Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə29/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

Su sızmaları görünən və görünməyən olmaqla iki yarım qrupa ayrılır. 
Təcrübə göstərir ki, görünməyən sızmalar zamanı görünən sızmalara nisbətən
daha çox su itkisi yaranır. Bu səbəbdən də görünməyən sızmaların vaxtında aşkar-
lanması, yerinin təyin edilməsi və qarşısının alınması prioritet məsələlərdəndir.
Su itkilərinin aşkarlanması üçün aşağıdakı metod və vasitələr mövcuddur: 
• İlkin aşkarlayıcı səs cihazları;
• Gefonlar;
• Georadarlar;
• Korelyatorlar;
• İzburaxan qaz vasitəsi ilə aşkarlama (Helium);
• Sahara metodu;
• Smart ball (ağıllı top) metodu;
• Sayğaclaşma metodu.
Su axıntısının aradan qaldırılması üçün ilk öncə qəza yeri aşkar olunmalı və
qiymətləndirmə  aparılmalıdır.  Qəzanın  yerinin  tapılması  və  qiymətləndirilməsi
aşağıdakı göstəricilərə əsasən aparılır:
Əbilov F.A., Ağarzayev T. M. Su şəbəkələrində baş 
vermiş qəzaların təyini, təmir prosesi və istifadə...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
3/2016
79
Şəkil 1. Sızmaların yeri və mənbəyi.
Burada: 1 -  qazma quyusu borusunda sızmalar; 2 - nasos və ya onun detallarının sıxılma tik-
işindəki sızmalar; 3 - sızan kran; 4 - su anbarının daşması; 5 - nasaz üzgəc; 6 - su anbarının axıtma
xəttindəki sızmalar; 7 - tikinti quraşdırma işləri nəticəsində yol verilən nöqsan; 8 - açıq kanalizasiya
siyirtməsi; 9 - yuma xəttinin nasaz və ya açıq olması; 10 - havalandırma sistemindəki sızmalar; 11 -
birləşmə nöqtələrindəki sızmalar; 12 - borularda sızmalar; 13 - siyirtmələrdə sızmalar; 14 - yanğın
kranındakı sızmalar; 15 - yanğın hidrantındakı sızmalar; 16 - araqatlarında sızmalar.


• Vizual göstəricilər (torpaq çökməsi, su qalxması və s.);
• Hasilatın artımı və ya gecə axınının minimumunun dəyişməsi;
• Sektorlaşdırma və sızmaların aşkarlanması;
• Kanalizasiya  quyularının  və  kollektorların  təftişi  (  rəngli  maddənin  əlavə
edilməsi və s.);
• Klapanların dinlənməsi;
• Sayğac göstəricilərin analizi.
Su axıntısının yeri müəyyən olunduqdan sonra su təchizatının dayandırılması
prosesi həyata keçirilir. Su təchizatının dayandırılması prosesi qəza baş vermiş
nöqtəyə ən yaxın yerləşən siyirtmənin bağlanması ilə həyata keçirilməlidir. İlk öncə
birləşmə nöqtəsindən, bu mümükün olmadıqda daşıyıcı xətt üzərindəki siyirtmədən,
bu  da  mümkün  olmadıqda  isə  su  mənbədən  bağlanmalıdır.  Su  bağlanarkən
yaranacaq  hidravliki  zərbənin  qarşısının  alınması  üçün  bağlanma  yavaş  tərzdə
aparılmalıdır.
Su təchizatı dayandırılarkən istifadəçilərin məlumatlandırılması da vacibdir. Əgər
bağlanma öncədən planlaşdırlmışdırsa, bu barədə istifadəçilərə elan, telefon rabitəsi
və ya kütləvi informasiya vasitələri ilə məlumat verilməlidir.
Qəza baş vermiş ərazidə sonrakı mərhələdə ərazi çəpərlənməli, təhlükəsizlik
nişanları ilə nişanlanmalıdır. Qəza ərazisinə kənar şəxslərin müdaxiləsi məhdud-
laşdırılmalıdır. Qazıntı işlərinə başlamazdan öncə ərazidən keçən kommunikasiya
xətlərinin yerinin müəyyən edilərək təhlükəsizliyinin təmini məqsədi ilə aidiyyəti
qurumlara  bu  haqda  məlumat  verilməli,  həmin  kommunikasiya  xətlərinin  yeri
dəqiqləşdirilməlidir.
Su şəbəkəsində qəzalar əsasən cədvəl 1-də qeyd olunan səbəblərdən yaranır [4]. 
Təmir işlərinə başlanmazdan əvvəl ehtiyyat hissələri seçilir, borunun materialına
uyğun tətbiq olunacaq təmir metodu təyin olunur. Daha sonra təmir olunacaq boru-
nun xarici diametri ölçülürək müəyyən edilir. Bundan sonra təmir işlərinə başlanılır.
Təmir bitdikdən sonra isə görülmüş işin keyfiyyəti yoxlanılır və boru yuyulub dizen-
feksiya olunaraq istismara verilir.
Su xəttinin təmiri zamanı aşağıda sadalanan göstəricilərə diqqət etmək lazımdır:
• Mümkün olduğu qədər eyni materiallardan istifadə etmək;
• Su ilə təmasda olan materiallar RD 140/2003-ə uyğun olaraq (istifadə olunan
suyun keyfiyyət standartı) yeyinti sənayesi üçün yararlı olan suyun keyfiyyətini
korlamamalıdır;  
• Kiplik yaradan aksesuarlar yetərincə davamlı olmalı və UNE EN-861 stan-
dartına cavab verməlidir; 
• Ventil və ya digər açma-qapama elementlərinin karroziyaya qarşı müqavimət
xüsusiyyətləri olmalıdır (paslanmayan poladdan olması məqsədəuyğundur);
• Bolt və digər sıxıcı vasitələr istehsalçının göstərdiyi şəkildə yerləşdirilməli di-
namometrik açarla sıxılmalıdır.[4,5].
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Əbilov F.A., Ağarzayev T. M. Su şəbəkələrində baş 
vermiş qəzaların təyini, təmir prosesi və istifadə...
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
3/2016
80


Təmir prosesini formasına görə bir neçə qrupa bölmək olar. Bunlara misal olaraq
su xəttinin kəsilməsi ilə aparılan təmir, su xəttinin kəsilməməsi ilə aparılan təmir,
suyu  dayandırmaqla  aparılan  təmir,  suyu  dayandırmamaqla  aparılan  təmir  for-
malarını göstərmək olar. Cədvəl 2 (a, b, c,)-də sadalanan təmir formaları və istifadə
olunan avadanlıqlar haqqında məlumat verilmişdir.
Əbilov F.A., Ağarzayev T. M. Su şəbəkələrində baş 
vermiş qəzaların təyini, təmir prosesi və istifadə...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
3/2016
81
Cədvəl 1. Qəzaların yaranma səbəbləri
Xətanın növü
Səbəb
Həll yolu
Yaradılmış qəzalar
Maşınların boru üzərində
hərəkəti
Kordinasiyanın yaxşılaşdırılması
Digər komunikasiya arasındakı
məsafələrə riayət olunmaması
(qızdırıcı kabellərin yaxınlığı)
Podratçılar və ya iş icraçıları
üzərində ciddi nəzarət
Metal borunun korroziyası
prosesini sürətləndirən infra-
strukturlar (transformasiya
postları, dəmir yolları)
Xəttin marşurutuna nəzarət və
maksimum təhlükəsiz ərazi ilə
döşənmə, mühafizə sistemlərinin
tətbiqi
Yanlış materialın
seçilməsi
2 müxtəlif tip boruların bir-
ləşdirilməsi zamanı daxili və
xarici mühafizə adekvat deyil,
kimyəvi müqavimət yetərsizdir
Hazırlanma mərhələsinin
yaxşılaşdırılması
Nasaz materiallar
Hazırlanma xətaları, xammal
xətalar, istehsal xətaları və s.
Təchizatçı üzərində daha çox
nəzarət 
Boruların daşınması və 
saxlanması zamanı düzgün 
yerləşdirilməmə
Boruların elastikliyinin nəzər 
alınaraq adekvat daşıma və
saxlama işinin təşkili
Yanlış quraşdırılma İş icraçısının yetərsiz iş bilmə
qabliyyəti
Təlimlərə cəlb etmə
Yanlış istismar
Şəbəkədə təzyiqin düzgün 
idarə olunmaması
Təzyiq tənzimlənərkən borunun
xüsusiyyətləri nəzərə alınmalı
Yanlış manevrlər (hidravliki
zərbə və s.)
Təhlükəsizlik tədbirləri və istismar
qaydalarına əməl olunma


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə