Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə24/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

61
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Əbdiyeva-Əliyeva G.Ə.  Sel və daşqınların model-
ləşdirilməsinin əsasları və qısa müddətli mübarizə...
tremal hadisələr zamanı quruyur. Bu o deməkdir ki, relyefin rəqəmsal modeli əksər
ssenarilərdə məcraların quru hissələrində en kəsik profillərini əks etdirə bilməlidir.
Buna görə də, bu halda, en kəsiyi məlumatları çox mühüm hesab edildiyi halda belə,
tədqiqat işləri struktur yönümlü qurğuları, məsələn, körpüləri, bəndləri, suburaxıcı
boruları,  axın  tənzimləyən  strukturları  və  xüsusilə  də  daşqın  divarlarını  priori -
tetləşdirməlidir. Tədqiqatn miqyasının müəyyən edilməsi aşağıdakıları nəzərdən
keçirməklə aparılmalıdır:
- En kəsikləri arasındakı məsafə daha dik ərazilərdə daha qısa olmalıdır;
- Daha alçaq və yastı sahələrdə, en kəsikləri arasındakı məsafə daha yüksək ola
bilər;
- En kəsikləri arasındakı məsafə bilinən və hesabatlarda göstərilmiş daşqın yerləri
ətrafında daha qısa olmalıdır;
- Hər bir əhəmiyyətli körpü, suburaxıcı boru, bənd və ya tənzimləyici qurğu
tədqiqata daxil edilməlidir;
- En kəsikləri hər bir qurğunun, həndəsi ölçülərdə hər bir əhəmiyyətli dəyişikliyin
və kəsişmənin aşağı və yuxarı axarında seçilməlidir.
- Tədqiqat daşqın divarlarını və bəndləri əhatə etməlidir. Bu hallarda divar və
bəndlərin üst səviyyələri su axarları boyunca götürülməlidir (xüsusilə daha alçaq
sahələrdə və boşluqların olduğu sahələrdə).
Modelləşdirmə yanaşması. Hər hansı rəqəmsal hidravlik modeldə (1D və 2D)
tələb olunan əsas giriş faylı həndəsi (geometrik) fayldır. İlkin və geniş yanaşma kimi
sutoplayıcı hövzələrin yuxarı hissələri 1D (birölçülü) şəklində, aşağı hissəsi isə 2D
Şəkil 2. Təklif olunan DEM sahələri.


şəklində modelləşdirilməlidir. Üç sutoplayıcı hövzə müəyyən ortaq həndəsi xü-
susiyyətlərə malikdir: çox yüksək yamaclar, sutoplayıcı hövzənin yuxarı hissəsində
yaxşı ayrılan məcra şəbəkəsi və ağacşəkilli forma; dar orta hissədə yamacın mail-
liyinin azalması; və geniş aşağı hissələrdə yaxşı ayrılmayan məcralar, çox alçaq ya-
maclar və aktiv morfodinamikaya malik, allüvial gətirmə konusu kimi çıxış edən
qarşılıqlı əlaqələnən çoxsaylı məcralar. 
Daha əvvəl qeyd edildiyi kimi, çay yatağının əksər hissəsi ilin əksər vaxtı quru -
yur. Bu hadisələrin ilkin mərhələlərində, çay yatağının əvvəl quru olan hissəsi sub-
asara oxşar şəkildə davrana bilər (çox azsulu ikiölçülü axın). Məcranın bütün eni
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Əbdiyeva-Əliyeva G.Ə.  Sel və daşqınların model-
ləşdirilməsinin əsasları və qısa müddətli mübarizə...
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
62
Şəkil 3. Talaçay üzrə modelləşdirmə yanaşması.
Şəkil 4. Kişçay üzrə modelləşdirmə yanaşması.


su ilə dolduqda, birölçülü proseslər üstünlük təşkil etməyə başlayır. Üç sutoplayıcı
hövzənin yuxarı hissələrində hər hansı ekstremal hadisənin tam simulyasiyası üçün
1D  modelin  istifadəsinin  məqsədəuyğunluğunu  təsdiq  etmək  üçün  qiymətl ən -
dirmələr aparılacaq. Daşqınların xəritələşdirilməsi aparıldıqdan sonra, seçimlərin
hazırlanması zamanı, təklif olunan seçimlərin təsirini tam qiymətləndirmək üçün
bəzi hissələr üçün 2D yanaşmasından istifadə tələb oluna bilər.
Sutoplayıcı hövzənin aşağı hissəsində ilkin olaraq 2D yanaşması tövsiyə edilir.
Bu, xüsusilə mailliyin çox aşağı olması, yataqlarının sayının çox olması və çay
yatağının hər hansı tərəfində mövcud olan daşqın divarları ilə əlaqəlidir. Daha əvvəl
qeyd edildiyi kimi, axın yataqdan çıxan kimi, 2D prosesləri üstünlük təşkil edəcək.
Əbdiyeva-Əliyeva G.Ə.  Sel və daşqınların model-
ləşdirilməsinin əsasları və qısa müddətli mübarizə...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
63
Şəkil 5.  Türyançay üzrə modelləşdirmə yanaşması.
Şəkil 6.  Aşağı hissə üçün 1D-2D modelləşdirmə yanaşması.


1D-2D yanaşması o deməkdir ki, çay kanalının sahil/bəndlərin yuxarılarına qədər
olan hissəsi 1D şəklində, subasar isə 2D şəklində modelləşdirilməlidir (şəkil 5).
Hesablama  resurslarından  asılı  olaraq  bəzi  hissələri  xəttin  əlaqəliliyi  ilə  bağlı
məsələlərdən yayınmaq üçün stuktursuz tordan istifadə etməklə sadəcə 2D şəklində
modelləşdirmək əlverişli ola bilər.
Hadisələrin seçilməsi. Modellər məlumatlar mövcud olduqda qeydə alınmış
hadisələrə görə kalibrasiya edilməlidir. Bütün fərdi sutoplayıcı sahəyə təsir edən və
bir sıra məntəqələrdə axın və yaxud səviyyə məlumatları ilə müşayiət olunan daşqın
hadisələri əlverişlidir. Tarixi vizual məlumatlar da istifadə edilə bilər. Kalibrasiya
prosesi zamanı aşağıdakılara xüsusi diqqət yetirilməlidir:
- Manninq əmsalı. Mövsümdən asılı olaraq və yerli təcrübəyə əsaslanaraq na-
hamarlıq əmsalı uyğunlaşdırılacaq. Lakin, hesabi hadisələr üçün nahamarlıq əmsal-
larını müəyyən etmək üçün təhlillər aparılmalıdır.
- Torpaqdan istifadə və geometriya. Seçilmiş hadisələrin nə vaxt baş verməsindən
asılı olaraq, çayın həndəsi xüsusiyyətləri və ya sutoplayıcı sahədə torpaqdan istifadə
önəmli dərəcədə dəyişmiş ola bilər. 
Nəticə və təkliflər
Hidravlik modelin tərtib edilməsi sel və daşqınlar baş vermiş ərazidə qısamüd-
dətli tədbirlərin görülməsi üçün əvəzolunmaz bir layihədir. Modelin tərtib olun-
masında ərazinin rəqəmsal hündürlük modelindən istifadə olunur. Bu rəqəmli relyef
məlumatlarının toplanıb bazada yerləşdirilməsi, güclü yağıntılar zamanı selinin
hansı relyef üzrə axın istiqamətini müəyyənləşdirir. Bu da daşqın baş verən çayda
təhlükənin  qabaqcadan  öyrənilməsinə  kömək  edəcəkdir.  Bütün  bunlarla  yanaşı
qısamüddətli görülən tədbirlərin daha effektiv və operativ olması üçün çayların
müəyyən yerlərində  axım həcmini və həmin ərazidə yağan yağıntının miqdarını
ölçmək  üçün  cihazların  quraşdırılması  və  bu  cihazlar  vasitəsi  ilə  əldə  olunan
məlumatların tez bir zamanda aidiyyəti qurumlara göndərilməsi təşkil olunmalıdır.
Daxil olan məlumat isə analiz olunaraq, təhlükə yaranması gözlənilən ərazilərdə
yaşayan vətəndaşlara xəbərdarlıq edilməlidir. Xəbərdarlığın qısa bir müddətdə və
effektiv olması üçün öncədən respublikanın mobil operatorları ilə danışıqlar aparıl-
malı və müqavilə bağlanmalıdır. Beləliklə, ərazilərdə yaşayan vətəndaşlara mesaj
və ya zəng vasitəsi ilə xəbərdarlıq olunur. Həmçinin televiziya və radio vasitəsi ilə
də əhaliyə xəbərdarlıq edilə bilər. Bütün bu görülən tədbirlər hadisə baş vermiş
ərazidən insanların təxliyyə olunmasına və onların əmlaklarının daşınmasına xidmət
edir. Bununla da baş verə biləcək hadisə zamanı insan tələfatını və maddi itkiləri
xeyli  azaltmaq mümkün olar.
Daşqın  təsirlərinin  azaldılması  üçün  daşqınların  xəritələşdirilməsi,  seçilmiş
sahələrdə daşqınların təsirini azaltmağa yönəlmiş bir sıra seçimlər edilməlidir. Təklif
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Əbdiyeva-Əliyeva G.Ə.  Sel və daşqınların model-
ləşdirilməsinin əsasları və qısa müddətli mübarizə...
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
64


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə