Varliğimiz



Yüklə 0,63 Mb.
səhifə11/26
tarix25.06.2018
ölçüsü0,63 Mb.
#51504
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

 

37 


Amma məhdud fürsətlər dahisi öz zati istedad və qüdrətini 

elə  bir  iĢin  vicdanına  buraxır  ki,  sonunun  nə  olacağı 

əvvəldən bəlli deyil. Yalnız illər keçdikdən sonra anlamaq 

olur  ki,  uzaqdan  Ģəhərin  çıraqlarını  görən  səhv  etməmiĢ, 

Ģəhərə  daxil  olmuĢ  və  bir-bir  evimizin  qapılarını 

döymüĢdür. Nima YuĢicin təbirincə desək: 

Sübhədək bu isti gecədə 

Çıraq yandırdım, çünki 

Ġstəyirəm daha da yaxĢı yerdə tikəm 

Korlar evində bir divar. 

Tikdiyimə bir kor qoydu 

Barmağını ki, onun üzərində eyiblər vardır... 

Məhdud fürsətlər dahisi korlar evində divar tikir. Hətta 

əgər  bu  korlar  bilmədən  və  anlamadan  ittiham  barmağını 

bu  insana  doğru  uzadırlarsa  belə,  o,  gecə  qaranlığında 

kərpiç üstə kərpiç qoyur ki, sabah günəĢ çıxdıqda insanlar 

üzərində  kölgəlik  yaransın.  Tibbə  dair  Ġran  və  dünya 

mətbuatında nəĢr olunmuĢ 100 məqalə müəllifi, «DaneĢi-

pezeĢki» aylıq jurnalının baĢ redaktoru, neçə xəstəxananın 

cərrahı,  Cavid  xəstəxanasının  müdiri,  bu  və  ya  digər 

universitetin  cərrahiyyə  bölümünün  rəisi,  Ġran  və  dünya 

türklərinin soy, dil və ədəbiyyatı haqqında 7 əsaslı kitabın 

yazarı,  Azərbaycan  Respublikası  Tibb  Akademiyasının 

fəxri  müəllimi,  Azərbaycan-Ermənistan  müharibəsində 

100 iranlı həkimi  yaralıların  müalicəsi  üçün Azərbaycana 

aparan  Ģəxs,  tibbə  50  illik  xidmətinə  görə  Ġstanbul 

Universitetinin  Tibb  Qızıl  Medalı  laureatı,  26  il  mərhum 

prof.  Zehtabi  və  Dr.  Həmid  Nitqidən  baĢlayaraq,  baĢında 

görkəmli  dilçi  və  ədəbiyyatçı,  Dr.Heyətin  özü  kimi 

məhdud  fürsətlər  dahisi  olan  prof.  Fərzanə  kimi  bir 

Ģəxsiyyətin durduğu müasirlərimizədək Azərbaycanın  çox 

sayda  farsdilli  və  türkdilli  yazarlarının  ümid  yeri  olan 

«Varlıq»  jurnalının  baĢ  redaktoru  və  müdiri.  Heyət  öz 



 

38 


həkimlik  fəaliyyətindən  qazandıqlarını  və  atadan  qalma 

miras payını bu məhdud fürsətlərə xidmətə xərcləmiĢdir. 

Nə  üçün  «Heyət»  adı  bu  qədər  hörmət  oyadır?  Bəlkə 

bunun  səbəblərindən  biri  onun  yerli  xalqa  xidmətdə  olan 

vicdanlılığı  və  yüksək  ruhudur  ki,  biz  bu  xüsusiyyəti  bu 

məntəqələrin çox az xadimində görmüĢük. Frans Fanon və 

Eme  Sezer  kimi,  lakin  səviyyə  və  mövzu  fərqi  ilə. 

Barmağı  diqqətlə  xəstə  üzərinə  qoymaq,  külliyyatı 

düĢünməyərək, bir sahə və civara xas xəstəliyi təyin etmək 

və  onunla  mübarizə  aparmaq.  Məhdud  fürsətlər  dahisi 

baĢına  tac  qoyulmasına,  bu  universitetdən  o  universitetə 

dəvət  olunmasına  və  nazının  çəkilməsinə  çalıĢmır. 

Məhdud fürsətlər dahisinin  əsas özəlliyi  doğma  yurdunda 

hamının  üzləĢdiyi  problemləri  xırdalıqlarına  qədər 

düĢünməsindədir.  Müstəmləkəçiliklə  mübarizənin  əsl 

pəhləvanları  külliyyatdan  baĢlamamıĢlar,  xırdalıqlara  üz 

tutmuĢlar  ki,  bu  xırdalıqlar  bir  yerə  yığılsa,  onunla 

uzaqdan  əlaqədar  olmaq  mümkün  deyil.  Camaat  müalicə 

olunmalıdır,  ya  yox?  Ġnsanların  bir  ölkənin  dilləri  ilə 

bərabər, öz ana dillərinin öyrənilməsinə ehtiyacları var, ya 

yox?  Uzaqdan  baxdıqda,  hər  kəs  külliyyatla  razılaĢır. 

Xüsusilə də biz, Kanadada  yaĢayanlar bilirik ki, Kebekdə 

yaĢayan  birisinə  «Sən  yalnız  ingilis  dilini  öyrənməlisən! 

Bir  dil,  hətta  əgər  bu  dil  hər  kəs  üçün  ögey  dil  olsa  da». 

Kebekli  adamın  atasını  yandırar,  vətəndaĢ  müharibəsi 

baĢlanar. Bunu «Hüquq inqilabı»nı yazan Maykl Ġqnatyev 

çox yaxĢı bilir. Bunları biz də bilirik, lakin bu vəziyyəti öz 

ölkəmizdə  öz  gözlərimizlə  gördükdə,  mövcud  yerli 

həqiqətlərə  diqqət  yetirməkdənsə,  «bir  millət  –  bir  dil!» 

xürafatı  ilə  üzləĢirik  və  müxtəlif  milliyyətlərin  dili  ilə 

qərəzi  olan  Dr.  Cəlal  Mətini  kimi  insanları  separatizmə 

doğru sürükləyirik, yəni Dr. Heyətin iĢlərinin əksini görü-

rük.  Heyətin  yerli  yaralara  barmaq  qoyması  səbəbindən 



 

39 


biz  irqçilik  və  millətçiliyi  sınaqdan  keçirir,  tarixi  təhrif 

edirik  və  öz  insanlarımızı  həmkarlıq  və  yardıma  dəvət 

etmək  yerinə  daim  Aryayi  qövmünün  Demokles  qılıncını 

ərəb, türk və türkmən üzərində saxlayırıq. Ġranın müxtəlif 

dil  və  mədəniyyət  sahiblərinə  deyirik:  «Ya  qəbul  et,  ya 

öl»! 


Məhdud fürsətlər dahisi Heyət bərabərlik və demokra-

tiyaya, tarixin obyektivliyinə və müasir tarixin demokratik 

dərkinə  təkid  edir.  Biz  köhnə  və  çürük  əqidələrə  xidmət 

edən  bir  xalq  istəmirik,  biz  keçmiĢin,  bu  günün  və 

bugünkü  xalqın,  müasir  insanların  və  müasir  dünyanın 

parlaq  mədəniyyət  və  demokratiyasının  xidmətində 

olmasını istəyirik. Bizə «Ġran əhalisinin 67%-dən çoxu öz 

ana  dilini  unutmalıdır»,  deyən  kəs  orta  əsrlər  adamıdır, 

çağdaĢ  dünyanın  müasiri  deyil,  hətta  əgər  dünyanın  hər 

hansı  bir  yerində  kütləvi  informasiya  vasitələrinə  malik 

olsa belə. Məhdud fürsətlər dahisinin iĢi kağız-qələmlə və 

3 otaqlı klinikadadır. Bu klinikanın 2 otağı xəstələrin, bir 

otağı  isə  əzilmiĢ  bir  dil  və  mədəniyyətin  ixtiyarındadır. 

Biz  bu  növ  iĢə  ürək  bağladıq,  çünki  burada  bütün 

məhrumlar və ölkənin bütün məhrum körpələrinin ümumi 

təhsilinin  yolunu  görürük.  Sadə,  lakin  çətin,  doğru,  lakin 

«dünya  telekanalları»ndan  özünü  nümayiĢ  etdirmədən  və 

bu gün birinə, sabah digərinə xidmətdə saqqal ağartmadan 

və  utanmadan  keçmiĢin  və  bu  günümüzün  məhdud  für-

sətlər  dahilərinə  papuĢ  tikmədən  qeyri-mümkün  olan  bir 

iĢ. ĠĢ, iĢ və iĢ! Bu iĢ ananın və ana dilinin övlad üzərində 

olan  haqqına  sədaqətli  olanların  məĢğuliyyətidir.  Bu  in-

sanlar baĢqa bir möhtərəm  övladın anasının dilinin onlara 

məcburi  olaraq  əsl  ana  dil  kimi  qəbul  etdirilməsini  istə-

mirlər. Sonrakı dil gərək həmin övlad tərəfindən ölkədə və 

yerli Ģəraitdə seçilsin.  Biz bütün xalqın öz xeyrinə bilirik 

ki, məntəqənin bir neçə dilini yaxĢı öyrənsinlər. Fars, türk 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə