Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə23/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
UOT  556.535.2
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
58
Giriş
Sel, daşqın, subasma hadisələri Azərbaycan iqtisadiyyatına zərər yetirən təbii
fəlakətlərdəndir. Azərbaycan əhalisinin təqribən 1,0 milyon nəfəri sel təhlükəli ray-
onlarda yaşayır. 18 inzibati rayon ərazisində yerləşən 200-dən artıq yaşayış mən-
təqəsi,  300  km  uzunluğa  malik  dəmir  yolları,  1000  km-dən  çox  respublika
əhəmiyyətli avtomobil yolları, 100-lərlə körpü və qurğular, çoxsaylı sənaye və kənd
təsərrüfatı obyektləri mütəmadi olaraq sel təhlükəsinə məruz qalır, dağılır, yararsız
vəziyyətə düşür. 
Subasmalar əsasən Kür və Araz çaylarının aşağı axarında gursululuq dövründə
baş verir və 150-ə qədər yaşayış məntəqəsinə təhlükə yaradır. Təhlil nəticəsində
müəyyən edilmişdir ki, 2006-cı ilin gursululuq dövründə respublika ərazisində 21
sel, daşqın hadisəsi qeydə alınmışdır.
Daşqınlar haqda daha çox tarixi məlumatlar əldə etmək üçün bəzi digər məlumat
mənbələri təhlil edilmişdir.
Şəkil 1-də 2000-ci ildən bu günədək əsasən MODİS sensorlarından, bəzi hallarda
isə Radarsat, Aster və ya digər daha yüksək sahə rezolyusiyalı məlumatlara əsasən
daşqın məlumatlarını əks etdirir. Bu informasiya tədqiqat ərazisində daşqınların
kəskin yamaclarda mərkəzləşdiyini göstərir. Sutoplayıcı sahənin aşağı hissəsində
daşqınlar cüzi izlənilir [1].
(Səh. 58-65)
SEL VƏ DAŞQINLARIN 
MODELLƏŞDİRİLMƏSİNIN ƏSASLARI VƏ
QISA MÜDDƏTLİ MÜBARİZƏ TƏDBİRLƏRİ 
Əbdiyeva-Əliyeva G.Ə.
Fövqəladə Hallar Nazirliyi, Bakı şəhəri, gunayfh@gmail.com 
Abstract. The measures mentioned in the article are aimed to prevent modflow
and floods events that may occur in the Republic of Azerbaijan. At the same time it
was also taken into consideration the early warning system during heavy rains, pos-
sible floods and high water disaster relief, population warning and evacuation and
to ensure the implementation of urgent activities.
Açar sözlər: sel, daşqın, Hidravlik model, MODİS, DEM modeli, Daşqının mod-
elləşdirilməsi.


Tədqiqatda istifadə olunan materiallar və metodika
Tədqiqatda  əsasən  Fövqəladə  Hallar  Nazirliyi  və  Niderland  Krallığının
Deltares&Royal Haskoning şirkətilə birgə Böyük Qafqaz regionunda zəif dağ ic-
maları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil
edilməsi” layihəsinin hesabatlarından və metodikasından istifadə olunmuşdur. 
Tədqiqatın şərhi
İrimiqyaslı xəritələşdirmə və aero şəkillərin çəkilməsi, topoqrafik məlumatların
toplanması, hidroloji məlumatların əldə edilməsi, daşqın barədə tarixi məlumatlarla
tanışlıq tətqiqat aparılan ərazinin hidravlik modelinin tərtib edilməsi üçün görülməsi
vacib olan işlərdir. Hidravlik modelin tərtib edilməsi sel və daşqınlar baş vermiş
ərazidə qısa müddətli tədbirlərin görülməsi üçün əvəzolunmaz bir layihədir. Modelin
tərtib olunmasında ərazinin rəqəmsal hündürlük modelindən (DEM modelindən) is-
tifadə olunur. 
Hidravlik model. Hidravlik modelin icrası üçün pilot sahə kimi üç yüksək dağlıq
yarım-hövzələri seçilmişdir. Bunlar Talaçay, Kişçay və Türyançay hövzələridir. On-
ların xüsusiyyətləri aşağıdakılardır: 
1. Böyük Qafqaz regionu boyunca yaxşı paylanmışdır və həmin region üzrə
reprezentativ xarakter daşıdığından, bu təkrarlamaya imkan verir;
59
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Əbdiyeva-Əliyeva G.Ə.  Sel və daşqınların model-
ləşdirilməsinin əsasları və qısa müddətli mübarizə...
Şəkil 1. Dartmouth daşqın rəsədxanasına əsasən daşqın ehtimallı ərazilərin
xəritə sxemi  


60
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Əbdiyeva-Əliyeva G.Ə.  Sel və daşqınların model-
ləşdirilməsinin əsasları və qısa müddətli mübarizə...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
2. Kəskin yuxarı sutoplayıcı sahələrdə və çay yataqlarının yuxarı axarlarında iri
və dağıdıcı daşqınlara meyllidir və tarixən xeyli miqdarda süxur və palçıq daşıyıb
gətirmişlər; 
3. Pilot yarım-hövzələr daxilində su çatışmazlığına həssas olan və böyük daşqın
riski ilə üzləşən bir sıra icmalar, o cümlədən, kiçik kənd təsərrüfatı ilə məşğul olan
kəndlər və daha iri, daha çox məskunlaşmış rayonlar var.
Talaçay Zaqatala regionunda yerləşir. Onun sutoplayıcı sahəsi 410 km
2
-dir, yuxarı
axarda iki əsas qola malikdir. İki əsas qolu qovuşduqdan sonra 40 km məsafədən
axaraq Qanıx çayına tökülür. Yüksək daşqın riski olan ərazidə bir sıra dağ kəndləri
vardır.
Kişçay Şəki şəhərinin kənarı ilə axır. Çayın aşağı axım zonasında Kiş, Oxut və
Qoxmuq kimi bir sıra kəndlər var. Kişçay Əyriçayın çayının qoludur. Uzunluğu 49
km-dir və sutoplayıcı sahəsi 265 km
2
-dir. Daşqın tez-tez baş verir və dağıdıcı xarak-
ter daşıyır. 
Türyançay Qəbələ regionundadır. O, pilot sutoplayıcı sahələrin ən böyüyüdür və
sutoplayıcı sahəsi təxminən 4840 km
2
-dir. Yuxarı axarda bir sıra qollara malikdir
və hər birinin daşqın problemləri mövcuddur. İllik axımın 60%-i yaz gursululuq
dövrünə düşür. Qəmərvan, Abrıx, Bum və Xırxatala kəndləri daşqınlara və sellərə
daha çox məruz qalır [1, 2, 3, 4].
Daşqının  modelləşdirilməsi. Modellərin  növləri  ölçü  baxımından  təsnifat-
laşdırılır.  Onlardan ən önəmliləri 1D, 1D+, 2D- və 2D metodologiyalarıdır. Çünki
onlar daşqın risklərinin idarə olunması üzrə strategiyaların icrasını dəstəkləmək
üçün  zəruri  olan  modelləşdirmə  tətbiqetmələrinin  əksəriyyətini  əhatə  edir.  3D
Reynolds ortalamalı Navye-Stoks tənliklərinə əsaslanan üç ölçülü rəqəmsal mo -
dellər də mövcuddur. Lakin daşqın riskinin idarə edilməsi ilə bağlı qərarların veril -
məsində kömək etmək üçün bu modellərin zəruri miqyasda tətbiq edilə bilməsi üçün
önəmli praktiki problemlər aradan qaldırılmalıdır. Faktiki olaraq, bütün rəqəmsal
model növləri eyni Navye-Stoks tənliyinə əsaslanır və həmin tənlikdən asılı olaraq
hesablanır.
Rəqəmsal modelin tətbiqi. Rəqəmsal modelin tətbiqi strategiyası hidravlik mo -
del ləşdirmə,  o  cümlədən  topoqrafik  məlumatların  idarə  edilməsi,  model
sərhədlərinin müəyyən edilməsi, tor sərhədlərinin müəyyən edilməsi üçün tələb olu -
nan ilkin addımları müəyyən edəcək. ASTER və ya SRTM vasitəsilə relyefin rəqəm-
sal modelinin topoqrafik məlumatlarını əldə etmək mümkündür. 
Ərazidəki əvvəlki təcrübələrə əsaslanaraq, maksimum şaquli dəqiqlik ± 4-5 m
olmaqla əldə oluna bilər. Hidravlik modelləşdirmə və daşqınların xəritələşdirilməsi
baxımından  bu  rezolyusiya  iridir.  Hidravlik  modelləşdirmə  və  daşqınların
xəritələşdirilməsi prosesləri zamanı bu məsələyə xüsusi diqqət yetiriləcək və çöl
tədqiqatından toplanmış məlumatlara xüsusi diqqət yetiriləcək. Hövzələrdəki çaylar
çox geniş məcralara malik olmaqla yanaşı, ilin əksər vaxtı: azsulu dövrlərdə və eks -


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə