Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə38/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   34   35   36   37   38   39   40   41   ...   167

doğmaları  sakitləşdirmək,onların  kədərini  azaltmaq,öləni  azad 

etmək.Can vermə ilə bağlı bu kitabda deyilir:”Can verənin ölümdən 

əvvəlki  an  olan  vəziyyətindən  onun  ölümdən  sonra  daxil  olduğu 

varlıq  və  ya  qeyri-varlıq  vəziyyəti  asılı  olur”.Kitabda  ean  verənə 

məsləhət  görülür  ki,’’bütün  hisslərin  qapısını  bağlayıb  yalnız 

ürəkdən  Allah  haqqında  düşünmək  lazımdır-onda  ölən  ən  yüksək 

yolla  gedəcəkdir”.”Əqlin  aydınlığını  saxla,fikrini  heç  nəyə 

yaymdırma,sakit  ol.Fikirləş  ki,tezliklə  şüur  bədəni  tərk 

edəeəkdir.Necə  ölməyini  müşahidə  et;paıiaq  işığın  görünməsinə 

hazır ol-bütövlükdə diqqətini bu işığa yönəlt”. 

Alimlər  də  ölümün  bizə  məlum  olmayan  tərəflərinin 

olmasından  yazırlar  Kyubler  Ross  ölənlərin  sifətində  yaranan 

ifadədən təəeeübləndiyini yazır.Sifət sakit və ciddi görkəm ahr.Olən 

bu vaxt özünü sakit və xoşbəxt hiss edir,bunu alimə deyirdilər.Xəslə 

depresiya  və  əsəbi  halda  öləndə  belə  sifətində  sakitlik 

görünür.Sloan-Ketterinq  xərçəng  institutunun  prezidenti  Lyuisa 

Tomas ölüm vaxtı ağrı və əzabın olmamasını ölüm prosesinin bizə 

məlum  olmayan  hadisələrlə  bağlı  olmasında  görürdü.Beyindən 

hansısa maddə ayrılır və bu ölümün ağrısız edir;bəlkə də bu anda o 

xoş  duyğular  yaradır.”Ölüm  bizim  təsəvvür  etdiyimiz  kimi 

olmur.Görünür  burada  bizim  bilmədiyimiz  nə  isə  baş 

verir”.Xəstəliyin sonuna yaxın dözülməz ağrılar yarana bilər,ancaq 

bu uzun sürmür,ölümün gəlişi ilə hər şey dəyişir.Adətən Yerdə olan 

son günlər,son saatlarda əzab olmur.Ağrı və xoşagəlməz hər şey yox 

olur.Olüm  yaxınlaşdıqca  ölənin  şüurunda  bu  dünyanın  mənzərəsi 

tədricən  tutqunlaşır,onun  əvəzinə  axirət  dünyasının  görüntələri 

gəlir.Duyğu  yox  olmur,ancaq  onun  mənbələri  və  onu  qəbul  edən 

orqanlar dəyişir.Ölən adam hələ də bu dünyadadır,ancaq bizə artıq 

aydın olur ki,o artıq bir az “oradadır” və sakitcə bizə aydın olmayan 

yeni nəyə isə tamaşa edir.Xərçəng xəstəliyindən əzab çəkən və can 

verən  anamın  həyatının  son  günlərini  yaxşı  xatırlayıram.O  üzü 

divara tərəf 

113 



çarpayıda uzanmışdır.Ayağa qalxa bilmirdi.Sifəti ağarmışdı, nəfəsi 

zorla  alırdı.O  hərəkətsiz  halda  uzanmışdır,  baxışları  bir  nöqtəyə 

zillənmişdi,sanki nəyə isə tamaşa edirdi. Dodaqları qurumuşdur.”Su 

verim?”  sualına  zorla  eşidiləcək  pıçıltı  ilə  “hə”cavabı  verdi.Bir 

qurtum  su  udub  mənə  baxdı,gözləri  açıldı  və  tez  də  baxışlarını 

çəkdi-bu  həm  məndən,həm  də  bu  dünyadan  baxışların  son  dəfə 

qaçırması  oldu.Yalnız  bir  gündən  sonra  dünyasını  dəyişdi.Tibb 

bacıları  danışırlar  ki,uşaqlar  ölümdən  qabaq  rəhmətə  getmiş 

qohumlar  və  doğmaları  ilə  söhbət  edirlər.Poss  yazır  ki,ölən  xəstə 

qocalar  ölüm  ayağında  çoxdan  dünyalarını  dəyişmiş  dostları  ilə 

söhbət  edirlər.  Amerikanın  psixi  tədqiqatlar  cəmiyyəti  1700  tibbi 

işçisindən  pasientlərinin”ölümqabağı  görüntüləri”  haqqında  sorğu 

kcçinnişdir.  Bir  həkim  xərçəng  xəstəliyindən  can  verən  70  yaşlı 

qadının  son  anda  gözlərini  açaraq  rəhmətə  getmiş  ərini  adı  ilə 

çağınnasını  və  “Qay  mən  artıq  gəlirəm”  deməsini  qeyd 

etmişdir.Tom Laqey “Qəbirdən sonraki həyat”kitabında iki hadisəni 

qələmə almışdır.Bədəndən kənarda olmaq təcrübəsi olan bankir can 

verir.Onun  arvadı  deyir:” O  can  verərkən  eyni  vaxtda  iki  dünyada 

olmuşdur.Məni görüb mənimlə danışır və eyni vaxtda artıq ölmuş və 

onu  orada  gözləyən  dostları  və  qohumları  ilə  söhbət  edirdi.Digər 

hadisədə 

ölən 


birdən 

bacısına 

deyir:”Onlarm 

hamısı 


buradadır...Fred,Rufı onlar burada nə gəzirlər...Ölən adam Rufınin 

ölümünü  bilmirdi,o  bir  həftə  qabaq  ölmüşdür.Ölən  adam  axirət 

dünyasında  öz  doğmaları  ilə  yanaşı  digər  ağ  və  qara  ruhlarla  da 

rastlaşır.Qədim  yunan  filosofu  Plotina  yazırdı  ki,”həyatın  sonuna 

yaxın insan daha əvvəlki mövcudluğuna aid olan,bu həyatda yadına 

düşməyən hadisələri də xatırlayır”. 

Ruhun  transsendental  həyatı  qədim  hind  və  yunan 

müdriklərinə aydın idi.Hələlik Yer üzərində olan insan iki dünya ilə 

bağlı olur.İnsan can verəndə bu dünyaya aid olan duyğuları tədricən 

zəifləyir  və  sönür.Eyni  vaxtda  mənəvi  aləmin  sürətlərini  qəbul 

etməyə başlayır-əvvəlcə aydın 

114 



olmayan cizgilər görünür,sonra isə hər şey real və aydın görünməyə 

başlayır.Can  verən  adam  əvvəllər  yaxın  olduğu,ancaq  xeyli  qabaq 

ölmüş  adamları  görə  bilər.Allah  bu  görməni  verməklə  can  verənə 

izah etmək istəyir ki,getdiyi yer heç də ona tam yad deyildir.Bəzi 

mənbələrdə  yazılır  ki,adam  hələ  sağ  ikən  artıq  ruh  bədəni  tərk 

edir.”Bədən  hələ  ölümlə  mübarizə  aparır,ruh  isə  aıtıq  azaddır,o 

bədəndən kənarda fırlanır Bunu çox vaxt təsadüf olunan hadisələrlə 

izah  edirlər-  ruh  bədən  formasında  xeyli  uzaqlarda  yaxın 

adamlarının gözünə görünə bilir”.Can verənin ruhu doğmalara can 

atır,bu  vaxt  ər  arvadmın,ana  oğlunun  yaxında  olduğunu  hiss  edə 

bilər- ancaq bu vaxt ölən adam xeyli uzaqda olur.Ölənin şüuru bizim 

dünyadan  tədricən  aynhr.Görmə  zəifləyir,eşitmə  yox  olur,ətrafda 

olan hər şey maraqsız və az əhəmiyyət kəsb cdir.Diqqəti daha şox 

yeni  sürətlər  cəlb  edir,ölən  adam  nə  isə  burada  olmayan  şeylər 

görməyə başlayır.O artıq baş verənlərlə barışmışdır,bu dünyanı tərk 

edib  o  biri  dünyaya  keçməyə  hazırdır.”Ölülər  kitabf’tövsiyə  edir 

ki,bu  vaxt  mübarizə  aparmaq,nə  isə  etməyə  cəhd  etmək  lazıin 

deyildir,sakitcə necə ölməyi müşahidə etmək və işığın görünməsini 

gözləmək məsləhətdir.Din dua etməyi məsləhət görür.Sakit gözləmə 

və  müşahidə  vaxtı  ağlasığmaz  ölüm  qorxusu  olmayacaqdır. 

Doğmaların çılğınlıqla göstərdikləri kədər ölənin sakitcə əbədiliyə 

qovuşmasına  mane  ola  bilər.Elə  məlumatlara  da  rast  gəlmək  olur 

ki,ölmüş adamlar həkimlərin köməyi ilə geri qaytarılanda onlar bir 

də  bunu  etməməyi  onlardan  xahiş  etmişlər.”Ora”yaxşıdır  və  onlar 

xahiş etmişlər ki,onlarm getməsinə mane olmasmlar.Bir can verən 

yanında onun sağalması üçün dua edənə irad tutaraq bunu etməməyi 

tələb  ctmişdir.Bir  neçə  dəfə  onun  nəfəsi  dayansa  da  o  yenidən 

oyanmışdır.Bir  neçə  gün  sonra  o  qohumlarından  qətiyyətlə  tələb 

etmişdir ki,ona görə dua elməsinlər:qohuınlar o deyənə əməl etdilər, 

o  tezliklə  canını  tapşırdı.Keçidin  özü  hiss  olunmaz  və  ağrısız 

olur.Çox az halda ölən adam ağrı hiss etdiyini 

115 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə