Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə11/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

sahələri  olmadığına  görə,  sular  bu  ərazidə  öz  təbiiliyini  və  ekoloji  sabitliyini
saxlamışdır. Dağ-iqlim şəraiti, yer quruluşu – torpaq örtüyünün zəif dərəcədə ero -
zi yaya uğraması su anbarında toplanan su kütləsinin fiziki-kimyəvi xassələrinin də -
yişməsi proseslərinə kəsərli təsir edə bilmir. Su anbarında səviyyə rejimi məcra tipli
olduğuna görə oksigen qazı ilə təmin edilmədə fəsadlar əmələ gəlmir. Eyni zamanda
da anaerobioz hadisələri üçün əlverişli şərait qeyd edilmir. Dağ-iqlim şəraiti sularda
temperatur rejiminin il boyu aşağı (sərin-soyuq) səviyyədə saxlanmasını təmin edir
ki, bu da su anbarında bakterioplanktonun kütləvi inkişafına imkan vermir. 
Tədqiqatda istifadə olunan materiallar və metodlar
2014-cü ilin qış, yaz, yay və payız fəsillərində Arpaçay su anbarının 5 mən-
təqəsindən (stansiya) su və lil-qrunt nümunələri toplanmışdır (şəkil 1). Eyni za-
manda həmin məntəqələrdə suyun temperaturu, şəffaflıq dərəcəsi təyin edilmişdir.
Mikrobioloji  tədqiqatlar  üçün  aseptika  qaydalarına  uyğun  su  nümunələri
Y.İ.Sorokinin [18] batometri ilə, lil-qrunt nümunələri isə kiçik QOİN borusu ilə
toplanmışdır. Bəzi hidrokimyəvi və hidrobioloji analizlər üçün su nümunələri Knud-
sen  cihazı  ilə  əldə  edilmişdir.  Su  anbarında  bütün  fəsillərdə  homotermiya  sax-
landığına və oksigenin dərinlik üzrə bərabər paylanmasına görə nümunələr yalnız
suyun üst təbəqəsindən götürülmüşdür. Fitoplanktonun fotosintez prosesi zamanı
əmələ gələn ilkin məhsul və sutka ərzində üzvi maddələrin destruksiya olunma
dərəcəsi G.G.Vinberq üsuluna əsasən [1; 2] təyin edilmişdir. Hidrokimyəvi analizlər
Palintest firmasının fotometr cihazı vasitəsilə aparılmışdır. Mikrobioloji tədqiqat-
larda lil-qruntda mikrobların ümumi sayı, saprofit, fizioloji qruplar və koli-entero -
bakter  cinsinə  aid  bakteriyaların miqdarı, müvafiq olaraq, A.C.Razumovun [10;
11], S.N.Vinoqradskinin [3], S.İ.Kuznetsovun  [14] və A.Q.Rodinanın [13] metod-
larına əsasən təyin edilmişdir. Suyun şəffaflığı, temperatur göstəriciləri Sekki lövhəsi
və civə sütunlu dərinlik termometri ilə ölçülmüşdür. 
Şəkil 1.   Arpaçay su anbarının cizgi-xəritəsi. 
Rəqəmlər nümunə toplanan stansiya-məntəqələrdir.
26
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Salmanov M.Ə., Ənsərova A.H.  Arpaçay su anbarının
sanitar-hidrobioloji və mikrobioloji cəhətdən...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
ERMƏNİSTAN
ARPAÇAY
GÜMÜŞLÜ  K
AZƏRBAYCAN (NAXÇIVAN MR)


27
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Salmanov M.Ə., Ənsərova A.H.  Arpaçay su anbarının
sanitar-hidrobioloji və mikrobioloji cəhətdən...
Alınan nəticələr və onların müzakirəsi
Arpaçay su anbarında suyun kimyəvi xassələrinə nisbətən, fiziki göstəricilərinin
dəyişkənliyi daha aydın nəzərə çarpır (cədvəl 1). Maraqlıdır ki, ən böyük diapazonda
dəyişən suyun temperaturudur. Göründüyü kimi, suyun temperaturu yay aylarında
qış fəslinə nisbətən 54 dəfə artır. Bununla belə, məhz illik orta temperatur (9,2 C°)
göstəricisinə görə Arpaçay su anbarını “Sərin  sulu”  hövzələrə  aid  etmək  olar.
Suyun  şəffaflığının  yaz  və  payız  fəsillərində 3-4 dəfə azalmasına başlıca səbəb
kimi, yağış və ərinti suları ilə torpağın üst qatlarının aşılanması sayəsində hövzəyə
axıdılan, suyu bulanıqlığını artıran terrigen hissəciklərini göstərmək olar. Arpaçay
su anbarını səciyyələndirən cəhətlərdən biri də odur ki, hövzədə homotermik rejim
bütün il boyu saxlanır və yüksək qatılıqda olan oksigen qazının miqdarı bütün su
qatları-təbəqəsində çox az dəyişir.
Arpaçay su anbarının sahil-torpaq örtüyü daşlı-çınqıllı olduğuna görə subasar
ərazilərin aşılanması olduqca zəifdir və abrazion çöküntülər çox az əmələ gəlir. Cəd-
vəldən aydın görünür ki, Arpaçay su anbarında hidrokimyəvi inqrediyentlərdən mi -
ne ral azot və fosfor birləşmələrinin qatılığı-miqdarı yüksək deyildir. Sularda il boyu
nitrit birləşmələri müəyyən edilməmiş, nitratların qatılığı isə 6,4 mq/l-dən artıq ol-
mamışdır. Müqayisə üçün göstərmək olar ki, bu göstərici, məsələn,  Ağstafa su an-
barında 34 mq/l-ə çatır [16]. Mineral fosfatlar və ammonium birləşmələri bütün
fəsillərdə müəyyən edilsələr də, onların da qatılığı yüksək deyildir. Saprobluq və
trofik dərəcələri üçün xarakterik sayılan [5] biogen elementlərin Arpaçay su an-
barında olduqca az miqdar-qatılıqda olmasını onunla izah etmək olar ki, hövzədə
antropogen xarakterli çirkləndirici məntəqə-sahələr yoxdur və sanitar-hidrobioloji
baxımdan su anbarında vəziyyət sabit və qənaətbəxşdir. Qeyd olunan vəziyyət su
anbarında fitoplanktonun fotosintez proseslərində əmələ gətirdiyi ilkin məhsulun
və sutka ərzində sularda olan ümumi üzvi maddələrin destruksiya dərəcələrinin
təyininə aid nəticələrlə də təsdiqlənir (cədvəl 2). 
Analizlər
Qış
Yaz
Yay
Payız
Şəffaflıq
1.3
0.3
1.4
0.6
Temperatur
0.3
9.2
16.3
11.2
Oksigen
11.3
12.0
9.3
10.0
Nitratlar
5.3
6.4
3.3
4.8
Nitritlər
0
0
0
0
Fosfatlar
0.03
0.08
0.01
0.06
Ammonium
0.01
0.04
0.02
0.02
Cədvəl 1. Appaçay su anbarında temperaturun (t°C), şəffaflığın (m) və bəzi 
hidrokimyəvi inqrediyentlərin (mq/l) 2014-cü ildə fəsillər üzrə dəyişməsi


1
Qeyd: İM – ilkin məhsul; D – destruksiya.
Cədvəldən  aydın  olur  ki,  Arpaçay  su  anbarında  qış  fəslində  fitoplankton
tərəfindən ilkin üzvi maddələr sintez olunmur. Bunun başlıca səbəbi də sularda tem-
peraturun donmaq dərəcəsinə qədər aşağı olmasıdır. Donmuş sularda fotosintez
proseslərinin  müəyyən  edilməməsi,  başqa tədqiqatçılar tərəfindən də qeyd olunur
[16]. Yeni sintez olunan ilkin üzvi maddələrin və suda olan üzvi substratların 24
saat ərzində “gəlir və çıxar” hesabına əsasən nisbətləri demək olar ki, eyni böyük-
lükdədir. Cədvəldə göstərilən orta kəmiyyətlər arasında böyük fərqin müşahidə
edilməməsi onu göstərir ki,  Arpaçay su anbarında məhsuldarlıq (produksiya) və
destruksiya prosesləri tənzimlənmiş vəziyyətdədir. Bu da öz növbəsində o deməkdir
ki, su anbarında alloxton mənşəli üzvi maddələrlə zənginləşmə getmir və hövzədə
sanitar-hidrobioloji durum sabitdir.
Qeyd etmək lazımdır ki, sahəsindən və sututumundan asılı olmayaraq bütün yeni
yaranan su anbarlarında destruksiya göstəriciləri ilkin məhsuldan dəfələrlə çox olur
[15]. Çünki yeni subasar ərazilərdə olan üzvi substratlar, torpaq örtüyünün aşılan-
ması və başqa amillər sularda kənar mənşəli üzvi maddələrin miqdarını artırır və
sonuncular mikrobiota tərəfindən mineralizasiya olunduğuna görə suda olan oksi-
genin məsrəfini çoxaldır. Arpaçay su anbarı yaradılanda vəziyyətin necə olması
barədə məlumat olmasa da, belə zənn etmək olar ki, Arpaçay su anbarında məhsul-
darlıq prosesləri formalaşmışdır, üzvi maddələr balansında tarazlıq mövcuddur və
su qatlarında, hazırkı dövrdə oksigen (qaz) rejimində ekoloji fəsadlar ehtimalı-təh-
lükəsi yoxdur. 
Arpaçay su anbarının sanitar-hidrobioloji vəziyyətinin müəyyən edilməsində bir
çox mikrobioloji tədqiqatların nəticələri mühüm amil sayıldığına görə ilk dəfə suda
və lil-qruntda mikrobların ümumi miqdarı, saprofit bakteriyaların sayı hesablan-
mışdır (cədvəl 3). 
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Salmanov M.Ə., Ənsərova A.H.  Arpaçay su anbarının
sanitar-hidrobioloji və mikrobioloji cəhətdən...
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
28
Cədvəl 2. 2014-cü ildə Arpaçay su anbarında fitoplanktonun fotosintezi
sayəsində əmələ gələn ilkin məhsul və ümumi üzvi maddələrin 
destruksiyasına aid orta mövsüm göstəriciləri (O
2
mq/l sutka)
Stansiya
Qış
Yaz
Yay
Payız
İM
1
D
İM
D
İM
D
İM
D
1
0
0,2
0,2
0,3
1,3
1,4
0,4
1,0
2
0
0,1
0,3
0,4
1,6
1,8
0,5
1,2
3
0
0,1
0,3
0,5
2,0
2,6
0,6
1,3
4
0
0,2
0,4
0,5
2,4
2,6
0,8
1,1
5
0
0,1
0,5
0,6
2,6
3,1
0,9
1,2
Orta
0
0,14
0,34
0,46
2,0
2,4
0,64
1,16


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə