Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə17/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

edilən qaydalara görə biogen elementlərin miqdarı yol verilən qatılıq həddində
olduğundan, çay suları içməli sular kimi istifadə oluna bilər.
Quba-Xaçmaz mühüm aqrar rayon olmaqla bölgədəki kənd təsərrüfatı məh-
sullarının 75-80%-i suvarılan torpaqlarda becərilir. İstehsal olunan kənd təsərrüfatı
məhsullarının 62,2 %-i bitkiçiliyin, 37,8 %-i isə heyvandarlığın payına düşür [2].
Ümumi torpaq fondunun (249,9 min ha) 51%-i (127,5 min ha) əkin sahələrinin,
bunun da 72,5%-i (93,1 min ha) suvarılan əkinlərin payına düşür [3]. 
İqtisadi rayonda heyvandarlıq da ixtisaslaşmış sahələrdən sayılır. Son illərdə
heyvandarlığın gəlirli sahəyə çevrilməsi onun əkinçiliyə nisbətən daha yüksək temp -
lə inkişafına gətirib çıxarmışdır. Heyvandarlıqda su əsasən otlaqların su təminatına,
yem məhsulları hazırlanmasına, mal-qaranın su təchizatına, tövlələrin yuyulmasına
sərf olunur. Hazırda heyvandarlıq kənd təsərrüfatında suya tələbatın 6-7%-ni təşkil
edir ki, bu da təqribən 65 mln.m
3
su deməkdir. 
Quba-Xaçmaz  iqtisadi  rayonunda  suvarma  əkinçiliyindən  sonra  ikinci  su
təchizatı sahəsi sənayedir. İnzibati rayonlar üzrə sənaye-istehsal fondlarının paylan-
ması gedişi göstərir ki, təkcə Siyəzən və Xaçmaz rayonlarının  iqtisadi rayon üzrə
xüsusi çəkisi  73%-ə bərabərdir (Siyəzən–59%,  Xaçmaz–14%, Qusar–11%, Quba–
10%, Şabran–6%) [2]. Yüngül və yeyinti sənaye müəssisələrinin əksəriyyətinin su-
tutumlu olması da su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsini zəruri edir. 
Hazırda Quba-Xaçmaz iqtisadi rayonunda su ehtiyatlarının əsas hissəsi suvarılan
əkin sahələri və əhalinin içməli su təchizatına sərf olunur. Hazırda respublikamızda
adambaşına gündə 130 litr (ildə təqribən 47,5 m
3
), hər hektara 5129 m
3
su norması
müəyyən  olunmuşdur  [4,5,6].  Bu  normativlər  çərçivəsində  bütövlükdə  iqtisadi
rayonda yerli çay sularının ehtiyatları qeyd olunan iki əsas su istehlak sferasının
(suvarılan  əkin  və  əhalinin  içməli  su  təchizatı)  ehtiyacları  üçün  qənaətbəxş
səviyyədədir [8,10].
Cədvəl 2. Quba-Xaçmaz iqtisadi rayonunun  inzibati rayonları üzrə əhali və
suvarma əkinçiliyinin yerli su ehtiyatları ilə təminat səviyyəsi (mln. m
3
)
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Abduyev M.A., Teymurov M.Ə. Quba-Xaçmaz iqtisadi
rayonunda  çay sularının keyfiyyəti, su istehlak...
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
42
İnzibati 
rayonlar
Daxili su
ehtiyatları
Əhalinin
içməli su
tələbatı
Suvarma 
əkinçiliyi
Birgə
tələbat
Yerli su
ehtiyatı ilə
təminat,%
Şabran
85,9
2,43
79,3
81,7
+95,1
Xaçmaz
17,0
7,54
225,6
233,2
–92,7
Quba
525
7,22
58,8
66,0
+12,6
Qusar
266
4,16
95,3
99,5
+37,4
Siyəzən
34,1
1,79
18,4
20,2
+59,2
İqtisadi rayon
928
23,1
477,5
500,6
+53,9


Cədvəl 2-dən göründüyü kimi, Quba-Xaçmaz iqtisadi rayonunun ən mühüm su
istehlak dairəsini təşkil edən suvarılan əkin sahələri və əhalinin içməli su təchizatına
daxili su ehtiyatlarının 53,9%-i cəlb olunur. İnzibati rayonlar üzrə bu cəhətdən ən
yaxşı vəziyyət Quba və Qusar rayonlarına məxsusdur. Bu rayonlarda ən mühüm su
istehlak sahələri üçün daxili çay sularının ehtiyatlarının  müvafiq olaraq cəmi 12,6
və  37,4%-i  sərf  olunur.  Bu  sahədə  ən  gərgin  vəziyyət  isə  Xaçmaz  rayonunda
müşahidə olunur. Xaçmaz yeganə inzibati rayondur ki, onun daxili su ehtiyatları
hazırda qeyd olunan iki mühüm su istehlak sahəsi üçün birgə tələbatı ödəmir və
rayonda yerli çay sularının ehtiyatları bu sahələrin təchizatı üçün cəmi 7,5% həc-
mində yetərlidir (su ehtiyatlarının çatışmazlığı isə 92,7% təşkil edir). Siyəzən ra -
yonunun  yerli  çay  sularının  ehtiyatları  da  əsas  sahələrin  təchizatı  baxımdan
qənaətbəxş sayıla bilər (59,2%). Şabran rayonunda isə su ehtiyatlarının həcmi yalnız
əkin sahələri və əhalinin su təchizatına yetərlik həddindədir (95,1%).
Cədvəl 3-də iqtisadi rayonda son illərdə (2000-2013) kənd təsərrüfatı və səna -
yenin ən mühüm sahələrinin dəyişilmə dinamikası əks olunmuşdur [1].
Cədvəl 3. Quba-Xaçmaz iqtisadi rayonunda 2000-2013-cü illər ərzində
mühüm kənd təsərrüfatı və sənaye sahələrinin inkişaf dinamikası
Cədvəldən göründüyü kimi, 2000-2013-cü illər ərzində kənd təsərrüfatı və sə-
nayenin əksər mühüm sahələrində müsbət inkişaf dinamikası müşahidə olunmuşdur
ki, onların da hamısı sututumlu istehsal sahələridir. İqtisadi rayonda su istehlakı
sahəsində sosial sfera, yəni əhalinin içməli su ilə təchizatı da mühüm əhəmiyyət
kəsb edir. Cədvəl 4-də 1990-2013-cü illər ərzində Quba-Xaçmaz iqtisadi rayonunda
əhali sayının artımı əks olunmuş və bu sahədə də fasiləsiz artım müşahidə olunmuş-
dur.
Abduyev M.A., Teymurov M.Ə. Quba-Xaçmaz iqtisadi
rayonunda  çay sularının keyfiyyəti, su istehlak...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
43
Məhsullar
İllər
2000-2013-cu illərdə
dəyişilmə, %
2000
2005
2013
Əkin sahəsi, ha
57804
88082
106824
+45,9
Ət, kq
8430
21904
41150
+79,5
Süd, l
93046
109511
130782
+28,9
Yumurta, min ədəd
48692
61979
78774
+38,2
Mal- qara, baş
182798
192853
200605
+8,87
Tərəvəz, ha
8735
8672
7574
–13,3
Meyvə, ha
25890
25693
35832
+15,9
Dənli bitkilər, ha
42548
88082
106824
+27,7
Kartof
4330
5305
4250
–1,85
Sənaye məhsulunun həcmi,
min manat
15480
37705
81720
+81,1


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə