Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə25/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

edilən seçimlərin effektivliyini, həm də onların digər yerlərdə yeni problemlər yarat-
madığını  təsdiq  etmək  üçün  onlar  rəqəmsal  modelə  daxil  edilməlidir.  Bir  sıra
möhkəm qurğularla bağlı seçimlər sınaqdan keçirilməlidir: dambalar, sahil mühafizə
bəndləri,  daşqın  divarları,  çayın  və  sututar  sahələrin  düzləşdirilməsi  və  dərin-
ləşdirilməsi. Digər seçimlərdən isə meşələrin salınması, subasarlar və ya torpaqdan
istifadəyə dəyişikliklərin edilməsi sınaqdan keçirilməlidir.
Ədəbiyyat siyahısı:
1. Xuan Fernandez. “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və
daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Mövcud
məlumatlar  və  münasib  modelləşdirmə  proqramının  seçilməsinə  dair  ilkin
hesabat. səh. 45.
2. F.Ə.İmanov, R.H.Verdiyev, Z.B.Ağayev, Ş.Y.Hümbətova. Şərqi Azərbaycan çay-
larının su ehtiyatları. Bakı, 2012, 184 s.
3. “Azərbaycanın sel təhlükəli çaylarının kataloqu”. Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Milli Hidremeteorologiya Departamenti Hidrolometeorologiya Elmi-
Tədqiqat İnstitutu. Bakı-2008 
4. Z.S.Musayev, K.M.Məmmədov, M.S.Zərbəliyev. Su ehtiyatlarının inteqrasiyalı
idarə olunması”. Bakı, 2009, 343 s.
Əbdiyeva-Əliyeva G.Ə.  Sel və daşqınların model-
ləşdirilməsinin əsasları və qısa müddətli mübarizə...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
65


66
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
UOT  556.31
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Giriş
Mingəçevir  su  anbarı  hövzəsinin  hidrogeoloji  şəraiti  indiyədək  dəqiq
öyrənilməmişdir. Aparılmış tədqiqatlar zamanı əsas diqqət tektonika, stratiqrafiya
və ekzogen-geoloji proseslərin öyrənilməsinə yönəldilmişdir. Ona görə də hidro -
geoloji şəraitin öyrənilməsinə lazımınca  diqqət yetirilməmişdir. 
Mingəçevir su anbarı sahillərinin yeraltı suları demək olar ki, tamamilə köklü
Abşeron  qumdaşı  laylarında  yayılmışdır.  Həmin  süxurların  müxtəlif  dərəcədə
parçalanmış çatlı və olduqca qeyri-sabit qranulometrik tərkibli olması nəzərə alın-
maqla  süxurlar  hidrogeoloji  parametrlərinin  müvafiq  hidravlik  qanun  əsasında
hesablanması bu tədqiqat işində öz əksini tapmışdır.
Tədqiqatda istifadə olunan materiallar və metodika
Tədqiqat işində keçmiş “Bakıhidrolayihə” İnstitutunun hesabatlarından, Ekolo -
giya və Təbii Sərvətlər Nazirliyinin fond materiallarından və Mingəçevir su anbarı
ərazisində  Mingəçevir  torpaq  bəndi  layihələndirilməmişdən  əvvəllər  aparılmış
tədqiqat işlərinin məlumatlarından istifadə olunmuşdur.
Tədqiqatın şərhi
Əldə olunmuş materiallara əsasən demək olar ki, Mingəçevir “Boğazının” hü-
dudlarındakı yeraltı sular Abşeron yaşlı qumdaşı kompleksində toplanmışdır. 
(Səh. 66-71)
MİNGƏÇEVİR SU ANBARI SAHİLLƏRİNDƏ
YERALTI SULARIN HİDROGEOLOJİ 
PARAMETRLƏRİNİN HESABLANMASI
Babayev N.İ.
1
, Rzayev R.T.
2
1
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
2
“Azərsu” ASC “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu, 
ramil_rza81@mail.ru
Abstract. Within the limits of its underground waters of the Strait of Mingechaur
almost entirely rooted in the Absheron collected layers of sandstone. Sandstone lay-
ers the shallow depth of groundwater, deep gorges and ravines, steepness of the
slopes at the top of fragmented parts, and located close to the lowest depths of the
layers in the core of the fault, there is a steepness of the slope platforms.
Açar sözlər: suçəkmə, sutökmə, depressiya əyrisi, sulu horizont, psevdokarst,
drenaj, eroziya bazisi, süzülmə əmsalı.


Abşeron yaşlı süxurlar  hidrogeoloji baxımdan 3 tipə bölünür:
1. Sərbəst hidrogeoloji rejimi olan, daha böyük qalınlıqlı, sulu qumdaşı layı;
2. Tərkibində qumdaşı laycıqları olmayan sukeçirməyən gil layı;
3. Sululuq şəraitinə görə aralıq vəziyyəti tutan, bir süxur qrupunda birləşən, az
qalınlıqlı gil və qumdaşı laylarının növbələşməsi [5].
Ümumiyyətlə, bu ərazidə sahil zolağı istisna olunmaqla, yamaclarda qrunt su-
larına  rast  gəlinməmişdir.  Bu  onunla  əlaqədardır  ki,  bu  ərazi  tektonik  qalxma
zonasıdır. Bunun da nəticəsində IV dövrdən altda yatan ana süxurların səthi qrunt
suları üçün suyadavamlı lay hesab olunur və “Boğaz”da cənuba və şimala nisbətən
daha yüksək nöqtələrdə yerləşir. Ana süxurların bu yeraltı suayırıcısının iki tərəfli
mailliyi “Boğaz”ın suları ilə drenlənir və onların allüvium və dellüvium qatları ilə
örtülmüş  ana  süxurların  tavanının  azalma  sahəsində,  “Boğaz”dan  aşağıda  və
yuxarıda toplanmasına şərait yaradır. Həqiqətən də Kürün terras çöküntülərində
“Boğaz”dan yuxarıda və aşağıda hər yerdə allüvinin qumlarında və çaqıllarında
qrunt sularına rast gəlinir. 
Beləliklə, belə qənaətə gəlmək olar ki, Mingəçevir “Boğaz”ının hər yerində IV
dövrün qrunt suları drenaj olunmuşdur. Lakin “Boğaz”ın hüdudlarında Abşeron və
Ağcagil qumdaşı çöküntüləri sulu hesab olunur. 
Ümumiyyətlə, Abşeron və qismən də Ağcagil qumlu-gilli çöküntüləri qalınlığı
təqribən  1400  m  olmaqla,  hidrogeoloji  cəhətdən  bir-biri  üzərində,  ayrı-ayrı
mərtəbələr şəklində böyük bucaq altında maili yerləşmiş sulu horizontların tam
sırasını təmsil edir. Bu sulu qumdaşı layları arasındakı məsafə olduqca müxtəlifdir
və bu da, ayrıca laylar və lay dəstələrinin, onları bir-birindən ayıran sukeçirici ol-
mayan gillərin qalınlığı ilə əlaqədardır. Sulu horizontların qalınlığı çox müxtəlifdir
və  susaxlayan  qumdaşlarının  qalınlığından  və  onların  dənəvərlik  dərəcəsindən
asılıdır [2].
Qumdaşı layların yeraltı suların ən dayaz dərinliyi dərin dərələr və yarğanların
parçalanmış sıldırım yamaclarının üst hissələrində, ən aşağı dərinlikləri isə əsasən
qırışığın nüvəsinə yaxın yerləşən qatlarda, sıldırım yamacların özüllərində müşahidə
olunur. 
Tədqiqat ərazisində Abşeron çöküntülərinə aid olan aşağıdakı bulaqlar mövcud-
dur:
1. Şirinbulaq–Bozdağ silsiləsinin cənub yamacında yerləşir, suyunun keyfiyyəti
yaxşıdır, debiti 0.4 l/san təşkil edir;
2. İstisu bulağı–Qocaşen dağ silsiləsinin cənub yamacında yerləşir, suyu şirindir,
debiti aşağıdır, alt abşeron yaşlı qumdaşı çöküntülərindən süzülür, kimyəvi tərkibinə
görə hidrokarbonatlı-xloridli-natriumludur, tərkibində nəzərə çarpacaq dərəcədə sul-
fat ionları iştirak edir  (cədvəl 1).
3. Samux bulağı – Mingəçevir su anbarının sol sahilində yerləşir, debiti aşağıdır,
suyun temperaturu 12-13
0
C-dir. 
67
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Babayev N.İ., Rzayev R.T. Mingəçevir su anbarı sahil -
lərində yeraltı suların hidrogeoloji parametrlərinin...


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə