Riyaziyyat
2009
Riy. XII.10. Göstəriciləri analiz edir və yekun nəticələri formalaşdırır.
Nəticə əldə edilmişdir, əgər şagird:
verilən seçim üçün elə bir ədədi xarakterləri seçir, hansılar ki, verilən məsələnin həll
•
edilməsi üçün münasibdir və öz seçimini əsaslandırır, qərar qəbul etdikdə seçilən xarakterləri
hesablayır və nəzərə alır
göstəricilərin interpolyasiyasının/ekstrapolyasiyasının ən yaxşı uyğunluğunu düz xətt
•
vasitəsilə icra edir
seçim və sorğu nümunəsində dəyişiklikləri təyin edir, seçim metodu və seçimin həcminin
•
nəticələrin etibarlılığına hansı təsir göstərdiyini müzakirə edir
korellyasiya koefisientini hesablayır və cütləşdirilmiş göstəricilər arasında düz xətt əlaqələrini
•
müzakirə edir
Məzmun
Göstəricilərin toplanma vasitələri: seçim metodu, seçim və variativ cərgə; seçimin ədədi
1.
xarakterləri (mediana, orta əhəmiyyət, orta kvadrat əyrisi)
Göstəricilərin qaydaya salınmış miqdar və xassə əlamətləri: cütləşdirilmiş göstəricilər,
2.
korellyasiya
Göstəricilərin təqdimat vasitələri xassə və miqdar göstəriciləri üçün: dağınıqlıq diaqramı,
3.
uyğunluq xətti
Ehtimal: şərti ehtimal, hadisələrin müstəqilliyi; ehtimalların cəm və hasil düsturları; böyük
4.
ədədlərin qanunu (tanışlıq qaydası ilə)
Riy. XII. - 6
Riyaziyyat
2009
Kumulyativ nəticələr
Baza pilləsi
Milli tədris planında şərti olaraq riyaziyyat dörd əsas istiqamətə bölünür: ədədlər və əməllər;
həndəsə və məkan anlayışı; göstəricilərin analizi, ehtimal və statistika; qanunauyğunluq və cəbr.
Bu istiqamətlər şagirdin ümumtəhsil məktəbində təhsil aldığı müddətdə sahib olacağı bilik və
vərdiş-bacarıqlarla sıx əlaqədədir. Tədris planının istiqamətlərə əsasən bölünməsi kursun analoji
bölümünü bildirmir, o, yalnız tədris materialının spektrini göstərir və təhsilin bu və ya digər pilləsində
diqqəti nəyə yönəltməyə təlimat vermək imkanını verir.
Riyaziyyat üzrə baza məktəbində əsas diqqət ədədlərlə əlaqədar biliyin dərinləşdirilməsinə
yönəlib. Kəmiyyətlərlə, ifadələrlə, həndəsi quruluşlarla, ölçülərlə və miqdar göstəricilərinin
xüsusiyyətləri ilə yeni riyazi obyekt və prosedurlar şagirdin ədədlərə yönəldilmiş bilyinin
dərinləşdirilməsinə əsaslanır. Əsas diqqətin ədədlərin saylarla əlaqəsinə, ədədi əməllərin isə,
prosedurlarla əlaqədə real obyektdə həyata keçirilməsinə yönələn ümumi təhsilin ibtidai pilləsindən
fərqli olaraq, ümumi təhsilin baza pilləsində ədəd anlayışı yavaş-yavaş əyaniliyini itirir və daha çox
abstraksiya əldə edir. Bir tərəfdən bu, şagirdin təsviri bacarığının inkişafına dəstək göstərir, digər
tərəfdən isə, şagird ədədlər və onlarla əlaqədar prosedurlardan müxtəlif kontekstlərdə istifadə etmək
bacarığına sahib olurlar. Bununla yanaşı, obyektlərin hər hansı bir konkret birliyi ilə əlaqədar olmayan
və yalnız riyaziyyatda deyil, eləcə də istənilən başqa sahələrdə də (məsələn: kəmiyyət və onunla
əlaqədar əməllər, təsvir, funksiya, yanaşma) istifadə ediləcək ümumi səriştələrin formalaşmasına
və inkişafına əsas verir.
Ümumi təhsilin baza pilləsində təhlil-əsaslandırmaq kimi bacarığın inkişafının əsası qoyulur.
Həmin bacarığın inkişafı məktəb riyaziyyatının başlıca məqsədlərindən biridir. Əgər ümumi təhsilin
ibtidai pilləsində əsas diqqət riyazi anlayışlar və prosedurların dərk edilməsinə, bu anlayışların
istifadəsi və prosedurların düzgün aparılmasına yönəlirsə, ümumi təhsilin baza pilləsində isə, əldə
edilən cavabın əsaslandırılması, ifadənin həqiqi və ya yanlış olmasının təyin edilməsi, ifadələr
birliyindən nəticənin formalaşdırılması kimi bacarıqların inkişafına əsas verilir. Bu bacarıqlar və
uyğun üsullar mərhələ ilə riyaziyyatın bütün istiqamətlərinə yayılır. Təhlil-əsaslandırmaq üsullarını
istifadə etməklə yanaşı, həndəsə istiqamətində həndəsi quruluşlarla əlaqədar biliyin bünövrəsi
qoyulur. Öz növbəsində bu, təsvir və məkanın dərk edilməsi bacarığının inkişafına da dəstək
göstərir.
Diskret riyazi elementlər haqqında bilik təsadüfi hadisə və öz növbəsində, göstəriciləri
cəmləşdirən ədədi xüsusiyyətlər anlayışının dərk edilməsi və onların istifadə bacarığının inkişafı
ilə əlaqədar olan ehtimal anlayışının dərindən anlanılmasına əsas verir.
Riy. XII. - 7
Riyaziyyat
2009
Pillənin sonunda əldə edilən nəticələr və indikatorlar
Ədədlər və əməllər
Həqiqi ədədləri oxuyur, ifadə edir, müqayisə edir və yerləşdirir. Müsbət
1.
sistemdən və ədədin yazılışının standart formasından istifadə edir. Həqiqi
ədədləri təsnif edir.
Onluq kəsrin yazıda dərəcəsini göstərir və dərəcədə duran rəqəmlərin əhəmiyyətini adlandırır;
•
bu biliyi onluq kəsrin müqayisəsi və ya (artma/azalma) cərgəsində istifadə edir. Tamamlanmış
onluq kəsri sıra toplantılarının cəmi şəklində açıqlayır.
Model üzərində qarşılıqlı ədədin və ədədin absolyut əhəmiyyəti anlayışlarını nümayiş etdirir
•
(eləcə də ədədi ox üzərində).
Ekvivalent forması ilə qarışıq ədədləri, onluq kəsrləri və kəsrləri yazır. Verilən rasional
•
ədədləri yuvarlaqlandırır, müqayisə edir və başqa-başqa növlərdə yerləşdirir.
Müsbət sistemdən istifadə edərək bəzi bölünmə əlamətlərini əsaslandırır: verilən ədədlərin
•
ən kiçik ümumi bölünənini və ən böyük ümumi bölənini tapır.
Tam və onluq kəsrləri dəqiqliklə yuvarlaqlandırır, onluq kəsrlərin qısa yazılışını
•
yuvarlaqlardan fərqləndirir.
Tamlıq göstərən dərəcəni izah edir və onun xassələrini nümayiş etdirir. Ədədlərin ardıcıllıq
•
dərəcələrini müzakirə edəndə vahidlərin sırasında duran rəqəmlərin dövri təkrarlanması
haqqında müzakirə aparır.
Birmənalıi ədəd üzərində natural ədədlərin ardıcıllıqla bölünməsində qalığın dövriliyini izah
•
edir; qanunauyğunluğu izah edir.
Standart formada verilən ədədləri müsbət sistemdə istifadə etməklə ədədləri standart formada
•
və ya əksinə yazır; ədədin yazılışnın müxtəlif formalarını müqayisə edir (məs. ədədlər
üzərində əməlləri yerinə yetirərkən standart formanın hansı üstünlüyü var).
Dövri və dövri olmayan onluq kəsrlər kimi rasional və irrasional ədədləri ayırır və irrasional
•
ədədə misallar gətirir.
2. Müxtəlif üsullarla rasional ədədlər üzərində əməlləri yerinə yetirir.
Əməllərin nəticələrini qiymətləndirir.
Modeldə tam ədədlər üzərində riyazi əməlləri nümayiş etdirir.
•
Ədədin yazılışının ekvivalent formalarından, əməllərin yerinə yetirlmə ardıcıllığından,
•
onların xassələri və hesablamanın asanlaşdırılması və ya hesablamanın nəticələrinin
qiymətləndirlməsində qruplara ayırmadan istifadə edir.
Ədədi proporsional hissələrə ayırır və onun verilən hissəsinə əsasən ədədi tapır.
•
Natural göstərici dərəcəsinin xassələrini nümayiş etdirir.
•
Hesablama zamanı faizi ədədin hissəsi ilə əlaqələndirir; verilən ədədin faizini tapır və
•
dəyişən məsələni həll edir.
Rasional ədədlər üzərində yerinə yetirilən hesablamanın (onlar arasında dərəcə və kök)
•
nəticəsinin adekvat olmasını yoxlamaq üçün qiymətləndirmədən istifadə edir.
Riy. XII. - 8