Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə38/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   105
Demir yollari kitab tam — 1

4.9. Calaqsız dəmir yolları
Hal-hazırkı dövrdə dəmir yollarında calaqsız yollara geniĢ yer verilir. 
Calaqların ixtisara düĢməsi nəticəsində yola təsir edəcək dinamik 
qüvvələrin zəifləməsi baĢ verir, eyni zamanda hərəkət tərkibi təkərlərinin 
yeyilməsi və qatara təsir edən müqaviməti azalır ki, o da yanacağın və 
elektrik enerjisinin sərfinin azalmasına imkan yaradır. Calaqların nəzərə 
çarpacaq dərəcədə ixtisara düĢməsi hər kilometrdə 1,8 ton metalın qənaət 
etməklə onun saxlanması və təmirinə çəkilən xərci də azaldır. Calaqsız 
yolda relslərin ömrü calaqlı yola nisbətən 20%, Ģpalların ömrü 8-13%, 
ballastın təmizlənməsinə qədər müddəti 25% artır və yolun cari 
saxlanmasına çəkilən xərc 10-30% azalır.
Calaqsız yol üçün relslər bir qayda olaraq R-65 və R-75 tipli termik 
bərkidilmiĢ relslərdən hazırlanır və bolt deĢikləri olmur. Relslər elektrik 
kontakt üsulu ilə kontakt qaynağı maĢınlarında hazırlanır.
Qaynaq edilmiĢ rels pleti arasına 2-4 cüt 12,5 metr uzunluğunda, və 
yaxud da ki, 12,5, 12,46, 12,42, 12,32 m uzunluğunda qısaldılmıĢ relslər 
döĢənir ki, onların da vəzifəsi rels pletinin mövsümü nizamlanmasını 
təmin etməkdir.
Azərbaycan dəmir yollarında qaynaq edilmiĢ rels pletinin uzunluğu 800 
metrdən çox olmur. Rels pletinin buraxılabilən uzunluğu 950 m-dir. Müasir 
texnologiyalara görə rels pletinin uzunluğunu blok-sahə uzunluğunda 
döĢəmək mümkündür. Uzun rels pletinin əsas xüsusiyyətlərindən biri ondan 
ibarətdir ki, düzgün və vaxtlı-vaxtında bərkitmə iĢi yerinə yetirilərsə tem-
peraturun aĢağı düĢməsi və yaxud yuxarı qalxması uzunluq ölçüsünü dəyiĢə 
bilməz. Temperaturun dəyiĢməsi nəticəsində relsdə nəzərə çarpacaq 
dərəcədə uzanma və qısalmaya meylli olaraq 100-200 kN qüvvəsi yaranır 
və isti hava Ģəraitində yolun kənara atılması, soyuq hava Ģəraitində isə 
relsin sınmasına gətirə bilər. Ona görə də calaqsız yol bir qayda olaraq 
dəmir-beton Ģpallarla tikilir və ballast prizması möhkəm kipləĢdirilir. 
Calaqsız yoldan yüksək sürətli sahələrdə istifadə etmək daha 
səmərəlidir. Çünki qatarlar yüksək sürətlə hərəkət etdiyi sahələrdə üst 
quruluĢ materiallarına yüksək tələbat olduğu üçün əsas diqqət dalğavari 
yeyilməyə yönəlir ki, o da pardaxlayıcı qatarın köməkliyi ilə aradan 
qaldırılır [25, 26].



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə