Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə20/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

50
3/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Əyyubov İ.A. Oğuz-Qəbələ ərazisi çaylarının 
hidroloji rejim xüsusiyyətlərinin təhlili
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
baş verən daşqınlar yaz-yay daşqınlarından xeyli zəif olur. Çaylarda illik su sərfinin
20-25%-i bu fazaya düşür. Axırıncı faza isə qış aylarını (dekabr, yanvar və fevral)
əhatə edir və illik su sərfinin 15-20%-i bu fazada keçir (cədvəl 4).
Oğuz-Qəbələ çaylarında axımın yaranmasında yüksəklik zonallığı qanunauyğun-
luğu da özünü aydın göstərir. Dağətəyi və alçaqdağlıq zonada qış fəslində yağan
qarın əriməsi və yağışlar hesabına axım kəsilmədiyi halda, yüksəkdağlıqda axım
yalnız yeraltı sular hesabınadır. Buna görə yüksək dağlıqda minimum su sərfi qış
aylarında, alçaqdağlıqda isə yayda müşahidə edilir. Yay aylarında yüksəkdağlıq zo -
nada qar və yağışların hesabına çaylarda su sərfi böyük olur. Orta dağlıqda dağ-
meşə  landşaftının  hakim  olması  çayların  qidalanmasında  və  axımın
tənzimlənməsində mühüm rol oynayır [1, 3].
Qış zamanı yığılmış qar yazda əriməyə başlayır və ərinti suları çayları qida-
landırır. Qar sularından qidalanma qarda olan su ehtiyatlarından və ərimə dövründəki
hava şəraitindən asılıdır. Sutoplayıcı hövzədə qar əridikdə və yağışdan sonra suyun
bir hissəsi torpaq-süxur təbəqəsinə hopur və yeraltı suların ehtiyatını artırır. Sonra
isə il ərzində müntəzəm olaraq çayı qidalandırır.
B.D.Zaykov çayların təsnifatını onların rejimini nəzərə almaqla yerinə yetir-
mişdir. Belə ki, təsnifatda bütün çaylar üç qrupa bölünmüşdür: yaz gursululuqlu
çaylar; ilin isti dövründə gursulu olan çaylar və daşqın rejimli çaylar. Bundan başqa
gursulu dövr və daşqınların xüsusiyyətlərindən, maksimal axımın payından və az-
sulu dövrün xarakterindən asılı olaraq o, bu üç qrup  çayları da ayrı-ayrılıqda 10
tipə bölür.
A.M.Vladimirov belə hesab edir ki, P.S.Kuzinin təsnifatı B.D.Zaykovun təsni-
fatını dəqiqləşdirir. P.S.Kuzin də çayları üç tipə bölür: yaz gursululuqlu çaylar (qar
Cədvəl 3. Oğuz-Qəbələ zonasının əsas çaylarının 1961-2010-cu illər ərzində
ilik axımın isti və soyuq dövrdə paylanmasının göstəriciləri, mln. m
3
S/s
Çaylar və 
məntəqə
Soyuq dövr 
Oktyabr-mart
İsti dövr 
Aprel-sentyabr
İllik həcm,
mln. m
3
mln. m
3
%
mln. m
3
%
1 Turyançay-Savalan
225.4
43.6
291.5
56.4
516.9
2 Tikanlıçay-Tikanlı
29.0
26.0
82.7
74.0
111.7
3 Əlicançay-
Qayabaşı
75.0
44.6
93.0
55.4
168
4 Əyriçay-Başdaşağıl
32.6
33.3
65.3
66.7
97.9
5 Turyançay-
Suqovşağı
75.9
36.4
132.6
63.6
208.5
6 Dəmiraparançay-
Qəbələ
47.6
30.6
108.1
69.4
155.7


suları ilə qidalanma), gursululuqlu və daşqınlı çaylar (qar və yağış suları ilə qi-
dalanma), daşqınlı çaylar (yağış suları ilə qidalanma) [5].
Çayların  qidalanması,  onların  axıb  keçdiyi  ərazilərin  müxtəlif  fiziki-coğrafi
şəraitə malik olması ilə əlaqədar mürəkkəb xarakter daşıyır və çaylarda qidalanma
çox zaman qarışıq olur. Ümumiyyətlə, çayların su ilə qidalanmasında 2-3 qida mən-
bəyi iştirak edir. Belə qarışıq qidalanma çayların əksəriyyəti üçün xarakterikdir.
Çayların axım həcmini hesabladıqda və axımın il ərzində paylanmasını müəyyən-
ləşdirdikdə onların qida mənbələrini öyrənmək vacibdir.  
Ümumiyyətlə,  çaylar  qida  mənbələrinə  və  su  rejiminə  görə  bir-birilərindən
fərqləndikləri  üçün  çayların  məhz  bu  xüssiyyətlərinə  görə  müxtəlif  təsnifatları
məlumdur. Çayların qida mənbələrinin kəmiyyət göstəriciləri S.H.Rüstəmov və
R.M.Qaşqayın birgə monoqrafiyalarında verilmişdir [1]. Müxtəlif qida mənbələrinin
payı sabit qalmır, ildən-ilə, çay boyu və yüksəklik qur şaqları üzrə dəyişir. Bəzi il-
lərdə maksimal su sərfləri qar sularının, bəzən isə ya ğış sularının hesabına for-
malaşır. Çoxsulu illərdə səth sularının, azsulu illərdə isə yer altı suların payı artır.
Çayların qida mənbələrinin kəmiyyət göstəriciləri il ərzində də dəyişir: yazda qar,
payızda yağış, yay və qış aylarında isə yeraltı suların rolu güc lənir.
Çayların qidalanmasında iştirak edən yeraltı sular həm daimi, həm də mövsümi
su laylarından daxil olur. Bu sular çox zaman bulaqlar şəklində yerin səthinə çıxır
və azsulu dövrlərdə çayların əsas qida mənbəyi rolunu oynayır. Mövsümi yeraltı su-
ların yay-payız azsulu dövr axımının formalaşmasında rolu daha böyükdür, çünki
yaz gursululuğu dövründə bu sularıın ehtiyatı əhəmiyyətli dərəcədə artır. Yay-payız
aylarında mövsümü yeraltı suların ehtiyatı tədricən azalaraq qış azsulu dövründə
minimuma çatır və çaylar başlıca olaraq daimi yeraltı su laylarından qida alır.
Əyyubov İ.A. Oğuz-Qəbələ ərazisi çaylarının 
hidroloji rejim xüsusiyyətlərinin təhlili
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
3/2016
51
Cədvəl 4. Oğuz-Qəbələ zonasının əsas çaylarının 1961-2010-cu illər ərzində
orta çoxillik sərf göstəricilərinin fəsillər üzrə paylanması
S/s Çaylar və məntəqə Qış
Yaz
Yay
Payız
İllik
mln.m
3
%-lə mln.m
3
%-lə mln.m
3
%-lə mln.m
3
%-lə mln.m
3
1 Turyançay-Savalan 99.8
19.3 149.2 28.9 133.4 25.8 134.5 26.0 516.9
2 Tikanlıçay-Tikanlı
9.1
8.1
32.9
29.5
44.3
39.7
25.4
22.7 111.7
3 Əlicançay-
Qayabaşı
34.2
20.4
55.4
33.0
40.7
24.2
37.7
22.4
168
5 Əyriçay-Başdaşağıl 14.9
15.2
28.6
29.2
33.8
34.5
20.6
21.0
97.9
6 Turyançay-
Suqovşağı
32.4
15.5
63.4
30.4
64.8
31.1
47.9
23.0 208.5
7 Dəmiraparançay-
Qəbələ
18.5
11.9
39.0
25.0
61.5
39.5
36.7
23.6 155.7


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə