Water problems: science and technology


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə10/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
LAYİHƏLƏR
3/2016
24
Badamdar qəsəbəsinin içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurul-
ması  layihəsi  2035-ci    ilədək  perspektiv
inkişaf  nəzərə alınmaqla reallaşdırılır. Qə -
səbəni dayanıqlı içməli su ilə təmin etmək
üçün ”Alatava” mərkəzi su anbarının imkan-
larından istifadə olunacaq. Həmin anbardan
suyun  Badamdar  qəsəbəsində  yeni  inşa
olun muş anbara çatdırılması üçün 1000 mm
diametrli  polad  borularla  9,8  km  uzun-
luğunda magistral su xəttinin çəkilməsi lay-
ihələndirilmiş  və  indiyə  qədər  kəmərin  4
km-lik hissəsində tikinti-quraşdırma işləri
başa çatdırılmışdır. Magistral kəmərin uzun-
müddətli istismarını təmin etmək üçün ti -
kintidə  istifadə  olunan  boruların  üzərinə
korroziyaya qarşı izolyasiya materialı çəkil -
mişdr. Kəmərlə axıdılacaq içməli suyun key-
fiyyət  göstəricilərinin  sabit  saxlanılması
üçün borular daxildən qida sənayesində isti-
fadəsinə  icazə  verilən  xüsusi  boyalarla
izolyasiya  edilmişdir.  Kəmərin  inşası  ilə
paralel  “Alatava”  su  anbarındakı  mövcud
nasos  stansiyasında  əsaslı  yenidənqurma
işləri həyata keçirilir.
Hazırda qəsəbə ərazisində içməli su və
kanalizasiya şəbəkələrinin tikintisi işləri də
davam etdirilir.  Tikinti şirkəti tərəfindən in-
diyədək 25 km su, 16 km kanalizasiya xət-
tinin çəkilişi başa çatdırılmış, 474 kanali -
zasiya quyusu quraşdırılmış, ünvanlara bir-
ləşmələr verilmişdir. Növbəti mərhələdə su
şəbəkəsinə  qoşulmaların  verilməsi  və
sayğacların quraşdırılması işlərinin aparıl-
ması nəzərdə tutulur.
Layihə üzrə tikinti-quraşdırma işlərinin
2017-ci ildə  başa çatdırılması planlaşdırılır.
Bununla  da  Badamdar  qəsəbəsində  is-
tehlakçıların fasiləsiz su təminatı mümkün
olacaq,  eyni  zamanda  mərkəzləşdirilmiş
qaydada  su  və  kanalizasiya  şəbəkələrinə
qoşulmayan əhalinin bu xidmətlərindən isti-
fadəsi imkanı yaranacaqdır.
Qeyd edək ki, Azərbaycan Respublika -
sının  Hökuməti  və  Səudiyyə  İnkişaf  Fon-
dunun birgə layihəsi çərçivəsində Xırdalan
şəhərinin su təchizatı və kanalizasiya sistem-
ləri  də  yenidən  qurulacaqdır. Artıq  layihə
üzrə tender elan olunmuş və yaxın vaxtlarda
tikinti-quraşdırma işlərinə başlanacaqdır.
Badamdar qəsəbəsinin içməli su təchizatı və 
kanalizasiya sistemləri yenidən qurulur
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” çərçivəsində yaşayış məntəqələrində içməli su və kanal-
izasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azər-
baycan  Respublikası  Hökuməti  və  Səudiyyə  İnkişaf  Fondunun  birgə  maliy yə-
 ləşdirdiyi  “Bakı  ərazisi  üzrə  su  təchizatı  və  kanalizasiya  sisteminin  yenidən
qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində Badamdar qəsəbəsində yeni
infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilir.


UOT: 579.26
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
25
Giriş
Araz çayının sol qollarından biri olan, Ermənistan və Azərbaycanın Naxçıvan
Muxtar Respublikası ərazilərində formalaşan Şərqi Arpaçay çayının suyundan hər
iki  dövlətdə  müxtəlif  məqsədlərlə  istifadə  olunur:  Azərbaycanda  suvarmada,
məişətdə,  Ermənistanda  isə,  əsasən,  Göyçə  (Sevan)  gölünün  səviyyə  rejiminin
saxlanmasında. Keçən əsrin 60-cı illərinin əvvəlində ermənilər Sovet İttifaqı Kom-
munist Partiyasının birinci katibi N.Xruşşovdan Arpaçayın suyunu dağlar altında
49  km  uzunluğunda  tunel-kanal  yaradaraq  Sevan  gölünə  axıtmağa  icazə  ala
bilmişdilər. Dağlıq ərazidə, əsasən, qar-yağış və yeraıtı mənbələr hesabına əmələ
gələn suları qəbul edən Şərqi Arpaçay hövzəsində iri yaşayış məntəqələri, sənaye
(Səh. 25-32)
ARPAÇAY SU ANBARININ 
SANİTAR-HİDROBİOLOJİ VƏ MİKROBİOLOJİ
CƏHƏTDƏN SƏCİYYƏLƏNDİRİLMƏSİ
Salmanov M.Ə.
1
, Ənsərova A.H.
2
1
AMEA-nın Mikrobiologiya İnstitutu, Baki şəhəri, seda60@list.ru 
2
Azərbaycan Dövlət Tibb Universiteti, Bakı şəhəri, seda60@list.ru
Abstract. In 1971, Arpachay reservoir has its beginning in the Republic of Ar-
menia of Zangezur mountain range of Kechel tepe and  Kurbaglıkhaya from the
height of  2985 m peaks and in the area of the Sharur region of Nakhchivan Au-
tonomous Republic it established in line with the mixed Araz river. The reservoir
dam was built near the village of Gumushlu of Sherur region. The length of the river
is 126 km, the catchment area is equal to 2630 km
2
. The average perennial consump-
tion of Arpachay is equal to 747.5 million m
3
. More than 86% of Arpachay river is
formed in the Armenia and the rest of the Nakhchivan Autonomous Republic. Its
main source of the snow, rain and underground springs. 50% of the annual flow is
observed  during the summer. Arpachay reservoir are length 500 m, width - 66m in
height reaches 60 m. The reservoir is the form of stream-channel, its area 600 h,  the
volume 150 million m
3
. Arpacay reservoir established in the area of Nakhchivan Au-
tonomous Republic in connection with the water demand and it allows to irrigate
the  17000 ha of arable lands. Besides this,Apachay water plays an important role in
the life of the local population to using of domestic water as well as in addressing
the socio-economic situation. 
Açar sözlər: sanitar-hidrobiologiya, koli-enterobakter, mezotrof, oliqosaprob,
stratifikasiya. 


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə