Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə21/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

Oğuz-Qəbələ ərazisindən axan çaylarda axımın paylanması hövzəyə düşən yağın-
tıların illik gedişinə uyğun gəlir. Yəni, hövzədə il ərzində yağıntıların paylanması
çayda axımın keçməsi ilə eyni dövrə təsadüf edir və şəkil 2-də Daşağılçayda sərflə
yağıntının paylanması arasında əlaqə qrafiki qurulmuşdur. 
Şəkil 2. Daşağılçayda çoxillik sərflə Oğuz məntəqəsinin çoxillik yağıntı
məlumatları arasında əlaqə qrafiki
Ümumiyyətlə, dağ çaylarında qar, yağış, buzlaq və yeraltı suların qidalanmasında
payını müəyyən etmək mürəkkəb məsələdir. Bunun üçün axımın, yağıntının və tem-
peraturun illik gedişi təhlil edilmişdir (cədvəl 4). 
Ərazi çaylarının müxtəlif qida mənbələrindən aldığı suyun miqdarını müəyyən
etmək üçün hidroqrafı bir neçə üsulla parçalamaq olar. B.V.Polyakovun sxeminə
görə gursululuğun qalxma dövründə yeraltı sularla qidalanma azalmağa başlayır və
gursululuğun maksimumu keçdikdə tamamilə kəsilir. Gursululuğun axımı azalmağa
başladıqda çaya axan yeraltı suların miqdarı artmağa başlayır.
Çay axımlarında yeraltı suların iştirakını təyin etməyin ən asan yolu hidroqrafın
parçalanması üsulu ilə müəyyən edilməsidir. Hidroqrafın parçalanması üsulunda
müxtəlif amillərin iştirakını əsas götürməklə, müxtəlif parçalanma yolları təklif
olun muşdur. B.İ.Kudelin hidroqrafın parçalanması sxemini hidrogeoloji şəraiti və
yeraltı suların axım rejimini əlaqələndirınəklə işləmişdir. Hidroqrafın ən asan oxu-
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Əyyubov İ.A. Oğuz-Qəbələ ərazisi çaylarının 
hidroloji rejim xüsusiyyətlərinin təhlili
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
52
Cədvəl 4. Daşağılçayda axımın, yağıntının və temperaturun çoxillik 
paylanması
Parametrlər
I
II
III IV
V
VI
VII VIII IX
X
XI
XII İllik
Su sərfi, m
3
/san 1,9 1,8 2,0 3,9 4,8 4,5 3,5 3,1
3,2 2,8 2,3 1,9 2,97
Temperatur, C
o
2,9 2,3 4,3 7,4 12,9 17,7 22,0 24,6 23,1 17,5 12,2 5,9 12,7
Yağıntı, mm
33
37
42
67
97
96
89
68
66
67
64
59
785


naqlı hissəsi çay sularının ancaq yeraltı sularla qidalandığı dövrdür. Bu dövr çay
hövzəsinin davamiyyətli (dayanıqlı) qış və yay azsulu dövrüdür. Praktik olaraq gur-
sululuq dövründə və aramsız yağışlardan yaranan daşqınlar dövründə yeraltı suların
çayların qidalanmasındakı payını ayırmaq mümkün deyil.
Gursululuq və daşqın dövrlərində hidroqrafı parçalamaqla yeraltı qidalanmanı
müəyyən etmək üçün iki qrup metodlardan istifadə edilir. Birinci qrup metodlarda
yeraltı axımın gursululuq dövründə artması nəzərə alınır (V.Q.Qluşkov, M.İ.Lvoviç,
K.P.Voskresenski). Bu üsullarla əsasən yeraltı axımı hidroqrafda ayırmaq üçün gur-
sululuğun başlanğıcındakı və sonundakı sərflərə müvafiq nöqtələr düz və əyri xətlə
birləşdirilir. İkinci qrup metodlar isə gursululuq dövründə yeraltı axımın azalmasını,
hətta tam kəsilməsini nəzərə alır (B.V.Polyakov, B.İ.Kudelin) [1].
B.İ.Kudelin öz tədqiqatında çaylarla əlaqəsi olan sulu horizontların yeraltı axım-
larını ayırmışdır. Məlumdur ki, çaylarda suyun səviyyəsinin yüksəlməsi nəticəsində
yeraltı axınların çay sularına təsiri nisbətən azalır. Səviyyənin daha yüksək olduğu
zaman birbaşa təsir dayanır və əks təsir fazası başlayır [5].
Baxılan ərazinin müxtəlif yüksəklik qurşaqlarında yerləşən 5 müşahidə mən-
təqəsinin məlumatlarına görə hidroqraflar qurulmuşdur (cədvəl 5). Hər bir məntəqə
üçün müxtəlif sululuqlu illərə (çoxsulu, ortasulu və azsulu) müvafiq üç hidroqraf
qurularaq təhlil olunmuşdur [3]. Müxtəlif rejimli çaylar üçün hidroqraflar şəkil 4,
5, 6, 7, 8 və 9-da göstərilir.
Əyyubov İ.A. Oğuz-Qəbələ ərazisi çaylarının 
hidroloji rejim xüsusiyyətlərinin təhlili
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
53
Cədvəl 5. Oğuz-Qəbələ çaylarında su rejimi fazalarının zaman göstəriciləri
S/s Çay-məntəqə
İl
İlin sulu-
luğu
Gursulu faza
Yay-payız azsulu faza
t
baş
t
son
t
baş
t
son
1
Əyriçay-
Başdaşağıl
1953
Azsulu
11.05
12.09
01.10
22.11
2007
Ortasulu
09.05
20.08
12.08
29.09
1963
Çoxsulu
26.04
08.10
21.08
17.09
2
Əlicançay-
Qayabaşı
1980
Azsulu
06.04
28.06
08.10
22.11
2008
Ortasulu
21.04
12.08
11.08
29.09
1982
Çoxsulu
22.04
20.08
20.08
17.09
3
Dəmira-
parançay-
Qəbələ
1947
Azsulu
05.04
28.06
02.10
23.11
2007
Ortasulu
20.04
12.08
13.08
30.09
1992
Çoxsulu
15.04
21.08
22.08
18.09
Qeyd: t
baş
-rejim fazasının başlama tarixi; t
son
-rejim fazasının qurtarma tarixi;


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Əyyubov İ.A. Oğuz-Qəbələ ərazisi çaylarının 
hidroloji rejim xüsusiyyətlərinin təhlili
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
54
Şəkil 4. Əyriçayın Baş Daşağıl məntəqəsində (azsulu) 1953-cu il üçün 
hidroqrafın parçalanması
Şəkil 5. Əyriçayın Baş Daşağıl məntəqəsində (çoxsulu) 1963-ci il üçün hidro-
qrafın parçalanması
Şəkil 6. Əyriçayın Baş Daşağılçay məntəqəsində (ortasulu) 2007-ci il üçün
hidroqrafın parçalanması


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə