Vaqif bəHMƏNLİ artirma poeziya toplusu proloq bir cüMLƏ



Yüklə 4,92 Mb.
səhifə23/23
tarix04.02.2018
ölçüsü4,92 Mb.
#23924
1   ...   15   16   17   18   19   20   21   22   23

ÖLƏNDƏ

Biri deyir guya ki,

ot olub qayıdacaq.

Biri qurd, biri təkə,

it olub qayıdacaq.

Biri topuğu səkil

at olub qayıdacaq...

Qayıtmaq nədi, əşi,

Mən öləndə güləcəm!
Damarımda solan qan –

gül ləçəyi – təbəssüm!

Sözümə inanmayan

görüm bu gündən ölsün –

mən öləndə güləcəm...
Zay olan əməyimin

hər birinə münasib,

Fələyin ələyinə,

xəlbirinə münasib,

Tanrının əməlinə,

tədbirnə münasib;

mən öləndə güləcəm…
Kürəyimin donqarı

dəvədi, billəm axı...

Saçlarımın ağ qarı

güvədi, billəm axı...

Kim kimdi, nəkarədi

nə nədi, billəm axı! –

Mən öləndə güləcəm.
Dəyirmanın yel qovan

qara ununa görə,

Üz cıran anaların

qızıl qanına görə,

Şahanə arzuların

miskin sonuna görə

mən öləndə güləcəm!
Ömür boyu tikilən

suvaqsız hasarıma,

Həyətimdə dikələn

əncirimə, narıma,

Qatırlara yük olan

şeir kitablarıma

mən öləndə güləcəm.

Bərkdən gülsün yaddı kim,

Sən də gül yavaş-yavaş...

Məclisdə nə çatmır ki,

o molla, o da ki aş...

Ölsəm dünya batmır ki,

məni qınama, qardaş,

mən öləndə güləcəm.


Dediyim deyil hədər,

məni şeytan bilməyin.

Mən ölən günə qədər

biriniz də ölməyin –

Görün ki, necə olur

ölülərin gülməyi...

mən öləndə güləcəm!
2008

SƏN

Cümlə sələflərin zəhməti hədər,

Əziz-xələflərin zəhməti hədər...
Göylər qapısında qul kimi durma,

Atam, anam deyib,

özünü yorma –

Sevib-sevənlərin qisməti kədər...

Adamı kim sevər Allahı qədər?!
Adamı kim sevər Allahı qədər? –

Amma O...

ən dərin bətnində fərşin!

Ona yol çox uzaq...

həm də bir arşın!
Onun gözlərində qoca kainat

Yiyəsi çarəsiz bir uçuq damdı,

Möhürü basılı paslı bir camdı...
Adamı kim sevər Allahı qədər? –

Adamdan Allaha bircə addımdı

Adam Allahdı,

həm Allah adamdı!


İşıqlar, küləklər, yağışlar kimi,

Qaş kimi, göz kimi, qırışlar kimi

Allahın möhbü var Adam alnında,

O həm uzaqdadı,

Həm də yanında...
Lap səbri güc elə, dizinə cala,

Lap boş xəyalların yüzünə can at;

Sonda son nəfəs də yük olur cana!
Yolların hamısı gedən yol deyil,

Sənə gələn də bir İlahi yol var!

Yollar düzü sevir, düzünə can at,

Allah üzündədi, üzünə can at!


Kimsə qopardımı bu yerdən Yeri

Niyə dayanmısan, bir tərpən, yeri!

Yeri, bəxt axtaran biçarə, yeri,

Çölün tərkini qıl, içəri yeri!


Elə ki, gözündən içəri girdin,

Elə ki, üzündən içəri girdin,

Elə ki, özündən içəri girdin,

Elə ki, çiynində kəsilmiş hana

Birtəhər yetişdin haqq qapısına,

Nur saçan qapını elə ki, gördün,

Düşünmə ki, fəndgir fələyi gördün!
O qapı ağzında dağca, ya qumca,

Sulanmış meyvəcə, dişbatmaz tumca –

İntizar içində

dayanıb kimsə

Yolunu gözləyir…

anan deyil o,

Nə baban, nə də ki, atan deyil o!
Heç sən də göylərə çəkilməmisən,

Nur olub dərgaha tökülməmisən!

Baxma, od içində, toz içindəsən;

Sən öz bətnindəsən, öz içindəsən!

Budur istədiyin baxtının taxtı –

İçində bulduğun o kəs... Allahdı!


Umduğun uzağın yolu bir arşın,

Sən özün Allahsan, dinsən, əfəndim.

Ən dərin bətnində ərş ilə fərşin

Səni qarşılayan …sənsən, əfəndim!


Son qoyub min ilin həsrətlərinə,

İçinin, çölünün qürbətlərinə,

Beyninin, sinənin daş sədlərinə,

Hökm edib ağlının sərhədlərinə

Gəlib yetişmisən ürfan evinə,

Gəlib yetişmisən öz can evinə...


Gəlib yetişmisən, bir bax, əfəndim,

necə də qədimdən qədimdi için,

onçun da didimbə-didimdi için...
Qoy olsun...

o altun açarı buldun,

İçində ayrı bir içəri buldun!

Bildin...

o kimsənin kimsəsi sənsən,

Haçandan gəzirdin o kimsəni Sən!


Üzü sular kimi, saçları yosun,

Həm də ki, o kimsə –

məsumdan məsum...

Uçmağa qanaddı çiynində yükü –

Bəmbəyaz lələyi bükümbə-büküm.

Sirli tumurcuq tək körpədən körpə,

Elə bil dikəlir qanından pöhrə.

Onu körpə sanma...

Çəkinmə, sən ona, Allahım söylə.

Onu pöhrə sanma,

Çəkinmə, sən ona Allahım söylə!
Sonsuz bir istəklə gözlərini ört,

Onun işıq saçan dabanından öp.

Onun əllərini duz kimi yala,

Min dəfə şükr elə gəldiyin yola.


İlahi bənziyiş gəlir ilikdən –

Sən elə Allahsan...

isbat Allahın!

Gözündən leysan tök bəxtəvərlikdən

Qızıl saçlarını islat Allahın!..

De ki,


yetirdim mənzilə ağır köçümü –

Milyonda bir düşür bu fürsət ələ!

Göyün üzü qədər böyüt içini,

İçinə göy qədər hüdudsuz elə...


Xoş gəldin, əfəndim, can otağına

Özün öz canını al qucağına,

Al qucağına!..
Kim olar Allaha bu qədər yaxın,

Kim çatar qəflətdən həqiqətəcən?

Köksünə sıxdığın körpə Allahın

Qulu, nökəri ol qiyamətəcən!


2008

EPİLOQ

ALLAH
Yer qalxır, göy düşür, aləm laxlayır...

Məhvərdə nə qaldı....

yoxlayır Allah!

Allah saxlayanda, vallah, saxlayır –

Məxluqu mələk tək saxlayır Allah.
Mənə Allah qənim ayrı hal varsa –

Sevər axirəti pirkamal varsa...

Xəlbirdən keçirir nə əməl varsa,

Hökmünü ələk tək saxlayır Allah.


Möcüzə ondurmu hesaba çəkim? –

Mən kiməm,

hesabı çəkirsə hakim?

Qəzəbi tutanda süpürgə çəkir;

Tufanı kürək tək saxlayır Allah!
Qurbanlıq quzu tək soyur dünyanı,

Didir, didimləyir, oyur dünyanı...

Sonda göz üstünə qoyur dünyanı

Müqəddəs çörək tək saxlayır Allah.


Sayır birər-birər hər günahları,

Öpür dərgahına qalxan ahları –

Daşını daş üstə qoymur şahların,

Fəqiri dirək tək saxlayır Allah.


İlmüdam açıqdı bir pəncərəsi,

Bağlı mənzildə də rüzgarlar əsir...

Xilqətin canında axır nəfəsi

Bir topa külək tək saxlayır Allah.


Tanrım, kaş sözlərim dillərdə qala;

Arı istəməzmi güllərdə qala?!

Öləndə də qıymır çöllərdə qalaq

Məzarı mərək tək saxlayır Allah.


Batırır zəhərə, bala qaşığı;

Zülmət bəbəklərə verir işığı...

Başına min oyun gələn aşiqi

Döyünən ürək tək saxlayır Allah.

Baxma qayçılayır il ömürləri,

Niqab ömürləri, tül ömürləri...

Kitab arasında gül ömürləri

Qurumuş çiçək tək saxlayır Allah.



2008




Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə