Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə28/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Əhmədov F.Ş.,  Əyyubov İ.A. Çaylararası hissələrdə 
yeraltı suların sərfinin əraziyə düşən yağintıların...
(21)
(21)  ifadəsindən  x
m
-in  qiymətini  (18)  ifadəsində  yerinə  yazsaq,    depressiya
əyrisinin h
x
=h
mak
hündürlüyünü taparıq. Bu da suayrıcı kəsiyə müvafiq hündür-
lükdür.
Əgər h
1
=h
2
olarsa, x
m
=         ; suayrıcı çaylararası hissənin ortasında olur. Əgər
h
1
>h
2
olarsa, x
m

, bu halda suayrıcı orta kəsikdən sola yerini dəyişir.  Əgər
h
1
h
2
olarsa, x
m
>         , suayrıcı orta xətdən yerini sağa dəyişir. Beləliklə, çaylarda
suyun səviyyəsindən asılı olaraq, qrunt sularının suayırıcısı çaylararası hissəsinin
ortasından səviyyəsi böyük olan çaya doğru dəyişir.
Nəticə
Məqalədə riyazi təhlillər əsasında qrunt suyu layının sukeçirməyən üfüqi otura-
cağından çaylardakı suyun səviyyə xəttinə qədər h
1
və h
2
hündürlükləri məlum
olduqda,  əraziyə  düşən  yağıntının  infiltrasiyası  nəzərə  alınmaqla,  qrunt  suları
sərfinin və çaylararası depressiya əyrisinin təyini üçün ifadələr alınmışdır. Bunlardan
suqəbuledici qurğuların debitinin təyini və iş rejiminin təşkilində istifadə oluna bilər.
Ədəbiyyat siyahısı:
1. Силин-Бекчурин А.И. Динамика подземных вод. Изд. Московского Универ-
ситета, 1958, 258 стр.
2. Леви И.И. Инженерная гидрология. Изд. “Вышая школа” Москва, 1968, 237
стр.
76
3/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
UOT 614.7 (477.75)
77
3/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Giriş
Su təchizatı sistemlərinin etibarlı şəkildə fəaliyyətinin əsas göstəricisi şəbəkədəki
su itkisinin kifayət qədər az olmasıdır. Su itkisi bir çox səbəblərdən formalaşır. Bun-
lardan biri də su qəzalarıdır. Su qəzasının davamiyyəti onun aşkar olunduğu andan,
təmir olunaraq aradan qaldırıldığı ana qədər olan zaman kəsiyidir. Bu səbəbdən də
qəzaların operativ və keyfiyyətli şəkildə aradan qaldırılması yaranmış su itkisinin
azaldılması istiqamətində aparılan başlıca tədbirlərdəndir.  
Tədqiqatda istifadə olunan materiallar və metodika
Məqalənin hazırlanması  zamanı istehsalatda istifadə olunan müasir tipli təmir
aksesuarları və onların göstəricilərinə diqqət yetirilmiş, elecə də təlim materialları
və müvafiq ədəbiyyatlara istinad olunmuşdur.
Tədqiqatın şərhi
İstənilən dövlətin məişət-su təsərrüfatı onun iqtisadi və sosial inkişafını əks et-
dirən əsas göstəricilərdən biridir. Bu baxımdan su təchizatı sistemlərinin etibarlı
şəkildə qurulması və onların keyfiyyətinin müasir texnologiyaların naliyyətlərinə
əsaslanaraq artırılması  vacibdir. 
(Səh. 77-83)
SU ŞƏBƏKƏLƏRİNDƏ BAŞ VERMİŞ
QƏZALARIN TƏYİNİ, TƏMİR PROSESİ VƏ 
İSTİFADƏ OLUNAN AVADANLIQLAR
HAQQINDA
Əbilov F.A.
1
, Ağarzayev T. M.
2
1
”Azərsu” ASC, “Sukanal” ETLİ, Bakı, fazilab@mail.ru
2
"Azərsu" ASC, Bakı şəhəri, tural.agarzayev@azersu.az
Abstract. The main parametr of durable activity of üater supply system is reduce
of üater loss in the network. Water loss is containing following reassons:
1. Commercial loss
2. Physical loss (leakage)
3. Inaccuracies of metering poses 
During the water accident infrastructure is spoiling, pipeline to be corrosion,
road cover is damaging.
Açar sözlər: su qəzası, su borusu, polietilen boru, su itkisi, su təchizatı.


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Əbilov F.A., Ağarzayev T. M. Su şəbəkələrində baş 
vermiş qəzaların təyini, təmir prosesi və istifadə...
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
3/2016
78
Su şəbəkəsində yaranmış itki faizi aşağı endikcə şəbəkənin səmərəlilik faizi yük-
səlmiş olur. İtkilərin qarşısının alınması məsələsində həm fiziki, həm kommersiya,
həm də su sərfiyyatının hesablanması zamanı yaranan itkilərin azaldılması prinsip -
lərinə kompleks yanaşmaq lazımdır. 
Su şəbəkələrində formalaşan itkilər aşağıdakı başlıca səbəblərdən yaranır:
1. Kommersiya itkiləri;
2. Fiziki itkilər;
3. Hesablama zamanı yaranan itkilər.
Fiziki  itkilər  zamanı  şəbəkə  birləşmələrindəki  zədələnmə  və  ya  nasazlıqlar
nəticəsində su itkisini formalaşdıran səbəblər aşağıdakı şəkildə qiymətləndirilmişdir
[1, 2]:  
• Hidrantlardakı nasazlıqlar                 - 46,1%
• Su kəmərindəki sınmalar                   - 18.9%
• Su kəmərindəki çatlar                        - 6.3%
• Korroziya nəticəsində                        - 5.5%
• Siyirtmələrdəki nasazlıqlar                - 14.1%
• Birləşmələrdəki nasazlıqlar               -  3.9 %
• Digər zədələnmələr                            - 5.2%     
Bir çox şəhər tipli su şəbəkələrində su itkisinin buraxıla biləcək hədd norması
20-30%  qəbul edilir, bəzən isə bu göstərici 40-50% -ə qədər arta bilir [1]. Su
təchizatı sistemlərinin etibarlılığını artırmaqla bu göstəricilərin azaldılmasına nail
olmaq üçün dünya şəhərlərində yerli layihələr hazırlanaraq tətbiq olunmaqdadır.
Su axıntısı iqtisadi itki yaratmaqla bərabər movcud infrasturuktura da ziyan vurur.
Belə ki, su axıntıları kəmərləri karroziya uğratmaqla, yol örtüyünü sıradan çıxar-
maqla, tikililərin bünovrəsinə dolmaqla, su təminatının dayanıqlılığını pozmaqla və
s. müəyyən fəsadlar yaratmış olur. 
Su şəbəkəsi nə qədər etibarlı qurulsa da, qaçılmaz itki hədləri mövcuddur. Ən
keyfiyyətli sistemlərdə belə şəbəkəyə verilmiş suyun 80-90%-i istehlakçılara çatmış
olur. Sistemə verilmiş suyun təqribən 8-10%-nin itkiyə getməsi qaçılmazdır [3].
Bunun üçün də suyun hesabatı aparılarkən sadalanamış şərt nəzərə alınmalıdır.
Su sızmalarına şəbəkənin bütün hissə və istiqamətlərində rast gəlmək olar (şəkil 1).
Sızma zamanı itən suyun həcmi əsasən aşağıdakı amillərdən asılıdır:
• sızmaların ölçüsü
• şəbəkənin təzyiqi
• sızmanın aşkarlanma vaxtı
• təmirə sərf olunan vaxt
Fiziki su itkilərinin təyini üçün ənənəvi metodlarla birgə müasir inovativ metodlar
da mövcuddur. Sızmaların təyin edilməsi və qarşısının alınması üçün sızmanın baş
verdiyi yerə və şəraitə uyğun olan metod seçilərkən sızmanın daha optimal, az
zaman və məsrəf sərf etməklə aradan qaldırılması nəzərə alınmalıdır.


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə