèì éàíà-éàíà ýÿòèðèì áóðà.

Ùàìàð îðòàñûíäà èø îòàüûìûí

Îäó ãÿëáÿ éàòàí áèð îúàã ÷àòàã,

Î îäóí áþéðöíäÿ éûõûëûá éàòàã!
Úÿùÿííÿìÿ êè, ñîíðà éöç ãàäà ýÿëñèí

Àäàìëàð òþêöëöá èìäàäà ýÿëñèí...


ßýÿð êèìñÿ äåñÿ, áóðäà åâ éàíûá

Åâèí äÿ è÷èíäÿ áèð àäàì éàíûá,

Îíäà êöëöì äèíÿð: áóðäà... äàì éàíûá,

Ïÿíúÿðÿ, äþøÿìÿ âÿ òàâàí éàíûá,

Áóðäà ïÿíúÿðÿäÿí ñöçöëÿí èøûã,

Øÿùëà ýþçëÿðèíè ùèñ òóòàí ÷ûðàã,

Äàìàðäà ãàðàëàí ãûçûë ãàí éàíûá.

Áàëà êþéíÿéèíäÿ àíà äóàñû,

Èñëàã êÿäÿð éàíûá, ãóðó ãÿì éàíûá.

Áóðäà êöëÿ äþíöá éàçû ìàñàñû,

Öñòöíäÿ äÿ óúóç áèð ãÿëÿì éàíûá...


2003


HEYRƏT

Mən sizi heyrətə gətirəcəyəm,

Nə heyrət, qeyrətə gətirəcəyəm!

Hələ gözləyirəm Şur zamanını –

Bəlkə, İsrafilin gəlişi, çəkdi...

Hələ hifz edirəm “uç” gümanını,

Içim başdan-başa lələk-lələkdi...
Bilmirəm kim necə, nə niyyət edib;

Insana nə qalır bezdən savayı?!

Varmı düşmənə vəsiyyət edib

Varidat qoymayıb sözdən savayı

Mən sizi heyrətə gətirəcəyəm,

Nə heyrət, qeyrətə gətirəcəyəm!


Qoluma an sayan saat bağlayıb,

Tüpürüb qızıla, zərə, altuna,

Bükülən belimə sursat bağlayıb

Özümü atacam ömrün altına –

Mən sizi heyrətə gətirəcəyəm,

Nə heyrət, qeyrətə gətirəcəyəm.


Sularda batırıb Nuh gəmisini,

Isanı çarmıxdan azad eləyib,

Işığa çıxardıb qaranlıq dini

Məhəmməd mülkünü abad eləyib

Mən sizi heyrətə gətirəcəyəm,

Nə heyrət, qeyrətə gətirəcəyəm!


Tamahın suyuna uyanda hamı

Təkcənə yaşayıb gözü-könlü tox

Adamdan duyaraq Allah tamını,

Sevib adamları Allahdan da çox

Mən sizi heyrətə gətirəcəyəm,

Nə heyrət, qeyrətə gətirəcəyəm!


Cismimi hüznlə torpağa verib

Üstümdə dualar oxunan anda,

Ya şeytan , ya mələk cildinə girib

Şad-xürrəm evimə dönərək sonda

Mən sizi heyrətə gətirəcəyəm,

Nə heyrət, qeyrətə gətirəcəyəm!


Ağ-ağ çiçəkləyib vaxtın qışında,

Təzədən bitirib siyah saçımı,

Qoçaq oğlan olub yetkin yaşında,

Kəndin ortasından bir qız qaçırıb

Mən sizi heyrətə gətirəcəyəm,

Nə heyrət, qeyrətə gətirəcəyəm!



2011
UZAQDA BİR İŞIQ

Óçàãäà, óçàãäà, ìÿíäÿí óçàãäà

Éîðüóí ýþçëÿðèìèí ãàðàñû áîéäà,

Éà ãóø öçöìöíöí ãîðàñû áîéäà

Òèòðÿéÿí, ÿðèéÿí áèð èøûã éàíûð...
Ìÿí äÿ òàëå êèìè, ìÿí äÿ áàõò êèìè,

Ñóëàðû ãûâðûëàí ñûñãà àðõ êèìè

î òÿíùà èøûüà éîë áàøëàìûøàì,

ßðèéÿí þìðöìöí îòóç èëèíè,

Éà ìèëéîí èëèíè, éà éöç èëèíè

Î òÿíùà èøûüà áàüûøëàìûøàì.


Ùÿéàò éîëäàøûìûí, óøàãëàðûìûí,

Àíàìûí, áàúûìûí, ãàðäàøëàðûìûí

Ýþçöíö ýþéíÿäÿí öìöä íóðóíó,

Ñÿáðèíè, ãÿìèíè âÿ ãöðóðóíó

ãûâðûì ëÿïÿñèíäÿ éàøàäàí àðõûí

òîðïàüà ùàíñû äà èêè äàìëàñû

Ãà÷ûð î èøûüà àõûð äàìëàñû,

Ãà÷ûð î èøûüà àõàð äàìëàñû...


Óçàãäà, óçàãäà, ìÿíäÿí óçàãäà

Áèð èøûã êþçÿðèð áÿõò óëäóçó òÿê.

Ùÿñðÿòëÿ äàðòûíûá ãàðäà, ñàçàãäà

Àíàñûí èòèðÿí êþðïÿ ãóçó òÿê

×àòìàã èñòÿéèðÿì ýöìàí éåðèíÿ,

Öôöãöí íóð ñóéó äàìàí éåðèíÿ...
Áèð ãàéà äèáèíäÿ, äàø êþëýÿñèíäÿ,

Ãàðà òîðïàãëàðûí éàø êþëýÿñèíäÿ

Áàõûá ýþðöðÿì êè, òàìàì ãóðóéàì,

Áèð ãàéíàð àõûíûí ñîëüóí íóðóéàì.
Óçàãäà, óçàãäà, ÿââÿëêè êèìè

Éàíûð î áàëàúà, ýöìàíëû èøûã,

Î òèòðÿê, øöáùÿëè, äóìàíëû èøûã.

Àììà î èøûüûí îäó, èñòèñè

Ìÿíèì òîðïàüûìû ãûçäûðà áèëìèð,

Ýöëöíäÿ ñàéðûøìûð ãóðóìóø àðõûí.

Ìÿíèì ãàéà éàðàí, òîðïàã äàüûäàí

Ñÿáðèìäÿí àðàëû éàíûð î èøûã,

Ãÿáðèìäÿí àðàëû éàíûð î èøûã!..
1983


HEYİF

Ãÿùð åäÿðìèø àäàìû äÿðä, áèëìèðäèì,

Ùàéûô ìÿíÿ, ùàéûô ìÿíèì þìðöìÿ,

Áó äöíéàíû áåëÿ íàìÿðä áèëìèðäèì,

Ùàéûô ìÿíÿ, ùàéûô ìÿíèì þìðöìÿ...
Èëìöäàì úàí äåéÿí äèëëÿðÿ ùàéûô,

Øàõûíäàí öçäöéöì ýöëëÿðÿ ùàéûô,

Öìöä áÿñëÿäèéèì èëëÿðÿ ùàéûô,

Ùàéûô ìÿíÿ, ùàéûô ìÿíèì þìðöìÿ.
Î ñåë ùàíû, ùàíû ÷àüëàð ýóðóëòó?

Ãà÷àð îëäóì, éîõóøëàðäà éîðóëäóì,

Ó÷àð îëäóì, ãàíàäûìäàí âóðóëäóì...

Ùàéûô ìÿíÿ, ùàéûô ìÿíèì þìðöìÿ.
Äîñò éàüûéìûø, äöøìÿí éàüû äåéèëìèø,

Éàð áàõ÷àñû úÿííÿò áàüû äåéèëìèø,

Åøã èëàíìûø, åâ ãîíàüû äåéèëìèø

Ùàéûô ìÿíÿ, ùàéûô ìÿíèì þìðöìÿ.
Ýöíëö ýöíäÿ áàòûá ãàðà, éàíûðàì,

Ôÿëÿê ýöëöð, àëëàùâàðà éàíûðàì,

Àíàì äåéÿí ëàéëàëàðëà éàíûðàì,

Ùàéûô ìÿíÿ, ùàéûô ìÿíèì þìðöìÿ.
Øÿâÿ êèìè èøûëäàéàí òåëèì àé,

Ñóëàðäàí ñàô ñþçÿ óéàí äèëèì àé,

Øàõ éåðèíäÿí èêè ñûíàí áåëèì àé –

Ùàéûô ìÿíÿ, ùàéûô ìÿíèì þìðöìÿ.


2001

V. DİAQNOZ

DİAQNOZ

Bu silsiləyə daxil olan yazıların hər biri əslində ayrıca yaranıb. Amma bir-birinə yaxın müddətlərdə; 2008-ci ilin on-on beş qızmar yay günündə. Təqribən eyni zaman içində doğulan bu silsilə məhz indiki zaman haqqındadır.

Yazıları qaynar vaxt ocağının qışqırtısı da adlandırmaq olar.

Bu şeirlər min illər boyu cəmiyyət həyatı ilə bağlı olan sadə həqiqəti bəlkə də mininci dəfə təkrarlayır: insanların amansız zaman sınaqlarına dözərək, yaşayaraq kamilləşməsində hər dürlü idarəetmənin payı olduqca cüzidir. Halbuki bütün dünyada əsas qarşıdurmalar idarəetmə hökmündən törəyir, məhz idarəetmə olimpinə qalxmaq istəyi peşəkar siyasi elitanı, eyni zamanda yeniləşməyə sonsuz ümidlər bəsləyən xalqı ifrat dərəcədə məşğul edir.

Bu şeirlərdə isə deyilir ki, yalnız insanın özünü idarə etdiyi cəmiyyət idarə olunan cəmiyyətlərin ən mükəmməli ola bilər…

Bu, bəşəriyyətin qədimdənqalma məqsədidir.

Vəssalam. Və gümanımca, ideyanı ən geniş miqyasda davam etdirmək olar. “Diaqnoz” romanı siyasi traktat deyil, romanda, əgər varsa, poetik məziyyətləri, bir az da cəmiyyət qarşısında məhz idarəedən siyasi, ekonomi, mədəni elitadan və xalq kütlələrindən deyil, məhz fərdlərdən asılı olan borcu hiss etsəniz kifayətdir...

ÜZ QABIĞI

Söz deyil, yan-yana dərdi düzürəm –

Dərin dəryalarda gəmim üzüldü.

Sən mənə deyirsən, uzun yazıram,

Mən uzun yazmıram, dərdim uzundu…

2008

CAN

Daha ağlım kəsir,

nədir qandığım

hər anı ağ-qara,

haça canımdan!

Mənim baba canım...

nənə sandığı;

Bilirsən nələr var qoca canımda?!


Sarıdı, kürəndi, həbəşdi canım,

hamıya bənzərəm...

bənzərim yoxdu.

Xalça, yorğan yüklü fərməşdi canım–

Gülümdən kimsənin xəbəri yoxdu...
Dünyanın nə qədər sərvəti varsa

İçimə yığıram, cibim deşikdi...

Mənim qoca canim səbir kasası –

Fəqət səbrim daşmır, dibim deşikdi!


Bir tayı sevdadı, bir tayı qəmdi...

Çiynimdən asılan xurcundu canım.

Çəkər son hesabı əli qələmli –

Axirət gününə borcumdu canım.


Yel döyən varlığım beşikli eyvan;

Körpələr ağlayır laylalar üçün.

Susuz, quru canım çöllü-biyaban;

Məcnunlar sürünür Leylalar üçün.


Siz məni tutmayın arba dəliyə,

Qafamı oynadan qeyrət qanıdı.

Ölməyib bir arzum öz əcəliylə

Bədənim şəhidlər xiyabanıdı!..


Deməyin canım qan, qan bir qaşıqdı–

Nə bilər böyrümdən tələsik qaçan?

İçim elə tünlük,

qarışıqdı ki,

Canım da az qalır

canımdan qaça...


Bilmirəm körpüsü, səkisi nədi–

Sallanıb keçirəm yolun ağından.

Canımda nələr var,

çəkisi nədi? –

Bir az dizim bilir uc-qulağından...
Daha ağlım kəsir...

nədir qandığım

Hər anı ağ-qara,

haça canımdan.

Üstü batıq köksün nənə sandığı–

Kim bilər nələr var qoca canımda?



2008

ÜZÜAŞAĞI

Göyə üz çevirir yerindən qalxan,

Hər nə var, can atır üzü yuxarı.

Sonunu unudur,

zikr edir nadan;

yəqin Allah dartır bizi yuxarı!


Quş qırır yuvada yumurtaları,

özündən irəli dimdik yeriyir.

Ağaclar boy atır üzü yuxarı,

dünənin çubuğu dim-dik yeriyir.

Böcəklər, arılar, ilanlar, güllər,

topalar, təktəklər...

üzü yuxarı.

Ümidi hər yandan üzülən əllər,

Sevdalı ürəklər üzü yuxarı...
Sərvət tək işarır ulduz dölü də;

guya göy üzündən xəzinə çıxır.

Suların dibinə batan ölü də

dombalıb dəryanın üzünə çıxır.


Təki qalxmaq olsun, bir kəs minənə:

“Belimi sındırdın, düş”, - demir niyə?

Göy üzü xırmandı;

cumuruq dənə -

Allah toyuğuna “kiş” demir niyə?
Amma seçim gərək ağı qaradan,

Son güman kökdədi,

dibdədi axır.

Çox da ki, göydədi bizi yaradan –

O da yuxarıdan aşağı baxır.
Gənc vaxtı suyun da beyni qan olub

Qalxıb göy üzünə,

nə vardı axı?

İndi də it kimi peşiman olub

Buluddan tullanır üzü aşağı...
Günəş işığını aşağı səpir

ulduz da eləcə, Ay da eləcə,

dağların ən qəlbi yerindən qopub

Axır aşağıya çay da eləcə.


Nə qədər millənən ümidlər itdi,

Göylərdə nə var ki,

varsa, xəyal var!
Üzüyuxarıya gedən yol mifdi,

üzüaşağıdı gerçəkli yollar.


Üzü aşağıdı gerçəkli yollar –

Aşağı gedən yol dərinə gedir.

Havayı bükülmür qoyuna qollar

Sınır,


qatdalanır, yerinə gedir.
Nahaq göylərədi torpağın üzü,

Küsürük yolları enişdi deyin.

Dikələn başları görür göy üzü,

dözür, hövsələsi genişdi deyin.


Görk olmur xilqətə, açır çətrini,

Uçmağı hər işin asandı bilir.

Göylə əlləşənlər yerin qədrini

Göylər təpəsindən basanda bilir...


2008

DİAQNOZ

Birisi neçə ildi

Dərd əlindən naçardı,

Çöldə qalıb...

keçirdir

mərək çatışmazlığı.


Birisi ev diksəldir –

bunun da zikri bəlli;

qəfil meydana gəlib

dirək çatışmazlığı.


Nə ki, ac var, xəstədi,

Əcəl deyil, bəs nədi?

Yalavacı əsnədir...

Çörək çatışmazlığı.


Yetər, dedik yavaşdan –

Keçdik qurudan-yaşdan...

Gərək biz bəri başdan

Görək çatışmazlığı.


Çatdı sözün qatarı –

Baxma səthi, ötəri...

Hamısından betəri

Ürək çatışmazlığı,

Ürək çatışmazlığı...
Hirsdi, kindi, qəzəbdi,

Həyəcandı, əsəbdi,

Hər ölümə səbəbdi

Ürək çatışmazlığı.


Ovqatını pərt etmə,

Heç özünə dərd etmə

qoturluğu, dazlığı.

Bir elə də fərq etməz

canda qanın azlığı...

Hövsələni bir az bas –

Odur canlar alan kəs...

Başqa söz ola bilməz:

Ürək çatışmazlığı!
Baxmır boldu dənləri,

Baxmır xoruz, fərədi.

Özündən deyənlərin

Anasını mələdir

Ürək çatışmazlığı.
Çöldə-düzdə çiçəyi,

otu öldürən nədi?

Qarışqanı, dəvəni,

Kəpənəyi, birəni;

Biti öldürən nədi? –

Ürək çatışmazlığı!


Sağ çıxmayıb bir insan:

Keçilməz bir bərədi.

Sinələrə sancılan

Qəfil oxlar törədir

Ürək çatışmazlığı.
Yeri, xəbər al kənddən

Cavanca köçmədimi

Atan da eyni dərddən?

Kövsəndə çökmədimi

Atın da eyni dərddən?

Mətin də eyni dərddən,

Satqın da eyni dərddən...

Budur əcəl yasdığı,

budur haqqın yazdığı –

ürək çatışmazlığı!


Birinin damarını

yabı kimi bururlar –

itirir oğlanlığı...

Birini bəyirdirlər;

heç vermirlər qanlığı,

ilişib kolda qalır

qızıl kimi qızlığı...

Nə məhkəmə, nə hakim? –

nə ayıb varsa, sonda

üstünə mala çəkir

ürək çatışmazlığı...
Dərd nə idi olsaydı

dağda, daşda, küçədə -

Onu anamız doğub

bizimlə bir gecədə.

Evimiz, eşiyimiz,

beşiyimiz bir olub,

Bizimlə bir yekəlib,

döşəyimiz bir olub.

İndi də hər baxışda,

indi də hər gözdədi;

Səhər-axşam bizdədi...

Biz nədi, biz azdı, az

Bizim içimizdədi

ürək çatışmazlığı!

Yoxdu heç bir əlacı,

Milyon ildi beləcə

Əzrayıl tək əl açıb

Əmini də aparır,

dayını da aparır,

Bacanağı, baldızı,

qayını da aparır

Qoçağı da aparır,

Mitili də aparır,

Dahini də aparır,

qatili də aparır

ürək çatışmazlığı.


Nahaq zəvzəyirəm mən

bayaqdan qozu-qozu,

bu sirli diaqnozu

söylə çıxıb başa kim? –

Fərmanı Allah verib,

altdan yazıb: Baş həkim!


2008

TISBAĞA

1.

Düzdü,


tısbağa

əruz vəznindədi,

qlobal sürəti

qəhr etmək əzmindədi,

yeniliyi

məhv etmək qəsdindədi.

məziyyəti üstündədi...

Çox da ki, üfunət qoxuyur,

Çox da ki, pis gündədi –

Bununla belə, tısbağa

qəzəldi,

müxəmməsdi,

qəsidədi...

Nə bilək, bəlkə o,

yoxluqla varlığın arasıdı,

uçmayan yarasadı?..

Hələ bu harasıdı, qağa,

Misir ehramıdı tısbağa –

bir milyon qul tər töküb

onu başa yetirincə,

tanrılar gör nə çəkib

qağamız tısbağanı

boya-başa gətirincə.

Misir ehramıdı tısbağa –

hörülüb daş-daş,

divarı şirli-şirəli,

Hərdənbir şir bədənli

Sifinks kimi

irəli,

irəli,


irəli çıxır baş –

qorxa-qorxa,

yavaş-yavaş!
Keçmişin

ən qorxduğu şey

indidi, qardaş!
Amma mən bu şeri

azadlıq,

insaf,

cəsarət,

sürət üstündə yazım gərək.

Bu şerin içindən

ilan-qurbağamı,

lap elə tısbağamı,

və yaxud

nə çıxar görək?


Ürəyim partladı,

canım tısbağa,

tez elə, tez elə

başını çıxart görək!


2.

Ən ləng heyvandı o!


Gözümlə görmüşəm bunu mən –

Quş quşluğuynan

qanad sala bilməyən

dörd yanı daş hasarlı

bağımın içində

bir tısbağa yaşayır...

Nə Spartaq,

nə Babək,

nə Teymur Ləng...

Bu lənd oğlu

pəncəsində

yol ölçməkdən daşlaşan

çatlaq çarıq daşıyır,

Qabarlı kürəyində

tarixdən öncəki

tarix daşıyır...


Yeriyir asta-asta –

Qobustandı, Qobustan!

Ya da Qız qalasıdı,

Alınmaz qalaçadı...


Vallah, billah, yaşayır,

vecinə almır heç nəyi,

elə bil şah yaşayır!

Elə bil


ona tikmişəm

bu boyda mülkü...

Özüm kimi dazdı,

yoxdu dərmana tükü.

Özüm kimi yaramazdı

bəlkə nədi, nə bəlkə

Küydü-kələkdi yükü...

Tülkünün biri tülkü

qum eşir,

torpağı qalaq-qalaq eliyir.

Allah qoymasa babamdı,

dombalıb bostanda

alaq eliyir.

Qələt eləyir;

Alaq-malaq cəhənnəm

yazıq nəvələrimi

bağırdalaq eləyir.
Biri:

– Baba,


tısbağa məni yedi, – deyir.

Biri:


– Baba,

tısbağa

başını çıxardıb

mənə söz dedi, – deyir.

Buna bax,

yeriyə də bilmir,

çağadı, – deyir biri.

– Babamın başına bax,

elə bil

tısbağadı deyir, – biri...



Vəlvələ düşür bağa,

uşaqlar gülür,

qoşulub uşaqlara

gülür tısbağa...

Amma, qağa,

adam yeyən deyil ki, tısbağa,

dil açıb

söz deyən deyil ki, tısbağa,

çağa deyil ki, tısbağa...

Əlbəttə,


hamısı uşaq ağlı,

uşaq nağılı,

hamısı gop...

Amma bu antilop,

yaşayır!

Milyon illərin sirrini

taxta sandığa yığıb

mənim bağıma daşıyır,

Mənim bağımdan ayrı bağa,

ordan da,

Allah bilir

harasa daşıyır...


3.

İçinə sıxıla-sıxıla,

dura-dura,

yıxıla-yıxıla yeriyir.

Yeriyir bağa-bağa,

özünü boğa-boğa...

Qağa, nə bağ,

nə bağban, qağa –

Dünyanın

sonuncu


cəhənnəminə gedir insan...
Bu isə

yanını basa-basa,

ən birinci

cəhənnəmdən gəlir!

Ən dərin kədərdən,

Şübhəsiz, ən dərin

qəmdən gəlir.

At ilə, it ilə, payı-piyada

nə bilək,

bəlkə də gəmiynən gəlir,

Adəmlə Həvvanın yanından gəlir,

ən azı


Nuh əyyamından gəlir...

gəlmir e... can çəkir,

dirilir, ölür...

4.

Bir hikmətdi tısbağa yerişi –

uzun zırıltıdı Yer işi...

Dünya


qara,

dombaq bir kürə –

Kim bilir qarnının altında

nə var?
Kim bilər qarnının altında

nə var

cəhənnəmin



birinci qatından gələnin,

torpağın altından gələnin,

tarixin zatının

zatından gələnin?


5.

Ləng,


Ləng olmalıydı

onun adı...


6.

Bağımı


təsvir edim bir az,

Yoxsa fikrim tısbağa kimi

örtülər qapaq-qapaq,

anlaşıqlı olmaz!

Bax burda,

tısbağanın burnunun ucunda,

durduğum yerdə mənəm,

orda nardı,

orda iydədi,

əncirdi,


yastı-yapalaq meynədi,

Küknar heç,

kefi kökdü,

uca başı göydədi.

Qağa,

hamısı qalsın bir qırağa,



Bizim tısbağa

o iydədən

o əncirə çatınca

bir həftə ötür.

İndi nə bilək ki,

yazığın yolu daşa dirənir,

ya günü kefdə ötür?

Düzdü,


qaynar qumun üstündə

nökərçilik eləyir,

nə padşahdı,

nə ağadı...

Di gəl ki,

dünyanın əvvəlindən yol alıb

dünyanın sonuna çatan

yeganə diri, dediyim kimi,

tısbağadı!
7.

Nərçə gedir, nər gedir –

üstdən bilinməsə də

Allah bilir, içinə

neçə litr tər gedir!

Cılğa yetimdi mağmın,

Elə bil əsgər gedir...
8.

Zarafat bir yana,

Mən onun qağasıyam,

o da mənə qağadı.

Özüm də tısbağayam,

oğlum da tısbağadı,

qızım da tısbağadı...

Qapım, bacam, həyətim,

Qara günüm, həyatım,

evim də tısbağadı;

arvadım bizdən betər!..

Tısbağa sürətinə

yetsə bir sürət yetər,

fikrimdi qəti –

nağıl qanadına, ata, qatara,

ən iti yerişli uçağa minib

kəndirdən sallaşıb, bıçağa minib

həqiqət axtaran

insan sürəti!

Əgər gözünüzlə

görmək istəsəniz bu həqiqəti,

tısbağa qardaşlar,

tısbağa dostlar,

tısba-tısbağa

maşınlara doluşun,

ilan-qurbağa yollardan

tısbağa sürətiylə ötüşün,

yetişin


bizim bağa...

Qardaşım tısbağa,

dostum tısbağa,

Boynunda qalstuk,

əynində

kostyum tısbağa!

Jurnalist tısbağa,

hakim tısbağa,

müəllim tısbağa,

həkim tısbağa,

müvəkkil tısbağa,

gizir tısbağa,

dünyanı udmağa

hazır tısbağa...

Mən də tısbağayam

siz də tısbağa;

yığışaq bizim bağa.

Bizim bağ əl verməsə,

yığışaq sizin bağa...

Burda da var tısbağa,

Orda da var tısbağa...
Tısbağa papağımızı

qabağımıza qoyub

tısbağa başımızı

işlədək bir az,

Heyvərə uşaq kimi

körpə barmağımızı

tısbağa ağzına dürtüb

dişlədək bir az!

Heç olmasa bircə səhər

paxmeldən çıxmaq üçün

yüz əlli vurmayaq,

ağrıdan ayılaq,

ayılmaq deyilmiş ayılmağımız...

ayılaq, ayılaq,

ayrıdan ayılaq!
9.

Məni qəhər boğur, tısbağa qardaş,

Tısbağa həyatı yaşayırıq biz.

Hər işə gedirik ehmalca, yavaş

Tısbağa kimi də düşünürük biz!

Canın candan xəbəri yox,

qanın qandan xəbəri yox,

qının qından xəbəri yox,

bunun ondan xəbəri yox,

onun bundan xəbəri yox...


Dünya sandıqçadı, dörd yanı bağlı,

Kimin tısbağacan var isə ağlı

Bilir, yaxşı bilir antik nağılı.
Həqiqət qutudu içində yalan...

Açın sandıq-sandıq darvazaları

Düzün süfrələrə qədimdən qalan

Enli siniləri, dar vazaları...


Tanrıdan izinsiz çəkilənləri,

Tısbağa tək top-top bükülənləri

dolduraq tısbağa kasalara,

yığaq tısbağa masalara...

Məndə də çıxartmağa

bir şey tapılar,

O mənim ürəyimdi

min ildi daşa dönüb,

kürəyi cadar-cadar!

Bu halət, bu hal ilə

yeriyib hara çatar?

Bir miskin gora çatar!


10.

O yanar tısbağadı –

Sən xalis qızıl teşt de.

Sən Günəşə Günəş de –

mən tısbağa deyirəm.

Ayıya ayı de,

Aya da ki, Ay –

mən tısbağa deyirəm.

Gecə-gündüz alışır

bala-bala tısbağa,

Dağ, ana tısbağadı,

təpə, bala tısbağa!

Vallah, qoymuram lağa,

Billah, belədi, qağa!


Qalanır üst-üstə...

illər tısbağa,

Son anda açılan ümid adına

sonra da bükülən əllər –

tısbağa!

İnsan da sürünür tısbağa kimi –

yaxına,

uzağa


o bağdan bu bağa kimi,

arandan dağa kimi...

Kasıba kasıb demə,

avara tısbağadı –

özünə çəkilib,

içinə çöküb!

Tısbağa qəsrlər,

tısbağa qalalar,

sümük kimi bitmə daş hasarlar...

içində xoşbəxtlik,

guya kef, guya damaq...

Hasardan o yana, çöldə

alkaş Həsən,

bomj Elik –

dabanı çatlaq,

şalvarı yamaq...

Tısbağa çanağı kimi

quru, taqqanaq çörək diliminə

möhtac adamlar,

Canavar kimi

ac adamlar...

Səfil tısbağalar,

Çölçü tısbağalar...
... Demə ki, mətləbi böyütdüm,

qağa,


Siyahı həddindən böyükdü, qağa!

Evlərin künəsi çanaq-çanaqdı,

Ekranın sinəsi qanaq, qanaqdı.

Orda cövlan edir tısbağa tanklar

Toplar, təyyarələr

yağdırır torpağa tısbağa daşlar,

göydən ölü düşür tısbağa quşlar...

Canı şüşə qəfəs içində, fəqət,

Azadlıqdan dəm vurur

tısbağa başlar...

Bəlkə mavi göldü mavi ekranlar

biz də


o göl qırağında göl tısbağası!

Həyətdə tığlanıb zibil qalağı

Ovulan burunlar, qaralan ciyər,

Hələ bədbəxtlərin şişən dalağı...

Nə gəldi həzm edən dombaq qarınlar,

Hələ soyuducu –

sandıq-sandıq ət...

Tısbağa, tısbağa, atana lənət,

Tısbağa, tısbağa, zatına lənət!


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə