Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə12/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

Salmanov M.Ə., Ənsərova A.H.  Arpaçay su anbarının
sanitar-hidrobioloji və mikrobioloji cəhətdən...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
29
Cədvəl 3-dən aydın olur ki, suda və lil-qruntda mikrobların ümumi sayı bütün il
boyu çox az dəyişir. Xüsusilə qış fəsli müstəsna olmaqla yaz, yay və payız aylarında
mikrobların miqdarı oxşar rəqəmlərlə səciyyələnir. Ehtimal olunur ki, yaz və payızda
sularda mikrobların sayca eyni dərəcədə çoxalması atmosfer çöküntülərinin sutop -
layıcı ərazilərinin torpaq örtüyünün yuyulması ilə əlaqədardır. Maraqlıdır ki, hətta
yağış sularının su anbarını terrigen hissəciklərin mikrobiotası ilə zənginləşdirən
ərəfələrdə də suda və lil-qruntda mikrobların ümumi miqdarı, müvafiq olaraq, (orta
illik  hesabla)  2,0  mln/ml  və  1.1  mlrd/q-dan  artıq  deyildir.  Saprofit  bakteri -
yaların  fəsillər  üzrə  say  tərkibinin  dəyişmə  dinamikası mikrobların ümumi miq -
darının  dəyişməsinə  çox  uyğun  vəziyyətdədir.  Bu da  o deməkdir  ki,  Arpaçay
su  anbarında  mikrobiotanın  vegetasiyası  fizioloji-biokimyəvi  aktivliyi  mühitdə
mövcud olan amil-faktorların sabit vəziyyəti ilə əlaqədardır. Bununla belə, qeyd
etmək lazımdır ki, saprofit bakteriyaların kəmiyyət-keyfiyyət göstəriciləri suların
ekoloji  vəziyyəti,  saprobluq  dərəcəsi  və  trofik  tipinin  qiymətləndirilməsi
məsələlərində bir növ bioloji indikator sayılır [6; 7]. Cədvəl 3-dən aydın olur ki,
Arpaçay  su  anbarında  saprofit  bakteriyaların  miqdarı  suda  0,4-3,3  min/ml,  lil-
qruntda isə – 0,6-3,2 mln/q arasında dəyişir. Başqa su anbarları ilə müqayisədə bu
göstəricilər 8-12 dəfə kiçikdir [8; 9].  Ona görə də ehtimal olunur ki, Arpaçay su
anbarını asan mənimsənilən alloxton xarakterli üzvi maddələrlə çirkləndirən mən-
bələr yoxdur.
Cədvəl 3. Arpaçay su anbarında suda və lil-qruntda mikrobların 
ümumi miqdarı, saprofit bakteriyaların sayı (2014, fəsillər üzrə)
Analizin növü Stan-
siya
Qış
Yaz
Yay
Payız
su 
qrunt
su
qrunt
su
qrunt
su
qrunt
Mikrobların
ümumi miq-
darı (mln/ml;
mlrd/q)
1
0,7
0,5
1,4
0,8
2,1
1,3
2,6
1,0
2
0,6
0,4
1,3
0,7
2,3
1,2
2,3
1,3
3
0,8
0,7
1,5
0,9
2,6
1,4
2,0
1,4
4
0,9
0,8
1,6
1,1
2,8
1,6
2,1
1,7
5
0,9
0,9
1,8
1,3
2,9
2,1
2,2
1,8
Orta
0,8
0,7
1,5
0,9
2,5
1,5
2,2
1,4
Saprofit bak-
teriyaların sayı
(min/ml;
mln/q)
1
0,4
0,6
1,3
2,0
0,6
1,8
2,2
1,4
2
0,4
0,7
1,2
2,2
0,7
2,4
2,4
1,6
3
0,6
0,6
1,3
2,3
1,3
2,2
2,6
2,2
4
0,6
0,8
2,0
2,6
2,0
2,3
2,8
2,8
5
0,7
0,9
2,3
3,1
2,2
2,8
3,3
3,3
Orta
0,6
0,7
2,0
2,4
1,4
2,3
2,6
2,3


30
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Salmanov M.Ə., Ənsərova A.H.  Arpaçay su anbarının
sanitar-hidrobioloji və mikrobioloji cəhətdən...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Qeyd etmək lazımdır ki, saprofit bakteriyaların say tərkibindən başqa, kulturada
sporlu formaların spor əmələ gətirməyən formalara nisbəti də hövzələrdə üzvi mad-
dələrin kəmiyyət-keyfiyyəti və mikrobiota tərəfindən mineralizə olunma dərəcəsinin
qiymətləndirilməsi üçün əsas göstərici  sayılır. Çoxsaylı tədqiqatlarla sübut olun-
muşdur ki, evtrof su hövzələrində əldə edilən saprofit bakteriyaların 75-80%-ni
sporsuz formalar təşkil edir, oliqotrof və distrof hövzələrdə isə, bir qayda olaraq,
spor əmələ gətirən taksonlar üstünlük təşkil edirlər [5]. Arpaçay su anbarında su və
lil-qruntda olan saprofit bakteriyaların, müvafiq olaraq, 62,6-82,7%-i spor əmələ
gətirən formalara aid edilmişdir. Beləliklə, S.İ.Kuznetsova [5; 6] istinad edərək ehti-
mal olunur ki, Arpaçay su anbarında suda və lil-qruntda olan üzvi maddələr dərin
mineralizə edilir və kimyəvi tərkibinə görə mürəkkəb quruluşlu substratlara mən-
subdurlar. Mikrobiota tərəfindən asan mənimsənilən enerji mənbələri yetərincə ol-
madığına görə Arpaçay su anbarında müxtəlif çeşidli üzvi maddələrin dövranında
iştirak edən, fizioloji qrupa məxsus bakteriyalar geniş yayılmamışdır. Tədqiqat-
larımızdan məlum olmuşdur ki, Arpaçay su anbarında aerob sellülozaparçalayan
bakteriyaların sayı il boyu suda, orta hesabla, 80/ml; lil-qruntda isə – 120-160/q
təşkil edir. Aerob sərbəst azotfiksəedən (Azotobacter cinsi) bakteriyaları qış ay-
larında suda və lil-qruntda müəyyən edilmir. Yaz, yay və payızda azotobakterin miq-
darı sularda 16-66/ml; lil-qruntda isə – 20-50/q-a bərabər olmuşdur. Sulfat bərpaedən
bakteriyaların miqdarı suda və lil-qruntda, müvafiq olaraq, 4/ml və 6-60/q arasında
dəyişir. Səciyyəvidir ki, Arpaçay su anbarında suda və lil-qruntda denitratlaşdırıcı
bakteriyalara təsadüf edilməmişdir. Sellülozaparçalayan bakteriyaların sayca az ol-
masını su anbarında bitki qalıqları, xüsusilə də, detritlərin kifayət qədər, temperatur
şəraitinin əlverişli olmaması ilə əlaqədardır. 
Arpaçay su anbarında sərbəst azotfiksəedən bakteriyaların geniş yayılmamasının
başlıca səbəbini hövzədə ibtidai və ali su bitkilərinin son dərəcədə zəif inkişafı ilə
izah etmək olar. Hələ vaxtilə  A.Q.Rodina təcrübələr və müşahidələrlə sübut etmişdir
ki, Azotobakter cinsinə aid olan bakteriyalar su hövzələrində bitkilərlə simbiotik
əlaqə şəraitində kütləvi inkişaf edir [12]. Denitratlaşdırıcı bakteriyaların isə əldə
edilməməsi, görünür ki, su anbarında zülal xassəli enerji mənbələrinin kifayət qədər
olmaması ilə əlaqədardır. 
Fizioloji qrupa aid olan bakteriyalar içərisində böyük elmi və tətbiqi maraq doğu-
ran qruplardan biri – sulfatlaşdırıcı, Desulfovibrio cinsinə aid olan bakteriyalardır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, su hövzələrində ekosistem üçün sulfat-
laşdırıcı bakteriyaların kütləvi inkişafı “su yanğını”, böyük qəza - təhlükə sa yıl -
mışdır. Çünki həmin qrup bakteriyaların həyat fəaliyyəti  sayəsində canlı aləm üçün
kəsərli zəhər sayılan H
2
S qazı əmələ gəlir və hidroekosistemdə anaerobioz yaranır
(zamor), kütləvi qırğın-ölüm törənir. Maraqlıdır ki, su hövzələrində hidrogen-sulfid
qazı (H
2
S) ilə zəhərlənmənin əmələ gəlməsi şərtləri S.İ.Kuznetsov tərəfindən dəqiq
müəyyən edilmişdir [7]. Aydın olmuşdur ki, sulfatlaşdırıcı bakteriyaların kütləvi


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə