Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə16/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

40
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Abduyev M.A., Teymurov M.Ə. Quba-Xaçmaz iqtisadi
rayonunda  çay sularının keyfiyyəti, su istehlak...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Regionun çay sularının keyfiyyətini öyrənmək məqsədilə cədvəl 1-də verilmiş
hər bir çay –məntəqə üçün kation və anion axımı hesablanmışdır. Hesablamaların
nəticələri göstərir ki, bütün çaylarda anionların qiymətinin kationlara olan nisbəti
orta hesabla 2,7 dəfə böyük olması ilə fərqlənir [1]. Kation və anion axımının mini -
mum kəmiyyəti (kation axımı 0,5 min ton, anion axımı 1,4 min ton) Derkçayda,
maksimum kəmiyyəti isə (kation axımı 21,8 min ton, anion axımı 61,2 min ton)
Qudyalçayda  müşahidə  olunur.  Kation  və  anion  axımının  ən  kiçik  qiymətinin
Derkçayda, ən böyük qiymətinin isə Qudyalçayda müşahidə olunması, Derkçayın
tədqiq olunan digər çaylarla müqayisədə daha kiçik axım həcminə (5 mln. m
3
),
Qudyalçayın isə daha böyük axım həcminə (251 mln. m
3
) malik olması ilə izah
oluna bilər. Çaylarda ümumi ion axımına uyğun olaraq mənbədən mənsəbə doğru
kation və anion axımı da artır. Belə ki, Qudyalçayın Xınalıq məntəqəsində kation
axımı 7,0 min ton, anion axımı isə 21,0 min ton təşkil etdiyi halda, həmin mən-
təqədən 33 km aşağıda yerləşən Küpçal məntəqəsində kation axımı 3,1 dəfə artaraq
21,8 min tona, anion axımı isə 2,9 dəfə artaraq 61,2 min tona çatır. Həmin sözləri
Qaraçay və Vəlvələçay üçün də söyləmək olar. Lakin Küpçal məntəqəsindən 51 km
aşağıda yerləşən Nizovaya məntəqəsində çayın təbii rejimi kəskin pozulduğundan
kation və anion axımının kəmiyyəti 1,4 və 1,6 dəfə azalaraq, müvafiq olaraq 15,2
və 37,8 min tona bərabər olur. Bu çaylarda kation axımı mənbədən mənsəbə doğru
1,3-3,1 dəfə, anion axımı isə 1,4-3,0 dəfə artmışdır.
Kation və anion axımının illik rejimi çayların illik axım rejimi ilə sinxronluq
təşkil edir. Yüksək sutoplayıcıya malik olan və qidalanmasında daimi qarlarla yanaşı
buzlaqların iştirak etdiyi çaylarda (Qusarçay, Qudyalçay) ilin isti dövrü bolsulu
olduğundan həmin dövr kation və anion axımının yüksək kəmiyyətilə səciyyələnir.
Bu çaylarda ilin soyuq dövründə kation və anion axımının minimum kəmiyyəti
müşahidə olunur. Lakin nisbətən alçaq sutoplayıcıya malik olan və qidalanmasında
soyuq dövrdə düşən yağışlar üstünlük təşkil edən çayların (Ağçay, Çaqacukçay)
illik rejimində ilin isti dövrü axımın minimum kəmiyyətilə səciyyələnir. Odur ki,
kation və anion axımının illik rejimində ilin isti dövrü axım rejiminə uyğun olaraq
minimum qiymətə malik olur.
Çaylarda hidrokarbonat axımı anion axımının 56-73%-ni təşkil etdiyi halda, sul-
fat axımı ümumi anion axımının 26-41%-ni təşkil edir. Anion axımı arasında xlor
axımı kiçik kəmiyyətlə səciyyələnərək 0,06 min tonla 1,5 min ton arasında dəyişir
ki, bu da ümumi anion axımının 1-6%-ni təşkil edir.
Ümumi kation axımı anion axımı ilə müqayisədə kiçik kəmiyyətlə səciyyələnir.
Anion axımında olduğu kimi kation axımının da minimum kəmiyyəti Derkçayda
(0,5 min ton), maksimum kəmiyyəti isə Qudyalçayda (21,8 min ton) müşahidə olu-
nur. Ümumi kation axımının 33-63%-i kalsium, 11-23%-i maqnezium, 21-47%-i
isə natrium və kalium cəmi axımının payına düşür. Kalsium axımı 0,2 min tonla
12,4 min ton arasında, maqnezium axımı 0,08 min tonla 4,5 min ton arasında, na-


41
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Abduyev M.A., Teymurov M.Ə. Quba-Xaçmaz iqtisadi
rayonunda  çay sularının keyfiyyəti, su istehlak...
trium və kalium cəmi axımı isə 0,2 min tonla 5,7 min ton arasında dəyişir. Çayların
əksəriyyətində uzunluq boyu mənbədən mənsəbə doğru kation axımının faiz göstəri-
cisində kəskin dəyişiklik müşahidə olunmur. Lakin bəzi çaylarda anion axımından
fərqli olaraq mənbədən mənsəbə doğru kalsium axımının artdığı, faiz göstəricisi isə
azaldığı halda, natrium və kalium cəmi axımının faiz göstəricisinin artması müşahidə
olunur. Məsələn, Qudyalçayın Qırız məntəqəsində kalsium axımının kəmiyyəti 11,2
min tona bərabər olaraq, ümumi kation axımının 62%-ni təşkil etdiyi halda, həmin
məntəqədən aşağıda yerləşən Küpçal məntəqəsində kalsium axımı artaraq 12,4 min
tona bərabər olur. Lakin faiz göstəricisi azalaraq 57%-ə çatır. Mənsəbə yaxın yer-
ləşən Nizovaya məntəqəsində isə mənbədən mənsəbə doğru ümumi kation axımı
rejiminin antropogen fəaliyyətlə əlaqədar pozulması kalsium axımının həm miq-
darının, həm də faiz göstəricisinin azalmasına səbəb olur. Bunun əksinə olaraq qeyd
edilən istiqamətdə natrium və kalium cəmi axımının həm miqdarında, həm də faiz
göstəricisində artım müşahidə olunur. Belə vəziyyət Qaraçayda da qeydə alınmışdır.
Çay  sularının  daimi  codluğu  3,03  mq.ekv/litrlə  (Ağçay)  4,71  mq.ekv/litr
(Qudyalçay) arasında dəyişir ki, bu da mülayim cod sulara uyğun gəlir. Vəlvələçay
və Qudyalçayın aşağı axınında ümumi codluq 4 mq.ekv/litrdən böyük olması ilə
fərqlənir. Bu qeyd edilən çay hövzələrində mənsəbə doğru təsərrüfat fəaliyyətinin
güclənməsi və iqlimin quraqlığının artması ilə buxarlanmanın çoxalması nəticəsində
çay sularının minerallaşmasının daha böyük qiymətə malik olması ilə izah oluna
bilər.
Çay sularının keyfiyyətinin öyrənilməsində həyati proseslərdə mühüm rol oy-
nayan mikroelementlər axımının qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Region çaylarından götürülmüş su nümunələrində dəmir, sink, alüminium, manqan
və titan kimi mikroelementlərin kəmiyyəti təyin olunmuşdur. Çayların mikroele-
mentlər axımı 0,4 tonla 22 ton arasında dəyişir (cədvəl 1). Tədqiqatımız göstərir ki,
öyrənilən çaylarda sinkin çoxillik orta qiyməti 0,002-0,003 mq/l, alüminiumun kon-
sentrasiyasının çoxillik orta qiyməti 0,004-0,009 mq/l, manqan və titanın qeyd edilən
kəmiyyəti  0,004-0,008  mq/l,  dəmirin  çoxillik  orta  qiyməti  isə  0,07-0,09  mq/l
arasında dəyişir. “Səth sularının mühafizəsi qaydaları” na [9] görə misdən başqa,
digər mikroelementlərin çoxillik orta qiyməti içməli sular üçün olan normanı aşma-
yaraq, yol verilən qatılıq həddindən aşağı olduğundan, həmin sular içmək üçün is-
tifadəyə yararlıdır. Qeyd edilən qaydalara görə içməli sularda misin miqdarı 0,001
mq/litrdən çox olmamalıdır. Region çaylarında misin çoxillik orta qiyməti 0,004-
0,007 mq/l arasında dəyişir ki, bu da yol verilən qatılıq həddindən 4-7 dəfə çoxdur.
İlk baxışda “zərərsiz” görünən biogen elementlər çay sularının fiziki-bioloji key-
fiyyətini kökündən dəyişir. Onlar təbii suların əsas komponenti olmaqla, su obyek-
lərinin  bioloji  məhsuldarlığını  müəyyən  edir.  Suyun  keyfiyyəti  çox  vaxt  bu
elementlərin konsentrasiyasından asılı olur. Öyrənilən çaylarda biogen elementlərin
çoxillik orta kəmiyyəti 1,7 tonla 83,6 ton arasında dəyişir (cədvəl 1). Yuxarıda qeyd


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə