Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə22/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

Əyyubov İ.A. Oğuz-Qəbələ ərazisi çaylarının 
hidroloji rejim xüsusiyyətlərinin təhlili
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
55
Şəkil 7. Dəmiraparançayın Qəbələ məntəqəsində (orta sulu) 2007-ci il üçün 
hidroqrafın parçalanması
Şəkil 8. Dəmiraparançayın Qəbələ məntəqəsində (çoxsulu) 1992-ci il üçün
hidroqrafın parçalanması
Şəkil 9. Dəmiraparançayın Qəbələ məntəqəsində (azsulu) 1947-cu il üçün 
hidroqrafın parçalanması


Oğuz-Qəbələ çaylarının daşqınlıq parametri maksimal və orta illik su sərflərinin
orta çoxillik kəmiyyətlərinin nisbəti böyük intervalda tərəddüd edir (cədvəl 6).
Oğuz-Qəbələ çaylarının rejiminin kəmiyyət göstəricilərindən biri minimal yay-
payız və qış axımlarının nisbəti ola bilər. Ərazidə atmosfer yağıntılarının il ərzində
paylanma xarakterilə əlaqədar, minimal yay su sərfləri minimal qış su sərflərindən
təqribən iki dəfə kiçikdir. Bu yay-payız minimal axımı dövründə çayların qidasında
müvəqqəti suların və qismən səth sularının iştirakı ilə izah olunur. 
Ərazinin bütün çaylarında axımın artma prosesi mart ayından başlayır və iyun
ayına kimi davam edir və gursulu dövr adlanır. Bu dövrdə axımın artmasına səbəb
kimi sutoplayıcı hövzədə qarların əriməsi və intensiv yağıntıların düşməsi ilə izah
olunur. Çayın qidalanmasında yeraltı suların payı azalmağa başlayır. Hövzədə iyun-
avqust aylarında yağıntıların miqdarı azalır və sentyabr ayından sonra yenə intensiv
yağışların düşməsi müşahidə edilir. Belə ki, ərazinin əksər çaylarında iyun-avqust
aylarında yay qıtsulu dövrü baş verir. Bu da hövzədə daimi buzlaqların olmaması
və yağıntıların düşməməsi ilə izah olunur. Sentyabr ayından sonra çayda intensiv
yağıntıların düşməsi ilə əlaqədar daşqın rejimi başlayır. 
Qeyd  etmək  lazımdır  ki,  minimal  axım  dövründə  çayların  sululuğu  kəskin
azaldığından, su sərfinin ölçülməsinin dəqiqliyi aşağı düşür. Bundan başqa, xüsusilə
yay-payız minimal axımı antropogen amillərin ilk növbədə suvarma məqsədilə sug-
ötürmələr nəticəsində azalır və baxılan dövrdə bir qrup çayların təbii rejimi pozulur
(Əlicançay, Turyançay, Dəmiraparançay və s.).
Ümumiyyətlə, dağ çaylarının hidroqrafını parçaladıqda nəzərə almaq lazımdır
ki, çay buzlaq suları ilə qidalanırsa, qış dövründə onun qidasını qrunt suları təşkil
etməlidir. Yay dövründəki yeraltı qidalanma təqribən qışın başlanğıcındakı sərfə
müvafiq ayrılmalıdır. Qar suyu ilə qidalanma isə hövzənin alçaq hissələrində qar
əriməyə başladıqdan qurtardığı dövrə qədər olur. Yağış suları ilə qidalanma yay-
payız daşqınları arasındakı dövrlərdə baş verir.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Əyyubov İ.A. Oğuz-Qəbələ ərazisi çaylarının 
hidroloji rejim xüsusiyyətlərinin təhlili
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
56
Cədvəl 6. Oğuz-Qəbələ çayların daşqınlıq parametri maksimal və orta illik su
sərflərinin orta çoxillik kəmiyyətlərinin nisbəti
S/
s
Çaylar və məntəqə
Çayda
müşahidə 
illəri 
Q
mak
, m
3
/san
Çayda mak-
simal su
sərfi, 
Çayda orta
illik su sərfi,
Q
orta
, m
3
/san
Daşqınlıq
parametri
1 Əyriçay-Baş Daşağıl
1936-2008
215
2.83
76.0
2 Əlicançay-Qayabaşı
1960-2008
146
5.33
27.4
3 Tikanlıçay-Tikanlı
1950-2007
319
3.57
89.4
4 Türyançay-Suqovşağı
1968-2008
170
8.54
20.0
5 Dəmiraparançay-Qəbələ
1947-2007
322
4.68
68.8


Beləliklə,  Oğuz-Qəbələ  çaylarının  hidroqraflarının  genetik  parçalanmasının
nəticələri cədvəl 7-də verilmişdir. 
Nəticə
Oğuz-Qəbələ çaylarının hidroqraflarının genetik parçalanmasının nəticələrinə
əsasən, bu çayların axımının 40-45%-i yeraltı, 30-35%-i yağış, 20-30%-i isə qar su-
ları hesabına əmələ gəlir.
Ümumiyyətlə, dağ çaylarının hidroqrafını parçaladıqda nəzərə almaq lazımdır
ki, çay buzlaq suları ilə qidalanırsa, qış dövründə onun qidasını qrunt suları təşkil
etməlidir. Yay dövründəki yeraltı qidalanma təqribən qışın başlanğıcındakı sərfə
müvafiq ayrılmalıdır. Qar suyu ilə qidalanma isə hövzənin alçaq hissələrində qar
əriməyə başladıqdan qurtardığı dövrə qədər olur. Yağış suları ilə qidalanma yay-
payız daşqınları arasındakı dövrlərdə baş verir.
Ədəbiyyat siyahısı:
1. Rüstəmov S.H. “Azərbaycan çayları və onların hidroloji xüsusiyyətləri”. Bakı
1960 "Azərbaycan SSR” EA Mətbəəsi" 196 s.
2. Əliyev F.Ş. “Azərbaycan Respublikasının yeraltı suları, ehtiyatlarından istifadə
və geoloji problemləri”. Bakı 2000, Çaşıoğlu nəşriyyatı, 325 s.
3. İmanov F.Ə. “Çay axımı”, Bakı, BDU nəşriyyatı, 2001. 208 s.
4. Məmmədov M.Ə. “Azərbaycanın hidroqrafiyası”. Bakı, 2002.
5. Великанов М.А. “Гидрология суши”. Ленинград 1948.
Əyyubov İ.A. Oğuz-Qəbələ ərazisi çaylarının 
hidroloji rejim xüsusiyyətlərinin təhlili
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
57
Cədvəl 7. Oğuz-Qəbələ zonasının əsas çaylarının qidalanma payına görə
göstəricilər
S/s
Ərazinin çayları
Yeraltı sular, %
Yağış suları, % Qar suları, %
1 Əyriçay-Başdaşağıl
40-45
30-35
25-30
2 Əlicançay-Qayabaşı
40-43
27-33
22-28
3 Turyançay-Suqovşağı
40-41
30
27-32
4 Dəmiraparançay- Qəbələ
40-45
30-35
25-30


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə