Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə19/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

UOT 551.48 (057.8)
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
47
Giriş
Oğuz-Qəbələ zonasının çayları əsasən Böyük Qafqazın 3000-4000 m yüksək-
likdə formalaşan bir sıra bulaq və yerüstü suların birləşməsindən əmələ gəlir. Çay-
ların  su  rejiminin  xüsusiyyətləri  onların  axımlarını  formalaşdıran  yerüstü
mənbələrdən, həm də yeraltı suların rejimindən asılıdır. Çaylar səth və yeraltı sularla
qidalanırlar. 
Ümumiyyətlə, qida mənbələri 4 növdür: yağış, qar, buzlaq və yeraltı sular. Çay-
ların  qidalanmasının  əsas  amilllərindən  biri  iqlim  şəraitidir.  Müxtəlif  çay
hövzələrində bu və ya başqa qida mənbəyinin üstün olması yerli şəraitdən asılıdır.
Bəzən  hövzələr  üçün  hansı  növ  qidanın  üstün  olduğunu  müəyyənləşdirımək
mümkün olmur. Bu halda qarışıq qidalanma məfhumundan istifadə edilir.
Tədqiqatda istifadə edilən materiallar və metodika
Tədqiqat işinin aparılması üçün Екоlоgiya və Təbii Sərvətlər Nazirliyinin  fоnd
və arхiv matеriallarından istifadə olunmuşdur. Tədqiqatda coğrafi-hidroloji və digər
qiymətləndirmə mеtоdlarından istifadə оlunmuşdur.
Tədqiqatın şərhi
Oğuz-Qəbələ zonasının əsas çaylarının orta çoxillik su sərfinin kəmiyyətləri  cəd-
vəl 1 və 2-də ve rilmişdir.
(Səh. 47-57)
OĞUZ-QƏBƏLƏ ƏRAZİSİ ÇAYLARININ
HİDROLOJİ REJİM XÜSUSİYYƏTLƏRİNİN
TƏHLİLİ
Əyyubov İ.A.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Hidrometeorologiya ETİ, Bakı şəhəri
iftixar.eyyubov@mail.ru
Abstract. The article share of the rivers feeding has been studied. The method
has been used for the purpose of splitting hydrograf.
Açar sözlər: hidroqrafın parçalanması, günəşli günlər, çayların axımına təsir,
buxarlanma, təbii axım, yağış suları, axımın nizamlanması, tərəddüdlər.


Əyyubov İ.A. Oğuz-Qəbələ ərazisi çaylarının 
hidroloji rejim xüsusiyyətlərinin təhlili
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
48
3/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Oğuz-Qəbələ zonasının fiziki-coğrafi şəraitinin rəngarəngliyi çayların qida mən-
bələrinin mürəkkəbliyinə səbəb olur. Qida mənbəyi müxtəlif olan çaylarda isə illik
su sərfi və səviyyə rejimi eyni ola bilməz. S.H.Rüstəmov qidalanmasına görə Azər-
baycanın  çaylarını  beş  qrupa  ayırmışdır.  Birinci  qrupa  yeraltı  sular  və  qarların
əriməsi hesabına qidalanan çaylar aid edilir. Bu qrupa Arazın sutoplayıcı hövzələri
yüksəkdə yerləşən qolları daxildir.
İkinci qrup çaylara yeraltı, qar və yağış suları ilə qidalanan çaylar daxildir. Bu
qrupa Kürün sutoplayıcı hövzələri yüksəkdə yerləşən sağ qolları aid edilmişdir.
Üçüncü qrupa qidalanmasında yağış suları üstünlük təşkil edən çaylar daxildir.
Bu qrupa Lənkəran vilayəti çayları, Böyük və Kiçik Qafqaz dağlarının sutoplayıcı
hövzələri alçaqda yerləşən çaylar aid edilir [3]. 
Dördüncü qrup qidalanmasında qar və buzlaq suları üstünlük təşkil edən çayları
əhatə edir. Bu çaylara, əsasən Samur, Qusarçay və Qudyalçay daxildir.
Beşinci qrupa qidalanmasında əsas yeri yeraltı və yağış suları tutan çaylar aiddir.
Bu qrup çaylara Qanıx, Şirvan çayları (Kürün sol qolları, Daşağılçay, Əlicançay,
Tikanlıçay, Türyançay, Dəmiraparançay, Qaraçay, Göyçay və s.) daxildir. Bu çay-
ların sutoplayıcı hövzələri yüksəkdə yerləşdiyən çaylarda qış aylarında axım yeraltı
sular hesabına yaranır. Adətən, bu qrupa daxil olan çaylarda su rejimi nisbətən az
dəyişkən olur. Qış ayları həmin çaylarda az sulu dövr olmaqla, onların illik minimal
axımı da bu dövrdə müşahidə edilir. 
S.H.Rüstəmov və R.M.Qaşqay Azərbaycanın bütün çaylarını axımın yarımillər
üzrə paylanmasına görə iki qrupa bölürlər. Birinci qrupa ilin isti yarısında (aprel-
sentyabr) çox sulu, ikinci qrupa isə ilin soyuq yarısında (oktyabr-mart) çox sulu olan
S/s
Çaylar və 
məntəqə
I
II
III IV
V
VI VII VIII IX
X
XI XII Orta
illik
1 Turyançay-
Savalan
12.3 12.7 14.0 18.5 23.8 22.1 16.3 12.1 17.9 18.2 15.2 13.5 16.4
2 Tikanlıçay-
Tikanlı
1.0 1.2 1.6 4.2 6.6 7.3 5.5 4.0 3.8 3.4 2.5 1.3
3.6
3 Əlicançay-
Qayabaşı
4.2 4.5 5.6 7.2 8.1 7.2 4.5 3.7 4.6 4.9 4.9 4.5
5.3
4 Əyriçay-
Başdaşağıl
2.4 1.6 1.9 3.6 5.3 5.1 4.1 3.6 3.1 2.7 2.1 1.7
3.1
5 Turyançay-
Suqovşağı
3.9 4.1 5.1 8.7 10.1 12.2 6.4 6.0 7.0 6.4 4.9 4.5
6.6
6 Dəmira-
parançay-
Qəbələ
2.3 2.0 2.2 4.4 8.1 9.8 7.7 5.8 5.2 5.2 3.6 2.8
4.9
Cədvəl 1. Oğuz-Qəbələ zonasının əsas çaylarının 1961-2010-cu illər ərzində
orta çoxillik sərf göstəriciləri, m
3
/san


çaylar daxildir. Oğuz-Qəbələ çaylarının illik axımının əsas hissəsi (60-70%-i) ilin
isti yarısında keçir (cədvəl 3). 
İllik su rejiminin xüsusiyyətlərinə görə və qidalanma şəraitinə uyğun olaraq Azər-
baycanın çayları 5 qrupa bölünür [5].
Oğuz-Qəbələ çaylarının axım rejimi yaz gursululuğu və payız daşqınları olan
çaylar tipinə aiddirlər. Yaz gursululuğu mart ayının axırında, aprel ayının əvvəlində
başlanır və may-iyun aylarına kimi davam edir. İyun ayının axırından sentyabr ayına
kimi çaylarda axımın azalma dövrü başlanır və çaylar yeraltı sularla qidalanmaya
keçirlər.  Bu  dağlıq  bölgədə  əsas  çayların  sutoplayıcısı  yüksəkdə  yerləşir.  Çay
hövzələrində qış aylarında davamlı və qalın qar örtüyü yaranır. Bu qrupa aid olan
çay hövzələrində illik yağıntıların paylanmasında yaz-yay maksimumu da özünü
yaxşı göstərir. Qarların əriməsi ilə əlaqədar mart ayından başlamış çaylarda gursulu
dövr başlanır. May və iyun aylarında qarın intensiv əriməsi ilə yanaşı, yağış suları
da çaylarda su sərfinin kəskin artmasına səbəb olur. 
S.H.Rüstəmov və R.M.Qaşqay bu qrupa aid edilən çaylarda axımın illik rejiminə
görə 4 fazaya ayırırlar. Birinci faza yaz aylarını (mart, aprel, may) əhatə edir. Bu
fazada, çayların əsas gursulu dövrü olduğuna görə, illik axım həcminin 30-35%-i
keçir və qarların əriməsi zamanı düşən gur yağışlar 3-6 daşqın əmələ gətirir. İkinci
faza yay fazasıdır iyun, iyul və avqust aylarını əhatə edir. Bu fazada çayların su sərfi
birinci fazada olduğundan xeyli az olsa da, az dəyişkən olur. Lakin yay leysanları
bəzən çox güclü daşqınlar, əksər çaylarda isə sel əmələ gətirir. İllik su sərfinin 30%-
i yay fazasında keçir. Üçüncü faza payız aylarını (sentyabr, oktyabr, noyabr) əhatə
edir. Bu fazanın birinci yarısında arabir müşahidə olunan leysan yağışları zamanı
Əyyubov İ.A. Oğuz-Qəbələ ərazisi çaylarının 
hidroloji rejim xüsusiyyətlərinin təhlili
49
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Cədvəl 2. Oğuz-Qəbələ zonasının əsas çaylarının 1961-2010-cu illər ərzində
orta  çoxillik sərf göstəricilərinin həcmi, mln.m
3
S/s
Çaylar və 
məntəqə 
Axım həcmi, mln.m
3
I
II III IV
V
VI VII VIII IX
X
XI XII İllik
1 Turyançay-
Savalan
32.9 30.7 37.5 48.0 63.7 57.3 43.7 32.4 46.4 48.7 39.4 36.2 516.9
2 Tikanlıçay-
Tikanlı
2.7 2.9 4.3 10.9 17.7 18.9 14.7 10.7 9.8 9.1 6.5 3.5 111.7
3 Əlicançay-
Qayabaşı
11.2 10.9 15.0 18.7 21.7 18.7 12.1 9.9 11.9 13.1 12.7 12.1 168.0
4 Əyriçay-
Başdaşağıl
6.4 3.9 5.1 9.3 14.2 13.2 11.0 9.6 8.0 7.2 5.4 4.6 97.9
5 Turyançay-
Suqovşağı
10.4 9.9 13.7 22.6 27.1 31.6 17.1 16.1 18.1 17.1 12.7 12.1 208.5
6 Dəmiraparançay-
Qəbələ
6.2 4.8 5.9 11.4 21.7 25.4 20.6 15.5 13.5 13.9 9.3 7.5 155.7


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə